Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə116/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   112   113   114   115   116   117   118   119   ...   156

Hilmi Ziya Ülkən ibn Sinanın yaradıcılıq irsi haqqında
  
283 
Rozental yəhudi fəlsəfəsinə  təsirini tədqiq edərkən başlıca  İbn Məymun üzərində 
durmuşdur. 
Beləliklə, Hilmi Ziya Ülkən ensiklopedik alim İbn Sinanın fəlsəfi fikirlərini 
hərtərəfli şəkildə araşdırmış, Qərb mütəfəkkirlərinə təsirini işıqlandırmışdır. 
 
 
ƏDƏBİYYAT 
 
1. Ülken Hilmi Ziya. İslam Felsefesi Kaynakları ve Tesirleri. Ankara, 1967 
2. Ülken Hilmi Ziya. Uyanış Devirlerinde Tercümenin Rolü. İstanbul, 1935 
3. Ülken Hilmi Ziya. İbn Sinanın Tıbba Dair Bir Münakaşası. Türkiyat 
Mecmuası, cilt XI, 1954, səh. 101-114 
4. Ülken Hilmi Ziya. İslam Düşüncesi. IV. Baskı. İstanbul, 2005 
5. Məmmədov Zakir. Bəhmənyarın fəlsəfəsi. Seçilmiş əsərləri. Bakı, Elm, 2015  
6. Qəzali Əbuhamid. Yanılmaqdan xilas edən. Tərcümə edən: Zakir Məmmədov. 
Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı,1999. səh. 139-150   
7. Zakirqızı (Məmmədova) Aytək. Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı, 
2011 
 
 


Aytək Zakirqızı (Məmmədova)
 
284 
 
XÜLASƏ 
 
HİLMİ ZİYA ÜLKƏN İBN SİNANIN YARADICILIQ İRSİ HAQQINDA 
 
Məqalədə Türkiyənin görkəmli mütəfəkkiri Hilmi Ziya Ülkənin (1901-1974) 
ensiklopedik alim İbn Sinanın (980-1037) yaradıcılıq irsi haqqında araşdırmaları 
göstərilmişdir. Daha sonra İbn Sinanın  əsərlərindən bir çoxunun Qərb ölkələrində 
tanınması ilə əlaqədar mülahizələr də tədqiqata cəlb edilmişdir. H.Z.Ülkən qeyd edirdi 
ki, İbn Sinanın əsərlərinin böyük bir qisminin latıncaya çevrilməsi nəticəsində Qərb 
fikir həyatında əhəmiyyətli dəyişikliklər baş vermişdir. 
 
 
РЕЗЮМЕ 
 
ХИЛЬМИ ЗИЯ УЛЬКЕН О ТВОРЧЕСКОМ НАСЛЕДИИ ИБН СИНЫ 
 
В  статье  рассматриваются  рассуждения  выдающегося  мыслителя  Турции 
Х.З.Улькена (1901-1974) о творческом наследии ученого-энциклопедиста Ибн 
Сины (980-1037). А  так  же  были  привлечены  к  исследованию  аспекты  о 
признании работ Ибн Сины в Западных странах. Х.З.Улькен подчеркивал, что 
перевод  значительной  части  работ  Ибн  Сины  на  латынь  повлияло  на  идеи 
Запада. 
 
 
RESUME 
 
THE THOUGHTS OF HILMI ZIYA ULKEN ABOUT THE SCİENTİFİC  
HERITAGE OF IBN SINA 
 
The article considers the arguments of the outstandings Turkey`s thinker 
H.Z.Ulken (1901-1974) on the heritage of the encyclopedist Ibn Sina (980-1037). 
Also was researched the thoughts about understanding the works of Ibn Sina in the 
Western countries. H.Z.Ulken noted that the translation of a main part of Ibn Sina's 
works into Latin influenced on the Western thought. 
 
 
Çapa tövsiyə etdi:  t.f.d. S.Nemətzadə 
 
 


Multikulturalizmin ideoloji yükü və fenomenin Qərbdə represiyası
  
285 
 
 
MULTİKULTURALİZMİN İDEOLOJİ YÜKÜ VƏ 
FENOMENİN QƏRBDƏ REPRESİYASI 
 
Rabil Mehtiyev 
Bakı Mühəndislik Universitetinin  
“Ümumi fənlər” kafedrasının 
baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru 
 
 
Açar sözlər: multikulturalizm,ideologiya, milli dəyərlər, birgəyaşayıs 
Keywords:
 multiculturalism
, ideology, national values, coexistance  
Ключевые  слова:  мультикультурализм,  идеология,  национальные 
ценности, сожительство 
 
Multikulturalizm fenomeninə yanaşmada fərqlilik yalnız cəmiyyətin bu dəyərə 
münasibəti və hazırlıgı ilə  şərtlənmir. Hazırki mərhələdə siyasi resursların 
motivasiyası üçün hakim dairələr zəruri platforma azlığını multikulturalizm ilə 
kompensasiya etmək istəyirlər. Daha çox hallarda bu multikulturalizmin siyasi 
niyyətlərə tabe edilməsi ilə müşayət olunmaqdadır. 
Dünya siyasi müstəvisində milli və dini tolerantlığın zəifləməsi,mutikultural 
dəyərlərin mənəvi aşınması, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə 
mübarizədə siyasi mənafelərin dominantlığı və bu kimi aktual problemlər özünü daha 
qabarıq biruzə verir. Bu kontekstdə aparılan elmi və praktik müzakirələrin subyektləri 
məsələyə yanaşmanın yeni ``vicdan” tələb etdiyi qənaətini bölüşürlər. 
Yeni siyasi eranın çağırışları kimi ideologiya olaraq multikulturalizmə müraciət 
siyasi konyukturanın tələblərinə uyğunlaşdırıldıqda öz ilkin mahiyyətindən 
uzaqlaşmaqla siyasi alətə çevrilir. Bu gün bir sıra ölkələrdə multikulturalizmin iflası 
ilk növbədə  məhz bununla izah olunur. Başqa sözlə,multikulturalizm deklorativ 
şəkildədir reallqda avropa cəmiyyətləri üçün ancaq istilah kimi mövcuddur. Onun 
substantiv mahiyyəti dərk olunmur ona görə ki, multikulturalizmin intişar tapacagı 
zəminlər yoxdur. Məsələn, Avstraliyanın təcrübəsini araşdıran tədqiqatlarda gəlinən 
əsas qənaət budur ki, multikulturalizmi öz irqçi keçmişlərindən imtina etmələrini 
nümayişi,başqa sözlə utancverici tarixlərini unutdurmaq cəhdi kimi dövriyəyə 
gətirmişlər. Multikulturalizm Qərbin siyasi modelinə  və ictimai platformasına 
sığmayan yüksək dəyərləri ehtiva edir. Bu konteksdə demək olar ki Qərb 
multikulturalizmdən deyil, multikulturalizm Qərbdən imtina edir. Bu fikirlərimizin 
davamı olaraq politoloji leksikonunda demokratik prinsiplərlə Avropanın müasir 
həyat stereotiplərinin ziddiyyətinin ifadəsi olaraq işlədilən mənfəət millətləri istilahı 
diqqət çəkir. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə