Mövzu şəxsiyyətin tədqiqinin etnopsixoloji problemləri Mədəniyyətlərin konfiqurasiyası Təməl və modal şəxsiyyət



Yüklə 22,82 Kb.
səhifə1/3
tarix01.02.2023
ölçüsü22,82 Kb.
#99882
  1   2   3
sexsiyyetin tedqiqinin etnopsixoloji problemleri




MÖVZU 3. Şəxsiyyətin tədqiqinin etnopsixoloji problemləri
1.Mədəniyyətlərin konfiqurasiyası
2.Təməl və modal şəxsiyyət
3.Şəxsiyyət əlamətləri:universallıq və spesifikilik
4.Günah və utanc sosial nəzarətin mexanizmləri kimi.


Sual 1. Mədəniyyətlərin konfoqurasiyası. ABŞ etnopsixologiyasının mənbəyində Amerikaya Vundtun ideyalarını gətirən F.Boas durur. Onunla bərabər çalışan Amerika etnoloqları Vundtdan bəhrələnsələr də sonda onun yalnız insanın daxili aləmi ilə mədəniyyət arasındakı əlaqəni tapmaq cəhdi üzərində dayanmışlar. Öz tədqiqatlarında onlar psixoloji konsepsiyaların istifadəsindən imtina etməyərək Z.Freydin klassik psixoanalizinə, K.Yunq, E.Fromm, K.Xorni, A.Maslounun ideyalarına əsaslanırdılar.
“Şəxsiyyət və mədəniyyət nəzəriyyəsinin” əsas müddəalarını aşağıdakı şəkildə müəyyənləşdirən sovet etnoqrafı Tokaryevlə müəyyən mənada razılaşmaq olar:
1. fərdi psixologiyaya qayıdış;
2. “şəxsiyyət” anlayışını tamın strukturunu müəyyən edən ilkin vahid kimi işləmək;
3. şəxsiyyətin formalaşması prosesinə xüsusi maraq;
4. cinsi sferaya xüsusi maraq.
“Mədəniyyət və şəxsiyyət” nəzəriyyəsinin işlənməyə başlanılması 20-ci illərin sonu 30-cu illərinə əvvəllərinə təsadüf edir. 1932-ci ildə F.Boasın tələbəsi R.Benediktin məşhur “Mədəniyyətlərin konfiqurasiyası” məqaləsi nəşr olunmuşdur ki, burada da o, hər birinin özünün mədəni dominantlığına malik olan mədəniyyətlərin arasındakı fundamental fərqlərin mövcudluğu haqqında yeni bir fikri irəli sürmüşdür.
Benedikt mədəniyyətlərin tipologiyasını verərkən F.Nitsşenin apollonik dionisik mədəniyyət tiplərinə əsaslanmışdır. Pueblo hinduları üzərində aparılmış sahə tədqiqatları Benediktə onları düşüncəli, məntiqli, birtərəfli intellektual apollonik tipə aid etməyə imkan vermişdir. O, belə mədəniyyətlərin nümayəndələrinin əsas xarakteristikası kimi ifratçılıqdan qaçışı müəyyən-ləşdirmişdir. Onlar mülayimliyi və tarazlığı hər şeydən çox qiymətləndirir, onların idealı “orta yola” sadiqlik və kin və ya qısqanclıq kimi kəskin emosiyalardan imitinadır. Onlar zorakılıqdan, fərdi inadkarlığın təzahüründən, dağıdıcı şəxsiyyətlərarası münasibətlərdən qaçmağa cəhd göstərirlər. Buna görə də uşaqların, hər şeydən əvvəl, cəmiyyət qarşısında məsuliyyətli, müstəqil deyil, kooperasiyaya meylli tərbiyə edirlər.
Puebloların qonşuları kvakiyult hindularının isə Benedikt çılgınlıq və ekstazın əhəmiyyətini vurğulayan dionisik tipə aid etmişdir. Onlar öz ustanovkalarında ifratçılığın nümayişinə meylli, sağlam düşüncənin sərhədlərindən kənara çıxa bilən fərdləri məşhurlaşdıran mədəniyyətdir. İnsanların gündəlik, təkrarlanan həyat tərzini tam dəyişdirə və ya dağıda bilən bütün vasitələr, məsələn narkotikanın qəbulu belə müsbət qarşılanır. Bu mədəniyyətlərdə özlərini qorxusuz və qəddar göstərə bilən şəxsiyyətlər yüksək statusa malik olurlar.
Amerikan tədqiqatçısı digər mədəniyyət konfiqurasiyalarını da təsvir etmişdir. Məsələn, Melaneziyadan olan dobilərin mədəniyyətini o, paranoidal adlandırmışdır. Çünki bu tayfanın üzvləri daimi konflikt və şübhəlilik atmosferində yaşayırlar. Bu tayfada uşaqlar erkən yaşlarından onların qələbəsinin mütləq başqalarının məğlubiyyətindən asılı olması fikri ilə tərbiyə olunurlar.
Öz erkən işlərində Benedikt şəxsiyyət və mədəniyyəti demək olar ki, eyniləşdirərək “mədəniyyət – cəmiyyətin şəxsiyyətidir” deyirdi.
Lakin tezliklə bu amerikan tədqiqatçısı mədəniyyət – şəxsiyyət münasibətində fərdi psixologiyanın prioritetindən imtina edərək, fərd, mədəniyyət və cəmiyyətin bir-birinə qarşılıqlı surətdə təsir göstərib bir-birindən asılı olması fikri ilə razılaşmışdır.

Yüklə 22,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə