Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə72/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

 
262
Mən giriş sözümdə mövzu haqqında ümumi təsəvvür ya-
ratmaq istədim. Sözü məruzəçimiz  İmir Məmmədliyə vermək 
istəyirəm.  İmir Məmmədli həm gürcü xalqının, həm Azərbay-
can xalqının dilini, mədəniyyətini dərindən bilən, hər iki dildə 
yaradıcılıqla məşğul olan, hər iki dildən bir-birinə çoxsaylı və 
ciddi tərcümələr edən nadir yaradıcı  şəxs və mütəxəssislərdən 
biridir. Rustavelini gürcücədən azərbaycancaya tərcümə etdi. 
Ə.Cavad, S.Vurğun, M.Rahim və S.Rüstəmdən sonra cürətlə və 
zənnimcə, haqlı olaraq bu işə girişdi. Azərbaycan  ədəbiyyatı 
nümunələrindən gürcü dilinə sevə-sevə çevirdi. Mənim şeirləri-
mi də “Həyat poeziyası” (“Sitsotsxlis poezia”) adı ilə gürcücə 
nəşr etdirdi. Kitabın Tiflisdə  təqdimatında gürcülər  şeirlərin 
gürcücə gözəl səsləndiyini dəfələrlə qeyd etdilər. Bu, tərcü-
məçinin – İmir Məmmədlinin əməyi idi, ona verilən qiymət idi. 
 
İMİR MƏMMƏD oğlu MƏMMƏDLİ 
 
1957-ci ildə Gürcüstanın Kaspi 
rayonunun Zemo Xandaki kəndində 
anadan olub. 
Tbilisi Dövlət Universitəsini bi-
tirib. 
1990-cı ilin axırlarında Gürcüs-
tan Prezidenti Aparatına işə  dəvət 
olunub, bir çox məsul vəzifələrdə ça-
lışıb. 
Uzun illərdən bəri orijinal bədii 
yaradıcılıqla yanaşı ədəbi tərcümə ilə 
də məşğul olur. Məhəmməd Peyğəm-
bərin kəlamlarını, Yunus İmrənin, 
Aşıq  Ələsgərin və başqa  ədiblərin  əsərlərini gürcü dilinə 
tərcümə edib. Şota Rustavelinin «Pələng dərili cəngavər» 
poemasını orijinaldan Azərbaycan dilinə tərcümə edib. 
20-dən çox bədii kitabın müəllifidir. Dram əsərləri 
tamaşaya qoyulub.  


 
263
Gürcüstan Dövlət Mükafatı laureatı, «Maçabeli» və 
«UGART»  ədəbi mükafatların laureatıdır. 1998-ci ildə Gür-
cüstanın “Şərəf ordeni”nə layiq görülüb. 
Hazırda İctimai Radioda şöbə müdiri vəzifəsində çalışır. 
 
Şuşa havaları 
 
İmir MƏMMƏDLİ: 
 
– Mən hamınızı salamlayıram.  
Belə bir məclisi təşkil etdiyinizə və onu müntəzəm davam 
etdirdiyinizə görə sizi alqışlayır və  mənə bu şəraiti yaratdığı-
nıza görə təşəkkürümü bildirirəm. 
Bu gün Şuşamızın işğalı günüdür. Mən də mövzumuza 
keçmədən əvvəl Şuşa haqqında yazdığım bir şeiri sizin diqqə-
tinizə çatdırmaq istəyirəm. Şeir “Şuşa havaları” adlanır: 
 
Sən Allah, o qarı yadıma salma, 
Doğma yuva dərdi bir yana qalıb. 
O qarın həsrəti öldürür məni, 
Dağlarda yellənən çovğunla gəlib
Ürəyimə çökür Şuşanın çəni. 
Biz qaçdıq, baxanlar elə bildilər, 
Yurdda bizim təkçə varımız qaldı. 
Eh, kimə deyək ki, orada bizim, 
Dumanımız qaldı, qarımız qaldı. 
Dağların üstündən tarım çəkilən 
Simləri şəfəqdən tarımız qaldı. 
Əldəyməz sinəsi xarı bülbüllü, 
Yamyaşıl köynəkli yarımız qaldı. 
İkiyə bölündü sanki hər adam, 
Yarımız qaçanda, yarımız qaldı. 
Sən allah o qarı yadıma salma, 
Qərib qış ayazı yanır qəlbimdə, 
Məni içimdəki oduma salma. 


 
264
Gürcü dünyagörüşünə bir baxış 
 
Xalqın dünyagörüşünü milli mədəniyyət müəyyənləşdirir
milli mədəniyyəti – xalqın dünyagörüşü. Bu, mühitlə insanın bir-
birinə qarşılıqlı təsiri kimi bir şeydir, aksiomadır ki, mühit insanı 
formalaşdırdığı qədər, insan da yaşadığı mühiti formalaşdırır. 
Amma geniş anlamda millətin dünyaya baxışı da milli 
mədəniyyətin tərkib hissəsidir. 
Bəs bu mədəniyyətin özü nədir? 
Güman ki, mədəniyyət sözünün ən yığcam,  ən lakonik 
izahı belə olardı: 
Allahın və  təbiətin yaratdıqlarından başqa nə varsa, yəni 
bilavasitə insanın iştirakı ilə  nə yaradılıbsa, mədəniyyətdir 
(“kultura” mənasında). 
Gürcü mədəniyyəti də gürcünün bir insan kimi yaratdığı 
fenomendir. Sözsüz ki, həmin fenomen müasir gürcü simasını 
formalaşdıran, çağdaş gürcünü gürcü edən başlıca amildir. 
Bir tarixi qonşu kimi, bizə gürcünün hansı mədəni təma-
yülə mənsub olmasını bilmək son dərəcə əhəmiyyətli və vacib-
dir. Çağdaş aləmdə  ən yeni elmi sahə olan kulturologiyada 
dünya xalqlarının mədəniyyətləri, əgər belə demək mümkünsə, 
“vicdan aspektindən” də öyrənilir, yəni mənəvi-tipoloji baxım-
dan təhlil və tədqiq olunur. Həmin üsula görə bəşəriyyət mədə-
niyyətini iki hissəyə bölürlər: “ar mədəniyyəti” və “cinayət mə-
dəniyyəti”. “Ar mədəniyyəti”nə o mənəvi əxlaqi tiplər aiddir ki, 
onlar hər hansı bir qərara gələrkən öz daxili impulslarına, öz 
vicdanlarının səsinə deyil, elin səsinə və ənənəyə çevrilmiş so-
sioloji davranış qaydalarına riayət edirlər. Onların bütün hərə-
kətlərinə, hər bir addımına artıq qəbul edilmiş adət-ənənələr və 
xalqın gözü nəzarət edir. Bu cür mədəniyyət təmsilçiləri xalq 
qarşısında, “ağsaqqal – avtoritet” önündə daim daxili hesabat 
verirlər. Hər hansı bir qərarı qəbul edərkən öz-özlərindən soru-
şurlar: “Mən bunu belə etsəm, görəsən, el nə deyər? Xalq bunu 


 
265
alqışlayarmı?” Yalnız cavab müsbət olanda qərar qəbul edilir 
və hərəkətə gətirilir. 
Bu cür mədəniyyətdə insanın özü bir fərd kimi, onun da-
xili vicdan səsi və müvəffiq olaraq şəxsi məsuliyyət hissi, 
demək olar ki, istisna olunur. Əxlaq meyarlarını  qədimdən 
gələn adət və el tələbləri müəyyənləşdirir. Sözün qısası, “ar mə-
dəniyyəti”ndə insan vaxtilə  qəbul olunmuş  çərçivə içərisində 
dolanır. Yəni ilk baxışda o elə bir vəziyyətdədir ki, zahirən 
güya sərbəst hərəkət edir, amma yerləşdirildiyi çərçivə hüdud-
larından kənara çıxa bilmir. Həmin mədəni məkanın sərhədləri-
ni qoruyaraq el qarşısında onun üzü nə  qədər ağdırsa, xalqın 
gözündə  nə  dərəcədə nümunəvidirsə, qərar seçimində bir o 
qədər məhduddur. Ən azından elin gözü, xalqın sözü onun bü-
tün qərarlarına güclü təsir edir. 
 
Şərti olaraq “cinayət mədəniyyəti” adlanan mədəniyyətdə 
hər  şey bunun əksinədir: Qəhrəman hamılıqla qəbul olunmuş 
davranış qaydalarına qarşı çıxır. Onun hərəkətlərini daxili vic-
dan səsi müəyyənləşdirir. Əgər belə hal ümumi milli mədəniy-
yətin təyinedicisi deyilsə, ictimai adət və oturuşmuş davranış 
qaydalarının tərəfdarı olan kütlə ilə “cinayət mədəniyyəti”nin 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə