41
Elmәddin hirsli olsa da, bunu bildirmәmәyә
çalışırdı:
- Salam qağa, necәsәn?
Siyoşla
görüşdükdәn
sonra
keçib
onun
qarşısındakı divanda oturdu.
- Sağ ol, Elmәddin. Mәn hәr yedә oturub-durub
demişәm ki, mәnim qardaşım tez hirslәnsә dә,
tez dә özünü әlә almağı bacarır. Sağ ol, mәni
başqalarının yanında utandırmadın. Sözümә
baxıb adamlarını Yaşarın arxasından götürdün.
Siyoş danışdıqca Elmәddin içindә әsib - coşurdu:
“Yox qağa, sәn elә bilirsәn. Deyәsәn, sәn onun
pulunun çox olmasından qorxursan, amma
bunlar mәni qorxutmur”.
- Bilirsәn, mәn dediyimi elәsәn, hәmişә xeyir
görәrsәn. Bu dünyada insanların ağırlıqları iki
şeylә
ölçülür.
Bir
dostlarının,
bir
dә
düşmәnlәrinin çox olması ilә. Inan Elmәddin, bu
ağırlıqları artırmaq üçün yarışan o qәdәr insanlar
görmüşәm ki! Sәn dә bunlardan birinin yanında
olmalısan. Ya dostunu çoxaldıb insanlar arasında
alnıaçıq gәzәcәksәn, ya da düşmәn qazanıb
qorxu-hürkü
içindә
yaşayacaqsan.
Vә
ә
n
qorxulusu da odur ki, bir düşmәnin hücümundan
qorxub, başqa bir düşmәnә sığınasan. Düşmәnin
çox olduğu yerdә dostu seçmәk çәtin olur,
Elmәddin. Burdan çıxıb yüz metr sağa getsәm,
yüz düşmәn qazanaram, bu әn asan işdi. Amma
gәl görәk, bu yüz metrdә neçә dost qazana
bilәrәm? Bu incәliyә diqqәtlә fikir ver. Ilk öncә
yüz metrdә rastına çıxan hәr bir insan neytraldır.
Dost qazanmaq sәnin qabiliyyәtindәn asılıdır.
downloaded from KitabYurdu.org
42
Getdiyin yüz metr yolu necә geri qayıdacağın
barәdә
fikirlәş.
Qayıdanda
qorxa-qorxamı
qayıdacaqsan, yoxsa rastına bir daha dost
olduğun
insan
çıxacaq
deyә,
sevinәrәkmi
qayıdacaqsan.
- Bunlar nә demәkdir ki, qağa, demәk istәyirsәn
ki, mәn indi gedim o Yaşar dediyin adamın
yanında işlәyim?
- Yox. Mәnә diqqәtlә qulaq as. Onun yanında
işlәmәyәcәksәn. Amma onunla işlәyәcәksәn.
- Necә?
- Bizim gәtirib sata bilmәdiyimiz malları satmağa
kömәk edәcәk. Lazım olsa, Dubaydakı dostumuz
Şeyx Sәnana deyәcәm, yenә mal göndәrәcәk,
satacağıq. Ağıllı ol, qardaş. Mәn olmadığım
müddәtdә onunla yaxşı yola get. Malı yalnız o
sifariş verdikdәn sonra göndәr vә qoy pulunu da
özü nә vaxt istәyir, onda versin. Onun imkanı
çoxdu, yәqin tez verәcәk.
- Nә deyirәm, qağa. Sәn necә mәslәhәt bilirsәn,
elә elәyәk.
- Tәmkinli olmaq lazımdır, Eliş. Әsәblә insan
hәyatda heç nәyә nail ola bilmәz, pislikdәn
başqa.
Elmәddin gözlәrini bir nöqtәyә zillәyib qıydıqdan
sonra nә isә fikirlәşib axtardığını tapıbmış kimi
dillәndi:
- Yaxşı. Mәn razı. Sabahdan iş başındayam.
- Bax, belә. Yalnız dediyim kimi, diqqәtli ol.
Hisslәrini işinә qarışdırma. Әsәblә başlayan
zәrәrlә qayıdar. Bu işi sәnә tapşırıram ki, içindәki
intiqam hissini iş görüb әmәkdaşlıq etmәklә
downloaded from KitabYurdu.org
43
ә
vәzlәyәsәn. Yaşarı yaxından tanıyıb, onunla
dostluq vә yoldaşlıq edәsәn. Yoxsa, dәlisov
hәrәkәt elәmә. Danışmışam, özü bizә sifariş
verәcәk.
- Oldu, qağa...
Seyfәddin elә hәmin gün, hәmin saatlarda
mualicә üçün Đngiltәrәyә - dostlarının yanına
uçacaqdı. Türmәdәn çıxdıqdan sonra onda ağrılar
başlamışdı. Әvvәllәr bunu “heç” hesab etsә dә,
getdikcә güclәnәn ağrılar onu haldan salırdı.
Đngiltәrәdә
yaşayan
dostlarının
tәkidi
ilә
qәrarlaşdırmışdı ki, hәm müayinәsini, hәm dә
müalicәsini orda elәtdirsin. Elmәddinlә hәrtәrәfli-
“profilaktiki” söhbәt edib tam arxayınlaşmaq
istәyirdi. Bayaqkı söhbәtdәn sonra nisbәtәn rahat
olmuşdu.
Amma...
nisbәtәn.
Çünki
gözü
Elmәddindәn su içmirdi. Ona görә dә tәdbirini
almaq üçün öncәdәn Elmәddinә yaxın olan
adamlarından biri ilә danışmışdı. Әgәr bir
problem çıxsa, Seyfәddinә xәbәr verәcәkdi.
Elmәddin isә bu danışıqdan hәm razı, hәm dә
narazı ayrıldı. Qardaşının onu burda tәk
qoyması, istәdiyini etmәsi üçün hәr şeyi onun öz
nәzarәti altına vermәsi, qısası, Yaşardan intiqam
alması üçün istәdiyi şәraitin yaranmasından razı
qalaraq sevinirdi. Amma Seyfәddinin niyә bu
qәdәr Yaşar mövzusundan ehtiyat etdiyini heç
cür başa düşә bilmirdi. Dünәnә qәdәr Elmәddinә
“get ye-iç, gәz-dolan, kef elә özünçün, nә lazım
olsa, arxanda durmuşam” deyәn Seyfәddin niyә
bu qәdәr ehtiyalı davranırdı?! Görәsәn o,
hәqiqәtәnmi istәyirdi ki, Elmәddin Yaşarla birlikdә
downloaded from KitabYurdu.org
44
iş görsün? Axı bunu necә edә bilәrdi? Dostlarının
qarşısına necә çıxacaqdı? Burnunu sındıran o
şәxslә necә birlikdә iş quracaqdı? Yoxsa
Seyfәddin özü qәsdәn belә edib aradan çıxırdı ki,
Elmәddin öz işini rahat görsün? Elmәddin bu cür
fikirlәrin hansı ilә barışacağını anlaya bilmirdi.
Amma içindәki intiqam bombası partlamışdı
artıq. Bu bombanın partlaması nәticәsindә әmәlә
gәlmiş yaralara ancaq Yaşarın onun qarşısındakı
iniltisi mәlhәm qoya bilәrdi. O, Seyfәddinin
Yaşarla razılığa gәlib, ona qarşı göstәrdiyi yaxşı
niyyәt sәrgisini içindәki bombanın partlaması ilә
dağıtmışdı. Bu sәbәbdәn onun gözlәri parçalayıb-
dağıtmaqdan başqa heç nә görә bilmirdi artıq.
Seyfәddinin yanından çıxdıqdan sonra Elmәddin
maşınına
minib
gözlәrini
qıyaraq:
“Hәәә...hörmәtli “mehriban düşmәn”! Qardaşım
gәlәnә qәdәr ya canını verәcәksәn, ya da
dükanını” – deyib, gözdәn itdi.
***
Uyğurla danışığını bitirdәkdәn sonra Yaşar maşını
yolun kәnarında saxlayıb әllәrilә başını tutdu:
“Aman Allahım, Uyğur nә danışır? Gәrәk
Tәravәtlә elә danışmayaydım. Deyәsәn, Uyğur
hәr şeyi hiss elәdi. Yox, bu ola bilmәz...” Yenidәn
yoluna
davam
etmәyә
başladı.
Tәravәtlә
ayrıldıqdan sonra içindә hәlә dә sönmәyәn,
“Tәravәt” deyә alışıb-yanan sevgi hisslәrini
söndürmәyә çalışarkәn..... Budur, Tәravәt yenә
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |