Qeyri-maddi mədəni irsin qorunması sahəsində Azərbaycan təcrübəsi
299
QEYRİ-MADDİ MƏDƏNİ İRSİN QORUNMASI SAHƏSİNDƏ
AZƏRBAYCAN TƏCRÜBƏSİ
f.ü.f.d.Ceyhun Şakiroğlu (Ağayev)
AMEA akad.Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutu “Şərq-Qərb” şöbəsinin böyük elmi işçisi
Açar sözlər: Qeyri-maddi mədəniyyət, İrs, abidələr, YUNESKO, İSESKO
Key words: Intangible cultural heritage, monuments, UNESCO, ISESCO
Ключевые слова: нематериальное культурное наследие, памятники,
юнеско, исеско
Məlum olduğu kimi, Azərbaycan maddi-mədəniyyəti qədim və zəngin bir tarixə
malikdir. Aparılan qazıntılar nəticəsində aşkar edilən arxeoloji tapıntılar, ta qıdim
dövrlərdən, nəsillərdən nəsillərə uğurla ötürülərək dövrümüzə gəlib çıxmış zərgərlik
işləri, daşqaşlar,
milli geyimləri, xalçaçılıq işləri, mis sənət işləri, qədim və orta əsrlərə
aid pulları, şərq silahları, məscidləri, mədrəsələri, karvansarayları və.s. arxeolji
tapıntılar azərbaycanlıların ərsəyə gətirdiyi maddi maddimədəniyyət inciləridir.
Əsrlərdir Azərbaycan ərazisində varlığını qoruyan və dünyanın
qeyri-maddi
mədəniyyət xəzinəsinə daxil olmuş abidələri, zəngin mədəni irsi hal-hazırda
Azərbaycan dövləti tərəfindən qorunur və muzeylərdə saxlanılır. (1)
Elə həmin maddi-mədəni irsimizə aid olan abidələr və qədim əşyalar sübut edir
ki, Azərbaycan qədim mədəniyyətə malik olan qədim xalqlardandır. Qədim və orta
əsrlər tarixi əcdadlarımızın həyat tərzindən, əmək fəaliyyətindən, onların
mübarizə
üsullarından, düşüncə tərzindən, başqa xalqlar, ölkələr və şəhərlərlə əlaqələrindən
xəbər verən maddi-mədəniyyət nümunələrinin köməyi ilə öyrənilir. Ta qədim
dövrlərdən tutmuş son orta əsrlərə və günümüzə qədər tarixin bütün mərhələlərini
əhatə edən çoxsaylı nadir əşyalar, abidələr aşkar edilərək tədqiq olunmuş və
Azərbaycan maddi-mədəni irsi kimi dünyaya öz töhfəsini vermişdir. (1)
Azərbaycan mədəniyyəti, incəsəənəti və onun ayrılmaz
hissəsi olan maddi
mədəniyyət-Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin
qurduğu birgə mədəniyyətdir. Azərbaycanda mədəniyyətin inkişafına tarixən
regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən
ərazidə yerləşməsi təsir edib. Məlum olduğu kimi, XIX əsrdə Abşeron yarımadasında
neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX
əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə
çevrilir.(2) Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında
Emanuel Nobel, Hacı
Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev,
Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait
f.ü.f.d.Ceyhun Şakiroğlu (Ağayev)
300
yaradır, çoxsaylı yeni yaşayış binaları və komplekslər, məscidlər, mədrəsələr,
xəstəxanalar, məktəblər və.s inşa edilir. Həmin dövrdə inşa edilmiş memarlıq
abidələri arasında İsmailiyyə, Səadət, Tağıyevin sarayları, Opera və Balet Teatrının
binası, Şəhər Dumasının binası, Sabunçu elektrik qatarı stansiyası binası, Bakı və
Gəncədə dəmir yolu stansiyalarının binalarını qeyd etmək olar
. (3)
Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə
bağlıdır. Maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxmışdır.(4)
Azərbaycan müstəqil olduqdan sonra tarixən yaxın münasibətdə olduğu İran
mədəniyyəti və Ərəb mədəniyyəti ilə münasibətlər dahada güclənmişdir.(5)
Arxeoloji tapıntılar və müasir dövrə qədər gəlib çatmış maddi abidələr
Azərbaycan ərazisində qədim dövrdə (Qobustan petroqlifləri), həmçinin Qafqaz
Albaniyası dövründə (Qum bazilikası və Ləkit məbədi) mədəniyyətin
inkişaf etdiyini
göstərir.(6) Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf edir,
məscidlər, mədrəsələr, türbələr tikilir, əsasən dekorativ incəsənətin ornamental
forması inkişaf edir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla
burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya
mədəniyyəti ilə tanış olurlar. Sovet Azərbaycanı dövründə Azərbaycan
mədəniyyətinin inkişafında əsaslı dəyişiklik baş verir.(7)
Bilindiyi kimi, dünyada ənənəvi mədəniyyətin və folklorun qorunub saxlanması
istiqamətində müntəzəm işlər görülməkdədir. Buna misal laraq YUNESKO-nun
2001-ci il mədəni müxtəliflik haqqında Ümumi Bəyannaməsində və Mədəniyyət
Nazirliyinin üçüncü dəyirmi masasında qəbul edilmiş 2002-ci il İstanbul
Bəyannaməsində qeyd olunduğu kimi, qeyri-maddi mədəni irsin mədəni müxtəlifliyin
mənbəyi və sabit inkişafın təminatçısı kimi əhəmiyyətlidir.(3)
Qeyri-maddi mədəni irs dedikdə - İcmalar, qruplar və bəzi hallarda ayrı-ayrı
şəxslər tərəfindən onların mədəni irsinin bir hissəsi
kimi qəbul edilən təcrübələri,
təqdimatları, ifadələri, bilik və bacarıqları, eləcə də bunlarla bağlı alətləri, əşyaları,
maddi mədəniyyət abidələrinin və mədəni məkanları bildirir. Nəsildən-nəsilə ötürülən
belə qeyri-maddi mədəni irs daim icmalar və qruplar tərəfindən, onları əhatə edən
mühitə cavab olaraq, onların təbiətlə və öz tarixləri ilə qarşılıqlı təsirindən asılı olaraq
yaradılır və onlarda özünəməxsusluq və irsilik hissi formalaşdırır və bununla da
mədəni müxtəlifliyə və insan yaradıcılığına hörmət edilməsinə yardım göstərir. Bu
Konvensiyanın məqsədləri üzrə yalnız o qeyri-maddi mədəni irs diqqətə alınır ki,
həmin irs insan hüquqları haqqında mövcud beynəlxalq hüquqi aktlara,
eləcə də
icmalar, qruplar və ayrı-ayrı şəxslər arasında qarşılıqlı hörmət və sabit inkişaf
tələblərinə uyğun gəlmiş olsun.(3)
Məlum olduğu kimi, Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri
olan mədəni inişafı siyasəti, milli-mənəvi dəyərlərin təbliği, qeyri-maddi mədəni irsin
və tarixi mədəni zənginliyin qorunması vətəndaşların tərbiyəsində xüsusi yer tutur.
Bu istiqamətdə həm daxildə, həm də xaricdə mütəmadi əhəmiyyətli işlər görülsə də,
bu
proses daim davam etdirilməli, göstərilən fəaliyyətlər daha da təkminləşdi-
rilməlidir.(8)