Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə119/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   115   116   117   118   119   120   121   122   ...   156

Suisidal davranış konsepsiyalarına dair
  
291 
 
 
SUİSİDAL DAVRANIŞ KONSEPSİYALARINA DAİR 
 
Sədirova Nərmin Cumay qızı 
Bakı Dövlət Universitetinin dissertantı 
 
 
Açar sözlər: intihar, psixoloji böhran, şəxsiyyətlərarası konflikt, sosial-psixoloji 
dezadaptasiya. 
Key words: suicid, psychological crysis, interpersonal conflict, socio-
psychological disadaptation. 
Ключевые слова: самоубийство, психологический кризис, межличностный 
конфликт, социально-психологическая дезадаптация,  
 
Ölüm özlüyündə həyat tsiklinin təbii sonu olub, insan üçün nisbətən gec və qeyri-
müəyyən vaxtda baş verən və onun nəzarət edə bilmədiyi prosesdir. İhtihar bu 
prinsiplə, sanki, ziddiyyət təşkil edir. [3, səh.264]. Suisidal hərəkətlərin təsnifatı 
barədə bir çox alimlər belə bölgü verirlər: 
1.Suisidal məqsədlər – intihar haqqında fikirlər, həyatdan getmək üsullarının 
düşünülməsi, müxtəlif hazırlıq işləri (məsələn, vəsiyyətnamələrin tərtib olunması və 
ya ölümqabağı kağızlar yazmaq, zəhərli maddələr haqqında məlumat) suisidal 
məqsədlərə aid edilir. 
2.Suisidal cəhdlər nisbətən az təhükəli daavranış formalarından (məsələn, az 
miqdarda dərman qəbulu) həyat üçün təhlükəli olan autoaqressiv əməllərə qədər geniş 
sahəni əhatə edir. 
3.Tamamlanmış suisid – insanın həyatdan getməsi ilə  əlaqədardır. Suisidal 
məqsəd, cəhd və tamamlanmış suisidin ümumi cəhətləri olsa da , həqiqətdə onlar 
müxtəlif əməllərdir. Hətta təqribi hesablamalara görə, suisidal cəhdlərə tamamlanmış 
suisidlərə nisbətən 4-15 dəfə çox rast gəlinir. Nəzərə almaq lazımdır ki, əksər hallarda 
suisidal cəhdlər qeydə alınmadığından dəqiq rəqəmlər məlum deyil. [3, səh.266] 
Suisidal davranışı izah edən bir sıra yanaşmalar var. Onları  nəzərdən keçirək. 
Sosioloji yanaşma çərçivəsində suisidal davranış  və sosial şərait arasındakı  əlaqə 
nəzərdən keçirilir. Bu baxışın  əsasında E.Dürkheymin "anomiya" - cəmiyyətlərin 
dəyər-normativ sisteminin pozulması  təlimi durur. Dürkheym qeyd edirdi ki, 
cəmiyyətdə intiharların sayını sosial həyatın xüsusi faktları olan "kollektiv 
təsəvvürlər" müəyyən edir. Məsələn, kollektiv əlaqə, cəmiyyət birliyi intiharları 
qoruyub saxlayır. Cəmiyyətin birliyi zəifləyərsə  fərd sosial həyatdan ayrılır və öz 
şəxsi məqsədlərini ümumi mənfəət cəhdlərindən yuxarı tutur, bu isə həyatdan getmək 
qərarının səbəbi ola bilər.  
E. Dürkheymin özünüqəsdin sosioloji nəzəriyyəsinə əsasən suisidal fikirlər hər 
şeydən əvvəl şəxsiyyətin interpersonal əlaqələrinin qırılması, fərdin aid olduğu sosial 


Sədirova Nərmin Cumay qızı
  
292 
qrupdan uzaqlaşdırılması nəticəsində yaranır. Onun baxışlarına görə, intiharların üç 
əsas növü mövcuddur. Özünəqəsdin əksər aktları eqoistikdir və bu hadisələrdə özünü 
məhv etmə  fərdin özünü cəmiyyətdən, ailədən və dostlardan təcrid olunması ilə 
şərtlənir.  İntiharın ikinci tipi anomik intihar adlanır,  şəxsiyyətin və sosial qrupun 
qarşılıqlı  əlaqəsinin pozulmasına səbəb olan cəmiyyətdəki dəyişikliklərə insanın 
uyğunlaşa bilməməsində özünü göstərir. E. Dürkheym intiharın son növünü altruist 
adlandırırdı. Əgər sosial mühitin və ya qrupun nüfuzu fərdin eqo-identikliyini boğursa 
və o, cəmiyyət xeyrinə özünü sosial, dini və ya fəlsəfi ideya uğruna fəda edirsə, bu 
altruistik intihar adlanır. [8, səh.662] 
-Eqoistik suisid- öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, 
dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.  
-Anomik suisid- sosial və siyasi dəyişikliklər dövründə  cəmiyyətlə sosial 
inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir. 
-Altruistik suisid- öz həyatını sosial motivlər naminə qurban verən və bununla 
yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir. [3, səh.267]  
Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə suisid, özünə 
qsəd edərkən yaxınlarını da özü ilə aparmaq tendensiyalı şəxslərdə genişlənmiş suisid 
(məsələn, suisiddən  əvvəl azyaşlı  uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş 
qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda 
təsadüf edilən kollektiv suisid (belə hallar dini təriqət nümayəndələrində  və 
psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir. 
İntiharlara siyasi situasiyalar, həmçinin müharibələr təsir göstərir. 1866-cı ildə 
Avstriya və İtaliya arasında müharibə baş verən zaman hər iki ölkədə intiharların sayı 
14% azalmışdır. Həmin tendensiya İkinci dünya müharibəsi dövründə də müşahidə 
olunurdu. Əksinə, sülh, nisbi sakitlik dövrləri intiharlar üçün əlverişli sosial mühitdir. 
Bütün Avropa ölkələri üçün müəyyən edilmişdir ki, intihara meyllilik hərbçilərdə 
mülki şəxslərlə müqayisədə daha intensivdir. 
Məlumdur ki, iqtisadi böhranlar intihar meylini gücləndirmək qabiliyyətinə 
malikdir. Ölkənin iqtisadi vəziyyəti ilə intiharların faiz göstəriciləri arasındakı 
münasibətdə ümumi qanunauyğunluq var. Məsələn, müflisləşmənin sayının qəfildən 
artması adətən intiharların sayının artmasına səbəb olur. [7, səh.142] 
Psixopatoloji yanaşma intihara kəskin və ya xroniki psixiki pozuntuların təzahürü 
kimi baxır. A. E. Liçko yazır: "Yeniyetmələrdə suisidal davranış - əsasən sərhəd 
psixiatriyasının problemidir, yəni xarakter aksentuasiyası fonunda psixopatiyaların və 
reaktiv vəziyyətlərin öyrənilməsi sahəsidir". Müəllifin müşahidəsinə görə, intiharların 
və  cəhdlərin yalnız 5 %-i psixozlara, 20-30 %-i psixopatiyaya düşür, qalanlar isə 
yeniyetmə böhranlarına aiddir.  
Sosial-psixoloji yanaşma çərçivəsində  həmçinin  şəxsi xüsusiyyətlərlə suisidal 
davranış arasındakı  əlaqəni öyrənən tədqiqatlar geniş yer tutur. A. E. Liçko 
yeniyetmənin xarakter aksentuasiyası tipi və suisidal davranış arasındakı əlaqəni qeyd 
edir. Belə ki, suisidal nümayişlər hadisələrin 50 %-ində isteroid, davamsız, hipertim 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə