Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə123/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   119   120   121   122   123   124   125   126   ...   156

Qeyri-maddi mədəni irsin qorunması sahəsində Azərbaycan təcrübəsi
  
301 
Bütün dünyaya məlumdur ki, ermənilərin işğal etdiyi Azərbaycan  ərazilərində 
maddi-mədəni irsimizin məhv edildiyini və ermənilər tərəfindən saxtalaşdırılmasına 
xidmət edən davranışları, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymət-
ləndirilir.  İşğal olunmuş Azərbaycan  ərazilərində qalan tarix-mədəniyyət abidələri, 
maddi-mədəniirsimiz ya dağıdaraq izləri silinir, ya da erməni abidələri adı altında 
saxtalaşdırılır. Aparılan tədqiqatlara görə, həmin ərazilərdə indiyədək yüzlərlə tarixi 
abidə tamamilə dağıdılıb və maddi-mədəni irsimiz böyük zərbələrə məruz qalmışdır. 
Qalanlar isə erməni abidələri adı altında təqdim edilir. İşğal altında olan Dağlıq 
Qarabağda və  ətraf rayonlarda 13 dünya, 292 ölkə, 330 yerli əhəmiyyətli tarix və 
mədəniyyət abidəsi qalıb.(9) 
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il 
tarixində YUNESKO-ya üzv qəbul edilmişdir.(10) 
1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında  əməkdaşlıq sahəsində 
memorandum imzalanmışdır. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və 
mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir.(11)  
Bu  əlaqələrin inkişafında Milli Məclisin deputatı, Heydər  Əliyev Fondunun 
prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur. Mehriban xanım 
qeyri-maddi mədəni irsimizin qorunması, o cümlədən 2004-cü il avqustun 13-də 
Azərbaycanın  şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması  və 
inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı 
səfiri adına layiq görülmüşdür. Elə bundan sonra UNESCO-la Azərbaycan arasında 
əlaqələr daha da inkişaf etməyə başlamışdır. Azərbaycanın bir sıra maddi və mənəvi 
mədəniyyət abidələrinin o cümlədən qeyri-maddi mədəni irsimizin UNESCO 
tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunması elə bu əlaqələrin nəticəsində 
olmuşdur. Belə ki, həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin 
mədəniyyəti üçün Azərbaycan muğamının yüksək dəyəri nəzərə alınaraq 2003-cü ildə 
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.(11) 
Maddi mədəniyyətimizin əvəz olunmaz, tarixə işıq tutan çox qiymətli nümunəsi 
olan  İçərişəhər təkcə Azərbaycan xalqı üçün deyil, elə tarixilik baxımından dəyəri 
misilsiz olan tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına 
İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq 
edir. Həm  Şirvanşahlar Saray Kompleksi, həm də  Qız qalası Azərbaycan qanun-
vericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. (12)  
UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunan Azərbaycan memarlığı və 
onun tarixi, maddi-mədəniyyət və qeyri-maddi mədəni irsinin qorunması xalqımız üçün 
sevindirici bir haldır. Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfə verdiyi 
açıq-aşikar bilinməkdədir. 2013-cü il UNESCO tərəfindən İçərişəhər Şirvanşahlar Sarayı 
və  Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ölkəmizdə 
butəşkilatla əlaqələrin yeni mərhələsi olmuşdur. Bu statusa malik mədəni obyektlər Silahlı 
Münaqişə Zamanı  Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası  və onun 
İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi 
emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.(12)  


f.ü.f.d.Ceyhun Şakiroğlu (Ağayev)
 
302 
UNESCO tərəfindən  İçərişəhərin gücləndirilmiş mühafizə rejimli abidələrinin 
siyahısına daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq 
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. UNESCO-nun Qeyri-Maddi-
Mədəni  İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü 
sessiyasında qurumun yekun qərarına  əsasən Azərbaycanın aşıq sənəti ilə yanaşı, 
Novruz bayramı da UNESCO-nun Qeyri-Maddi Mədəni  İrs Siyahısına salındı. Bir 
sıra dövlətlərdə Novruz bayramının qeyd olunması komitə tərəfindən nəzərə alınaraq 
təşkilatın tövsiyəsi ilə beynəlmiləl qeyri-maddi-mədəni irs nümunəsi kimi UNESCO-
ya təqdim olunmuşdu.(13) 
Məlum olduğu kimi, İSESKO Baş Katibliyi Aparatının rəhbəri  Əhməd Səid: 
"Biz ermənilərin bu kimi hərəkətlərini qətiyyətlə pisləyirik və bunu vəhşilik 
adlandırırıq. Sözügedən məsələ ilə bağlı dəfələrlə İSESKO Baş katibliyi tərəfindən 
müzakirələr aparılıb". Azərbaycanın işğal olunan ərazilərində ermənilər tərəfindən 
mədəniyyət abidələrinin məhv edilməsini vəhşilik adlandırıb. Onun sözlərinə görə, 
Azərbaycan dövləti İSESKO ilə yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət 
abidələrinin qorunması prinsipini dəstəkləyir. "Bakı şəhərinin İslamın paytaxtı elan 
olunması Azərbaycanın dinamik inkişafının təzahürüdür. Çünki İSESKO Avropada 
təkcə Azərbaycan dövlətinin şəhəri olan Bakını İslamın paytaxtı adlandırır".(14) 
İlham  Əliyev cənablarının apardığı  məqsədyönlü siyasətin və xalqımızın 
mədəniyyətinə göstərdiyi yüksək qayğı  və ehtiramın nəticəsidir. Azərbaycan 
Respublikasının Birinci vitse-prezidenti, Heydər  Əliyev Fondunun və Azərbaycan 
Mədəniyyət  Fondunun prezidenti, UNESCO və ISESCO-nun  xoşməramlı  səfiri. 
Birinci xanım Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə 
muğam və  aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması  və  təbliği 
istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.(12)  
Məlum olduğu kimi, İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasətin 
və Mehriban xanım Əliyevanın gərgin əməyi nəticəsində Azərbaycanın 7 qeyri-maddi 
mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni  İrs üzrə Reprezentativ 
Siyahısına, 1 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs 
Siyahısına daxil edilmişdir. 
"Azərbaycan Muğamı" 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı 
YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah  əsəri elan 
olunmuşdur. 2008-ci  ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi 
Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. 
"Azərbaycan Aşıq Sənəti” 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində 
Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri 
- maddi Mədəni  İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası  çərçivəsində 
qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-maddi 
Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. 
"Novruz" 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş  Ərəb 
ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri - maddi Mədəni 
İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası  çərçivəsində  qəbul edilmiş 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə