Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə126/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   122   123   124   125   126   127   128   129   ...   156

Leyla Nəbiyeva
  
308 
edilməsi mümkün olmayan bu şərtlər qarşısında Türkiyə tək mübarizə apara bilmədiyi 
üçün Qərb ölkələrindən dəstək istəyir. SSRİ -nin genişlənmə siyasətindən narahat olan 
və müharibədən güclü dövlət kimi ayrılan ABŞ Türkiyəyə lazım olan dəstəyi vermək 
qərarına gəlir. 
 
SSRİ -nin Türkiyədən tələbləri 
“Üçlər ittifaqı” kimi adlandırılan İngiltərə, ABŞ və Sovet İttifaqı 1945-ci il fevral 
ayında Yalta konfransında bir araya gəldilər. Konfransdan sonra SSRİ 1945-ci il mart 
ayının 19-da Türkiyəyə nota göndərərək 1925-ci ildə imzaladıqları “Dostluq andı”nın 
müharibədən sonrakı vəziyyətə uyğun olmadığını və “əsaslı dəyişiklilər” tələb etdiyi 
üçün ləğv etdiyini bildirdi. Bu dəyişiklikdən sonra Türkiyə müharibə zamanında 
müttəfiqi olan İngiltərənin dəstəyini qazanmaq üçün fəaliyyətə başlasa da, 
müharibədən zəifləmiş  vəziyyətdə  çıxan  İngiltərə ona lazım olan dəstəyi vermədi. 
İngiltərədən lazımi dəstəyi ala bilməyən Türkiyə SSRİ ilə yeni anlaşma yolları 
axtarmağa başladı. SSRİ ilə razılaşma yolu axtaran türk səlahiyyətliləri onlara 1945 
19 mart notasına cavab olaraq 4 aprel 1945-ci ildə yeni bir nota göndərdilər. Bu notada 
türk idarəçiləri iki ölkə arasındakı dostluq münasibətlərinin davam etməsini 
istədiklərini, ləğv edilmiş dostluq andının yerinə günün şərtlərinə uyğun yeni anlaşma 
təklifini və bu təklifdə sovetlərin maraqlarını  qəbul edəcəklərini bəyan etdilər. 
Sovetlərin Türkiyə notasına cavabı 1945 7 iyun tarixində  gəldi. İyunun 7-də sovet 
xarici işləri naziri Vyaçeslav Mixayloviç Molotov Türkiyə və SSRİ arasında razılığa 
gəlməsi üçün Türkiyənin Moksvadakı səfiri Selim Sarperə təkliflərini irəli sürdülər. 
Onların irəli sürdükləri təkliflər açıqca Türkiyənin müstəqilliyi və suverenliyini pozan 
qəbuledilməz xüsusiyyətlər daşıyırdı. Həmin şərtlər bunlar idi:  
1.  16 mart 1921-ci il Böyük Moskva anlaşmasına  əsasən qurulan türk-sovet 
sərhədinin SSRİ -nin xeyrinə dəyişməsi, Qars və Ərdahan sovetlərə verilməsi; 
2.  Boğazlar müdafiəsində SSRİ ilə ortaq olmaq, buna görə  də boğazlarda 
sovetlərə quru və dəniz donanmasının verilməsi; 
3.  Montre sözləşməsinin təyin etmiş olduğu Boğazlar rejiminin dəyişdirilməsi. 
Türkiyə və SSRİ arasında yeni ikili razılaşmanın imzalanmasından ibarət idi. (Oran, 
2002; 502) 
Selim Sarper (Türkiyənin moskvadakı  səfiri) Sovetin şərtlərini Ankaradan 
soruşmadan rədd etdi, 18 iyunda Molotov(SSRİ xairci işlər naziri) ilə yenidən görüşün 
baş tutmasına baxmayaraq sovetlər  şərtləri dəyişdirmədilər. Beləliklə, Türkiyə 
Sovetin torpaq tələblərindən  əl çəkməyəcəklərini və bunun da Türkiyə üçün açıq-
aşkar təhlükəyə çevrildiyini bilirdi. 
Postdam Konfransında SSRİ-nin tələbləri: 17 iyul - 2 avqust 1945-cı il tarixində 
İngiltərə, SSRİ  və ABŞ arasında təşkil olunan Postdam konfransında qeyd olunan 
önəmli məsələlərdən biri dəTürkiyəyə aid olan boğazlar problemiidi. Aparılan 
müzakirələrə baxmayaraq, ölkələr Postdam konfransında qəti bir qərara gəlinmədi. 
ABŞ prezidenti Truman, Sovetlərdən fərqli bir məqsədlə da olsa, boğazlara 
beynəlxalq su yolu statusunun verilməsi kimi Moskva ilə Montre dəyişdirmə 


XX əsrin 40-50-ci illərində SSRİ-nin Türkiyə siyasəti
  
309 
mövzusunda razılaşmış, həmçinin, Sovetlər birliyinin Türkiyədən torpaq tələb etməsi 
mövzusunun iki ölkəni maraqlandıran bir mövzu olduğunu ifadə etmişdir. 
(Sönmezoğlu, 2006; 34) 
Bu hadisələr gedişində ABŞ-ın siyasət dəyişdirməsi və Türkiyəni dəstəkləmə 
qərarı alması Türkiyə üçün sevindirici bir hal oldu. Postdam Konfransından qısa 
müddət sonra ABŞ-ın boğazlarla bağlı siyasəti dəyişməyə başladı. Bu dəyişimə bir 
neçə  səbəb göstərmək olar. 1. Sovetlərin Balkanlar üzərindəki  əməllərini hələ II. 
Dünya müharibəsi içində anlamağa başlayan  İngiltərənin və Amerika hərbi 
mütəxəssislərinin israrı üzərinə Trumanın siyasətini dəyişdirməyə başlaması. Buna 
görə, ABŞ-lı hərbi mütəxəssislər, SSRİ-nin istədiyi kimi Boğazlar rejimi dəyişdirilsə 
və boğazlara millətlərarası bir su yolu statusu verilsə bu yolun hər iki tərəfində geniş 
bir sahənin silahsızlaşdırılmasının lazım olacağını  və bununda Türkiyənin 
müdafiəsini çox zəiflədəcəyini bildirdilər və Truman bununla bağlı olaraq Boğazlar 
mövzusunda yeni bir qərar qəbul etdi. 2. İran II Dünya müharibəsi ərəfində İngiltərə 
və SSRİ-nin işğal zonasında idi. 1942-ci il Yanvarda İran, İngiltərə və SSRİ arasında 
razılaşma imzalanmış  və  hər 2 dövlət müharibədən 6 ay ərzində  hərbi sursatlarını 
İrandan geri çəkməyi qəbul etmişdilər. 1945-ci il Sentyabrda SSRİ  və  İngiltərə 
Londonda keçirilən xarici işlər nazirlərinin konfransında  İrandakı SSRİ  və ingilis 
əsgərlərinin 1946-cı il 2 martda geri çəkilməsi qərarını qəbul etmişdilər. Ancaq geri 
çəkilmə zamanı gəldikdə SSRİ nəinki İrandakı əsgərlərini geri çəkmədi, hətta əsgər 
sayını artırmağa başladı. 1945-ci il noyabrda ABŞ SSRİ-dən 1946-cı il1 yanvardan 
etibarən qoşunlarını geri çəkməsini istəmişdir. Lakin Moskva buna yaxın durmadı. 
Bunu görən ABŞ idarəçiləri müharibədən sonra meydana çıxan SSRİ siyasətindən 
narahat olmağa başladı. Trumana görə  zəif bir dövlətin haqlarına hörmət etməyən 
SSRİ ilə  əməkdaşlıq imkansız olacaq. Ayrıca,  İran nefti SSRİ-nin nəzarəti altına 
girərsə, dünyada xammal tarazlığını  dəyişdirəcək və  Qərb özü üçün lazım olan 
neftdən məhrum olacaq. Həmçinin, Trumana görə  İran SSRİ-nin nəzarətinə keçsə, 
SSRİ-nin Türkiyəyə təzyiqi artacaq və Türkiyənin dayanma gücü azalacaq. Truman, 
bu vəziyyətin SSRİ-nin genişlənməsinin sürətləndirməsindən narahat idi. (Ülman, 
1961: 69-72) 3. SSRİ, Yalta konfransından sonra razılaşmaya uyğun hərəkət etməyib, 
Polşa və SSRİ-nin işğalında olan digər ölkələrdən geri çəkilməmiş, hətta həmin 
ərazilərdə Kommunist ittifaqı yaratmağa səy göstərmişdir.SSRİ-nin siyasətindən ABŞ 
narahat olurdu
 
Bütün bunlardan sonra, SSRİ siyasətindən narahatlıq keçirən ABŞboğazlar 
məsələsində fikrini dəyişdirdi və Türkiyəyə  dəstək olmağa başladı. Bunun da əsas 
göstəricisi ABŞ-ın Türkiyəyə boğazlarla bağlı  təqdim etdiyi 1945 ci il 2 noyabr 
notasıdır. 
ABŞ-ın Ankaradakı səfiri Edvin C.Vilson tərəfindən Türkiyə xarici işlər naziri 
Hasan Sakaya verilən bu notada ABŞ-ın Montre sözləşməsinin yeni şərtlərə uyğun 
dəyişdirilməsi üçün toplanan millətlərarası konfransda iştirak etməkdən məmnunluq 
hissi keçirəcəyi qeyd olunurdu.Sözləşmədə bəzi dəyişikliklərin olması istənməkdə idi. 
Bu dəyişikliklər bunlar idi: 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə