Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə73/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

 
266
təmsilçisi kimi çıxış edən fərd arasında ziddiyyət yaranır. El 
göz bəbəyi kimi qoruduğu yaşam etiketini pozduğuna görə onu 
öz içərisindən qovmağa, təcrid etməyə səy göstərir. 
“Cinayət mədəniyyəti”ndəki “cinayət” toxunulmaz davra-
nış çərçivəsinin, müqəddəs milli mədəniyyət sahəsinin sərhəd-
lərinin pozulmasından ibarətdir. Bu halda əsas aparıcı qüvvə, 
hər  şeyin mərkəzində duran amil şəxsiyyət və onun daxili 
iradəsidir. Belə insan kütlənin sərt şərtlərini nəzərə almadan öz 
daxili səsinin buyruğuna  əməl edərək yeni davranış normaları 
tədbiq etməyə, öz əqidəsindən dönməməyə çalışır. 
Zənnimcə, Şərq və Qərbin qovşağında, bir yandan Asiya-
nın, digər tərəfdən Avropanın astanasında yaranan gürcü mədə-
niyyətinin mənəvi-tipoloji təmayülünü müəyyənləşdirərək, o, 
əsasən “ar mədəniyyəti”nə, qismən “cinayət mədəniyyəti”nə 
aiddir desək, səhvə yol vermiş olmarıq. 
Əgər gürcü mədəniyyəti ilə qonşu Azərbaycan mədəniy-
yətinin arasında oxşarlıq varsa, o da onun “ar mədəniyyəti”nə – 
avtoritar təfəkkürə əsaslanan “ar mədəniyyəti”nə yaxınlığındadır. 
 
Ədəbiyyat xalqın mənəvi xəzinəsi,  
ruhunun güzgüsüdür 
 
Sözü gedən gürcü mədəniyyəti barədə mülahizə yürüdə-
rək, gəlin onu konkret faktlarla sübuta yetirək. 
Yəqin mənimlə razılaşarsınız ki, istənilən durumun ən dü-
rüst göstəricisi onun mənəvi xəzinəsi, ruhunun güzgüsü xalqın 
ədəbiyyatıdır, xüsusilə də klassik ədəbiyyat. 
Bu baxımdan özündən sonrakı gürcü ədəbiyyatına, mədə-
niyyətinə və milli təfəkkürə güclü təsir göstərən intibah dövrü-
nün parlaq nümayəndəsi Şota Rustaveliyə müraciət etsək, düz-
gün olardı. Rustavelinin “Pələngdərili cəngavər” poemasında, 
doğrudan da eyni zamanda iki – fərdi və kütləvi mədəni başlan-
ğıc özünü göstərir. Başqa sözlə, bu dahi şair sonradan bütün 


 
267
gürcü mədəniyyətini, milli düşüncə  tərzini müəyyənləşdirəcək 
iki mədəni mövqenin təməlini qoyur. 
“Pələngdərili cəngavər”in baş qəhrəmanlarından biri olan 
Tariyel yadelli yeznənin, yad mədəniyyət təmsilçisinin onların 
həyatına daxil olmasının, milli mədəniyyət məkanına yabançı 
çaların  əlavə olunmasının,  şahzadə  qıza evlənib, sonradan isə 
taxt-taca qanuni varis olmasının qarşısını almaq məqsədi ilə ge-
cəykən gəlib günahsız yeznəni qanına qəltan edir. Halbuki şa-
hın yeganə qızı Nestan Darecanın nikahı məsələsinin müzakirə-
sinə ölkənin  əmirbarı kimi Tariyel də  dəvət edilmişdi və öz 
mövqeyini dinc danışıq zamanı açıqlaya bilərdi.  Şahzadə  qızı 
onun özü sevdiyini, yadelli kürəkənə ehtiyac olmadığını bəyan 
edə bilərdi. Amma o belə etmədi və yazıq günahsız yeznəni 
toyqabağı qətlə yetirdi. 
Sozsüz ki, Tariyelin bu hərəkəti xalqın yadı öz içinə daxil 
etməmək rəyinə, özünü müəyyən bir mədəni məkanın hakimi-
haqqı sayaraq, özgəni həmin sahəyə buraxmamaq üçün həmişə 
daxilən  şahə qalxan kütlənin istəklərinə uyğun bir hərəkətdir. 
O, həmin vəziyyətdə başqa cür hərəkət etsə idi, ümumsəltənət 
iradəsinə uyğun olmazdı. 
Əlbəttə, Tariyel şahzadə  qızın gələcək nigahına həsr olu-
nan saraydakı  məşvərətdə ürəyini  şaha açaraq onu öz eşqindən 
agah etsə, şah Xərəzm şahzadəsini kürəkən kimi dəvət etməzdi, 
nəticədə nahaq qan tökülməz, nəzərdə tutlan toy vaya dönməzdi. 
Amma bu, necə deyərlər, effektli olmazdı, kütlənin yad kütlə 
ünsürlərinə olan mövqeyini bütünlüklə təzahür etdirə bilməzdi. 
Fəqət “ar mədəniyyəti”nin bütün sirri, kütlə  həyatına 
məna verən ümumi mədəni məkanın toxunulmazlığı  uğrunda 
tökülən  əcnəbi qandadır, yad ünsürün daxilə buraxılmamazlı-
ğındadır. Həmin  əcnəbi təcəvüzkar olmasa da, dəvətlə  gətiril-
miş olsa belə, doğma mədəni məkanı  hər hansı müdaxilədən 
qoruyub saxlamağa yönələn şüur üçün bu normaldır. 
Həmin günahsız adamın qətli, nahaq qan, əsərdə  cəryan 
edən bütün hadisələrin, o cümlədən Tariyellə onun sevgilisi 


 
268
Nestan Darecanın düçar olduğu çümlə əzab-əziyyətlərin əsasını 
və təməl daşını təşkil edir. 
Renessans dövrünün səciyyəvi nümayəndəsi olan Şota 
Rustaveli yaxşı bilir ki, səltənət uğrunda olsa belə, nahaq tökü-
lən qan, onu tökənlərin hədsiz əzab-əziyyətləri ilə batilləşməli-
dir. Belə ki, Tariyel yalnız öz qan-yaşı ilə yuyandan sonra səa-
dətə qovuşur. 
Əmirbar Tariyel məmləkətdə olmadığı müddətdə onun 
xalqının başına gələn müsibətlərdən sonra əsərin xoşbəxt sonlu-
ğu bir növ ona dəlalət edir ki, qəhrəmanı yetişdirən mədəni mü-
hitin rəyinə görə, el yolunda tökülən hər hansı qan, əvəzi qanla 
ödəniləndən sonra bəraət qazanır. 
Bu, ümumxalq mövqeyi ilə yanaşı, artıq qeyd etdiyimiz 
kimi, Rustavelinin ölməz əsərində başqa bir mövqenin də təmə-
lini qoyur. Sözügedən mövqe poemanın digər baş  qəhrəmanı 
Aftandilin simasında və hərəkətində öz əksini tapır. 
Padşahın istəyi və vurğunu olduğu sultanə Tinatinin tap-
şırığı ilə yad cəngəvəri (Tariyeli) tapıb öz vətəninə qayıdan sər-
kərdə Aftandili nə hökmdar, nə  də saray adamları bir daha 
məmləkətdən kənara buraxmaq istəmirlər. O isə ayrılarkən Ta-
riyelə vəd verir ki, hökmən qayıdıb sevgilisini axtarmaqda ona 
yardımçı olacaqdır. 
Vəziyyət lap gərginləşir. Aftandil görür ki, onun geri get-
məyi çox müşkülləşir, çünki bu, həm xalqın, həm də xalqın 
iradəsini özündə cəmləşdirən padşahın istəyinin əleyhinədir. 
Amma hökmdarın icazəsini heç bir vəch ilə əldə edə bil-
məyən Avtandil belə qərara gəlir ki, öz vicdanının səsinə qulaq 
assın, onun dediklərinə əməl etsin. Belə ki, ümumkütləvi iradə 
ilə fərd iradəsinin qarşıdurmasında bu dəfə fərdin iradəsi qələbə 
çalır. Beləliklə, sonradan öz inkişafını böyük gürcü şairi Vaşa 
Pşavelanın  əsərlərində tapacaq başqa bir mədəni mövqenin 
əsası qoyulur. 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə