Tahir Akqubayev
248
Mehrin hüquqi əsasları
Mehrin əsasını Quran və Sünnə təşkil edir. İslam hüquqşünasları mehr
haqqındakı hökmləri daha çox aşağıdakı ayə və hədislərə istinadən vermişlər. Mehrin
əsaslandığı ayələrdən bəziləri belədir:
“Qadınlarınızın mehrlərini könül xoşluğu ilə verin!”
5
“(Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş
mehrlərini verin.”
6
“...Onların mehrlərini qəbul olunmuş qaydada verin!...”
7
Bundan əlavə Bəqərə surəsinin 236-237-ci, Nisa surəsinin 20-ci, Maidə surəsinin
5-ci ayələrində də mehrdən bəhs olunur.
Peyğəmbər ailə qurduğu qadınlara mehr vermiş, qızlarını evləndirərkən mehr
istəmiş, evlənən səhabələrə də bu məsələdə diqqətli olmağı tövsiyə etmişdir. Belə ki,
Peyğəmbər həzrət Xədicə ilə evlənərkən bir qismini nəğd, diğər qismini də sonradan
ödəmək şərtilə on iki uqiyyə və bir nəşş
8
mehr vermişdir. Bunun iyirmi dəvə və ya
500 dirhəm pul olduğu da bildirilir.
9
Bir gün Əbdürrəhman ibn Avf həzrət Peyğəmbərin yanına gələrək evləndiyini
bildirir. Rəsulullah: “Mehr olaraq nə verdin?”, − deyə soruşur. O, bir qədər qızıl
verdiyini bildirir. Rəsulullah: “Allah xoşbəxt eləsin. (İnsanlara) bir qoyun kəsməklə
olsa da toy yeməyi ver”, – deyir.
10
Həzrət Əli də Peyğəmbərin qızı ilə evlənərkən
dəyərli bir qalxanını mehr olaraq vermişdir.
11
Mehr haqqında başqa bir hədisə baxaq: Həzrət Peyğəmbər səhabələri ilə bir yerdə
oturarkən bir qadın gələrək onunla evlənmək istədiyini bildirdi. Peyğəmbər onun
istəyinə heç bir cavab vermədi. Oradakılardan biri həmin qadınla evlənmək istəyini
dilə gətirdi. Peyğəmbər qadına mehr verməli olduğunu dedi. Həmin şəxs evinə gedib
əliboş qayıtdı. Rəsulullah ona: “Dəmir üzük tapsan da gətir”, – deyərək geri yolladı.
Həmin səhabə yenə əliboş qayıdaraq: “Dəmir üzük də tapa bilmədim. Ancaq
əynimdəki paltarım var. Yarısını ona verirəm”, – dedi. Bunu eşidən Peyğəmbər:
“Sənin paltarın onun nəyinə gərəkdir? Sən geyinsən, o, paltarsız qalacaq, o geyinsə
sən. Yaxşı, Quranı nə qədər bilirsən?” – dedi. Səhabə bildiyi surələri oxudu.
Peyğəmbər də bildiyi surələri həmin qadına öyrətmək şərti ilə onları evləndirdi.
12
Qısacası, Həzrət Peyğəmbər mehr olmadan nikahın kəsilməsinə heç bir halda
icazə verməmişdir. Əgər mehr vacib olmasaydı, Peyğəmbər bunu bəzən tərk edərdi.
5
“Nisa” surəsi, 4/4.
6
“Nisa” surəsi, 4/24.
7
“Nisa” surəsi, 4/25.
8
1 nəşş 20 dirhəmə, 1 uqiyyə də 40 dirhəmə bərabərdir, yəni Peyğəmbər Xədicəyə 500 dirhəm mehr
vermişdir. Bu, hal-hazırda 1600 qram gümüşə bərabərdir.
9
Hamidullah. Muhamməd. İslam Peyğəmbəri. İpəkyolu nəşriyatı. Bakı: 2013. I. s. 80.
10
Buxari, “Nikah”, 58; Əbu Davud, “Nikah”: 29.
11
Nəsai, “Nikah”, 76; Əbu Davud, “Nikah”, 24, 25.
12
Buxari, “Nikah”, 50; Müslim, “Nikah”, 13; Tirmizi, “Nikah”, 23
İslam hüququnda mehr
249
Mehrin hüquqi hökmü
Malikilər xaricindəki İslam hüquqşünaslarının fikrincə, mehr nikahın
şərtlərindən sayılmır.
13
Nikah zamanı mehrin bilərək ifadə edilməməsi, unudulması
və ya tərəflərin mehrdən imtinası bu hökmü dəyişmir.
14
Evləndiyi qadına mehr
vermək kişiyə vacibdir.
Əksər alimlərə görə, mehr nikahın şərti yox, nəticəsidir. Yəni evlilik nəticəsində
(əvvəlcədən müəyyən edilsə də, edilməsə də) ortaya çıxan öhdəlikdir. Elə buna görə
də mehr olmadan kəsilən nikah məqbuldur. Ancaq qadın mehri-misl almaq haqqına
sahibdir.
Maliki məzhəbinə görə isə, mehr nikahın şərtidir. Yəni mehr olmadan kəsilən
nikah məqbul sayılmır.
15
Tərəflər mehr olmadan evləndiyi və ya mehr sayılmayan mallardan (şərab, donuz,
ölü heyvan) mehr təyin elədikləri təqdirdə hənəfi, şafei, hənbəli və cəfərilərin
əksəriyyətinə görə nikah səhihdir. Həmin mallar mehr sayılmır, ancaq qadın mehri-
misl almaq haqqına sahibdir.
16
Mehr sayılan şeylər
Nikahdan əvvəl və ya sonra mehr təyin etmək sünnədir. Mehr kimi ödənilən
şeylərə İslam hüququnda mal deyilir.
17
Mehr olaraq verilən malların ümumi
xüsusiyyətləri bunlardır:
a) Mütəqəvvimlik, yəni mal maddi dəyərə malik və sahibinə aid olmalıdır.
b) Məlum olmalıdır.
c) İki yerə bölündüyü təqdirdə dəyəri itməməlidir.
Qısacası, mal sayılan hər şeyi mehr olaraq vermək olar.
18
Yəni İslamda satışı və
istifadəsi qadağan olunmayan hər şey (daşınar və daşınmaz əmlak, zinət əşyaları və
s.) mehr olaraq verilə bilər. İslamda qadağan olunan içki, donuz əti kimi şeylərdən
mehr vermək olmaz. Çünki bunlar mal kateqoriyasına aid deyil. Bunlar mehr təyin
edildiyi təqdirdə nikah mehrsiz kəsilmiş hesab olunur. Ancaq qadın mehri-misl almaq
haqqını itirmir.
19
Hənəfilərə görə, müəyyən dəyərə malik hər cür mal (qızıl, gümüş, zinət əşyaları,
nəğd pul, tərəzidə çəkilən mallar, heyvan, ərazi, parça və s.) mehr sayıla bilər.
13
Köse S. e.ə. 477.
14
Halebi. İbrahim. Multekal-ebhur (Multeka tercümesi mevkufat). (sadələşdirən: Ahmed Davudoğlu),
Doyuran matbaası, İstanbul: 1980. I. 492.
15
Döndürən. Hamdi. Dəlilləriylə ailə elmihalı. Tərcümə: Eldəniz Salmanov. İpəkyolu nəşriyyatı. Bakı:
2011. s. 133.
16
Köse S. e.ə. 478.
17
“Nisa” surəsi, 4/24.
18
Şirin, Şükrü, İslam ailə hüququnda mehr. Nəşr olunmamış magistr işi. Sakarya: 1997. s. 27.
19
Döndürən H. e.ə. s. 133.
Dostları ilə paylaş: |