Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə18/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   14   15   16   17   18   19   20   21   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

47 


 

s.). 


BİOGEN ELEMENTLƏR – orqanizmlərin tərkibində daim bioloji 

əhəmiyyəti olan kimyəvi elementlər. Başlıca B.e. bunlardır: oksigen 

(canlı orqanizm kütləsinin 70%), karbon (18%-i), hidrogen (10%-i), 

kalsium, azot, kalium, fosfor, maqnezium, kükürd, xlor, natrium, dəmir. 

Bu elementlər bütün canlı orqanizmlərdə var, onların  əsas kütləsini 

təşkil edir və  həyat proseslərində mühüm rol oynayır. Zəruri B.e.-dən 

hər hansı biri orqanizmdə normadan az olduqda müxtəlif xəstəliklər 

(məs. qidada və suda yod çatışmadıqda müxtəlif xəstəliklər) baş verir. 



BİOGEN MADDƏLƏRİN REGENERASİYASI  – saprofitlərin 

həyat fəaliyyəti nəticəsində ölmüş orqanizmlərin toxumalarından suya 

və ya torpağa biogen maddələrin qaytarılması prosesi. 

BİOGEN RELYEF – biosenozların təsiri nəticəsində yaranan 

relyef. Uzun dövr ərzində bitki qruplarının ölü kütləsinin 

akkumulyasiyası (fitogen relyef) nəticəsində yaranın mezorelyef (məs. 

torfun), uzun dövr ərzində duzların yuyulması  nəticəsində bitkilərin 

yaratdığı mikrorelyef (səhra və yarımsəhra zonasında), qum və narın 

torpaq hissəciklərinin bitkilərin ətrafında akkumulyasiyası (məs. yulğun 

kollarının, cilin və s.) nəticəsində yaranan mikro və ya nanorelyef, dağ 

yamaclarında eroziya prosesi nəticəsində kolların  ətrafında yaranan 

təpəciklər və ya bitkisiz sahələrdə  əmələ  gələn çala-çuxurlar, 

heyvanların fəaliyyətilə yaranan (məs. gəmiricilər), cücülərin (qarışqa 

koloniyası) və  məməlilərin yaratdığı (qabanın eşdiyi sahələr) zoogen 

relyeflər. 



BİOGEN STİMULYATORLAR, BİOSTİMULYATORLAR, 

bioloji mənşəli stimulyatorlar –  əlverişsiz  şəraitdə heyvan və bitki 

toxumalarında  əmələ  gələn, orqanizmin həyat proseslərini fəallaşdıran 

maddələr. 

BİOGENETİK TEMPERATUR – həyat prosesləri normal gedən 

temperatur səddləri. 



BİOGENETİKA – Yer üzərində  həyatın yaranmasını öyrənən elm 

sahəsi. 


BİOGENEZ  – Yer üzərində  həyatın, canlı varlıqların cansız 

materiyadan  əmələ  gəlməsi nəticəsində yaranmasını inkar edən 

nəzəriyyələr. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

48 


 

BİOGEOKİMYA  – geokimyanın bir hissəsi. Biosferdə 

orqanizmlərin iştirakı ilə gedən geokimyəvi prosesləri öyrənir. 



BİOGEOKİMYƏVİ DÖVRAN – bioloji dövranın bir hissəsi olub 

kimyəvi maddələrin mübadiləsi dövrəsini təşkil edir; canlı 

orqanizmlərin fəal iştirakı ilə təbiətdə kimyəvi elementlərin dövranı. 

BİOGEOKİMYƏVİ  ƏYALƏT  biri digərindən torpaq, su, bitki 

və heyvanat aləminin miqdarı  və kimyəvi elementlərin, maddələrin 

tərkibi ilə seçilən Yer səthinin ayrıca sahəsi. Termin və konsepsiyanın 

əsaslandırılması A.P. Vinoqradova (1949) aiddir. 



BİOGEOKİMYƏVİ  XƏRİTƏLƏŞDİRMƏ  – biogeokimyəvi 

rayonlaşdırma xəritə  və  xəritə-sxemlərinin tərtibi. B.x. biosferin 

quruluşunu öyrənmək və biogeokimyəvi rayonlaşdırmada mühüm 

metod sayılır. B.x. konsepsiyası V.V.Kovalski (1957) tərəfindən dəqiq 

işlənib hazırlanmışdır. 

BİOGEOKİMYƏVİ PROSESLƏR  – cansız və canlı sistemlərdə 

(biosenozlarda) və onların arasında gedən proseslər. 



BİOGEOKİMYƏVİ  SİKL  – kimyəvi maddələrin dövranı (qeyri-

üzvi mühitdən canlı orqanizmlər vasitəsilə yenidən qeyri-üzvi mühitə). 

B.s. günəş enerjisi, qismən kimyəvi reaksiyası enerjisindən istifadə 

etməklə başa çatır. B.s.-i konsepsiya aspektində ilk dəfə V.İ. Vernadski 

öyrənmişdir. 

BİOGEOSENOLOGİYA – ekosistem ekologiyasının bir bölməsi 

olub biogeosenozları  və onların birliyinə yerin biosenotik örtüyünü 

öyrənir. B. elminin banisi V.N. Sukaçovdur. B-nın  əsas vəzifəsi 

müxtəlif biosenozların quruluşunu, xassələrini, bioloji məhsuldarlığını, 

sərhədini, dinamikasını, dayanaqlığını, onların maddə  və enerji 

ehtiyatını, biogeosenozların  əmələ  gəlməsində  təbii təsirlərin və 

antropogen amillərin rolunu tədqiq etməkdir. Meşə, kənd və su 

təsərrüfatında, həmçinin təbiətin mühafizəsi probleminin həllində B.-nın 

böyük əhəmiyyəti vardır. 

BİOGEOSENOTİK QABIQ, HƏYAT TƏBƏQƏSİ, BİOFİLM – 

Yer səthinin (qurunun) bütün biogeosenozlarının məcmusu. B.q.-ın 

qalınlığı 200-300 m təşkil edir. Bax. biosfer. 

BİOGEOSENOZ – (Sukaçev, 1942), akosenoz (Kassal, Girgis. 

1965), senoekosistem (Bıkov, 1970), geoekosistem (Soçava, 1970), 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

49 


 

geoekobiota (Qerasimov, 1973), bioekos (Nesterov, 1975). V.N. 

Sukaçova görə biogeosenoz Yer səthinin oxşar canlı (bitki örtüyü), 

heyvanat aləmi, mikroorqanizmlər (komponentlərinin və  təbii  şərait, 

geoloji quruluş  və s.) onların qarşılıqlı  əlaqələrinin vahid təbii 

kompleksidir. B.-ların məcmusu Yerin biosenoloji örtüyünü və ya 

biosferi  əmələ  gətirir, ayrı-ayrı B.-lar isə biosferin elementar (sadə) 

vahidi sayılır. 



BİOGEOSENOZUN SƏRHƏDİ  – keçid zolağı olub, kənarlarında 

mühityaradan komponentlərin nisbəti və bununla əlaqədar biosenozun 

strukturu dəyişir. 

BİOGEOSENOZUN STRUKTURU  – biogeosenozun üfüqi və 

şaquli hissələrə (bölmələrə) ayrılması (yarus, konsorsi, sinuziya, parsella 

və s.) 

BİOGEOSFER  – Yer kürəsinin canlı varlıqlar toplanan qabığı. B. 

Yer qabığının üst qatının hava okeanı ilə təmasda olduğu sərhəddə və su 

örtüyünün yuxarı hissəsində yerləşir. B. Yer Kürəsində insanın daim 

yaşaya bildiyi və  hərtərəfli yeganə  təbəqədir.  İnsanlar özlərinə lazım 

olan resursların demək olar ki, hamısını (suyu, oksigeni, yanacağı, 

ərzağı, sənaye və tikinti üçün xammalı və s.ni) B.-dən alırlar. 



BİOHİDROKİMYA – su orqanizmlərinin təsirilə su mühitində 

gedən fiziki-kimyəvi prosesləri öyrənən elm. Ekologiya, hidrokimya, 

hidrobiologiya, okeonologiya və b. elmlərlə sıx əlaqəsi var. 

BİOHORİZONTLAR – biosenoz və ya senoekosistemdə qatların 

funksional bölgüsü. Biohorizonta meşənin çətrini, torpağın genetik 

horizontlarını aid etmək olar. Entomoloqlar B.-a qeobiy (torpağın üst 

hissəsindən altda yaşayan xırda heyvanların məskəni), herpetobiy 

(torpağın səthində yaşayan və fitobiy (yaşıl bitkilər üzərində yaşayan)aid 

edirlər. 



BİOXOR  (bio və yun. Choros -yer) – hakimlik edən müəyyən 

həyatilik formaların müəyyən meteoroloji faktorların birliyinə uy-

ğunlaşan coğrafi mühit;2) həyatın yayıldığı vilayət; 3) oxşar bitmə 

şəraiti qrupu; 4) floristik rayonun iqlim sərhədi; Palmana (1933) görə 

ekosistemin sinonimi. 

BİOİQLİMŞÜNASLIQ  – iqlimin canlı orqanizmlərə  təsirini 

öyrənən təlim. Ekologiya B.-la sıx bağlıdır. B. termini və onun əsası 20-




Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə