Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə117/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   113   114   115   116   117   118   119   120   ...   156

Rabil Mehtiyev
  
286 
Bu kontekstdə  mənfəət millətləri fenomeninin dövriyyəyə  gəlməsi Qərb 
demokratizminin konseptual zəifliyinin  əyani nümunəsi olmaqla, Avropanın insan 
haqları və digər dəyərlərinin defoltunun əksidir. 
Multikulturalizmin ideoloji konsepsiyası xalqın etnik və  mədəni müxtəlifliyi 
gündəlik həyatlarında düşüncələrində üstünlük təşkil etməsinə bağlıdır.Styuart Hallun 
bu fikri irqi və etnik hegemonluqdan müxtəlifliyin zərurətinə keçidin nəzəri tərəfi 
kimi diqqət çəkir. (9) .Buradan çıxan digər nəticə multikulturalizmin transfer olunan 
fenomen olmamasıdır. O cəmiyyəti daxili mənəvi keyfiyyətlərinə, sosio-mədəni 
struktura söykənməlidir.İdeologiyaların yeridilən olduğu təqdirdə bəlli bir müddətdən 
sonra çıxdaş olmasına dair nümunələr kifayət qədərdir. 
İngiltərə tədqiqatçısı Jasdev Sing hesab edir ki, multikultural Avropanın reallıqda 
yeni ideyalara ehtiyacı var. O da qeyd olunur ki bəzi dairələr tərəfindən 
multikulturalizmə müqavimət hələ də qalmaqdadır. İdeologiyasız Avropanın mənəvi 
uçurumu isə qaçılmazdır. (8). 
Avropanın insanlığı təhdid edən ideologiyalarını xatırlayaraq demək olar ki, bu 
mərhələdə  də onlar siyasi reveransları ilə dünya ictimai fikrini istədikləri tərzdə 
manipulyasiya edə biləcəklər. 
Sosioloq L.Nizamova multikulturalizmdən danışarkən onun ilk növbədə 
ideologiya olduğunu qeyd edir.Onun fikrincə multikulturalizmin başlıca ideoloji 
postulatı onun sənin olmayanın yad.düşmən kimi deyil. sadəcə başqası kimi qəbul 
edilməsidir. (7,s.2) 
Qərbin  əsas dövlətlərinin başqasının arzuolunmaz elan etmələrinin ardından 
sitatda vurgulandığı kimi düşmən obrazında görülməsi birmənalıdır ki, Avroatlantik 
müstəvinin mənəvi keyfiyyətlərdən uzaqlaşması ilə bağlıdır. 
Multikulturalizm ölüb? adlı  məqaləsində Karlos Torres göstərir ki, 
multikulturalizmin tarixi təkamülü onun indiki səciyyəsini müəyyən edən başlıca 
determinantdır. Onun fikrincə multikultural ənənələrin adi həyat tərzinə çevrilməməsi 
onun dayanıqlılığını təmin edə bilməz. (10). 
Bu baxımdan Azərbaycan cəmiyyətinin  ənənəsinin üstünlüklərini xarakterizə 
edən bir fikrə diqqət çəkək: “İndi Qərbin mədəniyyət hegemoniyasını müxtəlif 
mədəniyyətlərin modernləşdirilməsi  əvəzləyir. Multikulturalizm ideyası eqalitar 
mədəniyyət şüarları ilə çıxış edir, hər hansı bir mədəniyyətin digərindən üstünlüyünü 
qəbul etmir. Əksər Qərb və Şərq ölkələri də, o cümlədən Azərbaycan multikulturalizm 
ideyasını dəstəkləyir və onun genişlənməsi üçün mühüm işlər görür. Hazırkı şəraitdə 
Azərbaycan mədəniyyəti, istər ölkə daxilində yaşayan müxtəlif millət və xalqların, 
istərsə də qonşu respublikalarda yaşayan millətlərin mədəniyyətlərini zənginləşdirən 
və onlara təsir edən mühüm mənbədir”.(5,s 54-55).  
Azərbaycançılıq ideologiyasının təməl komponentlərindən olan multikultura-
lizmin rişə tapdığı milli müxtəlifliyin ümumi səciyyəsi haqda akademik Kamal 
Abdulla qeyd edir ki, Azərbaycanda əyyami-qədimdən multikultural mühitin olması 
həm də onunla şərtlənir ki, burda müxtəlif xalqlar bir-birinin yanında öz 
mədəniyyətləri ilə ilkin olaraq yaşayıblar. Bunların arasında öz və özgə qarşıdurması 


Multikulturalizmin ideoloji yükü və fenomenin Qərbdə represiyası
  
287 
olmayıb. Olubsa da, özünün ən yumuşaq formasında təzahür edib. Bu ilkin 
müxtəlifliklə sonrakı müxtəlifliyin həmin ölkələrə nələr gətirdiyini biz özümüz üçün 
müəyyənləşdirməsək, Avropada pessimist nəticənin, Azərbaycanda optimist 
nəticənin sirlərinə vaqif ola bilmərik”. (1) 
İ.Məmmədzadənin bu istiqamətdəki yanaşmaların ümumiləsdirməsi ola biləcək 
fikrini xatırladaq: “Təcrübə göstərir ki, hər bir demokratik cəmiyyət də öz məd-
əniyyətinin multimədəni əsaslarını qəbul etməməsi mümkündür, lakin bunun ictimai 
şüurda üstünlük təşkil etməsi yaxşı hal deyil. Əgər keçmişdə bu və ya digər 
cəmiyyətin nisbi qapalılığı  şəraitində, assimilyasiya və assimilyatorluq siyasəti 
məsələləri sabitlik və inkişaf üçün yetərli sanıldığı zaman, bu məsələyə etina etməmək 
olardısa, indi bunun üçün, əlbəttə, başqalarına onların ovqat, arzu və seçimini 
müəyyən dərəcədə  nəzərə alan münasibətin yaxşı düşünülmüş ideologemi tələb 
olunur.” (4,s.3)  
Bu fikir bir daha göstərir ki, multikulturalizm milli zəmini inkar etməməlidir. 
Əksinə inkişafın milli xətti üstün xarakterlidir. 
 “Liberallar  və kommunitaristlərin fərd və  cəmiyyətə, azadlıq və  bərabərliyə, 
universalizm və məxsusiliyə necə yanaşmaları, qrupların cəmiyyətdəki kəmiyyət və 
keyfiyyət parametrlərinin elmi təhlili multikulturalizm haqqında çox şeyi desə də, hər 
şeyi demir. Real həyatda multikulturalizm dövlətlərin, dövlət və qeyri-dövlət 
təsisatlarının atdıqları addımlarda, qəbul etdikləri siyasi proqramlarda təzahür edir.” 
(3,s.26) 
“Bu gün Qərbdə modernizm və postmodernizm meylləri,  əslində  ənənəvi 
rasionalizmə qarşı çıxışlardan başqa bir şey deyil. Qərb yeni inkişaf yolları axtarır. 
Ancaq agıldan,rasional düşüncədən, texnologiyadan ibarət bir həyat darıxdırıcıdır. 
Qərbin böhranı haqqında həyacan siqnalları indi tez-tez eşidilir”.(2s.88)  
Azərbaycan cəmiyyətinə fitrətən xas olan multikultural ənənələri dəyərləndirən 
başqa yanaşma belədir:“ Etnik,dini,irqi,linqvistik tolerantlıq bu diyarda mədəni 
əlvanlığı qorumaga,onu inkişaf etdirməyə,nəhayət multikultiralizmi həyat tərzinə 
çevirməyə imkan verib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda yaşayan 
bütün xalqlar öz etnik milli xüsusiyyətlərini,dinlərini,dillərini,ədəbiyyat və sənətlərini 
sərbəst şəkildə inkişaf etdirir,onu ortaq humanist dəyərlərlə sintez etməklə həm ölkə, 
həm də bütövlükdə dünya mədəniyyətinə öz töhfələrini verir, multikultiralizmin 
xüsusi bir modeli olaraq beynəlxalq aləmə nümunə göstərirlər”.(6,s.37). 
Sual yaranır ki , Qərb dövlətlərinin əksəriyyəti niyə multikulturalizm siyasətinə 
qarşı çıxırlar və bu iflasın səbəbləri nə ola bilər? Əsas arqument budur ki, Avropa 
dövlətlərində yaranmış çoxmədəniyyətlilik böyük etibarilə miqrasiya proseslərinin 
nəticəsi olaraq sonradan təşəkkül tapmış bir növ süni müxtəliflikdir. Almaniya başda 
olmaqla bir çox dövlətlər gəlmə mədəniyyətlərin yerli əsas mədəniyyəti sıxısdırdığına 
və daxildən puç etdiyinə istinad edirlər. Bu da ona gətirir ki, avropalı siyasi 
texnoloqlar yeni sosio-mədəni paradiqma olaraq vahid Avropa evi layihəsini 
əsaslandırmağa başlayıblar. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə