Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə122/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   118   119   120   121   122   123   124   125   ...   156


Qeyri-maddi mədəni irsin qorunması sahəsində Azərbaycan təcrübəsi
  
299 
 
 
QEYRİ-MADDİ MƏDƏNİ İRSİN QORUNMASI SAHƏSİNDƏ 
AZƏRBAYCAN TƏCRÜBƏSİ 
 
f.ü.f.d.Ceyhun Şakiroğlu (Ağayev) 
AMEA akad.Z.M.Bünyadov adına  
Şərqşünaslıq İnstitutu “Şərq-Qərb” şöbəsinin böyük elmi işçisi 
 
 
Açar sözlər: Qeyri-maddi mədəniyyət, İrs, abidələr, YUNESKO, İSESKO 
Key words: Intangible cultural heritage, monuments, UNESCO, ISESCO 
Ключевые  слова:  нематериальное  культурное  наследие,  памятники, 
юнеско, исеско 
 
Məlum olduğu kimi, Azərbaycan maddi-mədəniyyəti qədim və zəngin bir tarixə 
malikdir. Aparılan qazıntılar nəticəsində  aşkar edilən arxeoloji tapıntılar, ta qıdim 
dövrlərdən, nəsillərdən nəsillərə uğurla ötürülərək dövrümüzə gəlib çıxmış zərgərlik 
işləri, daşqaşlar, milli geyimləri, xalçaçılıq işləri, mis sənət işləri, qədim və orta əsrlərə 
aid pulları,  şərq silahları, məscidləri, mədrəsələri, karvansarayları  və.s. arxeolji 
tapıntılar azərbaycanlıların  ərsəyə  gətirdiyi maddi maddimədəniyyət inciləridir. 
Əsrlərdir Azərbaycan  ərazisində varlığını qoruyan və dünyanın qeyri-maddi 
mədəniyyət xəzinəsinə daxil olmuş abidələri, zəngin mədəni irsi hal-hazırda 
Azərbaycan dövləti tərəfindən qorunur və muzeylərdə saxlanılır. (1) 
Elə həmin maddi-mədəni irsimizə aid olan abidələr və qədim əşyalar sübut edir 
ki, Azərbaycan qədim mədəniyyətə malik olan qədim xalqlardandır. Qədim və orta 
əsrlər tarixi əcdadlarımızın həyat tərzindən,  əmək fəaliyyətindən, onların mübarizə 
üsullarından, düşüncə  tərzindən, başqa xalqlar, ölkələr və  şəhərlərlə  əlaqələrindən 
xəbər verən maddi-mədəniyyət nümunələrinin köməyi ilə öyrənilir. Ta qədim 
dövrlərdən tutmuş son orta əsrlərə  və günümüzə  qədər tarixin bütün mərhələlərini 
əhatə edən çoxsaylı nadir əşyalar, abidələr aşkar edilərək tədqiq olunmuş  və 
Azərbaycan maddi-mədəni irsi kimi dünyaya öz töhfəsini vermişdir. (1) 
Azərbaycan mədəniyyəti, incəsəənəti və onun ayrılmaz hissəsi olan maddi 
mədəniyyət-Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin 
qurduğu birgə  mədəniyyətdir. Azərbaycanda mədəniyyətin inkişafına tarixən 
regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən 
ərazidə yerləşməsi təsir edib. Məlum olduğu kimi, XIX əsrdə Abşeron yarımadasında 
neft sənayesinin inkişafı ilə ictimai və  mədəni həyatda da canlanma baş verir. XX 
əsrin  əvvəllərində Bakı Rusiya imperiyasının  əsas sənaye  şəhərlərindən birinə 
çevrilir.(2) Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı 
Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi  Əsədullayev, 
Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait 


f.ü.f.d.Ceyhun Şakiroğlu (Ağayev)
 
300 
yaradır, çoxsaylı yeni yaşayış binaları  və komplekslər, məscidlər, mədrəsələr, 
xəstəxanalar, məktəblər və.s inşa edilir. Həmin dövrdə inşa edilmiş memarlıq 
abidələri arasında İsmailiyyə, Səadət, Tağıyevin sarayları, Opera və Balet Teatrının 
binası,  Şəhər Dumasının binası, Sabunçu elektrik qatarı stansiyası binası, Bakı  və 
Gəncədə dəmir yolu stansiyalarının binalarını qeyd etmək olar(3) 
Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə 
bağlıdır. Maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxmışdır.(4) 
Azərbaycan müstəqil olduqdan sonra tarixən yaxın münasibətdə olduğu  İran 
mədəniyyəti və Ərəb mədəniyyəti ilə münasibətlər dahada güclənmişdir.(5) 
Arxeoloji tapıntılar və müasir dövrə  qədər gəlib çatmış maddi abidələr 
Azərbaycan  ərazisində  qədim dövrdə (Qobustan petroqlifləri), həmçinin Qafqaz 
Albaniyası dövründə (Qum bazilikası və Ləkit məbədi) mədəniyyətin inkişaf etdiyini 
göstərir.(6) Azərbaycanda  İslamın yayılmasıyla  İslam mədəniyyəti inkişaf edir, 
məscidlər, mədrəsələr, türbələr tikilir, əsasən dekorativ incəsənətin ornamental 
forması inkişaf edir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla 
burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə  və onun vasitəsilə  də dünya 
mədəniyyəti ilə tanış olurlar. Sovet Azərbaycanı dövründə Azərbaycan 
mədəniyyətinin inkişafında əsaslı dəyişiklik baş verir.(7) 
Bilindiyi kimi, dünyada ənənəvi mədəniyyətin və folklorun qorunub saxlanması 
istiqamətində müntəzəm işlər görülməkdədir. Buna misal laraq YUNESKO-nun 
2001-ci il mədəni müxtəliflik haqqında Ümumi Bəyannaməsində  və  Mədəniyyət 
Nazirliyinin üçüncü dəyirmi masasında qəbul edilmiş 2002-ci il İstanbul 
Bəyannaməsində qeyd olunduğu kimi, qeyri-maddi mədəni irsin mədəni müxtəlifliyin 
mənbəyi və sabit inkişafın təminatçısı kimi əhəmiyyətlidir.(3) 
Qeyri-maddi mədəni irs dedikdə - İcmalar, qruplar və  bəzi hallarda ayrı-ayrı 
şəxslər tərəfindən onların mədəni irsinin bir hissəsi kimi qəbul edilən təcrübələri
təqdimatları, ifadələri, bilik və bacarıqları, eləcə də bunlarla bağlı alətləri, əşyaları, 
maddi mədəniyyət abidələrinin və mədəni məkanları bildirir. Nəsildən-nəsilə ötürülən 
belə qeyri-maddi mədəni irs daim icmalar və qruplar tərəfindən, onları  əhatə edən 
mühitə cavab olaraq, onların təbiətlə və öz tarixləri ilə qarşılıqlı təsirindən asılı olaraq 
yaradılır və onlarda özünəməxsusluq və irsilik hissi formalaşdırır və bununla da 
mədəni müxtəlifliyə və insan yaradıcılığına hörmət edilməsinə yardım göstərir. Bu 
Konvensiyanın məqsədləri üzrə yalnız o qeyri-maddi mədəni irs diqqətə alınır ki, 
həmin irs insan hüquqları haqqında mövcud beynəlxalq hüquqi aktlara, eləcə  də 
icmalar, qruplar və ayrı-ayrı  şəxslər arasında qarşılıqlı hörmət və sabit inkişaf 
tələblərinə uyğun gəlmiş olsun.(3)  
Məlum olduğu kimi, Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri 
olan mədəni inişafı siyasəti, milli-mənəvi dəyərlərin təbliği, qeyri-maddi mədəni irsin 
və tarixi mədəni zənginliyin qorunması vətəndaşların tərbiyəsində xüsusi yer tutur. 
Bu istiqamətdə həm daxildə, həm də xaricdə mütəmadi əhəmiyyətli işlər görülsə də, 
bu proses daim davam etdirilməli, göstərilən fəaliyyətlər daha da təkminləşdi-
rilməlidir.(8) 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə