Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə118/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   114   115   116   117   118   119   120   121   ...   156

Rabil Mehtiyev
  
288 
Digər tərəfdən yanaşdıqda başqası anlayışının meydan gəlməsi nəzərdən 
keçirilməlidir. Başqası  dəhşətdir düşüncəsi Avropa siyasi dairələrində daha üstün 
olduqca təzyiq intensivləşir.  
Multikultralizmin Qərbdə imtina olunan fenomenə çevrilməsi həm də yeni 
formada aparteizm siyasəti kimi dəyərləndirilə bilər.Daha sadə desək,avropalılar 
köhnə qitənin yeni rezidentlərinə marginalizm mövqeyi ilə yanaşırlar.Özgələşməyə 
sövq ksenefobiyanın intişarını şərtləndirməklə gəlmələrin sıxışdırılmasını qətiləşdirir. 
Bununla da yeni Qərb düsturları ortaya çıxır ki,bunlar da təbiətin və  cəmiyyətin, 
fəlsəfə  və sosiologiyanın qanunlarına ziddliyi ilə fokuslaşır. Bu düsturlara görə 
verilənlər bazasında gəlmələr yoxdur, avropalılar özlərinin köhnə qitəlilər istilahına 
meydan verirlər. 
Həyat standartlarının keyfiyyət dəyişikliyi insanların düşüncə və gözləntilərinə 
də  təsirsiz ötüşmür.Bu baxımdan statistik avropalının mühacirlərə dözümsüz 
yanaşması müəyyən mənada başadüşüləndir. Bütövlükdə isə  cəmiyyət standartı 
olaraq başqalarına münasibətdə belə yanaşma isə qəbuledilməz və izahsızdır.Bununla 
belə inteqrasiya proseslərinin dinamik olduğu hazırki dönəmdə avropalıların sədd 
çəkmək planlarının baş tutmayacağını  əvvəlcədən determinə etməkdədir. 
Avroatlantik məkanın bu cür transformasiya proseslərinə  məruz qalması tarixin 
əvvəlki mərhələlərində də olub və hasil olunan nəticə budur ki,qanunauyğunluqların 
labüd etdiyini qanunlarla məhdudlaşdırmaq baş tutmayacaqdır. 
Qlobal səviyyədə nanotexnologiyaların post-nano dövrə transfer olunduğu indiki 
şəraitdə atomlaşma, yəni hissəcikdən tama doğru fəlsəfəsi hakim yer tutur. Bir qədər 
sadələşdirsək, nano səviyyəli hesablamalarda olan dəqiqliklər daha aza doğru 
irəlilədilir. Bu da o deməkdir ki,fərdi olan,tək olan daha prioritetdir. Beləliklə, Holizm 
prinsipi (kollektivcilik konsepsiyası) öz mənbəyini atomizmdən (hissəciklər 
nəzəriyyəsi) götürür. Bundan çıxış edərək deyə bilərik ki,indi Qərb öz bəsit 
nəzəriyyələri ilə qlobal meyllərə, insanların fərdi azadlığının motivlərinə qarşı dura 
bilməyəcək, nəhayətdə birgəyaşayış fəlsəfəsi dominant olacaqdır.  
Bu xüsusda fikrimizin təsdiqi aşagıdakı sitatda əksini tapır: “Multikulturalizm 
dünyanın  əksər xalqlarından ibarət olan bütövü yaradır və ümummədəniyyət 
müstəvisini meydana gətirir. Multikulturalizm fərdin beynəlmiləlləşməsini təmin 
edir, xalqların mədəni bütövlüyünü meydana gətirir. Burada milli mədəniy-
yətin inkişafını digər mədəni çalarlar hesabına təmin edir. Multikulturalizm milli 
mədəniyyətin qarışıq mədəniyyətlər hesabına sürətlə tanıdılmasını  təmin edən 
zəngin sistem rolunu oynayır.” (11). 
  
Nəticə 
Yeni avropaçılıq fəlsəfəsi məhəlli təfəkkürdən uzaqlaşa bilməyən taftalogiyadan 
başqa bir şey deyildir.Toplananları (siyasi mənafelərə xidmət edən bəhanələrin 
ardıcıllıgı) dəyişsə də cəm – onların əsl siması eyni qalacaq: Artıq avropa dəyərləri 
deyilən bir şey qalmamışdır.Odur ki,milli xüsusiyyətlərimizə tapınaraq yeniləşən 
dünyanın məziyyətlərinə tam aludə olmamaq daha üstün mövqe sayıla bilər. 


Multikulturalizmin ideoloji yükü və fenomenin Qərbdə represiyası
  
289 
Multikulturalizm mutləq  şəkildə Eldorado cəmiyyətinin məhsulu kimi qəbul 
edilməməlidir.Yəni,cəmiyyətin sosial-iqtisadi şəraitinin aşağı olması, həyat 
keyfiyyətinin arzuedilməz olması multikulturalizmin intişarına mane ola biləcək 
əsaslar kimi sərf-nəzər edilməməlidir. Hətta iqtisadiyyatın defolt səviyyəsində belə 
mənəvi dəyərlərin ölməməsi mümkündür.Başqa sözlə,elizium olmadan belə 
multikulturalizmin tamlığı apriori ola və status almaq imkanındadır. Sadalananlara 
əsasən deyə bilərik k , Azərbaycanın yaxın və keçmiş təcrübəsi bu xüsusda davamlı 
öyrənilməyə zəruri olan bir fenomen kimi aktuallığını bir daha nümayiş etdirir. 
 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT: 
 
1.Abdulla K. Avropanın edə bilmədiyini Azərbaycan etdi 
http://matbuat.az/news/367483/. 22.09.2017. 
2. Xəlilov. S. Sivilizasiyalararası dialoq. Bakı, “Adiloglu”.2009 
3.Məmmədli N. Multikulturalizm siyasətinin tipologiyası və ölçülməsi. Dövlət 
və din jurnalı. № 06 (47) 2016.səh.26-42. 
4.Məmmədzadə.İ. Multikulturalizm fəlsəfi problem və ideologem kimi. Xalq 
qəzeti.-2014.15 avqust.s.3. 
5.İsrafilova. A – Qloballaşan dünyada multikulturalizmin Azərbaycan nümunəsi. 
“Dövlət və Din” jurnalı. - № 06 (47).2016.səh.53-58. 
6.Kərimov P.Quliyev İ.Multikultural dəyərlər Azərbaycan  ədəbiyyatının ideya 
estetik təməli kimi.. Multikulturalizm ədəbi-bədii,elmi-publisistik jurnal.№ 3,2016. 
s.37-45 
7.  Низамова L. Мультикультурализм. http://ecsocman.hse.ru/text/19279755/ 
24.09.2017 
8.Jasdev. S. Multiculturalism Is an Ideology, Multicultural Europe Is a Reality 
http://www.huffingtonpost.co.uk/jasdev-singh-rai/multiculturalism-is-an-
id_b_910115.html.26.09.2017. 
9.Stuart H. Cultural theorist.https://en.wikipedia.org/wiki/.30.09.2017. 
10.multiculturalism-is-dead-the-biggest-lie-
ever.http://www.zeus.aegee.org/magazine/2012/08/31/.25.09.2017 
11.  Multikulturalizm nədir və onun ölkə üçün nə  əhəmiyyəti 
var?http://strateq.az/arashdirma/26098.14.08.2017. 
 
 
 


Rabil Mehtiyev
  
290 
 
XÜLASƏ 
 
Təqdim olunan məqalədə multikulturalizmin müasir proseslərdə ideoloji səpkisi 
nəzədən keçirilir. Milli və beynəlxalq təcrübədə müşayət olunan tendensiyaların 
muıtikultural ənənələrə sirayəti, Avropada bu fenomenə yanaşmada ikili yanaşmalar 
təhlil obyekti kimi götürülür. Əsaslandırılmışdır ki, Azərbaycanın multikultural 
dəyərləri xalqımızın həyat tərzinin təcəssümü olmaqla daha dərin ideya-mənəvi 
məzmuna sahibdir.  
 
 
ЗАКЛЮЧЕНИЕ 
 
В  представленной  статье  проводится  идеологическая  изощренность 
мультикультурализма  в  современных  процессах.  Рассматривается  влияние 
процессов на мультикультуральные ценности, происходящие в национальной и 
международной  практике  и  отношение  Запада  к  этому  феномену  с  позиции 
двойного  стандарта.  Было  отмечено,  что  многокультурные  ценности 
Азербайджана  имеют  более  глубокий  идеологически-нравственный  характер, 
олицетворяющий образ жизни нашего народа. 
 
 
SUMMARY 
 
Ideological sophistication of multiculturalism in contemporary processes in the 
presented article is carried out. Diverse approaches to the phenomenon are taken as 
the object of analysis, with the tendency to follow the trends observed in national and 
international practice in Europe. It was argued that Azerbaijan's multicultural values 
have deeper ideological-moral content, in our people's lifestyle. 
 
 
Çapa tövsiyyə etdi: t.ü.f.d, dosent Bilal Dədəyev 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə