Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə120/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   116   117   118   119   120   121   122   123   ...   156

Suisidal davranış konsepsiyalarına dair
  
293 
tiplər üçün, sui-qəsd isə sensitiv (63 %) və tsikloid (25 %) tip üçün xarakterikdir. [7, 
səh.145] 
A.E.Liçko yeniyetmənin suisidal davranışı ilə xarakterin aksentuasiyası tipləri 
arasında müəyyən  əlaqə olduğunu göstərir.Onun fikrincə,yeniyetmələr arasında 
intihar hallarının əsas səbəbi bunlardır: 
1.Sevimli adamın itirilməsi; 
2.Həddindən artıq yorğunluq vəziyyəti; 
3.Şəxsi ləyaqətin təhqir olunması; 
4.Spirtli içkilərin və narkotik maddələrin qəbulu nəticəsində şəxsiyyətin müdafiə 
mexanizmlərinin dağılması; 
5.Özünü intihar etmiş adama oxşatmaq; 
6.Müxtəlif səbəblərdən qorxunun,qəzəbin,kədərin ayrı-ayrı formaları. 
N.V.Konançuk, V.K.Myager suisidentlər üçün tipik olan üç əsas xüsusiyyət 
ayırmışlar: 
-tələbatların yüksək gərginliyi; 
-əhəmiyyətli münasibətlərdə emosional yaxınlığa yüksək tələbat; 
-aşağı frustrasion tolerantlıq və kompensasiyaya zəif qabiliyyət.  
E.Şneydman qeyd edirdi: "Suisid özünəqəsdi problemin ən yaxşı həlli hesab edən 
fərdin öz vəziyyətini yaxşı anlamağa  əsas verən  şüurlu özünü məhv etmədir". [5, 
səh.8]. E.Şneydman bütün suisidlər üçün tipik olan xüsusiyyətləri təsvir etmişdir: 
1) suisidlər üçün ümumi məqsəd həllin axtarışıdır. 
2) suisidlər üçün ümumi vəzifə şüurun dayandırılmasıdır (bloklanmasıdır). 
3) suisidlər üçün ümumi stimul dözülməz psixi ağrıdır. 
4) intihar zamanı ümumi stressor frustrasiya olunmuş ümumi tələbatlardır. 
5) ümumi intihar emosiyası acizlik-ümidsizlikdir. 
6) intihara ümumi daxili münasibət ambivalentlikdir. 
7) intihar zamanı psixikanın ümumi vəziyyəti koqnitiv sferanın daralmasıdır. 
8) intihar zamanı ümumi davranış qaçışdır (aqressiya). 
9) intihar zamanı ümumi kommunikativ hərəkət öz niyyəti haqqında xəbərdir.  
10) suisidlər üçün ümumi qanunauyğunluq həyatda davranışın ümumi üslubu 
təşkil edir. [4, səh. 12]. 
Suisid fenomeni əksər hallarda psixoloji böhran haqqında təsəvvürlərlə 
əlaqəlidir. Bu mənada, psixoloji böhran xarici qıcıqlandırıcıların yaratdığı 
təhlükələrin insan psixikasına təsiri nəticəsində emosional balansın pozulması kimi 
nəzərdən keçirilir. A.Q.Ambrumova hesab edir ki, psixoloji böhran fərdin əhəmiyyətli 
tələbatlarının frustrasiyasını  və bu frustrasiyaya spesifik şəxsi reaksiyanı özündə 
ehtiva edir. Müəllifin fikrincə, "intihar təhlükəsi" gələcəyin konstruktiv 
planlaşdırılması qabiliyyətinin kəskin şəkildə zəifləməsi ilə müəyyən edilir. 
Psixoloji konsepsiya suisidal davranışı sosial-psixoloji və ya fərdi amillərlə izah 
edir. Hər  şeydən  əvvəl, intihar həyatın mənasının itməsi ilə bağlıdır. V.Frankl 
göstərirdi ki, bununla bağlı ekzistensional həyəcan zamanı ümidsizlik, boşluq və 
mənasızlıq hissi, günahkarlıq hissi yaşanır.  İntihar halında həyat məğlubiyyətlə 


Sədirova Nərmin Cumay qızı
  
294 
nəticələnir. Nəticədə intihar edən ölümdən qorxmur – o həyatdan qorxur, V. Frankl 
belə hesab edirdi. 
A.Q.Ambrumova və bir sıra başqa tədqiqatçılar suisidal davranışı mikrososial 
konflikt  şəraitində  şəxsiyyətin sosial-psixoloji dezadaptasiyasının nəticəsi kimi 
qiymətləndirir. [1, səh.10]. Z.Freyd hesab edirdi ki, şəxsiyyətlərarası konfliktlərin 
başlıca mənbəyi insan psixikasına əvvəlcədən xas olan şüur və şüursuzluq, dolaşıq 
instinktiv meyllərlə  əxlaq və hüquq normalarının tələbləri arasındakı konfliktdir. 
A.Adler şəxsiyyətin mikromühitlə konfliktlərinin məzmununu fərdin natamamlıq və 
birinin digəri üzərində üstünlüyü hissindən qurtulmaq cəhdlərində görürdü. [1, 
səh.13].
 
 
Sosial-psixoloji dezadaptasiya orqanizmin və mühitin uyğunsuzluğu kimi, 
müxtəlif səviyyədə  və müxtəlif formalarda görünə bilər. Müəllif məhdudlaşdırıcı 
(patoloji olmayan) və transformasiya edici (patoloji) dezadaptasiyanı fərqləndirir. Bu 
formalardan hər biri parsial (hissəvi) və total (ümumi) ola bilər. Adaptasiya, 
ümumiyyətlə, canlı sistemlə xarici şərait arasında uyğunluğun olmasıdır. 
Dezadaptasiya anlayışı isə orqanizmlə mühit arasısında uyğunsuzluğun müxtəlif 
dərəcə  və keyfiyyətlərini  əks etdirir. Tam uyğunluq inkişafı sürətləndirir, tam 
uyğunsuzluq isə həyat fəaliyyəti ilə bir araya sığışmır. Bu iki qütb arasında yerləşən 
aralıq vəziyyətdə olan sistemlər üçün isə  həm adaptasiya, həm də dezadaptasiya 
terminləri eyni dərəcədə qəbul edilir.  
A.Q. Ambrumova suisidal davranışı xarakterizə edərək situasiya reaksiyalarının 
bir sıra tipini ayırmışdır: 
1. Emosional disbalans reaksiyaları.  Əhval-ruhiyyənin ümumi fonunun 
zəifləməsi, diskomfort hissinin yaranması, həyəcanlılıq səviyyəsinin qeyri-iradi 
olaraq artması ilə səciyyələnir. 
2. Pessimistik situasiya reaksiyaları ilk növbədə  əhvali-ruhiyyənin, dünyagö-
rüşünün, fikirlərin və qiymətləndirmənin, dəyərlər sisteminin yenidənqurmasındakı 
dəyişikliklərlə xarakterizə olunur. 
3. Mənfi balans reaksiyaları – bu situasiya reaksiyalarıdır, rasional "həyat 
nəticələrinin yaxınlaşdırılması", keçilmiş yolun qiymətləndirilməsi məzmununu 
özündə ehtiva edir. 
4. Demobilizasiyanın situasiya reaksiyası – əlaqələr sahəsində  ən kəskin 
dəyişikliklərlə fərqlənir: adət edilmiş əlaqələrdən imtina ilə səciyyələnir. 
Z.Freydin suisid haqqında təsəvvürləri insanın iki əsas meylinə 
əsaslandırılmışdır:  
-Eros – həyat instinkti; 
-Tanatos - ölümün instinkti. 
İnsan həyatı bu iki instinkt arasındakı döyüş sahəsidir.  İnsan yalnız yaşamaq, 
sevilən olmaq və öz uşaqlarını böyütmək istəyi ilə yaşamır, həmçinin ölümün 
arzuolunan olduğu dövrlər və ruhi vəziyyətlər olur. Yaş artdıqca Erosun gücü azalır, 
amma Tanatos daha güclü, inadkar. Freydə görə, intihar Tanatosun dağıdıcı təsirinin, 
yəni aqressiyanın təzahürüdür. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə