Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə115/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   111   112   113   114   115   116   117   118   ...   156

Hilmi Ziya Ülkən ibn Sinanın yaradıcılıq irsi haqqında
  
281 
mənalar məcrasında axan kəlmələri ehtiva edir, yığcam ibarələrə dair ecazkar bə-
yanatları, maraqlı sözlərlə gözəl olan xülasələri özündə toplayır”.  
Azərbaycan filosofu “İşarələr və qeydlər” kitabına şərh yazmağın ondan xahiş 
edildiyini göstərmişdir: “Himmət sahibləri onun mənalarını qiymətləndirmək, 
üzərində dayanmağı məndən xahiş etdilər. Onun mənaları ilə tanış olmadan onların 
istəklərinin yerinə yetirilməsini qənaətbəxş saymıram”. Nəsirəddin Tusi Fəxrəddin 
Razinin şərhinə münasibət bildirməklə özünün dəyərli şərhini yazmışdır.  
Mütəfəkkir  əsərləri  şərh edərkən obyektiv və  mənəvi məsuliyyət hissi ilə 
yanaşmağı tövsiyə etmişdir: “Şərhçilərin  şərtlərindəndir ki, şərhini öz üzərinə 
götürmüş olduğu  əsər üçün imkan və bacarıq daxilində  əllərindən gələn köməyi 
əsirgəməyələr, naqis şərhçilər və inkarçı  təfsirçilər olmamaq üçün həmin sənət 
sahibinin müdafiə üsulu ilə izahını öz üzərinə götürmüş olduğu işi müdafiə edərlər. 
Hərgah onlar ifadəsi dürüst şəkildə mümkün olmayan bir şeyə rast gəlsələr, o 
zaman ədalət və insaf yolunu tutub, haqsızlıq və təhqirdən saqınıb genişləndirməklə, 
yaxud aydınlaşdırmaqla onun üzərinə diqqət yönəltməlidirlər”. 
Müsəlman Şərqi ölkələrində XIII əsrdə və sonrakı dövrlərdə ideoloji mübarizə 
ortodoksal islam ideoloqları ilə dünyəvi elmlərin nümayəndələri arasında 
kəskinləşmişdi. Təəssübkeş islam ideoloqları İbn Sina məktəbinin nümayəndələrinə, 
o cümlədən Nəsirəddin Tusiyə  mənfi münasibət bəsləyirdilər. Məntiq və 
təbiətşünaslıqla məşğul olan filosoflar isə İbn Sinanın ardıcıllarına ehtiramla yanaşır, 
onların əsərlərinə dolğun şərhlər və haşiyələr yazırdılar.  
Elmi fəlsəfənin qüdrətli müdafiəçisi Nəsirəddin Tusi öz sələflərinin ideyalarını 
yaradıcılıqla davam etdirmişdir. Azərbaycan filosofu “İşarələr və qeydlər” kitabına 
yazdığı şərhdə İbn Sinanın mütərəqqi fəlsəfi fikirlərini ortodoksal islam ideoloqlarının 
hücumlarından cəsarətlə qorunmuş, inkişaf etdirilmişdir. Bu şərh sonrakı filosoflar 
üçün örnək olmuşdur [7, 17].  
 Hilmi Ziya Ülkən  Şərqin elmi-mədəni irsinin Qərbdə yayılması  məsələlərini 
araşdırmaqla yanaşı, müsəlman Şərqinə məxsus fəlsəfi təlimlərin də Qərb ölkələrinə 
nüfuz etdiyini göstərmişdir. Türkiyəli alim İbn Sinanın Qərb aləminə təsirinin daha 
böyük olduğunu, tərcümə dövründə filosofun əsərlərindən bir çoxunu qərblilərin 
tanıdığını qeyd etmişdir. Mütəfəkkir  İbn Sinanın  ən böyük əsəri olan “Şəfa”nın 
latıncaya tərcümə olunduğunu, XVI əsrin  əvvəlində  nəşr edildiyini bildirmişdir. 
Həmin əsər 1912-ci ildə Maks Horten tərəfindən alman dilinə çevrilmişdir. Filosofun 
sistemini xülasə edən ikinci əsəri “Nicat” latıncaya N.Karame tərəfindən çevrilmiş və 
Romada 1926-cı ildə nəşr edilmişdir. “İşarat” 1951-ci ildə fransızcaya çevrilmişdir. 
İbn Sinanın “Nəfs”  əsərini lanıncaya 1546-cı ildə Andrea Alpaqo tərcümə etmiş, 
həmin əsəri ingilis dilinə E.H. von Dayak çevirmiş, 1906-cı ildə isə çapdan çıxmışdır.  
Mütəfəkkir İbn Sinanın əsərlərinin Avropada çapı haqqında faktları göstərməklə 
yanaşı, ensiklopedik alimin XII əsrdən etibarən Avropada tanınmağa başladığını 
bildirmişdir. Alim yazmışdır ki, XI əsrdə Şərq ilə Qərbi bağlayan bir yəhudi filosofu 
yetişdi. Bu da yeni əflatunçu olub, əsərini  ərəbcə yazdığı hlda sonra ibranicə  və 
latıncaya Fons Vitae deyə çevrilmiş olan Solomon ibn Qabirol idi. İbn Sina təsirlərini 


Aytək Zakirqızı (Məmmədova)
 
282 
(Avicenna) Qərbə ilk ötürən başlıca bu şəxs oldu. Bu təsir sonradan Tomasın hü-
cumuna uğradı. Fəqət Duns Skot tərəfindən müdafiə edildi. XII əsrin  əvvəllərində 
latınca tərcümə hərəkəti başlamışdı [1, 313].  
Qeyd etmək lazımdır ki, Hilmi Ziya Ülkən yəhudi filosoflarının, 
mütəfəkkirlərinin İslam aləminin elm və mədəniyyətinə təsiri məsələsindən də bəhs 
etmişdir.  İslam aləminin fəlsəfəsinin yaranışında (süryani dilindən  ərəb dilinə 
tərcümələrdə) və Qərbə keçişində yəhudilərin böyük rolu olduğu kimi, ayrıca İslam 
aləminin fəlsəfəsi də doğrudan doğruya yəhudi mütəfəkkirlərinə  təsir etmiş,  İslam 
fəlsəfəsinin təməl fikirlərinə  əsaslanan və onları davam etdirən yəhudi filosofları 
yetişdirmişdir [1, 169]. 
İbn Rüşdün  şagirdi, yəhudi filosofu İbn Məymun (Maymonid) (1135-1204) 
"Çaşqınlara bələdçilik" ("Dəlil  əl-hairin")  əsərində  İslam filosoflarını, başlıca  İbn 
Sinanı geniş  şəkildə tanıdırdı. Latın aləmində  həmin  əsrdə Abelard ilə Müqəddəs 
(Saint) Tomas mübarizəyə girirdi. Bu dövrdə ərəbcədən latıncaya edilən tərcümələr 
Qərbin fikir üfüqünü birdən genişlətdi. 1125-1150 illər arasında iki əhəmiyyətli hadisə 
oldu: a) "Orqanon"un tam mətni tapıldı; b) ərəbcədən latıncaya çoxlu sayda tərcümə-
lər edildi, başlıca Farabi ilə İbn Sina tanındı [1, 313]. 
XIII əsrdən İbn Sina əsərlərinin tərcümələrinin sayının artdığını bildirən Hilmi 
Ziya Ülkən İbn Sinanın irsinin avqustinizmi şərhində istifadə edildiyi üçün orta əsr 
xristian düşüncəsinə birinci dərəcədə  təsir göstərdiyini,  İbn Sinaçı avqustinçilərin 
filosofun əsas fikirlərini qəbul etməklə birlikdə, bəzilərinə hücum etdiklərini göstər-
mişdir. Türkiyəli alim yazırdı ki, bir çox xristian filosofu Aristotelin bilgi nəzəriyyəsi 
yerinə İbn Sinanın bilgi nəzəriyyəsini mənimsədilər. Bu, İbn Sinaçılığın son dərəcə 
inkişafını başlıca Rocer Bekonda görürük. Fəqət bu təsir avqustinizmdə daha qüvvətli 
bir şəkil alırdı.  
Hilmi Ziya Ülkən  İbn Sinanın Qərbdəki təsirinin başlıca olaraq dominikan 
sxolastı Albert fon Bolştedtə (1206-1280) etdiyini, onun Aristotelin bir çox əsərlərini 
islam fəlsəfəsi zehniyyəti ilə anladığını qeyd etmişdir. Albert fon Bolştedtin İbn Sina 
və Qəzali ilə məşğul olması İbn Baccənin əsərlərini tədqiq etməsi ilə əlaqədardır. İbn 
Sinanın ruha aid təsnifatı Albert vasitəsi ilə orta əsrin bir çox qərb filosofunda 
görünmüşdür. İbn Sinanın Müqəddəs Bonaventura və Müqəddəs Tomas üzərində də 
təsiri hiss edilmişdir. Tomas İbn Rüşdə dair son dərəcə dərin bir tədqiqat apararkən 
orada dolayısilə İbn Sinanı tənqid etmiş, “Averroistlərə qarşı” (“Contra averroistas”) 
adındakı bu əsərdə İbn Rüşdün bütün Aristotel şərhlərini gözdən keçirmişdi. Ustadı 
Albertin fikirlərindən faydalanmış, beləcə İbn Sinaya qədər çıxmışdı [1, 314-315]. 
Hilmi Ziya Ülkən  İbn Sinanın  əsərlərindən böyük bir qisminin latıncaya 
çevrilməsinin Qərbin fikir həyatında  əhəmiyyətli dəyişikliklər etdiyini yazmışdır. 
Mütəfəkkir bildirmişdir ki, G.M.Vikkensin çap etdirdiyi “Avicenna” adlı kollektiv 
əsərdə IV bölüm “Yəhudi fəlsəfəsinə İbn Sina təsiri” adı ilə Rozental tərəfindən, V 
bölüm “İbn Sinanın orta əsr elm ənənəsinə təsiri” Krombie tərəfindən, son bölüm olan 
“İbn Sina və XIII əsrdə  Qərb düşüncəsi” Kenelm Foster tərəfindən yazılmışdır. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə