Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə124/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   120   121   122   123   124   125   126   127   ...   156

Qeyri-maddi mədəni irsin qorunması sahəsində Azərbaycan təcrübəsi
  
303 
qərara  əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğı-
zıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni 
İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. 28 noyabr-2 dekabr 2016-cı il 
tarixlərində Efiopiyanın  Əddis-Əbəbə  şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-
maddi mədəni  İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında  İraq, Qa-
zaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan bu nominasiyaya qoşulmuşlar.(11) 
"Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti"  15-19 noyabr 2010-cu il tarixində 
Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri - maddi Mədəni  İrs 
üzrə Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara 
əsasən, YUNESKO-nun Qeyri-maddi Mədəni  İrsin Reprezentativ Siyahısına daxil 
edilmişdir. 
"Tar və Onun İfaçılıq Sənəti" 3-7 Dekabr 2012-ci il tarixində Parisdə keçirilən 
YUNESKO-nun Qeyri-maddi Mədəni  İrs üzrə Hökümətlərarası Komitəsinin 7-ci 
Sessiyası  çərçivəsində  qəbul edilmiş  qərara  əsasən, "Tar və onun ifaçılıq sənəti" 
YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. 
"Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" 2-
8 dekabr 2013-cü ildə Bakıda keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə 
Hökümətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, 
"Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu" YUNESKO-
nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni  İrs Siyahısına daxil 
edilmişdir. 
"Ənənəvi Kəlağayı  sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin 
hazırlanması  və istifadə olunması"24-28 noyabr 2014-cü il tarixində Parisdə 
keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-
cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ 
Siyahısına daxil edilmişdir.(11) 
“Lahıcın misgərlik sənəti”30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada 
keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 
10-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ 
Siyahısına daxil edilmişdir. 
“Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti: Lavaş, Katırma, 
Jupka, Yufka” 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə 
şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Hökumətlərarası 
Komitəsinin 11-ci sessiyası çərçivəsində çoxmillətli nominasiya (Azərbaycan, İran, 
Qazaxıstan, Qırğızıstan və Türkiyə) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin 
Reprezentativ Siyahısına daxil edilmişdir.(11) 
Bilindiyi kimi, Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında təhlükədə olan 
abidələrin vəziyyəti müzakirə edilmişdir. Siyahıya daxil edilən 800-ə yaxın təbii və 
mədəni irsə aid abidələrin vəziyyəti hər il təhlil olunur. Təhlükədə olan abidələrlə 
bağlı məsələ isə dərhal müzakirəyə çıxarılır. Ötən il Qobustan Dövlət Tarixi-Bədii 
Qoruğu da Dünya Mədəni İrs Siyahısına daxil edilmişdi.(16) 


f.ü.f.d.Ceyhun Şakiroğlu (Ağayev)
 
304 
Bilindiyi kimi, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün 
tarixi, maddi-mədəniyyət abidələri, zəngin  ədəbiyyatı, incəsənəti və musiqi 
mədəniyyəti ilə dnya xalqları içərisində özünəməxsüs bir yerə malikdir. Qeyd etmək 
lazımdır ki, Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, 
iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin ta 
qədimdən bugünədək müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və 
mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, özlüyündə  vəhdət təşkil edərək 
Azərbaycan incəsənəti, maddi və qeyri-maddi mədəniyyət haqqında tam təsəvvür 
yaratmağa geniş imkan verir.(17) 
Azərbaycan incəsənəti, mədəniyyəti, xalqımızın tarixi qədər qədim və  zəngin 
olduğu üçün bu istiqamətdə dünya xalqlarına açıq-aşikar nümunə olmaqdadır. Buna 
əyani misal olaraq əsrlərdir Azərbaycanda bir çox abidələrə toxunulmamış, onlar 
dövlət tərəfindən mühafizə olunmuşdur. Bununla yanaşı teatr, kino, musiqi və xalq 
sənətinin müxtəlif növləri uzun və mürəkkəb inkişaf yolu keçmiş olması Azərbaycan 
xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və 
incəsənət xadimləri milli mədəniyyətimizin, maddi-mədəni irsimizin dünyaya 
çatdırılması istiqamətində daim səy göstəriblər və demək olar ki, buna nail 
olublar.(18)  
Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahı-
sına daxil edilməsi, 7 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi 
Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 1 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı 
olan Qeyri-maddi Mədəni  İrs Siyahısına daxil edilməsi və.s kimi bir sıra uğurlu 
addımlar ölkə rəhbərliyinin mədəniyyətimizə sahib çıxmağının ən bariz nümunəsidir. 
 
 
ƏDƏBİYYAT 
 
1.  "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və  Ərtoğrol Cavid" 
çoxcildliyi: 13 cilddə. 1-ci cild.-Bakı: Çaşıoğlu, 2011 
2.  T.Ə.Bünyadov. Qədim Azərbaycanda ipin boyanması qaydalarına dair. - 
ATM, YI c., B., 1963; Yenə onun. Qədim Azərbaycanda toxuculuq və keçəçiliyin 
inkişaf tarixinə dair. - AEM, I, B., 1964 
3.  https://az.wikipedia.org 
4.  "История  Востока.  В6  т.  Т. 2. Восток  в  средние  века"http:// 
www.kulichki.com/~gumilev/HE 2/he2510.htm 
5.  A.N.Mustafayev. Azərbaycanda sənətkarlıq (tarixi-etnoqrafik tədqiqat). 
B.,1999 
6.  The Grove Encyclopedia of Islamic Art and Architecture 2009, pp. 237 
7.  «Популярная художественная энциклопедия.» Под ред. Полевого В. М.; 
М.:Издательство "Советская энциклопедия", 1986 
8.  S.B.Əsədova. X1X-XX əsrlərdə Azərbaycan zərgərlik incəsənəti. B., 1978; 
Каталог народно-декоративного искусства Азербайджана. Б., 1963. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə