Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə61/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

 
221
Cənubi Azərbaycanda  
azadlıq hərəkatı baş tutsaydı... 
 
Professor Eldar İSMAYILOV: 
 
–Cəmil müəllim, Pişəvərinin xarakterinin çox maraqlı cə-
hətləri var. Amma hər halda qətiyyətlə deyə bilərik ki, o imkan-
lardan lazımınca istifadə olunmadı.  
Bu gün İranda baş vermiş  həm 
azadlıq, həm demokratik hərəkatdan 
söhbət getdi. Məncə, daha çox kom-
munist hərəkatından söhbət gedə bi-
lər. Buna bir az ehtiyatla yanaşmaq 
lazımdır.  
Qərbi Ukraynadan, Qərbi Bela-
rusiyadan danışırıq. Həqiqətən ona 
oxşar hadisələr idi. “Cənubi Azərbay-
canda azadlıq hərəkatı” ifadəsini işlə-
dərkən o hərəkat baş tutsaydı, ora-
dakıları nələrin gözlədiyini də düşün-
məliyik. Bilirsiniz ki, Qərbi Ukray-
nada 1942-ci ildə  və müharibədən 
sonra on millərlə adam sürgün edildi, minlərlə adam güllələndi. 
Cənubi Azərbaycan  əhalisini də çox böyük müsibətlər göz-
ləyirdi. Profilaktik məqsədlərlə  əhalinin böyük bir hissəsi rep-
ressiyaya məruz qalacaqdı. Hərəkat zamanı da bu cür repressi-
yalar baş verirdi. Biz bu məsələni bir qədər unutmuşuq.  
Azərbaycanı ikinci bir bəla da gözləyirdi. O dövrdə Azər-
baycan KP MK-nın ikinci katibi işləmiş  Həsən Seyidov xati-
rələrində yazırdı: “Bu məsələ  həll olunsaydı, Dağlıq Qarabağ 
və Naxçıvan Ermənistana, Zaqatala–Qax bölgəsi isə Gürcüsta-
na veriləcəkdi”. O dövrdə Qarabağ  məsələsinin qabardılması 
təsadüfi deyildi. Siyasi Büro kömək haqqında qərar qəbul edən-
də də bu məsələ var idi.  
Əlbəttə, onların niyyəti çox nəcib idi. Amma mən inanmı-
ram ki, Pişəvərini güllələmək mümkün deyildi...  


 
222
Terrorçuların sayı 21 nəfərdən çox deyildi 
 
Professor Cəmil HƏSƏNLİ: 
 
– Orada bir neçə məsələ var idi. Əvvəla, dediyiniz kütləvi 
repressiyalara hələ gəlib çıxa bilmədi. Hərəkatın xarakteri baş-
qa idi. Mənim yanaşmam belədir ki, bu, sol təmayüllü milli hə-
rəkat idi. Mənim fikrimcə, biz bu hərəkata belə yanaşmalıyıq. 
Hərəkatın mahiyyəti, məzmunu, gedişi bunu deməyə əsas verir. 
Sizin qeyd etdiyiniz repressiyaları həyata keçirən cəza dəstələri 
fəaliyyət göstəridi. 
Amma Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsindən 
Cənubi Azərbaycana göndərilən qrupda terrorçuların sayı 21 
nəfərdən çox deyildi. Onlar imkan daxilində açıq terrordan yan 
keçməyə çalışırdılar. Onların qarşısına sərt şəkildə müqavimət 
göstərənləri aradan götürmək vəzifəsi qoyulmuşdu. Amma bir 
şeyi nəzərə almalıyıq ki, hökumətlə əməkdaşlıq etmiş zənginlər 
heç nə itirmədilər. Məsələn, hökumətə 26 tacirin belə bir mü-
raciəti var idi: “Biz uzun müddət Rusiya ilə ticarət etmişik. İşi 
elə qurun ki, istehsal dayanmasın”.  
 
İki görüş arasındakı dəyişikliyin səbəbi 
 
Şahin MUSTAFAYEV,  tarixçi alim: 
 
Cəmil müəlim, təşəkkür edirik! 
Həmişəki kimi böyük zövqlə 
qulaq asdıq. 
Qəvamla bağlı  mənim bir sua-
lım var. Deyirsiniz ki, Qəvvam  əs-
Səltənə tamamilə Sovet oriyentasiyalı 
adam olmuş və onu Sovetlər hakimiy-
yətə  gətirmişdi. O, Moskva səfərinə 
gəlib Stalinlə görüşərkən, Sovetlərin 
bütün tələb və təkliflərini yerinə yetir-


 
223
məyi qəbul edib. Molotovla görüşəndə isə mövqeyini tamamilə 
dəyişir, birdən-birə sanki Amerika oriyentasiyalı bir şəxsə dö-
nür. İki görüş arasında bu qədər dəyişikliyə səbəb nə oldu? 
 
Professor Cəmil HƏSƏNLİ: 
 
–  Qəvam yaşlı bir adam idi. Bir şeyi qeyd edim ki, hansı 
nazir Sovet tərəfi ilə görüşürdü, yaxınlaşırdısa, söhbət onun Baş 
nazir təyin edilməsindən gedirdi. Bu, İran siyasətində özünü 
göstərən birmənalı amil idi. Bu da onunla əlaqədar idi ki, o vaxt 
hökumət böhranını Sovetlər yaradırdı. Bu cür “böhran siyasəti” 
ingilislərin əlindən Sovetlərin əlinə keçmişdi. Bu nazirlər də başa 
düşürdülər ki, Baş nazir olmaq üçün Sovetlərlə yaxınlaşmaq la-
zımdır. Qəvvam da yetərincə  ağıllı adam olduğuna, bunu başa 
düşdüyünə görə, Sovetlərin bu siyasətində oynamağa başladı.  
Burada maraqlı bir məqam var: Qəvvam 1946-cı il fevrlın 
19-dan martın 20-nə kimi Moskvada oldu. Sovet rəhbərləri ilə 
danışanda özü üçün lazımi nəticələr çıxardı. Qəvvamın şərəfinə 
verilən ziyafətdə o, Stalinə Molotovdan şikayət edir ki, biz 
Molotovla heç bir razılğa gələ bilmədik. Stalin də deyir ki, gör 
onların əlindən mən nə çəkirəm.  
Qəvvam Moskva səfərini özü üçün təhlil etdi. Eyni za-
manda Sovetlərin icazəsini almaq məqsədi ilə Molotova deyir 
ki, Amerikanın müvəqqəti işlər vəkili Kennanla görüşə  dəvət 
alıb. Molotov isə deyir ki, dövlət başçısı kimi o, hər kəslə gö-
rüşə bilər. Amma Qəvvam Moskvadan qayıdandan sonra yerit-
diyi siyasət Sovetlərin açıq müdaxiləsini imkan daxilində da-
yandırmaq, Sovetlərə bəhanə verməmək, eyni zamanda Ameri-
ka ilə yaxınlaşmaq idi.  
Belə bir hadisə olmuşdu: Qəvvam mətbuat konfransı keçi-
rərək demişdi: “BMT-yə ərizə vermişik ki, Azərbaycan məsələ-
sini müzakirə etsin”. Sovet səfiri Ponçikov ona təzyiq göstərən-
də isə bildirmişdi ki, bu, tərcüməçinin xətası olub. Onda səfir 
öz təcüməçisini ona verərək mətbuat konfransını  təkrar keçir-


 
224
məyi məsləhət gördü. Qəvvam yenidən mətbuat konfransı ke-
çirdi və əvvəlki fikirlərindən imtina etdi. Amma o, bütün bun-
ları Sovetləri qıcıqlandırmamaq üçün edirdi.  
Sovetləri neytrallaşdıraraq Amerika ilə gizli danışıqlara 
keçmək barədə onun Müzəffər Firuz və Pişəvəri ilə gizli danı-
şıqları olub. Müzəffər Firuz ona deyir ki, unutma, Pişəvəri ol-
masa, sən Baş nazir ola bilməzdin. Qəvvam  şahı  nəzərdə 
tutaraq belə bir cümlə işlədir: “Siz bilirsiniz ki, bu uşaq dövləti 
idarə etməkdən çox intriqa ilə məşğuldur. Mən siz deyən kimi 
etsəm, ordunun Azərbaycan hökumətinə tabe olması  gərəkdir. 
Bununla da şahla bərabər ingilisləri də öz əleyhimə qaldırmış 
olaram. Mən belə başa düşürəm ki, hələlik mənim hakimiyyət-
dən getməyim sizə lazım deyil”.  
Amerika səfiri maraqlı bir söz yazır: “Qəvvam bir sirr 
idi”. Bu belə idi. Qəvvam Moskvanı aldatmaqdan çox Ameri-
kaya arxalanırdı. Onun bu siyasəti özünü doğrultdu. 
 
Professor Süleyman ƏLİYARLI: 
 
Mən Cəmil müəllimə təşəkkürümü bildirirəm.  
Hamlet müəllimə də bu şəraiti yaratdığına görə xüsusi tə-
şəkkürümü bildirirəm. Çünki bu gün universitetlərdə bu cür el-
mi söhbətlərə, konfranslara, müzakirələrə çox təsadüfi hallarda 
rast gəlinir.  
Cəmil müəllimin məruzəsi olduqca zəngin idi. Məncə, bu 
fikirlə buradakılar da razılaşarlar. Mövzu yeni və çox genişdir.  
Mən bir daha hər birinizə təşəkkür edirəm. Təklif edirəm 
ki, Cəmil müəllim bu mövzunun ayrı-ayrı istiqamətləri üzrə bir 
daha məclisimizdə məruzə etsin. 
 
*** 
 
Müzakirələrdə tarix elmləri doktoru Solmaz Rüstəmova-
Tohidi, Xəzər Universitəsinin departametnt müdiri, dosent 
İsmət Əhmədov və başqaları da fəal iştirak etdilər.  


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə