Rabil Mehtiyev
288
Digər tərəfdən yanaşdıqda başqası anlayışının
meydan gəlməsi nəzərdən
keçirilməlidir. Başqası dəhşətdir düşüncəsi Avropa siyasi dairələrində daha üstün
olduqca təzyiq intensivləşir.
Multikultralizmin Qərbdə imtina olunan fenomenə çevrilməsi həm də yeni
formada aparteizm siyasəti kimi dəyərləndirilə bilər.Daha sadə desək,avropalılar
köhnə qitənin yeni rezidentlərinə marginalizm mövqeyi ilə yanaşırlar.Özgələşməyə
sövq ksenefobiyanın intişarını şərtləndirməklə gəlmələrin sıxışdırılmasını qətiləşdirir.
Bununla da yeni Qərb düsturları ortaya çıxır ki,bunlar da təbiətin və cəmiyyətin,
fəlsəfə və sosiologiyanın qanunlarına ziddliyi ilə fokuslaşır.
Bu düsturlara görə
verilənlər bazasında gəlmələr yoxdur, avropalılar özlərinin köhnə qitəlilər istilahına
meydan verirlər.
Həyat standartlarının keyfiyyət dəyişikliyi insanların düşüncə və gözləntilərinə
də təsirsiz ötüşmür.Bu baxımdan statistik avropalının mühacirlərə dözümsüz
yanaşması müəyyən mənada başadüşüləndir. Bütövlükdə isə cəmiyyət standartı
olaraq başqalarına münasibətdə belə yanaşma isə qəbuledilməz və izahsızdır.Bununla
belə inteqrasiya proseslərinin dinamik olduğu hazırki dönəmdə avropalıların sədd
çəkmək planlarının baş tutmayacağını əvvəlcədən determinə etməkdədir.
Avroatlantik məkanın bu cür transformasiya proseslərinə məruz qalması tarixin
əvvəlki mərhələlərində də olub və hasil olunan nəticə budur ki,qanunauyğunluqların
labüd etdiyini qanunlarla məhdudlaşdırmaq baş tutmayacaqdır.
Qlobal səviyyədə nanotexnologiyaların post-nano dövrə transfer
olunduğu indiki
şəraitdə atomlaşma, yəni hissəcikdən tama doğru fəlsəfəsi hakim yer tutur. Bir qədər
sadələşdirsək, nano səviyyəli hesablamalarda olan dəqiqliklər daha aza doğru
irəlilədilir. Bu da o deməkdir ki,fərdi olan,tək olan daha prioritetdir. Beləliklə, Holizm
prinsipi (kollektivcilik konsepsiyası) öz mənbəyini atomizmdən (hissəciklər
nəzəriyyəsi) götürür. Bundan çıxış edərək
deyə bilərik ki,indi Qərb öz bəsit
nəzəriyyələri ilə qlobal meyllərə, insanların fərdi azadlığının motivlərinə qarşı dura
bilməyəcək, nəhayətdə birgəyaşayış fəlsəfəsi dominant olacaqdır.
Bu xüsusda fikrimizin təsdiqi aşagıdakı sitatda əksini tapır: “Multikulturalizm
dünyanın əksər xalqlarından ibarət olan bütövü yaradır və ümummədəniyyət
müstəvisini meydana gətirir. M
ultikulturalizm fərdin beynəlmiləlləşməsini təmin
edir, xalqların mədəni bütövlüyünü meydana gətirir. Burada
milli mədəniy-
yətin inkişafını digər mədəni çalarlar hesabına təmin edir.
Multikulturalizm milli
mədəniyyətin qarışıq mədəniyyətlər hesabına sürətlə tanıdılmasını təmin edən
zəngin sistem rolunu oynayır.” (11).
Nəticə
Yeni avropaçılıq fəlsəfəsi məhəlli təfəkkürdən uzaqlaşa bilməyən taftalogiyadan
başqa bir şey deyildir.Toplananları (siyasi mənafelərə xidmət edən bəhanələrin
ardıcıllıgı) dəyişsə də cəm – onların əsl siması eyni qalacaq: Artıq avropa dəyərləri
deyilən bir şey qalmamışdır.Odur ki,milli xüsusiyyətlərimizə tapınaraq yeniləşən
dünyanın məziyyətlərinə tam aludə olmamaq daha üstün mövqe sayıla bilər.
Multikulturalizmin ideoloji yükü və fenomenin Qərbdə represiyası
289
Multikulturalizm mutləq şəkildə Eldorado cəmiyyətinin
məhsulu kimi qəbul
edilməməlidir.Yəni,cəmiyyətin sosial-iqtisadi şəraitinin aşağı olması, həyat
keyfiyyətinin arzuedilməz olması multikulturalizmin intişarına mane ola biləcək
əsaslar kimi sərf-nəzər edilməməlidir. Hətta iqtisadiyyatın defolt səviyyəsində belə
mənəvi dəyərlərin ölməməsi mümkündür.Başqa sözlə,elizium olmadan belə
multikulturalizmin tamlığı apriori ola və status almaq imkanındadır. Sadalananlara
əsasən
deyə bilərik k , Azərbaycanın yaxın və keçmiş təcrübəsi bu xüsusda davamlı
öyrənilməyə zəruri olan bir fenomen kimi aktuallığını bir daha nümayiş etdirir.
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT:
1.Abdulla K. Avropanın edə bilmədiyini Azərbaycan etdi
http://matbuat.az/news/367483/. 22.09.2017.
2. Xəlilov. S. Sivilizasiyalararası dialoq. Bakı, “Adiloglu”.2009
3.Məmmədli N. Multikulturalizm siyasətinin tipologiyası və ölçülməsi. Dövlət
və din jurnalı. № 06 (47) 2016.səh.26-42.
4.Məmmədzadə.İ. Multikulturalizm fəlsəfi problem və ideologem kimi. Xalq
qəzeti.-2014.15 avqust.s.3.
5.İsrafilova. A – Qloballaşan dünyada multikulturalizmin Azərbaycan nümunəsi.
“Dövlət və Din” jurnalı. - № 06 (47).2016.səh.53-58.
6.Kərimov P.Quliyev İ.Multikultural dəyərlər Azərbaycan ədəbiyyatının ideya
estetik təməli kimi.. Multikulturalizm ədəbi-bədii,elmi-publisistik jurnal.№ 3,2016.
s.37-45
7. Низамова L. Мультикультурализм. http://ecsocman.hse.ru/text/19279755/
24.09.2017
8.Jasdev. S. Multiculturalism Is an Ideology, Multicultural Europe Is a Reality
http://www.huffingtonpost.co.uk/jasdev-singh-rai/multiculturalism-is-an-
id_b_910115.html.26.09.2017.
9.Stuart H. Cultural theorist.https://en.wikipedia.org/wiki/.30.09.2017.
10.multiculturalism-is-dead-the-biggest-lie-
ever.http://www.zeus.aegee.org/magazine/2012/08/31/.25.09.2017
11.
Multikulturalizm nədir və onun ölkə üçün
nə əhəmiyyəti
var?http://strateq.az/arashdirma/26098.14.08.2017.
Rabil Mehtiyev
290
XÜLASƏ
Təqdim olunan məqalədə multikulturalizmin müasir proseslərdə ideoloji səpkisi
nəzədən keçirilir. Milli və beynəlxalq təcrübədə müşayət olunan tendensiyaların
muıtikultural ənənələrə sirayəti, Avropada bu fenomenə yanaşmada ikili yanaşmalar
təhlil obyekti kimi götürülür. Əsaslandırılmışdır ki, Azərbaycanın multikultural
dəyərləri xalqımızın həyat tərzinin təcəssümü olmaqla
daha dərin ideya-mənəvi
məzmuna sahibdir.
ЗАКЛЮЧЕНИЕ
В представленной статье проводится идеологическая изощренность
мультикультурализма в современных процессах. Рассматривается влияние
процессов на мультикультуральные ценности, происходящие в национальной и
международной практике и отношение Запада к этому феномену с позиции
двойного стандарта. Было отмечено, что многокультурные ценности
Азербайджана имеют более глубокий идеологически-нравственный характер,
олицетворяющий образ жизни нашего народа.
SUMMARY
Ideological sophistication of multiculturalism in contemporary processes in the
presented article is carried out. Diverse approaches to the phenomenon are taken as
the object of analysis, with the tendency to follow the trends observed in national and
international practice in Europe. It was argued that Azerbaijan's multicultural
values
have deeper ideological-moral content, in our people's lifestyle.
Çapa tövsiyyə etdi: t.ü.f.d, dosent Bilal Dədəyev