Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə121/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   117   118   119   120   121   122   123   124   ...   156

Suisidal davranış konsepsiyalarına dair
  
295 
Karen Xorni güman edirdi ki, insanlar arasında qarşılıqlı münasibətlərin 
pozulması nevrotik konfliktlər yaradır.  İnsanlar nevrotik situasiyalarda tənhalıq, 
köməksizlik, asılılıq və düşmənçilik hisslərini yaşayır. Bu fenomenlər suisidal 
davranışın  əsası ola bilər. Konfliktlər zamanı düşmənçilik hissləri aktuallaşır, K. 
Xorni hesab etdiyi kimi, "dağıdıcı meyllər insanın özünə yönəlmişdir". [8, səh.665] 
Amerika psixoanalitiki H.S.Salliven suisidə özünün şəxsiyyətlərarası ünsiyyət 
nəzəriyyəsi nöqteyi-nəzərindən baxırdı. Fərdin özünüqiymətləndirməsi  ətrafdakı 
insanların ona münasibətindən yaranır. Bunun sayəsində onda üç "Mən" obrazı əmələ 
gələ bilər: "yaxşı Mən", əgər başqaların münasibəti təhlükəsizliyi təmin edirsə, "pis 
Mən", əgər mühit həyəcan və ya başqa emosional pozuntular doğurursa və "qeyri-
Mən": bu hal ruhi nasazlıq və ya suisidal situasiya zamanı baş verir. Həyat böhranları 
və ya şəxsiyyətlərarası konfliktlər fərdi "pis Mən" obrazında uzunmüddətli 
mövcudluğa məhkum edir və əzab, diskomfort mənbəyinə çevrilir. 
Suisidal davranışı proqnozlaşdırmağa imkan verən  əsas amillərdən biri kimi 
şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi xüsusi maraq doğurur 
(S.P.Korolenko, A.L.Qalin və b.). A.Q.Ambrumova, E.M.Vrono suisidal davranışlı 
yeniyetmələrin xüsusiyyətlərini tədqiq edərək göstərmişlər ki, onların  əksəriyyəti 
üçün səciyyəvi cəhət impulsivlikdir: bütün suisidentlər üçün davamlı olmayan 
emosionallıq və çılğınlıq xasdır ki, bunlar da əsasən suisidal davranışla nəticələnən 
konfliktli situasiyaların çox olması ilə izah edilə bilər. Suisidal davranışlı 
yeniyetmələrin çoxu üçün təlqinə yüksək meyllilik səciyyəvidir [2, səh. 179].  
İntihar davranışının mənbəyində həyəcan və başqa emosional yaşantıların rolunu 
humanist psixologiyasının nümayəndələri (R. Mey, K. Rocers və başqaları) də 
vurğulayırdılar. və R. Meyə görə, həyəcan varlığın ekzistensional təzahürü və insan 
həyatında ən əhəmiyyətli konstruktiv gücdür. O, həyəcanı"yoxluqla varlığın görüşü" 
və "azadlıq və insanın real mövcudluq paradoksu" hesab edirdi. 
K.Rocers güman edirdi ki, həyatın  əsas tendensiyası mühitlə başqa insanların 
qarşılıqlı  təsirində formalaşdırılan "Mən"in aktuallaşdırılması, saxlanması  və 
gücləndirilməsindən ibarətdir. Əgər "Mən"in strukturu rigiddirsə, onda ona müvafiq 
olan  şəxsiyyətin həyat təhlükəsi kimi qəbul edilən real təcrübə  təhrif olunur və ya 
inkar edilir. [8, səh.666] 
Əgər insan onu tanımırsa, o özünü "qaranlığa salır". Onda arzu olunmayan 
təcrübə "Mən"dən müsadirə olunur, reallıqla  əlaqəni itir. Beləliklə, "Mən"  əvvəlcə 
şəxsi təcrübəsinə etibar etmir, nəticədə özünə etibar tamamilə yox olur. Bu bütövlükdə 
tənhalığın dərk edilməsinə səbəb olur. Özünə inam itir, həyata nifrət yaranır, ölüm 
ideallaşdırılır, bu isə suisidal tendensiyalar doğurur. 
Seyr suisidal davranışın əsasında dayanan hissləri təhlil edərək intiharın dörd əsas 
səbəbini müəyyən etmişdir: 
-təcrid etmə hissi (səni heç kim anlamır, səninlə heç kim maraqlanmır hissi ilə 
xarakterizə olunur) ; 
köməksizlik hissi (insana elə gəlir ki, həyata nəzarət edə bilmir, heç nə ondan 
asılı deyil); 


Sədirova Nərmin Cumay qızı
  
296 
ümidsizlik hissi (insana elə gəlir ki, gələcək qabaqcadan yaxşı heç nə vəd etmir); 
şəxsi  əhəmiyyətsizlik hissi (aşağı özünüqiymətləndirmə, özünü günahlandırma 
hissi ilə səciyyələnir). [7, səh.154] 
Qeyd olunan tədqiqatçıların işləri nəzərdən keçirilərkən müşahidə olunur ki, 
tədqiqatçıların  əksəriyyəti suisidal davranışı yaşanılan konfliktlər  şəraitində 
şəxsiyyətin sosial-psixoloji dezadaptasiyası kimi nəzərdən keçirirlər. Bunun 
nəticəsində suisid ekstremal situasiyalarda insanın davranış variantlarından biri kimi 
özünü göstərir.  
 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
 
1. Abbasbəyli A.N., Darabadi P.Q., İbrahimov  Ə.G., Konfliktologiya. Bakı, 
2006. – 251 səh. 
2. Cavadov R.Ə., Tağıyeva G.B.Ekstremal şəraitlərdə psixoloji xidmət. Ali 
məktəblər üçün dərslik. Bakı, 2006, 258 səh. 
3. İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik), 
II nəşr, Bakı, 2008. - 416 səh 
4.  Алимова  М.А.  Суицидальное  поведение  подростков:  диагностика, 
профилактика, коррекция. Барнаул, 2014. – 100 с. 
5.  Говорин  Н.В.,  Сахаров  А.В.  Суицидальное  поведение:  типология  и 
факторная обусловленность. – Чита : Изд-во «Иван Федоров», 2008. - 178 с. 
6. Дюркгейм Э. Самоубийство: Социологический этюд. - М.: Мысль, 1994.- 
399 с. 
7.  3мановская  Е.В.,  Рыбников  В.Ю.,  Девиантное  поведение  личности  и 
группы: Учебное пособие. - СПб.: Питер, 2010. - 352 с. 
8. Малкина-Пых И. Г. Психологическая помощь в кризисных ситуациях. – 
М.: Изд-во Эксмо, 2008. – 928 с. 
9. http://ncpz.ru/lib/1/book/55/chapter/20 
10. http://www.aquarun.ru/psih/extrem/extrem13.html 
 
 
 


Suisidal davranış konsepsiyalarına dair
  
297 
 
XÜLASƏ 
 
Məqalədə suisidal davranışın təsnifatı, ayrı-ayrı yanaşmalar çərçivəsində suisidal 
davranışın tədqiqi (Z.Freyd, E.Dürkheym, A.T.Ambrumova, V. Frankl, R. Mey, K. 
Rocers və başqaları) nəzərdən keçirilir. Suisidlər üçün tipik olan şəxsiyyət 
xüsusiyyətləri qeyd olunur. Suisidal davranış  şəxsiyyətin sosial-psixoloji 
dezadaptasiyasının nəticəsi kimi nəzərdən keçirilir. 
 
 
РЕЗЮМЕ 
 
В  статье  рассматриваются  различные  классификации  суицидального 
поведения, исследования суицидов в рамках различных подходов (З. Фрейд, Э. 
Дюркгейм,  А.Т.  Амбрумова,  В.  Франкл,  Р.  Мей,  К.  Роджерс  и  др.).  Были 
отмечены  типичные  черты  суицидальной  личности.  Суицидальное  поведение 
было рассмотрено как результат социально-психологической дезадаптации.  
 
 
SUMMARY 
 
The main issues discussed in the article are classifications of suicidal behavior, 
researches of suicides within different approaches (S. Freud, E. Durkheim, A.T. 
Ambrumova, V. Frankl, R. May, C. Rogers etc.). The main features of suicidal 
personality were mentioned. The suicidal behavior was considered as a result of socio-
psychological disadaptation.  
 
 
Çapa tövsiyə etdi: p.e.d. R.Qədirova 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə