Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə103/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   99   100   101   102   103   104   105   106   ...   156

Tahir Akqubayev
  
254 
Mehri təyin etmək səlahiyyəti kişiyə verilər və kişi artıqmalası ilə mehr təyin 
edərsə, mehri-mislə ehtiyac qalmır. Çünki verilən hökm qadının lehinədir. Az olduğu 
təqdirdə bu mehr qadının razılığı ilə  qəbul oluna bilər.  Əgər bu səlahiyyət üçüncü 
şəxsə verilibsə təyin elədiyi miqdar mehri-misl qədərdisə məqbuldur. Mehri-misldən 
çoxdursa kişinin, azdırsa qadının razılığı ilə qəbul olunmalıdır. Heç biri olmadıqda 
mehr-misl ödənməlidir.
48
 
 
Qadının mehr istəmək səlahiyyəti 
Arada hər hansı razılıq olubsa qadın muaccəl (nəğd) mehri ala bilər. Ancaq 
sonradan veriləcək mehri-müəccəli aşağıdakı şərtlərdən sonra tələb edə bilər:  
 
Cinsi yaxınlıq 
Nikahdan sonra kişi və qadın bir-birinə halaldır. Qadın əri ilə ilk cinsi yaxınlıqdan 
sonra, (boşanma olduğu təqdirdə) mehrin hamısını tələb etmək hüququ əldə edir. Əgər 
mehr nəğd olaraq razılaşdırılıbsa kişi bunu ödəməlidir. Ödəmədiyi təqdirdə qadın 
münasibətdən imtina edə bilər. Müddət təyin edilən mehri isə ancaq vaxtı çatanda 
istəyə bilər.
49
 Mehr təyin olunmayıbsa boşanma olduğu təqdirdə qadın mehri-misl 
almalıdır.
50
 
 
Tərəflərdən birinin vəfatı 
Tərəflərdən biri öz əcəli ilə vəfat elədiyi təqdirdə qadın mehr almaq hüququna 
malikdir. Cinsi yaxınlıq və  səhih xəlvət olsa da, olmasa da hökm eynidir. Çünki 
ölümlə nikah əqdi sona çatır. Nikah sayəsində mehr kişinin üzərinə borc kimi vacib 
olur. Ölüm insanı borcdan xilas etmir. Həmin borc kişinin mirasından ödənməlidir. 
Nikah isə ömürlük sözləşmədir. Ölümlə bu sözləşmə sona çatır. Ancaq sözləşmənin 
şərtləri yerinə yetirilməlidir.
51
 
Tərəflərdən biri öldürüldükdə, kişi intihar etdikdə  və ya qadını öldürdükdə  də 
hökm eynidir. Ancaq qadın intihar etdikdə  və ya ərini öldürdükdə  nəzərdə tutulan 
mehrin ödənilməsi ilə bağlı  fərqli fikirlər var. Qadın intihar etdikdə dörd məzhəbə 
görə mehr haqqı olduğu kimi qalır. Yəni mehr almaq hüququnu itirmir. Qadın ərini 
öldürdükdə Hənəfi məzhəbinə görə mehr almaq haqqına sahibdir. Digər məzhəblərə 
görə isə, mehr istəyə bilməz.
52
 Tərəflərdən hər ikisi vəfat etdiyi təqdirdə isə, müəyyən 
olunan miqdar varislərə ödənilir, müəyyən olunmayıbsa ödənilmir.
53
 
                                                 
48
 Şirin Ş. e.ə. s. 50.  
49
 Döndürən, e.ə. s. 137.  
50
 Köse S. e.ə. s. 482.  
51
 Şirin Ş. e.ə. s. 54.  
52
 Bilmən. e.ə. II, s. 128.  
53
 Şirin Ş. e.ə. s. 54.  


İslam hüququnda mehr
  
255 
Kişi cinsi yaxınlıqdan əvvəl ölərsə, malikilərə görə qadına mehr verilmir. Hənbəli 
və Hənəfilərə görə isə, qadın mehri-misl almalıdır ki, qəbul olunan da elə bu fikirdir. 
Çünki mehr təyin edilmədiyi təqdirdə belə qadının mehri-misl almaq haqqı var.
54
 
 
Səhih xəlvət 
Səhih xəlvət nikahdan sonra ər-arvadın təkbaşına bir yerdə qalmasına deyilir. 
Onların təkbaşına qalmasına mane olan hallar da olmamalıdır. Yəni onların yanında 
üçüncü şəxs, cinsi əlaqəyə mane olan hər hansı hal olmamalıdır. Xəstəlik, aybaşı, fərz 
oruc, həcc üçün ehramda olmaq da ər-arvad arasında cinsi münasibətə mane olan 
hallardan sayılır.
55
 
Əgər  ər-arvad yuxarıda sayılan maneələrlə birgə  təkbaşına qalsalar bu fasid 
xəlvət sayılır. Məsələn, toydan əvvəl avtomobil qəzasında yaralanan ərinə xidmət 
etmək üçün qadının xəstəxanada əri ilə təkbaşına qalması fasid xəlvətdir. Bu təqdirdə 
qadın mehr almaq hüququ əldə etmir. Səhih xəlvətdə qadının cinsi əlaqədə olması 
şərti yoxdur.
56
  Səhih xəlvətdən sonra ər-arvad boşandığı  təqdirdə, qadın mehrin 
hamısını almaq hüququna malikdir. Mehr danışılmayıbsa mehri-misl almalıdır. Səhih 
xəlvətdən sonra boşanan qadın iddət gözləməlidir. Bu müddətdə dolanışıq haqqından 
faydalana bilər. Malikilərə görə, evlənən qadın  ər evində onunla cinsi əlaqədə 
olmadan bir il qalarsa mehr almaq hüququ əldə edir. Şafeilərə görə, bununla qadına 
mehr düşmür. Hənbəli və hənəfilərə görə isə, əgər səhih xəlvət olubsa qadın mehr ala 
bilər.
57
 Xülasə məzhəblərə görə, kişi aşağıdakı hallarda mehrin hamısını verməlidir: 
Hənəfi məzhəbi: cinsi əlaqə, səhih xəlvət, tərəflərdən birinin ölümü. 
Maliki məzhəbi: cinsi əlaqə, tərəflərdən birinin ölümü, qadının nikahdan sonra ər 
evində bir il əlaqədə olmadan qalması 
Şafei məzhəbi: cinsi əlaqə, tərəflərdən birinin vəfatı 
Hənbəli məzhəbi: cinsi əlaqə, tərəflərdən birinin vəfatı, ölümcül xəstəlik anından 
boşama, şəhvətlə baxmaq və ya öpmək.
58
 
 
Mehrin yarısının ödənməli olduğu hallar 
Bəzi vəziyyətlərdə qadın mehrin hamısını yox, yarısını tələb edə bilər. Nikahdan 
sonra cinsi əlaqə və səhih xəlvət olmadan kişi qadını boşadığı təqdirdə razılşadırılan 
mehrin yarısını qadına verməlidir. Beş məzhəb bu xüsusda həmrəydir.
59
 Əgər mehrin 
hamısı nəğd ödənilibsə qadın aldığının yarısını ərinə qaytarmaq məcburiyyətindədir.
60
 
Əgər mehr sayılan malda hər hansı çoxalma olubsa bunlar qadına aiddir.  
                                                 
54
 Cin H. e.ə. s. 229.  
55
 Köse S. e.ə. s. 481.  
56
 Döndürən. e.ə. s. 138. 
57
 Cin H. e.ə. s. 228. 
58
 Şirin Ş. e.ə. s. 59.  
59
 Köse S. e.ə. s. 482.  
60
 Bax: “Bəqərə” surəsi, 2/237. 


Tahir Akqubayev
  
256 
Mehrin verilmədiyi hallar 
Fasid nikahdan sonra kişi qadını cinsi əlaqədən  əvvəl boşayarsa qadına mehr 
verilmir. Məhkəmənin boşaması və ya qarşılıqlı razılığın olması hökmü dəyişmir. 
Nikahdan sonra cinsi əlaqə və səhih xəlvət olmadan qadının etirazı ilə ayrılıq baş 
verərsə qadın mehr haqqını itirir. Qadın müsəlmanlıqdan çıxarsa, nikah qadın 
tərəfindən pozulmuş sayılır. Bu təqdirdə qadın mehrdən məhrum olur.
61
 
 
Dövlət hüququnda nikah və ailə 
Ailə quran şəxslər nikah şəhadətnaməsi almaq üçün dövlətə müraciət edirlər. Bu 
da nikahın məsuliyyətli iş olduğunu göstərir. Azrəbaycan Respublikasının 
Konstitusiyasında hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq 
hüququnun olduğu bildirilir. Həmçinin nikah könüllü razılıq əsasında bağlanılır. Heç 
kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir.
62
 
Ailə  məcəlləsindəki bəzi maddələrin mehrlə oxşar cəhətləri var. Belə ki, Ailə 
məcəlləsinin 34-cü maddəsində, “nikaha daxil olanadək onlara məxsus olan əmlak, 
habelə nikah dövründə  hədiyyə  şəklində  və ya vərəsəlik qaydasında, digər  əvəzsiz 
əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti (ər-arvadın 
hər birinin əmlakı)”, - olduğu bildirilir. Həmçinin, “zinət  əşyaları istisna olmaqla, 
fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti 
hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsus” olduğu 
nəzərə çatdırılır.
63
.  
Bundan əlavə, evlənərkən oğlan tərəfin qız tərəfə verdiyi qızıl və dəyərli əşyalar 
bağışlama sayılır. Boşanma olduğu təqdirdə  məhkəmənin qərarı ilə qadına verilir. 
Mülki məcəllənin 666-cı maddəsində bildirilir: “Bağışlama müqaviləsi sağ ikən 
bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini 
bağışlamaqla hədiyyə alanı  zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan 
tərəfindən heç bir cavab xidməti ilə  şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə 
alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.  Əgər bağışlama öhdəliklə 
şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.”
64
 
Yenə həmin məcəllənin 225-ci maddəsində isə bildirilir ki, “Nikaha girənədək ər-
arvaddan hər birinə  mənsub olmuş  əmlak, habelə onlardan birinin nikah dövründə 
hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir”. 
Ailə məcəlləsinə görə, ər-arvad öz aralarında nikah müqaviləsi bağlaya bilərlər. 
Buna evlənmə sazişi də demək olar. Nikah müqaviləsində  tərəflərin bir-birinin 
gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-
arvadın  əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də  ər-
arvadın mövcud olan və  gələcəkdə  əldə edəcəkləri  əmlaka dair bağlana bilər. Ailə 
məcəlləsinin 38-ci maddəsinə görə, nikah müqaviləsi nikaha daxil olan şəxslər 
                                                 
61
 Cin H. e.ə. s. 232. 
62
 http://www.president.az/azerbaijan/constitution 
63
 http://www.e-qanun.az/code/10 
64
 http://www.e-qanun.az/code/8 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə