Microsoft Word Elmi mecmue 15. doc



Yüklə 70,66 Kb.

tarix07.12.2017
ölçüsü70,66 Kb.


 

 



 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 

ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 15 


 APREL (NİSAN) 2011 




Kəlamda bilik nəzəriyyəsi 

49 


 

 

KƏLAMDA BİLİK NƏZƏRİYYƏSİ  



 

i.e.n. Adilə TAHİROVA 

(BDU, İlahiyyat fakültəsi) 

 

 

Açar sözlər: Bilik, epistemologiya, İslam, Kəlam.  

Key words: Knowledge, epistemology, Islam, Kalam (theology). 

Bilik nəzəriyyəsi (epistemologiya) hər hansı bir elm sahəsinin və ya 

düşüncə sisteminin anlaşılması  və bütünlükdə öz sistemləri içərində  nə 

dərəcədə    tutarlı olub olmadığını anlamaq üçün son dərəcə böyük önəm 

daşıyır. Bu məsələyə  təmas edərkən  İslam fəlsəfəsi və  təsəvvüf kimi elm 

nəzəriyyələri kəlamın elm nəzəriyyəsindən xeyli fərqli olan elm sahələrinin 

fikirləri mövzu xaricində qalmışdır. Çünki İslam mütəkəllimlərinin elm 

nəzəriyyələri belə bir-birindən fərqlənir. Hətta eyni düşüncə  məktəbi 

içərisində olan alimlərin hər birinin elm nəzəriyyəsini ayrı-ayrılıqda tədqiq 

etmək mümkündür. Bu məqalə elm nəzəriyyəsinin tarixinə, biliyin tərifi, 

imkanı və qaynağı kimi əsas məsələlərinə kəlam prizmasından işıq tutur. 

İslam terminologiyasında aralarında bəzi fərqlər olmaqla birlikdə əsasən 



əl-ilm  və  əl-mərifə termini ilə ifadə edilərək bilən ilə bilinən (obyekt) 

arasında münasibət mənasında izah edilmişdir. Elm lüğətdə  şüur,  əsər və 

əlamət, iki əşyanı bir-birindən ayıran  əlamət mənasına gəlir. (1, XVII cild, 

495) Qurani-Kərimdə sadəcə “elm” sözü 104 dəfə qeyd edilmişdir. (2, s. 

607-608) Bu kökdən törəmiş digər sözlərə  də Qurani-Kərimdə yüzlərlə 

ayədə təsadüf edilir. Bütün bunlar adı keçən terminin Qurani-Kərim qaynaqlı 

olub çox vurğulanan bir məsələ olduğuna işarə edir. Kəlamın bir elm kimi 

sistemləşdiyi dövrdən etibarən bu mövzu kəlam əsərlərinin ilk səhifələrində 

tədqiqat obyektinə çevrilmişdir. Teoloqlar bu məsələ ilə  əlaqəli hicri III 

əsrdən başlayaraq sistemli şəkildə, xüsusilə  məntiq və  fəlsəfə ilə yaxından 

tanış olduqdan sonra kəlam tarixinə öz  töhfələrini vermişlər. 

Kəlamda bilik nəzəriyyəsi deyə bilinən bu məsələ  fəlsəfədə 



epistemologiya  bəhsində  tədqiq edilir. Bilik hadisəsini tədqiq etmə  fəlsəfi 

düşüncə ilə eyni dövrdə başlamışdır. Bu mövzuya miladdan əvvəl VI və V 




i.e.n. Adilə TAHİROVA  

50 


əsrlərdə Yunan fəlsəfəsində sofistlər, Platon və Aristoteldə bir problem kimi 

yer verilmişdir. XIX əsrdə J.F.Ferrier tərəfindən qoyulan epistemologiya adı 

altında tədqiqindən  əvvəl XVII əsrdə John Locke və XVIII əsrdə David 

Hume insan zehni və biliyin qaynağı  məsələsini modern fəlsəfənin 

probleminə çevirmişdi. (3, s. 46)  

Bilik nəzəriyyəsi və ya epistemologiyanın qısa tarixçəsi və  İslami 

mənbələrdəki yerinə təmas etdikdən sonra biliyin nə mənaya gəldiyinə, əsas 

hədəfinə  və bu nəzəriyyənin  əsas problemlərinə  nəzər salaq. Bilik, subyekt 

(insan) ilə obyekt (biliyin predmeti) arasında qurulan əlaqənin nəticəsidir. 

Biliyin  əsasən bir hədəfi vardır, bu da doğruluqdur. Bilik, obyektinə 

uyğundursa doğrudur. Başqa bir ifadə ilə doğruluq, biliyin yönəldiyi obyektə 

uyğun olmasıdır. (4, s. 11-12) 

Bilik nəzəriyyəsinin əsas problemləri bunlardır: 

1.

 



Biliyin imkanı məsələsi 

2.

 



Biliyin doğruluğu məsələsi 

3.

 



Biliyin qaynağı məsələsi 

4.

 



Biliyin hüdudları problemi 

Biliyin imkanı və doğruluğu ilə əlaqəli doğru biliyin mümkün olmadı-

ğını və ya əldə edilən biliyin doğruluğundan şübhə etmənin zəruriliyini mü-

dafiə edən axımlara fəlsəfədə verilən ümumi ad şübhəcilikdir (scepticism). 

Elmin mövzusu olan əşya və varlıqların həqiqətinin mümkün olmadığını irəli 

sürən Sofistlər olmuşdur. Kəlam tarixində isə  İndiyyə,  İnadiyyə, Laədriyyə 

kimi adlarla bu ümumi fəlsəfi axımın içərisində əşyanın həqiqətindən şübhə 

duyan qruplar çıxmışdır. Doğru biliyin əldə edilməsini mümkün görən 

fikirlər isə fəlsəfədə doqmatizm adı altında toplanmışdır. Kəlam elminə görə 

əşyanın həqiqəti vardır və bilinməsi mümkündür. (5, s. 5) 

Biliyin qaynağı  və meyarlarının nə olduğu məsələsi də  fəlsəfədə mü-

bahisə mövzusu olmuşdur. Bu müzakirələrin nəticəsi olaraq fəlsəfədə ortaya 

çıxmış cərəyanlardan biri olan rasionalizmə görə biliyin qaynağı və meyarı 

ağıldır. Duyğu orqanlarının verdiyi məlumat insana və şərtlərə görə fərqlilik 

göstərdiyi üçün güvənilmir.  Əsas nümayəndələri Sokrat, Platon, Aristotel, 

Dekart, Hegel sayılır. Doğru biliyin qaynağı və ölçüsü kimi təcrübəni qəbul 

edən və duyğu üzvlərinin verdiyi məlumatlara güvənən cərəyan isə em-

pirizmdir. Əsas nümayəndələri J.Locke, D.Hume, Berkeley, Condillac hesab 

olunur. Bunları tənqid edib yeni bir sistem ortaya qoymaq istəyən kritisizmin 



Kəlamda bilik nəzəriyyəsi 

51 


əsas nümayəndəsi isə Kantdır. Ona görə bilik üçün əsas material duyğu-

lardan və təcrübədən gəlir. Bu müzakirələr nəticəsində ortaya çıxan başqa bir 

cərəyan isə intuisianismdir. Əsas nümayəndəsi Bergson olub hər  şeyi 

qavramaq üçün sezgiyə ehtiyac olduğunu müdafiə edir. 

Bu məsələ  ərəbdilli mənbələrdə nazariyyətu-l-mərifə  çərçivəsində mü-

zakirə edilir. İhata, vuquf, rusux terminləri də bilənin yönəldiyi mövzunu 

qavraması ilə  əlaqəli terminlərdir. Bilikdə  qətilik dərəcəsi ilə  əlaqəli  yəqin, 

zənn,  şəkk, vəhm  terminləri də vardır. Bilənin yönəldiyi məsələni bütün 

yönləri və sahələri ilə  əhatə edib anlamasına  ihata, onu tam qavramasına 



vuquf, eyni mövzuda dərinləşib ixtisaslaşmasına  rusux deyilir. (Ali-İmran 

3/7) Bilmənin ziddi olaraq cəhl terminindən istifadə olunur. Mərifət termini 

elm mənasında istifadə olunsa da xüsusi mənaları vardır. Yaradılmışların 

Allahı tanıması ilə  əlaqəli “alimə” feili deyil, “arafə” feili istifadə olunur. 

Yəni insanların biliyi haqqında mərifət termini, heç bir cəhətdən 

yaradılmışlara bənzəməyən Allahın qeyri-məhdud biliyi haqqında isə elm 

termini istifadə olunur. Çünki mərifət cüzi-bəsit varlıqların, elm isə külli-

mürəkkəb varlıqların idrak etməsi üçün istifadə olunur. Buna görə Allaha 

“alim” deyilir, “arif” deyilmir. Bütün bunlar elm məfhumunun daha geniş 

məna daşıdığını göstərir. (6, VI cild, 157-161) Qurani-Kərimdə bilik (elm) 

daha çox ilahi vəhydən qaynaqlanan, yəni Allahın verdiyi bilik şəklində 

istifadə olunur. Eyni zamanda ilahi mesaj insan biliyinə yol göstərərək 

doğru, gözəl və mükəmməl olana istiqamətləndirir.  

İslam düşüncəsində bilik problemi kəlami, fəlsəfi və psixolojik məzmun 

qazanmışdır. (3, s. 46) Kəlam alimlərinin bu məsələ ilə  məşğul olmasının 

səbəblərindən biri də obyektiv biliyin imkanından  şübhə duyan, biliyin 

tamamilə mümkün olmadığını düşünən və bilik qaynaqlarından bəzilərini 

qəbul etməyən axımlara (Sufestaiyyə, Laədriyyə, Bərahimə  və s.) cavab 

verməkdir. Mötəzilə ilə birlikdə bu məsələ  kəlam kitablarında müzakirə 

mövzusu olmuş, bir müddət sonra isə  kəlam alimlərinin  əsərlərinin ilk 

səhifələrində yer verilən mövzuya çevrilmişdir. Elm mənbəyi kimi elm 

nəzəriyyəsi və xüsusilə  ağlın rolu haqqında kəlam məktəbləri içərisində ilk 

bəhs edənlər Mötəzilə alimləri olmaqla yanaşı Maturidi (v. 333/944), Əşəri 

(v. 324/936), Baqillani (v. 403/10102), Cüveyni (v. 478/1085), Şeyx Müfid 

(v. 413/1022), Şərif Mürtəza (v. 436/ 1044), Əbu Cəfər ət-Tusi (460/1067), 

Fəxrəddin  ər-Razi (v. 606/1209) və  Nəsirəddin Tusi (672/1274) kimi digər 




i.e.n. Adilə TAHİROVA  

52 


İslam düşüncə  məktəblərinin nümayəyəndələri də bu məsələyə önəm ver-

mişdir.  

Rağib  əl-İsfahani  əsərində elmin tərifini idrak edənlə idrak edilən ara-

sında münasibət olaraq vermişdir. (7, “elm” maddəsi) Biliyin (elmin) tərif-

lərinə gəldikdə bəzi təriflər biləni, digər qrup təriflər bilinəni əsas qəbul edə-

rək verilmişdir. Bundan başqa bilənlə bilinən arasındakı münasibətin vur-

ğulandığı  təriflər də vardır. Hətta elmin tərifini vermənin mümkün olmadı-

ğını  qəbul edənlər də vardır. Bu fikrə demək olar ki, bütün İslam düşüncə 

məktəblərində rast gəlmək mümkündür. Ancaq hakim fikir biliyin tərifinin 

verilə biləcəyi istiqamətindədir. Bilik ilə əlaqəli təriflərdən bəzilərini nəzər-

dən keçirək: 

1.

 



Elm  bilən ilə bilinən arasında münasibətdir. 

2.

 



Əsaslandırılmış doğru etiqaddır. 

3.

 



Doğruluğu və keçərliliyi dəlillərlə ortaya qoyulmuş olan həqiqətin 

(realllığın) ifadəsidir. 

4.

 

Öyrənmənin nəticəsində əldə edilən və qavranandır. 



Elmin tərifinə  gəldikdə  məşhur  Əşəri mütəkəllimi Fəxrəddin  ər-Razi  

(v. 606/1210) elmin mahiyyətinin zəruri (bədihi) olaraq bilindiyinin, tərifini 

vermənin mümkün olmadığı fikrini mənimsamişdir. Cüveyni (v. 478/1085) 

və  Qəzzaliyə (v. 505/1111) görə elm zəruri (bədihi) olmasa da tərifi çox 

çətindir. Bununla birlikdə  bəzi təriflər verilmişdir. Məsələn: Elm, ağlın və 

duyğuların sahəsinə girən hər şeyin elm vəsfinə sahib olan şəxsə tanınmasını 

təmin edən vəsfdir. Başqa bir tərifə  gəldikdə elm, ziddinə ehtimal 

verməyəcək tərzdə  mənaları bir-birindən fərqləndirmə  vəsfidir. Kəlam 

alimlərinin biliyin (elmin) tərifi ilə  əlaqəli söylədiklərini  İslam düşüncə 

məktəblərinə görə belə qruplaşdırmaq mümkündür: 

1.

 

Mötəzilə mütəkəllimlərinin verdikləri tərif belədir: “Bir şeyə olduğu 



halıyla etiqad etməkdir.” Bu tərif Əbu Əli əl-Cübbai (v. 303/915), onun oğlu 

Əbu Haşim  əl-Cübbai (v. 321/933) ilə  Əbu-l-Qasım  əl Bəlxinin (Kəbi) (v. 

319/931) verdikləri təriflərdir. Bu tərif son dövr Mötəzilə alimlərindən Qazı 

Əbdülcabbar (v. 415/761) tərəfindən tənqid olunmuş  və o, belə düzəliş 

etmişdir: “Bir obyekti olduğu  şəkliylə bilən  şəxsin qane olması  və etiqad 

etməsidir.” (8,  XII cild, s. 13) Görüldüyü kimi bu tərifləri digərlərindən 

fərqləndirən və vurğulanan əsas ifadə “etiqaddır”.  



Kəlamda bilik nəzəriyyəsi 

53 


2.

 

Əhli-sünnə məktəbinə mənsub kəlam alimlərinin verdikləri təriflərə 



gəldikdə Maturidi kəlam alimlərindən Əbu-l Muin ən-Nəsəfi elmi belə izah 

edir: İnsana hər hansı bir predmetin açıq-aydın olmasını təmin edən vəsfdir. 

(9, s. 11-12; 10, I cild, 9-37) Əşəri alimlərinin verdikləri tərfilərdən 

bəzilərinə  gəldikdə “bilik, bilinəni olduğu kimi idrak etmək, yəni 

anlamaqdır”. Başqa bir tərif isə “bilik, ona sahin olan şəxsin alim olmasını 

zəruri edir”. (11, s. 7-12; 6, s. 105.) 

3.

 

Şiə alimlərindən olan Əbu Cəfər  ət-Tusinin verdiyi tərif belədir: 



“Elm bir şeyi olduğu kimi bilməkdir.” (12, s. 155-156) Əllamə Hilli, elmi 

təsəvvür və  təsdiq olmaqla iki qismə ayırır. Onun elmə verdiyi tərifə 

gəldikdə “elm, nəfsi keyfiyyətlərdən ibarət olub insanın zehnində  əşyanın 

surətinin hasil olmasıdır.” Bu təsəvvürə aid tərifdir. Təsdiq qisminə gəldikdə 

təsəvvür edilən iki şeydən biri ilə digəri arasında müsbət ya da mənfi bir 

nisbətin varlığı haqqında dəqiq hökmdən ibarətdir. (13, s. 172) 

Görüldüyü kimi İslam düşüncə  məktəbləri nümayəndələri tərəfindən 

biliyə (elmə) çox sayda təriflər verilsə də bunlar arasından birini seçmək çox 

çətindir. Çünki bu təriflərin demək olar ki, hər biri digər mütəkəllimlər 

tərəfindən bəzən haqlı, bəzən haqsız olaraq tənqid olunmuşdur. Hətta bir sıra 

alimlər yeni və qane edici bir tərif vermədən sadəcə əvvəlki tərifləri tənqid 

etməklə  məşğul olmuşdur. Bundan başqa bu təriflərin bir çoxunda Allahın 

elmi ilə insanın elmini ayırmadan ümumi bir tərif verməyə  təşəbbüs 

edilmişdir ki, bu da hadis varlıqla qədim varlığın elmi arasındakı fərqlilikləri 

nəzərdən qaçırmaq kimi yanlış nəticəyə gətirmişdir. 

Biliyin qaynağı  məsələsinə  gəldikdə Qurani-Kərimdə  vəhy başda 

olmaqla duyğular, ağıl və  qəlb olaraq tərif edilir. (əl-Əraf 7/179; Yunus 

10/31;  ən-Nəhl 16/78, 108; əl-İsra 17/36) Kəlama görə bilik mənbələri 

sağlam duyğu üzvləri (xəvassi-səlimə), doğru xəbər və  ağıl  şəklində  təsnif 

edilə bilər. Təsəvvüf kimi digər  İslami elmlərdə ilham və ya kəşf deyilən 

başqa bir bilik mənbəyi də qəbul edilmişdir. Xəbər başlığının tərifində İslam 

düşüncə məktəbləri arasında bir fərq olmayıb Şiə alimlər tərəfindən buraya 

İmamların sözləri də əlavə edilir. (14, s. 80) 

İnsan öz xaricində olan əşya haqqındakı  məlumatı duyğu üzvlərini 

istifadə edərək  əldə edir. Bu məlumatlar sağlam duyğu orqanları ilə  əldə 

edilirsə zəruri bilik meydana gəlir. Görmə, eşitmə, iyləmə, dad bilmə, lamisə 

orqanları ilə təcrübə aləminə aid bilik əldə edilir. (15, s. 159-161) Elm əldə 



i.e.n. Adilə TAHİROVA  

54 


etmə vasitələrindən biri olan ağıl isə duyğu orqanlarının idrak sahəsi 

xaricində qalan mücərrədlərı qavramaq üçündür. Ağıl, maddi bir qüvvə 

olmayıb mücərrəd və ruhani bir cövhər, ilahi nurdur şəklində  tərif verənlər 

də vardır. Elm mənbələrinin üçüncüsü olan xəbər isə elm ifadə etməsi üçün 

doğru olmalıdır. Sadiq xəbər həqiqətə uyğun olan xəbərdir. Dini məlumat-

ların çoxu doğru xəbər vasitəsilə  gəlmişdir. Doğru xəbər iki qismə ayrılır: 

Mütəvatir xəbər, rəsulun xəbəri. Mütəvatir xəbər qəti bilik ifadə edir. 

Görülməyən, indiki və tarixdəki bir çox ölkə  və  şəxs haqqındakı  xəbər 

mütəvatir xəbərdir. Əqaid məsələlərində mütəvatir xəbər dəlil olaraq istifadə 

olunur. Rəsulun xəbəri peyğəmbərliyi möcüzə ilə sabit olan rəsulun verdiyi 

xəbərdir.  

Şiə kəlam alimlərinə görə də duyğu orqanları, ağıl və xəbər (vəhy) bilik 

mənbəyini təşkil edir. Digər kəlam məktəblərindən  əsas fərq imamların 

verdikləri xəbərlərin də  nəss  çərçivəsində  dəyərləndirilərək xəbərin 

sərhədinin daha geniş qəbul edilməsidir. Son dövr Şiə alimlərindən Cəfər əs-

Sübhaninin qeyd etdiyinə görə  vəhy- seçilmiş insanların qeyb aləmilə 

münasibət qurmasıdır. (16, s. 11) 

Elm əldə etmə mənbələrindən biri isə ağıldır. İslam alimləri ağlı, insanın 

dini əmr və qadağalara tabe olaraq mükəlləf olması üçün əsas şərt görürlər. 

Əqli problemləri olan insanlara heç bir məsuliyyət və ya kəlam termini ilə 

təklif yüklənməz.

 

Mötəzilə alimi Qazı  Əbdülcabbara görə  ağıl insanın 



düşünməsini və davranışlarından məsul tutula bilməsini mümkün hala 

gətirən müəyyən biliklərin məcmusundan ibarətdir.  Şiə mütəkəllimlərinə 

görə ağıl, doğru ilə yanlışı, yaxşı ilə pisi (həsən və qəbih) bir-birindən ayırd 

edən ilahi bir qüvvədir. Ağıl, külli olanları idrak etmək üçündür. (13, s. 144)  

Üsuli məktəbdən olan Şiə alimlər ağlı nəzəri və praktiki olmaqla ikiyə ayırır. 

Nəzəri ağıl, bilinməsi zəruri olanların və hadisələrin idrakıdır. Praktiki ağıl 

isə yerinə yetirilməsi lazım olanların idrakıdır. Yəni ağlın bir əməlin 

işlənməsi və ya işlənməməsi haqqında verdiyi hökmdür. Əxbərilər fitri olan 

nəzəri ağlın hüccət olmasını inkar etmir, lakin praktiki ağlın dəlil olub 

olmamasında tərəddüd edirlər. (14, s. 58; 17, s. 187, 208) Maturidi 

alimlərdən Maturidi, ağlın eyni keyfiyyətdə olanları bir yerə toplayıb fərqli 

vəsflərdə olanları ayırma gücünü vurğulayır.  Əşəri alimlərinə görə  ağıl 

sayəsində insan öyrənmə  və idrak qabiliyyətinə sahib olub zəruri bilik ona 

tabe olur.  (6, s. 115-116) Kəlam alimlərinin  əksəriyyəti ağlı insanda fitri 




Kəlamda bilik nəzəriyyəsi 

55 


olaraq mövcud olan ruhi bir qüvvə kimi görür və Allahın təsiri ilə fəaliyyət 

göstərdiyini qəbul edir. Ağlın cövhər və ya ərəz olması ilə  əlaqəli 

müzakirələr olsa da qəti və ortaq bir fikrə varılmamışdır. İdrak qabiliyyətinin 

hər insanda eyni olub olmadığı da Mötəzilə  və  Əhli-sünnə alimlərinin 

müzakirə predmeti olmuşdur. Ağıl-vəhy münasibəti və ağla ayrılan rol İslam 

düşüncə məktəbləri arasında fikir ayrılıqlarına səbəb olmuş mövzulardandır. 

Məsələn mərifətullahın (Allahın varlığı  və birliyinin bilinməsi)  əqli olub 

olmadığı, yaxşı (həsən) və pisin (qəbih) meyarının ağıl yoxsa vəhy olduğu 

və xüsusilə səmiyyat mövzularından olmayan məsələlərin anlaşılması, izahı 

və  əsaslandırılmasında da ağlın rolu kəlamın formalaşdığı ilk dövrlərdən 

etibarən tədqiq edilmişdir. 

Ağıl-vəhy  ətrafındakı müzakirələr  İslam kəlamında  ətraflı  şəkildə 

müzakirə edilmiş  və  ağıl ilə  vəhyə ayrılan rol məzhəblərin fikirləri arasın-

dakı  fərqlərin  əsas səbəblərindən birini təşkil etmişdir.  İslam düşüncə 

məktəblərindən bəzisi Mötəzilə kimi ağlın əhatə dairəsini xeyli geniş tutmuş, 

bir qismi isə Sələfiyyə kimi vəhyi ön plana çəkərək ağlın rolunu son dərəcə 

məhdudlaşdırmışdır. Bununla yanaşı Maturidiyyə  və  İmamiyyə kimi mək-

təblər isə orta yolu izləməyə çalışaraq daha məntiqli olan uzlaşdırıcı mövqe 

tutmuşdur. Bu müzakirələr xüsusilə mütəşabihat, hüsn-qubh məsələsi, 

mərifətullah və bir çox başqa mövzularda bariz görünür. 

Qurani-Kərimdə biliyin dəyəri baxımından “elmdə qətilik” məfhumuna 

da yer verilmişdir. İlmə-l yəqin (qəti zehni bilik), aynə-l yəqin (qəti, açıq bir 

müşahidə), haqqa-l yəqin (qəti təcrübə) terminlərinin keçdiyi ayələr bunlar-

dır:  ət-Təkasur 102/5, əl-Haqqa 69/51. “Qətilik” məfhumunun  əksi olan 

zənn,  şəkk və reyb terminlərindən  əl-Bəqərə 2/2, Ali-İmran 3/9, ən-Nisa 

4/157, əl-Ənam 6/16, Hud 11/62, İbrahim 14/10, ən-Nəcm 53/28 ayələrində 

bəhs olunur.  

Ortaya çıxan suallardan biri də  kəlam elminin bu məsələni tədqiq 

etməyə  nə üçün ehtiyac hiss etdiyidir. Çünki Qurani-Kərim peyğəmbərin 

Allahdan aldığı bir  xəbər növünü təşkil edir. Bu xəbərin qəti bilik ifadə 

etdiyini və doğru olduğunu əsaslandırmaq lazım gəldiyi üçün ilk dövrlərdən 

etibarən kəlam alimləri bu mövzunu əsərlərində müzakirə etməyə başla-

mışlar. Bundan başqa kəlam elmində qəti biliyə ehtiyac vardır. Əqaid məsə-

lələri qətilik ifadə etməlidir ki, bu əsaslara heç bir şübhə duymadan inanma 

imanın predmetinə çevrilsin. Allahın varlığı, peyğəmbərlik kimi məsələlərin 



i.e.n. Adilə TAHİROVA  

56 


isbatı baxımından da qəti və doğru biliyə ehtiyac vardır. Bundan başqa İslam 

düşüncə  məktəbləri arasındakı  fərqləri daha yaxşı anlamaq üçün də 

məsələnin tədqiqinə ehtiyac duyulmuşdur. Bu məsələ sadəcə keçmişdə deyil, 

günümüzdə də aktuallığını qorumağa davam edir. 



 

 

ƏDƏBİYYAT 

 

1.

 



Zəbidi, Tacu-l arus min cəvahiri-l qamus, Daru-l fikr, Beyrut 1994.  

2.

 



Muhəmməd Fuad Əbdülbaqi,  əl-Mucəmu-l mufəhrəs liəlfazi-l 

Qurani-l Kərim, Tehran 1372. 

3.

 



Bertrand Russel, Theory of knowledge, London 1992. 

4.

 



Ernst von Aster, Bilgi teorisi ve mantık,  tərcümə edən: Macit 

Gökberk, İstanbul, Sosial yayınlar, 1994. 

5.

 

Taftazani,  Şərhu-l-əqaid  (Kelam  ilmi  ve  İslam akaidi), Dergah 



yayınları, İstanbul 1999.  

6.

 



Necip Taylan, “Bilgi”, TDV  İslam Ansiklopedisi,  İstanbul 1992, 

VI/157-161 

7.

 

Ragib əl-İsfahani, ət-Tərifat, Beyrut 1983. 



8.

 

Qazı Əbdülcabbar, əl-Muğni fi əbvabi-t tövhid və-l ədl, Qahirə 1962. 



9.

 

Maturidi,  Kitab  ət-tövhid,  təhqiq edənlər: Bekir Topaloğlu, 



Muhammed Aruçi, Ankara, İsam yayınları, 2003. 

10.


 

Əbu-l Muin ən-Nəsəfi,  Təbsıratu-l  ədillə,  təhqiq edən: Hüseyin 

Atay, Ankara 1993. 

11.


 

Cüveyni, əl-İrşad, Beyrut 1995. 

12.

 

Əbu Cəfər  ət-Tusi,  əl-İqtisad fima yətəallaqu bi-l itiqad, Nəcəf 



1979. 

13.


 

Mutahhar Hilli, Kəşf əl-Murad fi şərhi təcridi-l itaqad, Qum 1366. 

14.

 

Adilə Tahirova, Şii kelam sisteminde bilgi kaynakları, yüksek 



lisans tezi, Ankara 1999. 

15.


 

Nəsirəddin Tusi, Təcridu-l-itiqad,  Məktəbətu-l-ilami-l  İslam, çap 

olunduğu yer yoxdur, 1407/1986. 

16.


 

Cəfər əs-Sübhani, Şiə əqidələrinin əsasları, Tehran 2001. 

17.

 

Qaravi,  Masadiru-l-istinbat beynə-l usuliyyin və-l  əxbəriyyin, 



Daru-l hadi, Beyrut 1992. 


Kəlamda bilik nəzəriyyəsi 

57 


 

РЕЗЮМЕ 

 

Статья  посвящена  теме  определения  и  происхождения  знания, 



которое было обсуждено подробно в истории философии и богословия. 

Среди  теологов  нет  единого  определения  данного  понятия.  Так 

Мутазилиты  при  определении  знания  установили  отношение  между 

двумя понятиями как знание и вера. Некоторые исследователи пришли 

к  выводу  о  том,  что  трудно  идентифицировать  определение  знания. 

Несмотря  на  некоторые  различия  в  деталях  среди  Исламских 

богословов есть много точек соприкосновения относительно происхож-

дения знания. Мы считаем, что прежде, чем прийти к какому либо вы-

воду, следует исследовать аспекты этой проблемы в истории теологии. 

 

 



SUMMARY 

 

The article is written on the question of definition and origins of 



knowledge which was discussed at length in history of philosophy and 

theology. It is imposible to talk about unified definition of knowledge among 

theologians. For example Mutazilites conclusively established a relationship 

between the two concepts as knowledge and belief in definition of 

knowledge. Some researchers concluded that it is still difficult to identify the 

definition of knowledge. There is much common ground in the subject of 

origins of knowledge among Muslim theologians in spite of some detailed 

differences. Before we reach any conclusion, it is important to examine the 

aspects of this problem in history of theology. 

 

 



Çapa tövsiyə etdi: akademik V.M.Məmmədəliyev 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə