Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə23/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   19   20   21   22   23   24   25   26   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

60 


 

göstəricilərinin dəyişkənliyinin yol verilən intervalı, bu zaman o özünün 

başlanğıc keyfiyyət müəyyənliyini saxlayır. 

BİOSFERƏ ANTROPOGEN TƏSİR  – texnoloji məhsullara, 

radioaktiv maddəllərlə çirklənmə nəticəsində, atmosferin, çay, dəniz və 

okeanların tərkibi və rejiminin dəyişilməsi, onların bir çoxunun, o 

cümlədən  ən məhsuldar tropik meşələrin tamamilə yox edilməsi. 

Təkamül məhsullarının – bir sıra heyvan və bitki növlərinin, onların 

birgə yaşayan mürəkkəb sisteminin, yəni biosenozların məhv edilməsi. 

Bir çox regionlarda, o cümlədən Azərbaycanda (Xəzər dənizi, Sumqayıt 

şəhəri, tuqay meşələri və s.) bu hadisələr təbii fəlakət xarakteri daşıyır. 



BİOSFERİN ANTROPOGEN REDUKSİYASI – insanın dağıdıcı 

fəaliyyəti (mühitin çirklənməsi, meşələrin məhv edilməsi, bozqırların 

şumlanması, sənaye heyvanlarının həddən artıq ovlanması, təşkil 

olunmamış turizm, urbanizasiya, qida və dərman bitkilərinin nəzarətsiz 

yığılması  və s.) nəticəsində biosferin növmüxtəlifliyinin durmadan 

(bərpa olunmadan) azalması prosesi. B.a.r.-nın qarşısının alınması üçün 

planetin heyvanat və bitki aləminin genetik fondunun qorunması üzrə 

qlobal proqram hazırlanmalı, biosfer qoruqlarının, milli parkların, 

botaniki bağların, zooloji parkların şəbəkəsi genişləndirilməlidir. 

BİOSFERİN BƏRPA OLUNMASI QANUNU – P.Dajero (1957) 

tərəfindən irəli sürülmüş bu qanuna əsasən biosferin komponentlərinə 

antropogen təsir dayandırıldıqdan sonra o, hökmən öz “itirilmiş 

mövqeinə” qayıtmağa cəhd edir, yəni özünün ekoloji tarazlığını  və 

davamlığını saxlaya (bərpa edə) bilər. Belə ki, meşəsizləşdirilmiş 

sahələrdə meşə örtüyü yenidən tədricən bərpa olunmağa başlayır. 



BİOSFERİN BUFERLİYİ  – biosferin antropogen çirkləndiricilərə 

müqavimət göstərməsi (neytrallaşdırması) qabiliyyəti. 



BİOSFERİN DƏYİŞMƏ  HƏDDİ  – biosferin funksiyasını onu 

təşkil edən yarımsistemlərin və mühit əmələgətirən komplekslərini 

əhəmiyyətli dərəcədə, lakin dönən dəyişmələrə  məruz qalan təsir 

qüvvəsi. 



BİOSFERİN TƏKAMÜLÜ  – a) canlı maddələrin xarakterinin 

(növlərinin yaranması, inkişafı  və  məhv olması, biotik qrupların 

formalaşması  və dağılması); b) bu maddələrdən yaranmış Yer qabığı 

kimi biosferin xassələrinin;         c) ekosferin xassələrinin; ç) ekosferin 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

61 


 

(planetin) fasiləsiz, eyni zamanda və qarşılıqlı dəyişilmə prosesi. 



BİOSFERİN MƏHSULDARLIĞI  – Bir il ərzində onun 

biokütləsinin ümumi artımı. Son hesablamalara görə (Uitteker, 1980) 

illik (ilk) bitki məhsulu (quru kütlə) 170 

⋅ 10


9

 t olub 300-500 

⋅ 10

2

 C 



ener. ibarətdir. Bu miqdarın quru fitosenozlarının payına 117 

⋅ 10


9

 t 


düşür. Onun böyük hissəsi (74

⋅ 10


9

) meşələr (xüsusilə tropik zonanın) 

verir. Heyvanların illik məhsulu(ikinci) quruda 909 

⋅ 10


6

 t, cəmi 3934 

⋅ 

10

6



 t təşkil edir. 

BİOSFERİN SABİTLİYİ  – biosferin xarici (kosmik) və daxili 

təsirlərə, o cümlədən antropogen təzyiqinə qarşı müqavimət göstərə 

bilməsi. 

BİOSFERİN STABİLLİYİ  – biosferin bufer həcmi – biosferin 

xarici (kosmik) və daxili, o cümlədən antropogen təsirlərə qarşı 

davamlığı. Elmi-texniki inqilab dövründə B.s. güclü pozulmağa məruz 

qalır və ekoloji fəlakətlə üzləşə bilər, onun qarşısı yalnız bütün 

bəşəriyyətin ümumi gücü ilə alına bilər. 

BİOSESTON  – suda asılı  vəziyyətdə olan canlı orqanizmlərin 

(bakteriyalar, birhüceyrəli yosunlar, ibtidailər və s.) cəmi. 



BİOSİD – 1) Bütün varlığı (canlıları) məhv edə bilən maddə; 2) 

Geniş ərazilərdə canlıları məhv etmək (məs., hərbi məqsədlə). 



BİOSİKL  – 1) biosferin ən iri ekoloji hissəsi. Aşağıdakı B.-lər 

ayrılır; dəniz, estuari (liman) və daxili su hövzələri. Hər bir B. tərki-

bində çoxlu miqdarda biotoplar olan bioxorlara bölünür. Məs., qum, gil 

və daşlı səhralar biotopları səhra bioxorunda birləşir, onlar da meşə, çöl 

və s. bioxorları ilə birlikdə qurunun B.-ni təşkil edir. 2) orqanizm 

inkişafının faza və mərhələlərinin dəyişilməsi qanunauyğunluqları. 



BİOSİSTEMİN 

İNFORMASİYASI 

– bioloji sistemin 

müxtəlifliyinin göstəricisi. Məs. populyasiyaların mürəkkəb cins, yaş, 

sahə-etoloji, ölçü və s. strukturu olur; ekosistemlər çox saylı müxtəlif 

mikroorqanizm növlərinin populyasiyalarından ibarətdir. Beləliklə, 

biosistemin informasiya mənbəyi onun mütəşəkkilliyi sayılır. 



BİOSPELEOLOGİYA, SPELEOBİOLOGİYA  – mağaralarda 

həyatı öyrənən elm. B-nın  əsası ruminiya bioloqu E.Rakovise (1907) 

tərəfindən qoyulmuşdur. O, mağaraların ekoloji şəraitinin 

xüsusiyyətlərini və onların canlı orqanizmlərə  təsiri, yeraltı biotaların 

təkamül qanunauyğunluqlarını, mağara sakinlərinin çoxalması  və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

62 


 

coğrafi yayılması və s. tədqiq etmişdir. 



BİOSTANSİYA – stasionar bioloji müşahidə yeri. 

BİOSÜZGƏC – çirkabı bioloji təmizləyən qurğu. Dairəvi, yaxud 

dördbucaqlı çən şəklində olur. Dibi ikiqatdır və qatların arasında azı 0.4 

m məsafə qoyulur: içərisinə posa, qranit qırıntıları, çınqıl, keramzit və s. 

süzgəc materialı tökülür. Süzgəc təbəqəsinin hünd. 1,5-2 m, dənələrinin 

ölçüləri 30-40 mm, alt döşənək təbəqəsi dənələrinin ölçüləri isə 60-100 

mm-dir. Çirkab süzgəc materiallarından keçərkən onun üzərində 

bakteriya və göbələklərdən ibarət bioloji təbəqə  əmələ  gəlir. Həmin 

təbəqə çirkabın üzvi maddələrini oksidləşdirmək və minerallaşdırmaq 

yolu ilə təmizləyir. 

BİOTA  (yun. biote -həyat)  biosenozun, assosiasiyanın, həmçinin 

daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora 

və fauna). B.-nın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, 

mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. B. termini ən çox 

biocoğrafiyada istifadə olunur. 

BİOTAKSİYA, SİSTEMATİKA, TAKSONOMİYA  – canlı 

orqanizmlərin təsnifatı ilə məşğul olan elmi fənn. 



BİOTEXNİYA  – faydalı heyvanların sayını artırmaq və 

məhsuldarlıq xassələrini yaxşılaşdırmaq məqsədi ilə  tətbiq olunan 

tədbirlər kompleksi. 

BİOTEXNOLOGİYA  – bioloji proseslərin, obyektlərin və 

materialların sənayedə istifadə olunması. B. – perspektiv sahə olub ətraf 

mühitə mənfi təsiri minimuma endirir. 

BİOTERMOGENEZ – Kimyəvi energiyanın istiliyə çevrilməsi 

biofiziki prosesi. B. proses zamanı  hər orqanizm üçün xarakterik olan 

temperatur realizə olunur. 

BİOTİK AMİLLƏR  – orqanizmlərə digər orqanizmlərin təsiri 

(bitki və heyvanın bir-birilə  və birinin digəri ilə  əlaqəsi, yırtıcıların və 

parazitlərin təsiri, yemlə təmin etmə və i.a.). 

BİOTİK DÖVRAN – bax bioloji dövran. 

BİOTİK  ƏLAQƏ  – biosenozda orqanizmlərin bir-birilərilə 

əlaqələrinin müxtəlif formaları. 



BİOTİK FAKTORLAR – orqanizmə  təsir göstərən canlı  təbii 

faktorların məcmusu (məs. qida, sıxlıq, parazitlər). 




Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə