Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə66/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

 
240
Azərbaycanda antropoloji eksedisiyaya başçılıq etmişdir. Sonra 
onu buradan uzaqlaşdırdılar. Görünür, nahaq yerə deyildi. Çün-
ki bu adamlar həqiqəti gizlətmirdilər. Rus alimlərinin içərisində 
obyektivliyini qurban verməyən tarixçilər, tədqiqatçılar hər 
zaman olmuşdur. Onu buradan kənarlaşdırdılar və o, Azərbay-
can sərhədlərinin  şımalına – Dağıstana getdi. Dağıstan  əha-
lisinin, orada yaşayan azərbaycanlıların, ləzgilərin, avarların və 
digər xalqların antropoloji tədqiqatını apardı. Apardığı tədqiqat-
ların nəticəsi belə oldu: “В Азербайджане повсеместно пре-
обледает  Каспийский  тип”.  Yəni Azərbaycanda nə  İran, nə 
də Qafqaz-İber antropoloji tipi aparıcı yer tutmur. Sonra davam 
edir:  “Ни  одна  Дагестанская  группа,  за  исключением  дер-
бендских  азербайджанцев,  не  может  считаться  харак-
терной для этого (Каспийского) типа”. 
  
 
Onun fikrincə, azərbaycanlıların və türkmənlərin antro-
poloji quruluşu köklü dəyişikliyə  uğramamışdır, ancaq onlar 
İran və ya Qafqaz–İber deyil, Kaspi tipinə mənsubdurlar. Belə 
də yazırdı: “В глубокой древности в Восточном Закафказье 
и  в  южных  районах  Средней  Азии  жили  люди,  почти  не 
отличавшиеся  от  современных  азербайджанцев  и  тур-
кмен.  На  оснавании  этих  данных  следует  сделать  вывод, 


 
241
что  предками  современных  азербайджанцев  и  туркмен 
были  древние  племена,  жившие  на  той  же  терретории  и 
обладавшие теми же признаками” (Каспийскими – S.Ə.). 
Sovetlər Birliyinin nəhəng antropoloqlarının fikirlərini sizə 
çatdırıram. Tanınmış gürcü alimi, böyük sovet antropoloqu Ab-
duşelilişvilinin 1980-ci ildə Moskvada, SSRİ EA-nın “Nаukа” 
nəşriyyatında  “Новые  данные  к  анропологии  Северной  Ин-
дии”  adlı kitabı çapdan çıxmışdır. Bu kitabda və müəllifin bir 
sıra başqa tədqiqatlarında Zaqafqaziya xalqlarının antropoloji 
öyrənilməsinə geniş yer verilmişdir. Müəllif belə bir nəticəyə 
gəlmişdir ki, Borçalı türklərində Qafqaz-İber cizgisi yoxdur. Bu-
nunla bərabər Borçalı türklərini Azərbaycanın iki rayonu, səhv 
etmirəmsə, Ağsu və Cəlilabad əhalisinin antropoloji quruluşu ilə 
müqayisə etmişdir. Bütün parametrlər üzrə aldığı nəticə bundan 
ibarətdir:  “Qafqaz–İber antropoloji tipinə  məxsus xüsusiyyətlər 
qismən də olsa, Azərbaycan türklərinə aid edilə bilməz”.  
Dərbənd azərbaycanlılarının da antropoloji quruluşu nə 
ləzgilərə, nə avarlara bənzəmir. Onların da antropoloji quruluşu 
Ağsu və  Cəlilabad  əhalisininki ilə eynidir. Bunu akademik 
Alekseyev də yazmışdı. 
İndi isə icazə verin mövzunun ikinci hissəsi, yeni çoxdilli 
“Azərbaycan tarixi” haqqında söhbətə keçim.  
 
 
 


 
242
Etnogenezis və  
sonuncu çoxcildli akademik nəşr 
 
1990-cı illərin sonundan ilk cildləri çap üzü görən yeni 
çoxcildli “Azərbaycan tarixi” də bu ümidləri doğrulda biləcək 
səviyyədə buraxılmadı. Yeni nəşrdə də Güney azərbaycanlıların 
ulu  əcdadlarının  İran, quzeylilərin isə Qafqaz-İber mənşəli ol-
maları haqqında sovet ideoloji mərkəzlərinin bir zaman ortaya 
gətirmiş olduğu və Azərbaycan alimlərindən bəzilərinin (İ.Əli-
yev və b.) inadla müdafiə etdiyi əskimiş fikirlər yenə özünə yer 
ala bildi. 
Çoxcildliyin ikinci cildində etnogenezis mōvzusuna nə-
hayət ki, ümumi baxış bildirmək iddiasında olan ayrıca bir fəsil 
həsr edilmişdir. Sıra ilə XIV olan bu fəsil «Azərbaycan xalqının 
və Azərbaycan dilinin formalaşmasının başa çatması» mövzu-
sundadır (müəllif N.Vəlixanlı). 
Belə bir “taleyüklü” (bu kəliməyə mətndə bir neçə yerdə 
rast gəlmək olur) mövzu ilə bağlı kitabın konsepsiyasının nədən 
ibarət olduğunu söyləmək o gədər də asan iş deyildir. Müəllif 
öz mövqeyini maksimum gizlətməyə çalışsa da, mövzu
 
ilə bağlı 
“indi iki mülahizənin” (? Konsepsiyanın olmalı –S.Ə.) olduğu-
nu etiraf etmək zorundadır: “1) Azərbaycan xalqının etnogene-
zisində yerli (Qafqaz mənşəli) etnoslarla yanaşı gəlmə (türkdilli 
və  İrandilli) etnoslar da iştirak etmiş, tarixən türkdilli etnoslar 
böyük üstünlük təşkil edərək b.e. XI–XII əsrlərində türkdilli 
Azərbaycan xalqının formalaşmasına gətirib çıxarmışdır; 2) 
Azərbaycan xalqı ta qədimdən bu ərazidə yaşayan yerli türk 
etnosların və... türk dillərində danışan digər tayfaların qayna-
yıb-qarışmasından yaranmış... Azərbaycan türkləri erkən dövr-
lərdən türk (prototürk, erkən türk) dilində danışmış  və heç bir 
başqa xalqdan dönməmişdi”. 
Müəllif nə qədər “tərəfsiz” görünməyə çalışsa da, yalnız və 
yalnız birinci mülahizəyə üstünlük verməkdədir. Ancaq ikinci 
konseptual baxışa qarşı heç bir ciddi kontr-arqument gətirilmə-


 
243
mişdir və ya gətirmək mümkün olmamışdır. Yalnız yazılmışdır 
ki, ikinci konsepsiyada israr edən alimlər (A.Məmmədov, T.Ha-
cıyev, Y.Yusifov, bu sətirlərin müəllifi və b.) “bu mülahizələri 
dünya tarixşünaslıq elmində qərarlaşdıra bilməmişlər”. 
“Dünya tarixşünaslıq elmi” rinq deyildir. Oraya konsep-
tual baxışla çıxmaq üçün ilk növbədə “iç problemlərimizi” yo-
luna qoymağa çalışmalıyıq. Müəllif ikinci baxışı  qəbul etmir, 
onu əsassız bir şey kimi gözdən salmağa çalışır. Bu onun haqqı. 
Ancaq elmi arqument yerinə belə bir cümlə ilə dünya tarixşü-
naslıq elmində qərarlaşmaq istəyində bulunmaqdadır: “Onu da 
qeyd etməliyik ki, yazılı məlumatın çox cüzi, bəzi hallarda isə 
heç olmaması bu tədqiqatçıların başlıca olaraq onomastik mate-
riala müraciət etməsinə, ayrı-ayrı  qədim xüsusi ad və sözlərin 
müasir dilimizdəki uyğun variantlarını aramasına səbəb olmuş, 
bu isə opponentlər, tədqiqatçılar arasında inamsızlıq yaratmış-
dır; belə ki, dilin dinamik olduğunu, onun leksik və  səs tərki-
bində zaman keçdikcə yaranan mütləq dəyişikliyi, həmin alim-
lərin istinad etdikləri 6000 il əvvəlki (və ya bir qədər sonrakı) 
“prototürk” və ya ilkin (erkən) türk dilinin (belə bir dilin 
mövcudluğu da elmi baxımdan sübut edilməmişdir) müasir elm 
üçün qaranlıq olan vəziyyəti, həmin dilin zaman-zaman, özü də 
sözsüz, köklü dəyişikliyə  uğradığını  nəzərə  аlаrаq, qədim 
dillərlə müаsir  Аzərbаycаn türk dilinin müqаyisəsindən dоğаn 
fikirləri sоn еlmi nəticə kimi qəbul еtmək оlmur». 
120 söz tutan bu filoloji monstr ilə bağlı burada araşdırma 
üsulunun nə qədər yanlış olduğunu vurğulamaq lazım gəlir. 
Birincisi, bu uzun cümlədə “tədqiqatçıların (Qafqaz-İran 
versiyasını  məqbul saymayan alimlər nəzərdə tutulur – S.Ə.
başlıca olaraq onomastik materiala müraciət edilirsə, ayrı-ayrı 
qədim xüsusi ad və sözlərin müasir dilimizdəki uyğun variant-
larını aramasına” müəllifin kəskinliklə qarşı  çıxması diqqəti 
özünə  çəkir. Zənnimcə, belə bir baxış xüsusi elmi ədəbiyyatla 
az tanış olmaqdan irəli gəlir. Tarixin alt qatları üçün onomastik 
materiala müraciət etməsinə, ayrı-ayrı qədim xüsusi “ad və söz-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə