Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə113/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   109   110   111   112   113   114   115   116   ...   156

Hilmi Ziya Ülkən ibn Sinanın yaradıcılıq irsi haqqında
  
277 
 
 
HİLMİ ZİYA ÜLKƏN İBN SİNANIN YARADICILIQ İRSİ HAQQINDA 
 
Aytək Zakirqızı (Məmmədova) 
AMEA Fəlsəfə İnstitutunun  
“İslam fəlsəfəsi” söbəsinin elmi  
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru 
 
Ensiklopedik alim İbn Sinanın (980-1037)  
vəfatının 980 illiyi münasibətilə 
 
 
Açar sözlər: İbn Sina, Hilmi Ziya Ülken, tarix, Şərq peripatetizmi, fəlsəfə. 
Keywords: Ibn Sina, Hilmi Ziya Ulken, history, Eastern peripateticism, 
philosophy. 
Ключевые  слова:  Ибн  Сина,  Хильмы  Зия  Улькен,  история,  восточный 
перипатетизм, философия. 
 
Türkiyənin görkəmli mütəfəkkiri Hilmi Ziya Ülkənin (1901-1974) fəlsəfə 
tarixinə həsr edilmiş əsərlərində orta əsr Şərq fəlsəfəsi tarixi məsələləri, bu dövrdə 
yaşamış Şərq filosoflarının təlimləri geniş şəkildə işıqlandırılır.  
Hilmi Ziya Ülkən İslam aləmində yaranan elmin, mədəniyyətin və fəlsəfi fikrin 
özünəməxsusluğunu, dünya elm və mədəniyyəti tarixindəki yerini hərtərəfli şəkildə 
göstərmişdir: “İslam fəlsəfəsi IX-XII əsrlər arasında başlıca  əsərlərini vermişdir. 
Fəlsəfə tarixində Yunan fəlsəfəsi ilə Avropa fəlsəfəsi arasında körpü vəzifəsini gör-
müş, Yunan (qismən Hind-İran) təsirləri ilə yaranaraq orta əsr qərb fəlsəfəsinə təsir 
etmişdi. Bunun üçün onu təkcə götürməyib qaynaqları və təsirlərilə birlikdə nəzərdən 
keçirmək daha doğrudur. Qərbə görə, Şərq sayılsa da Yunandan çağdaş düşüncəyə 
qədər fikir tarixinin inkişafında oynadığı bu rola görə onu əsl Şərq fəlsəfəsi, məsələn, 
Hind və ya Çin düşüncəsi kimi qəbul etmirik. Hətta bu baxımdan onu bir qədər Qərb 
fəlsəfəsi tarixinə bir halqa kimi görmək doğru olar” [1, 1].  
Mütəfəkkir  İslam aləminin fəlsəfəsinin Yunan fəlsəfəsi ilə Avropa fəlsəfəsi 
arasında körpü vəzifəsini daşıdığını bildirərkən ilk öncə  İslam fəlsəfəsinin Yunan 
düşüncəsinin bəsit bir davamı olmadığını, tərcümələr və açıqlamalarla (şərhlərlə) 
yanaşı orijinal əsərlər də qələmə alındığını yazmışdır. Sonrakı mərhələlər haqqında 
Hilmi Ziya Ülkən bildirmişdir ki, filosoflar (əl-fəlasifə) deyə tanınanların xaricində 
kəlamçılar, sufilər, hətta hüquqşünaslar (füqəha) arasında da filosof sayılanlar vardır 
ki, bunların bir çoxu Qərb dünyasında tanınmamışdır; əsl fəlsəfə cığırları içində də 
bəziləri latıncaya çevrilməmiş və yaxın illərə qədər Qərbdə tanınmamışdır. Bu qeydlər 
nəzərə alındıqda  İslam fəlsəfəsinin bütövünü yunanla müasir Avropa düşüncəsi 
arasında körpü vəzifəsini görmədiyi anlaşılır [1, 1]. 


Aytək Zakirqızı (Məmmədova)
 
278 
İslam aləmində klassik şəkil alan bir rasionalist fəlsəfənin başladığını bildirən 
türkiyəli alim bunun bir tərəfdən  İslam peripatetikləri, digər tərəfdən daha sonrakı 
əsrlərdə atomistika və skeptisizmdən qurtulan fəlsəfi kəlam hərəkəti olduğunu 
yazmışdır.  
Hilmi Ziya Ülkən Aristotelin məşşai məktəbinin (peripateticiens) gəzişənlər deyə 
tanındığını, Şərqdə “məşşai” deyilincə yalnız Aristotel deyil, Platonunda da onunla 
birlikdə  qəbul edildiyini xatırlatmışdır. Alim orta əsr  Şərq filosoflarından, 
peripatetizmin məşhur nümayəndələrindən – Kindi, Farabi, İbn Sina, Bəhmənyar və 
başqalarının irsini hərtərəfli şəkildə araşdırmışdır.  
Mütəfəkkir İbn Sinanı belə təqdim etmişdir: “Əbu Əli Hüseyn ibn Abdulla İbn 
Sina (980-1037) qərbdə Avicenna deyə məşhur olub fəlsəfə və tibb sahəsində islam 
aləmi qədər qərb orta əsrlərində əsrlərlə hökm sürmüşdür. Fəlsəfədə avicennizm cə-
rəyanı bir çox böyük filosoflara təsirlər etdiyi kimi averrozm və tomizm ilə  də 
mücadilə etmişdir. Fəqət tibb sahəsində  rəqibsiz bir ustad olaraq yeni dövrə  qədər 
davam etmişdir… “Qanun”, “Şəfa”, “Nicat”, “Kitab ən-nəfs” kimi bəzi əsərləri bir 
çox düzəltmələr və tənqidlərlə yenidən tərcümə və şərh edilmiş, bununla onun qərb 
üzərindəki təsiri olduqca uzun bir müddət sürmüşdür” [2, 301-302]. 
Hilmi Ziya Ülkən İbn Sinanın zamanının alimləri və filosofları ilə mübahisələr 
etdiyini, onlara hücum etdiyini, bəzən də onların hücumuna məruz qalması faktını 
yazmışdır. Bunlardan biri İbn Sinanın müasiri, Klavdi Qalen, Aristotel və Hippokratın 
bəzi kitablarını şərh etmiş, Bağdadın çox məşhur həkimi və fəlsəfi əsərləriylə tanınmış 
Əbülfərəc Abdulla İbn Tayyib Bağdadidir. Filosof onun tibbdəki dərin biliyini təsdiq 
etsə  də, fəlsəfi  əsərlərini tənqid etmişdi.  İbn Sinanın daha böyük mübahisəsi  Əbu 
Reyhan Biruni ilə olandır. Bu böyük alim əksinə İbn Sinaya hücum etmişdi. Həmin 
münaqişələr iki və üç risalə halında toplanmışdı. Filosof münaqişədən təsirlənmiş, 
nəhayət cavab vermə işini çox sevdiyi tələbələrindən hakim və fəqih kimi tanınmış 
Əbu Abdulla Məsumiyə həvalə etmiş, Məsumi Biruniyə qarşı təkzib qələmə almaqla 
İbn Sinanı müdafiə etmişdi [3, 101].  
Ensiklopedik alim İbn Sinanın ömrünün son çağlarında qələmə aldığı “İşarələr 
və qeydlər” (“əl-İşarat va-t-tənbihat”) kitabından bəhs edərkən Hilmi Ziya Ülkən 
yazmışdır: “Çox kiçik yaşda yazmağa başlayan İbn Sinanın olduqca çox əsəri vardır. 
Bir qismi bütün sistemini ehtiva edən ensiklopedik əsərləridir. Bir qismi də fəlsəfənin 
müxtəlif məsələlərinə aid yazmış olduğu dağınıq kitablardır. Birincilərin ən başında 
“Şəfa” gəlir. “Şəfa” Məşşai fəlsəfəsinin sistematik əsəridir. Burada məntiq və 
riyaziyyatdan başlayaraq bütün təbiət elmlərindən metafizikaya qədər çıxılır. İbn Sina 
bu ən müfəssəl əsərini sonradan qısaldaraq üç kiçik cild halında “Nicat”ı yazdı. Daha 
sonra “Nicat”ı da qısaldaraq və zamanla inkişaf edən fikirlərində  bəzi düzəlişlər 
edərək “əl-İşarat va-t-tənbihat”ı yazdı. “İşarat”  ən müxtəsər, fəqət  ən sistemli və 
mükəmməl əsəridir. həyatının son əsərlərindəndir. Burada əsas fikirlərini xülasə etdiyi 
kimi etirazlara cavab vermiş  və  əski fikirlərindən nə nöqtələrdə ayrıldığını 
göstərmişdir” [4, 191].  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə