Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə65/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

 
236
dillərindən biri kimi tıqdim edilirdi. Güney Dağıstan ləzgi qru-
puna yaxın bir dil kimi verilirdi.  
Bu konsepsiya burada artıq bu şəkildə Azərbaycanın milli 
varlıq olmadığı fikrini ortalığa gətirmişdir. Yəni Güney Azər-
baycanda və Quzey Azərbaycanda yaşayan azərbaycanlılar heç 
zaman vahid bir xalq olmamışlar. Mənə elə gəlir ki, bunun nə 
dərəcədə ciddi problem olduğunu izah etməyə ehtiyac yoxdur. 
Ancaq bununla, yəni çoxdilliyin bu arayışı ilə kəsrəviçilik So-
vet Azərbaycanına da gətirildi və bir növ rəsmiləşmiş oldu. 
Keçən məclisimizdə – “Sovet–Amerika qarşdurması: 
Azərbaycan böhranı və soyuq müharibə” mövzusunun müzaki-
rəsi zamanı istinad etdiyim bəlgəyə dönmək istəyirəm. 1946-cı 
il fevralın 23-də Qəvam üs-Səltənə Stalin və Molotovun qəbu-
lunda olmuşdu. Molotov Qəvam üs-Səltənəyə iradını bildirərək 
deyir ki, siz azərbaycanlılara məktəb, yazı-pozu, qəzet, muxta-
riyyət verməməkdə düz etmirsiniz.  
Bu görüşə aid sənədlərdən belə bir hissəni sizin diqqə-
tinizə çatdırıram:  
“Затем  Kавам  достал  из  кармана  кaкой-то  доку-
мент  и  заявил: “Здесь  доказывается,  что  тюркский  язык 
не  является  родным  языком  азербайджанцев.  Этот  язык 
занесен  сельджукскими  завоевателями 900 лет  тому  на-
зад. До этого aзербайджанцы говорили на персидским язы-
ке.  Пантюркисты  вели  большую  пропоганду  в  Азербай-
джане (söhbət Cənubi Azərbaycandan gedir – S.Ə.)  расп-
ространяя  там,  в  большом  количестве  литературу.  Од-
нако  это  пропаганда  не  имела  успеха,  так-как  пантюр-
кисты не могли изменить естество азербайджанцев”. 
Qəvvam bunu deyir, lakin o, XI–XIII əsrlərdə İranlıların 
türklərin dilinə niyə keçdiklərini izah etmir. Böyük İran sivili-
zasiyasının arxasında duran bir millət niyə bunu etsin ki? Bu, 
sirr olaraq qalır. Bunlar deyirlər ki, dili qəbul etdilər və bu dil 
də onların ana dili deyil. Ona görə də türk dili onlara yabancı-
dır. Amma əndamca, antropoloji, mənəvi cəhətdən, digər var-


 
237
lıqları baxımından azərbaycanlılar elə  İranlılardılar. Onların 
təbiəti dəyişilməmişdir.  
Yeri gəlmişkən, künyəsi və nisbəsi ilə  məlum bir tarixi 
şəxsiyyətlə bağlı bir arayış verim: Əbu Əli Həsən ibn Əli Xacə 
Nizam-əl-Mülk iki böyük Səlcuq imperatoru zamanında haki-
miyyətdə olmuş, bu boyda imperiyanı idarə etmişdir. Özü 
yazır:  “Mən bütün ölkələrə,  əyalətlərə (imperiyanın bir ucu 
Amu Dərya, bir ucu Egey dənizi idi – S.Ə.) farsca bilən, farsca 
danışan, fars təhsilli kargüzarlar, nəzarətçilər, müfəttişlər 
göndərirəm”.  
Tədqiqatçılar bu fikrə  gəlirlər ki, Nizam-əl-Mülkün döv-
ründə Səlcuq imperatorluğunda sayı 10.000-dən artıq İran ziya-
lısı bu dövlətin idarəçiliyi, maarifi, kargüzarlığı, dövlət və digər 
yazışmalarını inhisara almışdı. Mən bunu nə üçün dedim? Ona 
görə ki, tarixi yanaşma ilə sübuta yetmiş olur ki, bu şəraitdə, 
belə bir mühitdə fars dili türk dili ilə əvəz oluna bilməzdi. Hələ 
onu demirəm ki, üç böyük türk imperatorluğu (Qəznəvilər, Qa-
raxanlılar, Səlcuqlar) fars mədəniyyəti, ədəbiyyatı üzərində bö-
yük sayğı və himayədarlıq edirdi. Fars ədəbiyyatının şah əsəri 
olan Firdovsinin “Şahnamə”sini belə Sultan Mahmud Qəznəvi 
sifariş vermişdi. Mən belə düşünürəm ki, 60.000 beytlik bu nə-
həng əsərin müəllifinə vəd olunmuş ənamın verilməməsinin sə-
bəbi hər halda bu kitabın başdan-ayağa antitürk ruhda yazılması 
idi. Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi, “Şahna-
mə” fars şovinizmi və nasionalizmindən yoğrulmuş, türkə  və 
türklüyə qarşı yazılmış bir əsərdir.  
Burada söhbət Azərbaycanın böyük bir hissəsindəki xal-
qından gedir ki, əgər bunlar İranlı idilərsə, İranın böyük sivili-
zasiyasına dayanırdılarsa, nə üçün onlar türkcəyə keçməli 
idilər? Demək istəyirəm ki, bu konsepsiya Əhməd Kəsrəvinin 
“Azəri, ya zəban-e bastan-e Azərbayqan” kitabından alınmadır. 
Qəvam  əs-Səltənənin oxuduğu parça da, “Azərbaycan tari-
xi”nin 1958-ci il çapında yer alan hissə də Əhməd Kəsrəvinin 
kitabından köçürmələrdir. Konseptual olsa da, plagiatdır.  


 
238
Sonra aydın şəkildə izləmək olur ki, bu konsepsiyanı orta-
ya qoyan Azərbaycan alimləri, EA-nın Tarix İnstitutunun əmək-
daşları xüsusi hazırlıq işlərinə  də qatılmışlar. Məsələn, onlar 
duyurdular ki, antropoloji biliklər, araşdırılmalar aparılmazsa, 
müəyyən etmək, sübut etmək mümkün olmayacaq ki, bu İranlı-
dır, yoxsa türkdür. Niyə kiçik xalqlar öz dilində qaldı, amma 
ərazicə bu taydan bir neçə dəfə böyük olan Cənubi Azərbaycan 
dəyişdi? Bunu sübut etmək üçün antropoloji tədqiqatlar lazım 
idi. Bunlar bu səpgidə bircə  nəfər antropoloq götürdülər. O, 
mərhum Rəbiyyə Qasımova idi. Rəbiyyə Qasımova nə yazırdı, 
onun yazdıqları Qəvam əs-Səltənənin dedikləri ilə nə dərəcədə 
eynilik təşkil edirdi? Bunu özünüz müşahidə edəcəksiniz.  
 
 
Diqqət yetirin, Rəbiyyə xanım yazırdı:  “Южных  и  Се-
верных  азербайджанцев  объёдиняет  только  тюркский 
язык,  который  нельзя  считать  родным  языком  современ-
ных  азербайджанцев,  так-как  он  насильно  был  навязан 
местному  насилению  Азербайджана  элементами  восточ-
ного происхождения”.  


 
239
Rəbiyyə xanımın kitabı 1975-ci ildə çap olunub və kitab 
“Антропологические исследования современного населения 
Азербайджана” adlanır. Müəllif bir də yazırdı: “Mən qarşıma 
belə bir məqsəd qoymuşam ki, əvvəlcə Azərbaycanın həm qədim 
İran mənşəli  əhalisinin, həm də Azərbaycanın yerli, aborigen 
əhalisinin xüsusi çəkilərini müəyyən edim”. Sonra isə  “Опре-
делить  удельный  вес  элементов  восточного  происхож-
дения (монголоид)”. 
Başqa tarixçilər bu tezisləri tutdular. Onlar bunu antropo-
loji tədqiqatların nəticəsi kimi dəyərləndirməyə başladılar. Əh-
məd Kəsrəvi deyir: “Onlar türk deyillər və türk dili də onların 
ana dili deyil”.
 
 
 “Quzey  və Güney Azərbaycanı birləşdirən yalnız və 
yalnız onların ana dili olmayan türk dilidir,” – deyən Rauf Hü-
seynovun, İqrar Əliyevin, Əlisöhbət Sumbatzadənin yazılarında 
bu məsələyə kifayət qədər toxunulmuşdur. Vaxtımız olsa, bu 
haqda geniş danışa bilərdik. 
Ancaq mən bir şeyi demək istəyirəm ki, Azərbaycan xal-
qının antropoloji quruluşunun dəyişməz olduğunu Rəbiyyə xa-
nımın tədqiqat apardığı zamanlar böyük Sovet alimləri də ya-
zırdılar. Amma onların – Rəbiyyə xanım və Sovet alimlərinin 
aldığı  nəticələr daban-dabana zidd idi. Mən onlardan bir 
neçəsinin adını çəkmək istəyirəm.  
Birincisi, professor Bunakın fikrini sizin diqqətinizə çat-
dırmaq istəyirəm.  
O yazırdı:  “Во  втором  тысячилетия  до  нашей  эры  в 
Евроазийской степи жили люди - евровзийская ветвь евро-
пеоидного  ствола.  Ее  представителями  являются  типы 
афанасьевской  и  андроновской  культур,  а  в  настоящее 
время  Каспийский  тип,  характерный  для  азербайджанцев 
и туркмен”. 
Bu əsər 1956-cı ildə, Rəbiyyə xanımın əsərindən 20 il əv-
vəl çap olunub. Bunak kifayət qədər tanınmış və çəkisi olan bir 
alim idi. Rəbiyyə xanımın rəhbəri Debets isə 1951-52-ci illərdə 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə