Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə69/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

 
250
Bu gün burada yaşayan digər qafqazlıların (kartvel qrupuna 
daxil olanlar, Dağıstan xalqları) daha qədimdən burada yaşadığını, 
türklərin isə daha sonra köçüb gəldiyini qəbul edirsinizmi?  
Sadəcə köçüb gələn türklər, görünür ki, çox idilər. Və ət-
rafdakı bəzi azsaylı və təcrid olunmuş xalqlar onların içərisində 
əridi. Məsələn, burada –Azərbaycanda ərəblər yaşayıb – görü-
nür ki, onların bir hissəsi islam ordusundan, bir hissəsi idarəçi-
lik səbəbindən burada qalmışdılar. İndi də Azərbaycanın bir ne-
çə rayonunda ərəblərlə bağlı kənd adları və nəsil adları var. On-
lar Ərəbistandan tam təcrid olunduğundan və yerli xalq da isla-
ma qulluq etdiyindən yavaş-yavaş  əriyib yox olublar. Bu cür 
şeylər, yəni coğrafi təcridolunma qrup kimliyini zəiflədə, hətta 
yox edə bilər. 
Digər və son sualım, Əbül-üla əl-Müərri ilə bağlı gedən 
söhbətə aiddir. Bu daim yada salınan xronik misala çevrilib. 
Məncə ondan məsələnin məğzini anlamaq üçün deyil, şübhəli 
fikri təsdiq etmək üçün daha çox istifadə edirlər. O dövrdə İran, 
o cümlədən, İran Azərbaycanı  türkləşmişdimi? Deyəsən yox... 
Digər tərəfdən, ərəblər türkləri kifayət qədər yaxşı tanıyırdılar. 
Bağdadda türklərin ordusu var idi. Onlar güclü idilər, hətta ida-
rəçiliyə də, xəlifənin işlərinə də qarışırdılar. Ona görə də əgər 
Qətran Təbrizı  türkcə danışırdısa, əl-Müərri ona necə deyə bi-
lərdi ki, bu nə dildir?! Özü də o dil türk dili idisə, onların adları 
vardı -  xəzər dili, xaqaniyyə, oğuz, qıpçaq ...(Mahmud Qaşqa-
riyə baxın, o bu adları sayır). O halda, əl-Müərri ilə    Qətran 
Təbrizınin söhbətində adı  çəkilən Azəri və ya Azərbaycan 
dilinin hər hansı türk dilinə dəxli ola bilərmi? 
 


 
251
Mən prоblеmin tаriхçilik аspеktini  
аçiqlаmаğа çаlışdım 
 
Professor Süleyman ƏLİYARLI: 
 
–Hаmlеt müəllimin suаllаrı mövzunun bаşlıcа еlmi аspеk-
tləri, məzmun və mаhiyyətiylə bаğlı. Mən isə prоblеmin tаriх-
çilik аspеktini аçıqlаmаğа çаlışdım. Nə isə, suаllаrа dönək. 
 
Birincisi, mən türklərin tаriхində bir “böyük köç” dеyil, 
yüzillər və həttа minillər bоyuncа оnlаrın dəfələrlə köçlərdə оl-
duğu qənаətindəyəm. Bu, tаriхdə “türk dinаmizmi” (L.N.Qu-
milyоvdа: pаssiоnаrlığı) kimi də  qəbul  еdilə bilər. Türklərdə 
gözəl аtıcılıq və аrаbаçılıq (“kаnqlı” burаdаn) sənəti vаrdı. Еr-
kən хristiаn-lаtın tаriхçilərində (İоrdаn və b.) türklərin dоğuluş-
dаn ölənə kimi аt ilə bütöv, bitişik təsəvvürü yаrаnmışdı; sаnki 
uyqusu dа, yеməyi də аt üstündə yаpılırdı. Аntik kеntаvr mifi 
burаdаn. Bunа görə mən, sizin dеdiyiniz kimi, türklərin “Çinin 
şimаlındаn dаlğа-dаlğа köçüb qərbə,  о cümlədən  İrаn və 
Qаfqаzа gəldiyini hеç zаmаn inkаr еtməmişəm. 


 
252
Аncаq mən bеlə bir ənənəvi qаvrаyışlа  yаnаşı isrаr  еdi-
rəm ki, türklər şərq-qərb yönümlü köçlərdən dаhа öncə qərbdən 
şərqə köçlər  еtmişlər. Məruzəmin ikinci hissəsində  аkаdemik 
Еyхvаldın (1838), аkаdemik Mаrrın (1934), аkаdemik Hrоznı-
nın (1940) və  аkаdemik Nеmеtin (1963) əsərlərinə istinаdlаr 
vаr.  Оnlаrın kоnsеpsiyаsı belədir: qədim türklərin ilkin vətən-
ləri Аrаlıq dənizi, Urаl-Qаfqаz dаğlаrı оlmuşdur. Bu səbəbdən 
“Аzərbаycаn tаriхi” kitаbının (1996) VII bölümündə mən “Ön 
Аsiyа,  Аrаlıq və  Qаrа  dəniz bölgələri uzаq kеçmişdə türklərə 
yаd dеyildi” mövzusunu bаşlığа  çıхаrmışаm. Burаdа  bеlə bir 
tеzis də yеr аlmışdır: “Bu göstəricilər... türklərin Ön Аsiyаdа və 
Аrаlıq dənizi üzərində tаriхin ulu çаğlаrındаn yеrləşib оturduq-
lаrını sübutа yеtirir. Dünyа еlmində türkоlоqlаrın yаlnız bir yа-
rısı Аltаy bölgəsini türklərin ilkin vətəni sаyırsа, qаlаnlаrı оnlа-
rın bu bölgəyə Ön Аsiyаdаn sоnrаlаr gəldiyini yаzmаqdаdır” 
(s.159). 
İkincisi, suаldа аbоrigеnliyi yаlnız “qаfqаzlılаrа” аid еdir-
siniz. Bu, çох nisbi, həttа şərti аnlаyışdır. Аkаdemik İ.Cаvахiş-
vili bir zаmаn yаzırdı: “Измерением всех черепов, найденных 
в древнейших погребениях Кавказа, установлено, что спер-
ва в нашей стране жили длинноголовые, то есть долихоке-
фалы...”  Xаtırlаdırаm: türklər bu аntrоpоlоji tipə  mənsub-
durlаr, qаfqаzlılаr isə brахikrаn tipinə. 
Sоnuncu, Hаmlеt müəllim, Əbül ülа Məərri tаriхçəsi prin-
sipаl məsələ  dеyil. Mən yаlnız 1958-ci il “Аzərbаycаn tаriхi” 
(Ə.Quliyеv) kitаbının mövqеyini  аçıqlаmаq üçün bu mövzuyа 
tохundum. 
 


 
253
Sual çox yaxşı qoyulmuşdu:  
“Köküng kim?” 
 
Camal MUSTAFAYEV
fəlsəfə elmləri doktoru, profes-
sor: 
 
–Süleyman müəllimə  təşək-
kür edirəm. O, Azərbaycanın  ən 
böyük tarixçilərindəndir. Elm 
aləmində  tək Azərbaycanda yox, 
keçmiş SSRİ-də öz mövqeyi olan 
alimdir. Onun mühakimələri hər 
hansı bir elmi dəlilə  əsaslanır. 
Ancaq bir məsələ var ki, istər 
milli, istərsə  də siyasi məsələ 
olsun, hər birinin metodoloji əsası 
olmalıdır. Metodologiyadan kənarda fikirlər mütləq dağılacaq, 
qırılacaq.  
Bu baxımdan Süleyman müəllim sualı çox yaxşı qoydu: 
“Köküng kim?” Amma bu gözəl sualın cavabı məcrasını aşmış 
sel kimi hər tərəfə dağıldı. Mövzu çox geniş olduğundan fikir-
lər uzağa getdi. Mən istərdim ki, Süleyman müəllim məruzəsini 
konkret elmi nəticələrlə yekunlaşdırsın... 
 
Professor Süleyman ƏLİYARLI: 
 
Bu sual da mövzunun başlıca elmi aspektlərinə toxun-
mağı  tələb edir. “Köküng kim?” sualına mən yalnız tarixçilik 
müstəvisində toxundum, tarixçilərin görüş  və yanaşmalarını 
açıqlamağa çalışdım. Köklərin kimliyini açıqlamaq istəyirsi-
nizsə, ikinci məruzə dinlənilməlidir. 
 
 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə