Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə125/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   121   122   123   124   125   126   127   128   ...   156

Qeyri-maddi mədəni irsin qorunması sahəsində Azərbaycan təcrübəsi
  
305 
9.  http://modern.az/articles/52171/1/#gsc.tab=0 
10.  http://www.unesco.org/culture/ich/index.php 
11.  http://www.mfa.gov.az/content/556 
12.  http://mehribanaliyeva.preslib.az/media-3dd54eb6cf.html 
13.  The Grove Encyclopedia of Islamic Art and Architecture, Jonathan M. 
Bloom and Sheila Blair (2009),«Azerbaijan», Oxford University Press 
14.  http://sia.az/ 
15.  Azərbaycan etnoqrafiyası, Üç cilddə II cild. (2007), «Azərbaycan Milli 
Elmlər Akademiyası Arxeologiyavə Etnoqrafiya İnstitutu», Bakı: Şərq-Qərb 
16.  İ.Əliyev, E. Məhərrəmov. Azərbaycan Respublikasınn Dövlət Rəmzləri.-
BAKI: Nurlan, 2008 
17.  http://www.azerbaijan.az/portal/index_a.html?lang=az 
18.  К.М.Ибрагимов. Материальная культура Шекинской зоны в конце XIX-
XX вв. (Автореф.) Баку, 1982 
 
 
 


f.ü.f.d.Ceyhun Şakiroğlu (Ağayev)
 
306 
XÜLASƏ 
 
Bilindiyi kimi, dünyanın  ən qədim xalqlarından biri olan Azərbaycan xalqı 
özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi 
mədəniyyəti ilə dünya xalqları içərisində özünəməxsüs bir yerə malikdir. Ölkəmizin 
ta qədimdən bugünədək müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və 
mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, özlüyündə  vəhdət təşkil edərək 
Azərbaycan incəsənəti, maddi və qeyri-maddi mədəniyyət haqqında tam təsəvvür 
yaratmağa geniş imkan vermişdir. Elə bunun nəticəsidir ki, Azərbaycan YUNESKO 
və İSESKO-nun üzvülüyünə qəbul olunmuşdur. Azərbaycan muğamının YUNESKO 
tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, 7 qeyri-maddi mədəni irs 
nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 1 
irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni  İrs Siyahısına 
daxil edilməsi və.s kimi bir sıra uğurlu addımlar buna əyani sübutdur. 
 
SUMMARY 
 
As is known, the Azerbaijani people, one of the oldest nations in the world, has a 
unique place within the world with its history, material and cultural monuments, rich 
literature, art and music culture. From the ancient times to the present, each of the 
different types of art has grown into a long and intricate way of development, and has 
united in itself the opportunity to create a full picture of the art of Azerbaijan, material 
and non-material culture. As a result, Azerbaijan was admitted to the UNESCO and 
ISESCO membership. Including the inclusion of Azerbaijani mugham in UNESCO's 
cultural heritage list; 7 Intangible Cultural Heritage; UNESCO Representative List of 
Intangible Cultural Heritage, 1 Heritage; successive steps are a clear indication of this. 
 
РЕЗЮМЕ 
 
Как  известно,  азербайджанский  народ,  один  из  старейших  народов  мира, 
имеет  уникальное  место  в  мире  с  его  историческими,  материальными  и 
культурными  памятниками,  богатой  литературой,  искусством  и  музыкой.  С 
древних времен и до настоящего времени каждый из разных видов искусства 
превратился  в  длинный  и  запутанный  способ  развития  и  объединил  в  себе 
возможность создать полную картину искусства Азербайджана, материальной 
и  нематериальной  культуры.  В  результате  Азербайджан  был  принят  в  члены 
ЮНЕСКО и ИСЕСКО. Включая включение азербайджанского мугама в список 
культурного  наследия  ЮНЕСКО, 7 Нематериальное  культурное  наследие, 
Репрезентативный  список  ЮНЕСКО  по  нематериальному  культурному 
наследию, 1 Наследие; последовательные шаги - это четкое указание на это. 
 
Çapa tövsiyə etdi:  dos. N.G.Abuzərov


XX əsrin 40-50-ci illərində SSRİ-nin Türkiyə siyasəti
  
307 
 
 
XX ƏSRİN 40-50-Cİ İLLƏRİNDƏ SSRİ-NİN  
TÜRKİYƏ SİYASƏTİ 
 
Leyla Nəbiyeva 
BDU-nun “Asiya və Afrika ölkələri 
tarixi ” kafedrasının dissertantı 
 
 
Açar sözlər:  Türkiyə, SSRİ, ABŞ,  İkinci Dünya müharibəsi, Üçlər ittifaqı, 
Missorini, Soyuq müharibə, Molotov, Yalta konfransı. 
Key Words: Turkey, USSR, USA, The second world war, Triple alliance, 
Missorini, cold war, Molotov, Yalta conference. 
Ключевые  слова:  Турция,  ССР,  США,  Вторая  мировая  война, 
Тройственный союз, Миссорини, X
олодная война, Молотов

 
II Dünya müharibəsindən sonra yürütdüyü tərəfsizlik siyasəti türkiyəni 
müharibədən sonrakı dünyada yalnız qoydu. Türkiyə bu ərəfədə SSRİ-nin  şərqi 
Anadoluda torpaq və Boğazlarda keçid istəyi ilə qarşı-qarşıya qalmışdı. Özünü Sovet 
təhdidləri ilə yalnız olduğunu bilən Türkiyə qərb yardımına üz tutdu. Türkiyə əvvəlcə 
İngilis yardımına üz tutdu ancaq müharibədən yıxılmış halda çıxan İngiltərədən heç 
bir yardım ala bilmədi. Buna görə də Türkiyə Sovet təhlükəsinə qarşı tək yarım edə 
biləcək qüvvənin Amerika olduğunu bilib Amerika yardımlarını əldə edə bilmək üçün 
siyasət yürütməyə başladı. 
Müharibədən sonrakı ilk illərdə Amerika idarəçiləri SSRİ ilə əməkdaşlıq etmənin 
mümkünlüyünü düşünürdülər. Bunun üçün də ABŞ Türkiyənin yardım tələblərinə 
dərhal cavab vermirdi. Ancaq SSRİ-nin Yalta Konfransında alınan qərarlara  əməl 
etməməsi, Orta Şərqdə üstünlük əldə etmək istəyi, Qərbi Avropada kommunist 
təhlükəsi və  qərb ölkələri ilə  əməkdaşlıq etməməsi Amerika hökumətini narahat 
etməyə başladı. Amerikalı mütəxəssislər SSRİ-nin əsl məqsədinin İranı idarəsi altına 
almaq sonra isə Yunanıstan və Türkiyənin də idarəsini  ələ keçirərək Orta Şərqdə 
üstünlük qazanmaq olduğunu düşünürdülər.  
İkinci Dünya müharibəsində  İngiltərə, ABŞ  və Sovet İttifaqı Türkiyəni müha-
ribəyə daxil etmək üçün bir çox yollara əl atırdılar. Lakin Türkiyə özünü onların bu 
çirkin  əməllərindən uzaq tutmağı  və müharibədən kənar qalmağı bacarmışdır. 
Türkiyənin yeritdiyi tərəfsizlik siyasəti ölkəni müharibənin vurduğu ziyandan qoru-
maqla bərabər, həm də onu ölkə olaraq tək qalmasına səbəb olmuşdu. Müharibədən 
dərhal sonra Türkiyə ilə SSRİ arasında ziddiyyətli dönəmlər yaşanmışdır. 
Müharibədən sonra SSRİ -nin yürütdüyü genişləndirmə siyasəti Türkiyə üçün 
təhdidə çevrilmişdir və 1945-ci ildə SSRİ Türkiyədən rəsmi ultimatum ilə Boğazlarda 
donanma və  şərqdə torpaq tələb etmişdir. Suverenlik hüququnu itirən və  qəbul 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə