Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə21/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   17   18   19   20   21   22   23   24   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

54 


 

B.-u, arid zona B.-u, çöl B.-u və s. Dağlıq ərazidə B.lar şaquli zonallığa 

görə dəyişilir. (əvəz olunur). 

BİOMETEOROLOGİYA  – Yer atmosferində meteoroloji və 

kimyəvi proses və hadisələrlə canlı orqanizmlər arasındakı qarşılıqlı 

əlaqədən bəhs edən elm. B.-da hava və iqlimin bioloji təsirinə xüsusi 

diqqət verilir. 



BİOMETRİYA –biologiyanın bir bölməsi. Heyvan, bitki 

populyasiyalarının, bakteriyaların, virusların və s. orqanizmlərin 

əlamətlərini, keyfiyyət və  kəmiyyət dəyişkənliklərini riyazi (variasiya) 

statistika üsulları ilə təhlil edir. 



BİOMORFLAR – növlərin sistematik vəziyyəti, onların böyümə 

formaları  və bioloji ritmləri ilə müəyyənləşdirilən həyatilik formaları. 

Şibyələr, mamırlar, ayıdöşəyilər, qatır quyruğulular, plaunlar B-ın 

xüsusi qrupuna aid edilir. Ali bitkilər arasında əsas biomorflara ağaclar

kollar, kolcuqlar, yarımkollar, otlar və yarımotlar daxildir. 

Heyvanat aləmi üçün B-ın təsnifatı az işlənib. Məs. quşlar, balıqlar, 

otyeyənlər və s. B. 

BİOMORFOGENEZ – filogenez və ya ontogenezdə  həyat  şəraiti 

ilə əlaqədar orqanizmlərin bioloji və morfoloji xüsusiyyətlərinin inkişafı 

prosesi. 

BİONOMİYA – Ekologiyanın sinonimi. E.Hekkel tərəfindən 

«Yestestvennaya istoriya mirotvoreniya”» (1868) əsərində irəli sürül-

müşdür. 

BİOPOLİMERLƏR  – canlı orqanizmlərin  əsası olan yüksək 

molekulyar təbii birləşmələr (zülallar, nuklein turşuları və s.)  



BİOPOLYAR YAYILMA, BİOPOLYARLIQ 

– canlı 


orqanizmlərin coğrafi yayılması – hər iki yarım kürənin soyuq və 

mülayim enliklərində  hər hansı eyni növün (cinsin) məskunlaşması, 

tropik qurşaqda isə onun olmaması (məs., dişsiz kitlər, qulaqlı tülenlər 

və s.). 


BİOPOLYARLIQ NƏZƏRİYYƏSİ  – bu nəzəriyyəyə  əsasən 

arktika və antarktida vilayətlərinin biotaları oxşardırlar (ekvivalentdir-

lər), hər ikisi üçüncü dövr flora və faunasının derivatları sayılır. B.N. 

L.S. Berq tərəfindən geniş hazırlanmışdır. 



BİORİTMOLOGİYA, XRONOBİOLOGİYA  – Biologiyanın 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

55 


 

orqanizmlərin ritm, bioloji proseslər, o cümlədən miqrasiya, böyümə, 

qidalanma proseslərini öyrənən bölməsi. 

BİOSENOLOGİYA – biosenozlar haqqında elm. Biosenozları, 

onların tərkibini, quruluşunu, dinamik inkişafını, yayılmasını, 

mənşəyini, xarici mühit amilləri ilə qarşılıqlı  əlaqəsini və növlər 

arasındakı münasibəti öyrənir. 



BİOSENOLOJİ MÜHİT  – orqanizmlərin xarici mühitə birgə 

təsirilə  əsasən maddələr mübadiləsi vasitəsilə yaranan, biosenozun 

daxili mühiti. B.m.-in əsasını xarici mühitin (hava, mineral, su) 

xüsusiyyətləri təşkil edir. İki hissəyə bölmək olar: humusu, ölü kütləsi 

və digər üzvi maddələri ilə birlikdə torpaq (polipedon) və günəş 

radiasiyasının tərkibi, xüsusi aerozol (tozcuq, biolin, spor), qaz tərkibi 

ilə birlikdə hava (klimatop) dəyişir. 

Dəniz biosenozlarında B.m. öz xüsusiyyətlərilə ayrılır: suda həll olan 

üzvi maddələrin və metobolizmin məhsullarının (zülallar, polisaxaridlər, 

nuklein turşuları, fermentlər) olması biolin rolunu oynayır. 

B.m. biosenozun ayrılmaz hissəsi olub onu senoekosistemə 

(biogeosenoza) çevirir. 



BİOSENOTİK (SENOTİK) AMİL  – mənbəyi yalnız ayrıca 

orqanizm, populyasiya, növ deyil, biosenoz orqanizmlərinin birgə 

fəaliyyətilə bilavasitə və vasitəli mühitə təsiridir. 

BİOSENOTİK REAKSİYA  – ekosistemin suksessiyasının 

sonuncudan əvvəlki mərhələsi. 



BİOSENOTOP  – 1) ekosistemin abiotik tərkibi: biosenozların 

biotopu; ekotopun sinonimi 2) B.Q.İoqanzenə (1966) görə ekosistemin 

sinonimidir. 

BİOSENOZ  – Quru və su hövzəsinin müəyyən, nisbətən eyni 

(oxşar) sahəsini tutan (yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən 

əlaqəsi ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusu. 

Bioloji dövranda iştirakına görə B.-da əsas üç orqanizmlər qrupu 

ayırırlar: 1. avtotrof orqanizmlər (produsentlər)-qeyri-üzvi maddədən 

üzvi maddə əmələ gətirir. 2. Heterotrof orqanizmlər (konsumentlər). 3. 

redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər. 

Yerüstü biosenozların biokütləsini  əsasən ali bitkilər (produsentlər) 

təşkil edir. Heyvanat aləminin (konsumentlər) biokütləsi yalnız 0,010-



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

56 


 

0,001%-dir. Mikroqanizmlər və göbələklərin (redusentlər) biokütləsi bir 

qədər çox olur. 

BİOSENOZ VƏ SENOEKOSİSTEMİN 

İNKİŞAFINDA 

PROQRESSİV VƏ REQRESSİV ƏLAMƏTLƏR – senoekosistemin 

inkişafını və qismən onun demutasiyasını göstərən əlamətlər proqressiv, 

onun əks mənası isə reqressiv əlamətlər sayılır. Proqressiv əlamətlər: 

– Senoekosistemin ümumi quruluşunun və biohorizontlarının 

mürəkkəbləşməsi; 

– biokütlə  və ölükütlənin, həmçinin onların ehtiyat enerjisinin 

artması; 

– fitosenozun məhsulunun biosenozun tənəffüsünə nisbətinin vahidə 

yaxınlaşması; 

– sinoekosistemlərdə məhsulun onun ehtiyatına nisbətinin azalması; 

– xarici mühitin səthindən və ehtiyatlarından maksimum istifadə 

olunması; 

– Daxili sistem və maddələr mübadiləsinin rolunun artması; 

– Senopopulyasiyaların, biosenozların və senoekosistemlərin 

davamlılığının artması. 

BİOSENOZ VƏ SENOEKOSİSTEMLƏRİN SƏRHƏDİ  – ayrı-

ayrı biosenoz qrupları arasında xətt və ya keçid zolaq. 

Kəsgin, mozaik (bir-birilə  sərhədlənən qrupların fraqment 

kompleksləri ilə), haşiyəli (bir və ya bir neçə keçid zolaqlarla və diffuz 

(qarışmış) sərhədlər ayırırlar. Sərhədlərin dəyişməsi ekoton suksessiya 

yolu ilə gedir. Bu zaman sərhədin dəyişməsi diffuz (keçid zolaq toxumla 

məskən salır) və ya frontal (vegetativ yolla artan dominantın sürünərək 

yayılması yolu ilə gedir). Bir çox biosenoz qrupların sərhədi insan 

fəaliyyətinin təsirilə pozulmuşdur. (antropogen sərhədlər). 

BİOSENOZDA BİTKİNİN SIXLIĞI  – Bitkinin boşluğu örtmə 

dərəcəsi. Yarus və biohorizontlarda çətirlərin və kök sisteminin həm 

üfiqi sıxlığı, həm də  şaquli sıxlığı  təyin olunur. Faizlə ifadə olunur. 

Meşəlikdə bu termin çətirlərin birləşmə dərəcəsi adlanır. 



BİOSENOZLARIN AKUSTİKASI  – havanın hərəkəti vaxtı 

(küləkli havada) yarpaq və budaqların  əsməsi və ya tez-tez bir-birinə 

toxunması  nəticəsində  əmələ  gələn səslərin dəyişməsi. Dominantlıq 

edən növün morfologiyası ilə sıx əlaqədardır. Məs. küləyin sürəti 3 m/s 




Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə