Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə104/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   100   101   102   103   104   105   106   107   ...   156

İslam hüququnda mehr
  
257 
arasında bağlanan, nikah dövründə  və (və ya) nikah pozulduqda ər-arvadın  əmlak 
hüquqlarını  və  vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi  ər-arvadın 
mövcud olan və  gələcəkdə  əldə edəcəkləri  əmlaka dair bağlana bilər. Həmin 
məcəllənin 39-cu maddəsində isə müqavilənin nikahın bağlanmasının dövlət 
qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxt bağlana biləcəyi bildirilir. 
Müqavilə yazılı formada bağlanır və notarial qaydada təsdiq olunur. Ər-arvadın 
razılığı ilə istənilən vaxt dəyişdirilə və pozula bilər.
65
 Bu müqavilə boşanma olduğu 
təqdirdə tərəflərin hüquqlarını qorumaq məqsədi daşıyır. Boşanma olduğu təqdirdə 
əgər nikah müqaviləsi yoxdursa, evlilik dövründə qazanılan əmlak ortadan bölünür. 
Ancaq müqavilə ilə bu və bənzəri xüsusları tənzimləmək mümkündür.  
 
Mehrin hikməti 
Mehrin bir çox hikmətləri var. Mehr İslamın qadına verdiyi dəyərin ifadəsidir. 
Sadəcə qadının haqqı olan mehr onun yaşayışını asanlaşdırmaq məqsədi daşıyır. 
Qadın özünə mehr olaraq verilən malı istədiyi kimi xərcləyə bilər.  
İqtisadi cəhətdən qadına kömək sayılan mehr, evliliyin və qadının müəyyən 
düşüncələrə alət edilməsinin qarşısını da alır. Kişi mehr ödəməklə qadınla malı üçün 
evlənmədiyini sübut edir. Boşanan qadın özünə verilən mehrlə maddi ehtiyaclarını 
təmin edə bilər.  
Mehrin miqdarını  təyin etmək səlahiyyəti qadına verilmişdir. Ancaq cəmiyyət 
tərəfindən qəbul edilən bəzi özəlliklər bu miqdarın təyinində  əhəmiyyətlidir. Yəni 
mehrinin çox olmasını istəyən qadın daha çox əxlaqi məziyyətlərə sahib olmaq 
istəyəcəkdir ki, bu da cəmiyyətin inkişafı deməkdir. 
Mehrin hikmətlərindən biri də, boşanmaları azaltmaqdır. Kişi qadını boşadığı 
təqdirdə mehrin hamısını ödəməlidir. Üstəlik yenidən evlənəcəyi qadına mehr 
verməlidir. Bu da kişinin istədiyi vaxt qadını boşamasının qarşısını alır. Nəticədə ailə 
və uşaqların haqqı qorunmuş olur.  
 
Mehr – evlilik sığortası 
Ailə qurmaq insanın fitri ehtiyacıdır. Ailəni qorumaq üçün müəyyən tövsiyələr 
edilmiş, evliliyinin ömür boyu davam etməsi istənilmişdir. Tərəflərin haqq və 
öhdəlikləri Quran və Sünnədə bildirilmişdir. Nəslərdə evlənən qadına mehr verməyin 
vacibliyinə toxunulmuşdur. Cəmiyyəti qorumaq üçün ailəni qorumaq lazımdır. 
Azərbaycan Respublikasının Konstitusiyasında da “cəmiyyətin əsas özəyi kimi ailə 
dövlətin xüsusi himayəsindədir.”
66
 
Nikahın müəyyən  şərtləri var. Bu şərtlər pozulmasın deyə müəyyən tədbirlər 
görülməlidir. Tərəflərin haqlarının bərabər şəkildə qorunması hüquqla tənzimlənir.  
                                                 
65
 http://www.e-qanun.az/code/10 
66
 http://www.president.az/azerbaijan/constitution 


Tahir Akqubayev
  
258 
Mehr də ailə birliyini və davamlılığını qoruyan əqddir. Yəni mehr ilk dövrlərdə 
ailəni qoruyan ictimai təminat sayılırdı. Bu gün Çində  və bir çox ölkələrdə  tətbiq 
olunan evlilik sığortası ilə İslam hüququndakı mehr arasında oxşarlıqlar mövcuddur. 
2011-ci ildə Çində iki milyon 900 min insan boşanmışdır. Bunu görən sığorta 
şirkətləri “evlilik sığortası”nın tətbiqinə başlamışdır.
67
 
İslam hüququndakı mehr də kişini boşanma hüququndan sui-istifadə etməkdən 
çəkindirir. Qadın boşanmaq istədikdə aldığı mehri geri qaytarır və ya mehr haqqından 
məhrum qalır. Burada əsas məqsəd ailəni qorumaqdır. Ailəni qorumaq üçün görülən 
bütün tədbirlər təqdirəlayiqdir.  
 
Nəticə 
Mehr müxtəlif xalqlarda fərqli başa düşülmüşdür. Mehri bəzən alış-verişlə 
müqayisə etmişlər. Tərəflərin qarşılıqlı  mənfəətini axtarmışlar. Halbuki mehr cinsi 
faydalanma və ya nişanda verilən hədiyyələrlə qarışdırılmamalıdır. Bu cür səhv 
müqayisələr yanlış  nəticələr doğurmuşdur. Bu da mehrin mahiyyətini düzgün 
anlamamaqdan qaynaqlanır.  
İslamdakı mehri qadının özünü “satması” kimi izah edənlər var. Halbuki İslamda 
evlilik satış, mehr də satışın qarşılığı deyildir. İslamda ailə cəmiyyətin əsasıdır. Bu 
səbəbdən cəmiyyətin nüvəsi sayılan ailə sağlam təməllər üzərində qurulmalıdır. Qadın 
nikahda tərəfdaş və söz sahibidir. İnsan öz-özünü sata bilməz. Qadın kişinin mülkü 
sayılmır. Mülkü olmadığı üçün ondan istifadədən də söhbət gedə bilməz. Əgər mehr 
kişinin qadından faydalanmağının  əvəzi olsaydı, onda qadının da kişidən 
faydalanmağının  əvəzi olmalı idi. Çünki qadın da kişi kimi evlilikdən və kişidən 
faydalanır. Əgər mehr satışın əvəzi sayılsaydı cinsi əlaqədən əvvəl boşanma olanda 
mehrin yarısının ödənilməsi məcburi olmazdı. Bu da onu göstərir ki, kişi qadından 
faydalanmasa belə mehrin yarısını ödəməlidir. Deməli, nikah alış-veriş  əqdi deyil, 
ictimai prinsiplərə əsaslanan razılıq müqaviləsidir. 
İslamda boşanma haqqı kişiyə verilmişdir. Kişi qadını ancaq mehrini ödəyərək 
boşaya bilər. Qadınların da müəyyən boşanma haqları var. Ancaq boşanma tələb 
edərsə mehr haqqından məhrum olur.  
Boşama səlahiyyəti kişiyə, mehr haqqı da qadına verilmişdir. Bir mənada 
tərəzinin iki gözü kimi bir tərəfə boşama, digərinə də mehr haqqı verilərək tarazlıq 
qorunmuşdur. Kişi qadını boşamaq haqqından sui-istifadə edə bilər. Mehr məhz bu 
cür sui-istifadənin qarşısını almaq, zəif tərəfin haqqını qorumaq mahiyyətindədir. 
Mehr qadının xeyrinə ayrı-seçkilik kimi görünsə də, nəticədə ailəni qoruyur. Bundan 
əlavə mehr, boşanma və ərin ölümü kimi hallarda qadının maddi təminatına dəstək 
olur.  
Boşanma Allahın sevmədiyi əməldir. Bu gün boşanmaların sayı artmaqda davam 
edir. Bu da cəmiyyət üçün təhlükə sayılır. Boşanmalarda  ən çox zərər qadın və 
                                                 
67
 http://www.sabah.com.tr/yazarlar/donat/2012/12/11/evlilik-sigortasi 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə