Hilmi Ziya Ülkən ibn Sinanın yaradıcılıq irsi haqqında
283
Rozental yəhudi fəlsəfəsinə təsirini tədqiq edərkən başlıca İbn
Məymun üzərində
durmuşdur.
Beləliklə, Hilmi Ziya Ülkən ensiklopedik alim İbn Sinanın fəlsəfi fikirlərini
hərtərəfli şəkildə araşdırmış, Qərb mütəfəkkirlərinə təsirini işıqlandırmışdır.
ƏDƏBİYYAT
1. Ülken Hilmi Ziya. İslam Felsefesi Kaynakları ve Tesirleri. Ankara, 1967
2. Ülken Hilmi Ziya. Uyanış Devirlerinde Tercümenin Rolü. İstanbul, 1935
3. Ülken Hilmi Ziya. İbn Sinanın Tıbba Dair Bir Münakaşası. Türkiyat
Mecmuası, cilt XI, 1954, səh. 101-114
4. Ülken Hilmi Ziya. İslam Düşüncesi. IV. Baskı. İstanbul, 2005
5. Məmmədov Zakir. Bəhmənyarın fəlsəfəsi. Seçilmiş əsərləri. Bakı, Elm, 2015
6. Qəzali Əbuhamid. Yanılmaqdan xilas edən. Tərcümə edən: Zakir Məmmədov.
Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı,1999. səh. 139-150
7. Zakirqızı (Məmmədova) Aytək. Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı,
2011
Aytək Zakirqızı (Məmmədova)
284
XÜLASƏ
HİLMİ ZİYA ÜLKƏN İBN SİNANIN YARADICILIQ İRSİ HAQQINDA
Məqalədə Türkiyənin görkəmli mütəfəkkiri Hilmi Ziya Ülkənin (1901-1974)
ensiklopedik alim İbn Sinanın (980-1037) yaradıcılıq irsi haqqında araşdırmaları
göstərilmişdir. Daha sonra İbn Sinanın əsərlərindən
bir çoxunun Qərb ölkələrində
tanınması ilə əlaqədar mülahizələr də tədqiqata cəlb edilmişdir. H.Z.Ülkən qeyd edirdi
ki, İbn Sinanın əsərlərinin böyük bir qisminin latıncaya çevrilməsi nəticəsində Qərb
fikir həyatında əhəmiyyətli dəyişikliklər baş vermişdir.
РЕЗЮМЕ
ХИЛЬМИ ЗИЯ УЛЬКЕН О ТВОРЧЕСКОМ НАСЛЕДИИ ИБН СИНЫ
В статье рассматриваются рассуждения выдающегося мыслителя Турции
Х.З.Улькена (1901-1974) о творческом наследии ученого-энциклопедиста Ибн
Сины (980-1037). А так же были привлечены к исследованию аспекты о
признании работ Ибн Сины в Западных странах. Х.З.Улькен подчеркивал, что
перевод значительной части работ Ибн Сины на латынь повлияло на идеи
Запада.
RESUME
THE THOUGHTS OF HILMI ZIYA ULKEN ABOUT THE SCİENTİFİC
HERITAGE OF IBN SINA
The article considers the arguments of the outstandings Turkey`s thinker
H.Z.Ulken (1901-1974) on the heritage of the encyclopedist Ibn Sina (980-1037).
Also was researched the thoughts about understanding the works of Ibn Sina in the
Western countries. H.Z.Ulken noted that the translation of a main part of Ibn Sina's
works into Latin influenced on the Western thought.
Çapa tövsiyə etdi: t.f.d. S.Nemətzadə
Multikulturalizmin ideoloji yükü və fenomenin Qərbdə represiyası
285
MULTİKULTURALİZMİN İDEOLOJİ YÜKÜ VƏ
FENOMENİN QƏRBDƏ REPRESİYASI
Rabil Mehtiyev
Bakı Mühəndislik Universitetinin
“Ümumi fənlər” kafedrasının
baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru
Açar sözlər: multikulturalizm,ideologiya, milli dəyərlər, birgəyaşayıs
Keywords:
multiculturalism
, ideology, national values, coexistance
Ключевые слова: мультикультурализм, идеология, национальные
ценности, сожительство
Multikulturalizm fenomeninə yanaşmada fərqlilik yalnız cəmiyyətin bu dəyərə
münasibəti və hazırlıgı ilə şərtlənmir. Hazırki mərhələdə siyasi resursların
motivasiyası üçün hakim dairələr zəruri platforma azlığını multikulturalizm ilə
kompensasiya etmək istəyirlər. Daha çox hallarda
bu multikulturalizmin siyasi
niyyətlərə tabe edilməsi ilə müşayət olunmaqdadır.
Dünya siyasi müstəvisində milli və dini tolerantlığın zəifləməsi,mutikultural
dəyərlərin mənəvi aşınması, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə
mübarizədə siyasi mənafelərin dominantlığı və bu kimi aktual problemlər özünü daha
qabarıq biruzə verir. Bu kontekstdə aparılan elmi və praktik
müzakirələrin subyektləri
məsələyə yanaşmanın yeni ``vicdan” tələb etdiyi qənaətini bölüşürlər.
Yeni siyasi eranın çağırışları kimi ideologiya olaraq multikulturalizmə müraciət
siyasi konyukturanın tələblərinə uyğunlaşdırıldıqda öz ilkin mahiyyətindən
uzaqlaşmaqla siyasi alətə çevrilir. Bu gün bir sıra ölkələrdə multikulturalizmin iflası
ilk növbədə məhz bununla izah olunur. Başqa sözlə,multikulturalizm deklorativ
şəkildədir reallqda avropa cəmiyyətləri üçün ancaq istilah kimi mövcuddur. Onun
substantiv mahiyyəti dərk olunmur
ona görə ki, multikulturalizmin intişar tapacagı
zəminlər yoxdur. Məsələn, Avstraliyanın təcrübəsini araşdıran tədqiqatlarda gəlinən
əsas qənaət budur ki, multikulturalizmi öz irqçi keçmişlərindən imtina etmələrini
nümayişi,başqa sözlə utancverici tarixlərini unutdurmaq
cəhdi kimi dövriyəyə
gətirmişlər. Multikulturalizm Qərbin siyasi modelinə və ictimai platformasına
sığmayan yüksək dəyərləri ehtiva edir. Bu konteksdə demək olar ki Qərb
multikulturalizmdən deyil, multikulturalizm Qərbdən imtina edir. Bu fikirlərimizin
davamı olaraq politoloji leksikonunda demokratik prinsiplərlə Avropanın
müasir
həyat stereotiplərinin ziddiyyətinin ifadəsi olaraq işlədilən mənfəət millətləri istilahı
diqqət çəkir.