Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə114/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   110   111   112   113   114   115   116   117   ...   156

Hilmi Ziya Ülkən ibn Sinanın yaradıcılıq irsi haqqında
  
279 
İbn Sinanın sistemini orta əsr fəlsəfəsinin xüsusiyyətini daşıdığını bildirən Hilmi 
Ziya Ülkən onda empirizmin və rasionalizmin bölünməz bir bütün təşkil etdiyini 
göstərmişdir. Türkiyəli alimin fikrincə,  İbn Sina da Farabi kimi doqmatikdir, yəni 
bilginin qəti və aydın bəzi prinsiplərə əsaslandığını və bütün bilgimizin intuisiya ilə 
əldə edilən bu prinsiplərdən nəticə  çıxarma yoluyla alınacağı fikrindədir.  İbn Sina 
təcrübəyə böyük əhəmiyyət verməklə, bilgini hissiyyat və dərk ilə başlamaqla bərabər 
təcrübəni ağıldan kənarda görməz [1, 89].  
İbn Sina məktəbi, davamçıları haqqında məsələləri araşdıran Hilmi Ziya Ülkən 
yazmışdır ki, İbn Sina həyatında olduqca geniş bir şagird zümrəsi yetişdirdi. Heç bir 
yerdə uzun bir müddət qalmadığı halda şagirdlər onunla fikir əlaqəsini kəsmədilər [1, 
111].  
Şərq peripatetizminin fəlsəfi ənənələri İbn Sinanın məşhur şagirdi Azərbaycanda 
ilk böyük nümayəndəsi Bəhmənyar tərəfindən davam etdirilmişdir. Onu İbn Sinanın 
ən dəyərli şagirdlərindən biri kimi təqdim edən Hilmi Ziya Ülkən onun Azərbaycanda 
doğulduğunu, yaradıcılığı, fəlsəfi təlimi barədə ümumi məlumat vermişdir.  
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov 
Yaxın və Orta Şərq ölkələrində  təbiətşünas alimlərin, məntiqçi filosofların 
yetişməsində  İbn Sinanın böyük xidməti olduğunu bildirmişdir. Mütəfəkkirin 
şagirdləri içərisində Əbuübryd Cüzcani, Əbumənsur ibn Zilə, Əbuabdulla Məsumi və 
xüsusən Əbulhəsən Bəhmənyar daha çox məşhurdurlar. XI əsrdə İbn Sinadan sonra 
peripatetizmin – məntiq, metafizika və  təbiiyyat elmlərinin inkişafı bilavasitə 
Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın adı ilə bağlıdır [5, 311].  
Zakir Məmmədov mənbələr əsasında apardığı araşdırmaları nəticəsində ilk dəfə 
olaraq göstərmişdir ki, orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəlsəfə, məntiq və 
təbiətşünaslıq sahəsində böyük uğurlar qazanılmasında Bəhmənyarın xidməti 
misilsizdir. Son əsrlərə gəlib çıxan alimlər nəslinin yetişməsində də Bəhmənyar böyük 
xidmət göstərmişdir. Azərbaycan filosofunun istedadlı  şagirdlərindən  Əbülabbas 
Ləvkərinin sayəsində Xorasanda fəlsəfə elmləri intişar tapmışdı. Öz müəllimi İbn Sina 
kimi Azərbaycan filosofu da bir sıra görkəmli alimlər hazırlamışdır.  
Şərq peripatetklərin təlimi görkəmli ilahiyyat alimi, sxolast və mistik Əbuhamid 
Məhəmməd Qəzalinin (1059-1111) hücumlarına məruz qalmışdır. Hilmi Ziya Ülkən 
zamanının  ən böyük kəlamçısı kimi təqdim etdiyi Əbuhamid Qəzalini sxolastik 
fəlsəfədə olduğu qədər təsəvvüfdə də tanındığını bildirmişdir. Əbuhamid Qəzalinin 
yaradıcılığında fiqh, kəlam və  təsəvvüfə dair kitablar mühüm yer tutmuşdur.  Şafii 
məzhəbinə  mənsub Qəzali  Şərq peripatetizminə qarşı mübarizəsinə, peripatetik 
filosoflarına hücumlarına baxmayaraq fəlsəfədə yeni bir cığır açmışdır.  
“Yanılmaqdan xilas edən” (“əl-Münqiz min əd-dalal”) kitabında Qəzali bir 
dostunun suallarını cavablandırarkən bir çox doktrinalar arasında doğrunu yanlışdan 
ayırma baxımından çətinlikləri və iyirmi yaşından bəzi həqiqi biliyə çatmaq üçün 
etdiyi cəhdləri bildirmişdir. Qəzali "Yanılmaqdan xilas edən" əsərində həqiqət axta-
ranların siniflərini dörd qrupa bölmüşdür: 1. Mütəkəllimlər - rəy və  nəzər  əhli 
olmalarını iddia edənlər. 2. Batinilər - elan edirlər ki, təlim sahibləridir, məsum 


Aytək Zakirqızı (Məmmədova)
 
280 
imamdan bilik iqtibas etmələri ilə səciyyələnirlər. 3. Filosoflar - məntiq və sübut əhli 
olduqlarını deyirlər. 4. Sufilər - həzrətin seçilmişləri, həqiqəti daxilən müşahidə edən 
və açan olduqlarını iddia edirlər. Qəzali həqiqətə çatmağın yollarını əvvəlcə kəlam 
elmi, ikincisi fəlsəfə metodu, üçüncüsü batinilərin təlimi, dördüncüsü sufilərin 
metodu ilə tanış olaraq dərindən öyrənməyə başladığını bildirmişdir [6, 140].  
Qəzali Farabinin, İbn Sinanın və onların ardıcıllarının fəlsəfi fikirlərini 
ortodoksal islam mövqeyindən araşdırmış, peripatetik filosofları ittiham etmişdir. 
Farabinin kəlamçılara böyük təsiri olduğunu bildirən türkiyəli alim Qəzalinin hər nə 
qədər ona və  İbn Sinaya hücum etsə  də, psixologiyasında və  fəlsəfəsinin başqa 
qisimlərində ondan faydalandığını qeyd etmişdir.  
İbn Sinanın “İşarələr və qeydlər” kitabı müxtəlif dövrlərdə filosof və 
mütəfəkkirlərin diqqət mərkəzində olmuşdur. Fəxrəddin Razi (1148-1210), 
Nəcməddin Naxçıvani (...-1253), Siracəddin Urməvi (1198-1283), Nəsirəddin Tusi, 
İbn Kəmmunə  İsraili, Bürhanəddin Nəsəvi (...-1289) və başqalarının  şərhləri, 
haşiyələri məşhurdur.  Şərhçilərin bu kitaba münasibəti müəyyən mənada onların 
fəlsəfə tarxində tutduqları mövqeyi ifadə edirdi. Mütəkəllimlər (sxolastlar) bu 
qiymətli əsəri əsas etibarilə təkzib etməyə çalışır, peripatetik filosoflar isə elmi fəlsəfə 
tərəfində durur, mütərəqqi fikirlərin təhrifinə yol vermirdilər. Mütəkəllim Fəxrəddin 
Razinin və filosof Nəsirəddin Tusinin şərhləri bu ideya mübarizəsinin aparıcı istiqa-
mətlərini təmsil edirdi.  
Qeyd etmək lazımdır ki, Fəxrəddin Razinin yaradıcılığında hüquq və sxolastik 
ilahiyyat aparıcı mövzu olmuş, fəlsəfi məsələlər məhz həmin mövqedən nəzərdən 
keçirilmişdir. Bu baxımdan onun İbn Sinanın irsinə münasibəti səciyyəvidir. 
Fəxrəddin Razinin şərhində  fəlsəfi müddəalar araşdırılıb aydınlaşdırılması  əvəzinə 
dolaşdırılıb təkzib edilmişdir.  
XIII  əsrdən başlayaraq görkəmli filosofların məşhur traktatları  əsasında 
yaradılmış  şərh  ədəbiyyatı daha da artmışdır. Bu mənada  İbn Sinanın “İşarələr və 
qeydlər” kitabı  şərh  ədəbiyyatının bariz nümunələrindəndir. Fəxrəddin Razinin və 
Nəsirəddin Tusinin şərhləri xüsusilə diqqətə layiqdir.  
Maraqlıdır ki, Fəxrəddin Razi bu şərhi Nəsirəddin Tusinin anadan olduğu ayda 
və ildə, yəni fevral 1201-ci (cümad əl-ula 597) ildə  qələmə almışdır. Azərbaycan 
filosofu Fəxrəddin Raziyə “fəzilətli  şərhçi” kimi ehtiramla yanaşsa da, İbn Sinaya 
qərəzli münasibətinə görə onu kəskin tənqid etmiş, həmin şərhə qarşı özünün şərhini 
yazmışdır. Filosofun fikrincə, Fəxrəddin Razi “mükalimə  əsnasında müsahibinə 
cavab verərkən mübaliğə etmiş, onun müddəalarını heçə endirməkdə mötədillik 
həddini aşmışdır. Beləliklə, o, bu əməllərlə qarayaxmadan başqa bir şey 
artırmamışdır. Bu səbəbdən bəzi hazırcavablar onun şərhini təhqir adlandırmışlar”.  
Nəsirəddin Tusi “İşarələr və qeydlər” kitabını yüksək qiymətləndirərək yazırdı: 
“İbn Sinanın əsərlərindən və kitablarından onun özünün adlandırdığı kimi, “İşarələr 
və qeydlər” kitabı mətləblərə işarələri əhatə edir, mühüm şeylər olan bəhslər üzərində 
qeydlərlə doludur, qiymətli daşlar kimi bütün gövhərlərlə bərabər tutulur, əksəri dəqiq 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə