Suisidal davranış konsepsiyalarına dair
291
SUİSİDAL DAVRANIŞ KONSEPSİYALARINA DAİR
Sədirova Nərmin Cumay qızı
Bakı Dövlət Universitetinin dissertantı
Açar sözlər: intihar, psixoloji böhran, şəxsiyyətlərarası konflikt, sosial-psixoloji
dezadaptasiya.
Key words: suicid, psychological crysis, interpersonal conflict, socio-
psychological disadaptation.
Ключевые слова: самоубийство, психологический кризис, межличностный
конфликт, социально-психологическая дезадаптация,
Ölüm özlüyündə həyat tsiklinin təbii sonu olub, insan üçün nisbətən gec və qeyri-
müəyyən vaxtda baş verən və onun nəzarət edə bilmədiyi prosesdir. İhtihar bu
prinsiplə, sanki, ziddiyyət təşkil edir. [3, səh.264]. Suisidal hərəkətlərin təsnifatı
barədə bir çox alimlər belə bölgü verirlər:
1.Suisidal məqsədlər – intihar haqqında fikirlər, həyatdan getmək üsullarının
düşünülməsi, müxtəlif hazırlıq işləri (məsələn, vəsiyyətnamələrin tərtib olunması və
ya ölümqabağı kağızlar yazmaq, zəhərli maddələr haqqında məlumat) suisidal
məqsədlərə aid edilir.
2.Suisidal cəhdlər nisbətən az təhükəli daavranış formalarından (məsələn, az
miqdarda dərman qəbulu) həyat üçün təhlükəli olan autoaqressiv əməllərə qədər geniş
sahəni əhatə edir.
3.Tamamlanmış suisid – insanın həyatdan getməsi ilə əlaqədardır. Suisidal
məqsəd, cəhd və tamamlanmış suisidin ümumi cəhətləri olsa da , həqiqətdə onlar
müxtəlif əməllərdir. Hətta təqribi hesablamalara görə, suisidal cəhdlərə tamamlanmış
suisidlərə nisbətən 4-15 dəfə çox rast gəlinir. Nəzərə almaq lazımdır ki, əksər hallarda
suisidal cəhdlər qeydə alınmadığından dəqiq rəqəmlər məlum deyil. [3, səh.266]
Suisidal davranışı izah edən bir sıra yanaşmalar var. Onları nəzərdən keçirək.
Sosioloji yanaşma çərçivəsində suisidal davranış və sosial şərait arasındakı əlaqə
nəzərdən keçirilir. Bu baxışın əsasında E.Dürkheymin "anomiya" - cəmiyyətlərin
dəyər-normativ sisteminin pozulması təlimi durur. Dürkheym qeyd edirdi ki,
cəmiyyətdə intiharların sayını sosial həyatın xüsusi faktları olan "kollektiv
təsəvvürlər" müəyyən edir. Məsələn, kollektiv əlaqə, cəmiyyət birliyi intiharları
qoruyub saxlayır. Cəmiyyətin birliyi zəifləyərsə fərd sosial həyatdan ayrılır və öz
şəxsi məqsədlərini ümumi mənfəət cəhdlərindən yuxarı tutur, bu isə həyatdan getmək
qərarının səbəbi ola bilər.
E. Dürkheymin özünüqəsdin sosioloji nəzəriyyəsinə əsasən suisidal fikirlər hər
şeydən əvvəl şəxsiyyətin interpersonal əlaqələrinin qırılması, fərdin aid olduğu sosial
Sədirova Nərmin Cumay qızı
292
qrupdan uzaqlaşdırılması nəticəsində yaranır. Onun baxışlarına görə, intiharların üç
əsas növü mövcuddur. Özünəqəsdin əksər aktları eqoistikdir və bu hadisələrdə özünü
məhv etmə fərdin özünü cəmiyyətdən, ailədən və dostlardan təcrid olunması ilə
şərtlənir. İntiharın ikinci tipi anomik intihar adlanır, şəxsiyyətin və sosial qrupun
qarşılıqlı əlaqəsinin pozulmasına səbəb olan cəmiyyətdəki dəyişikliklərə insanın
uyğunlaşa bilməməsində özünü göstərir. E. Dürkheym intiharın son növünü altruist
adlandırırdı. Əgər sosial mühitin və ya qrupun nüfuzu fərdin eqo-identikliyini boğursa
və o, cəmiyyət xeyrinə özünü sosial, dini və ya fəlsəfi ideya uğruna fəda edirsə, bu
altruistik intihar adlanır. [8, səh.662]
-Eqoistik suisid- öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi,
dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
-Anomik suisid- sosial və siyasi dəyişikliklər dövründə cəmiyyətlə sosial
inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir.
-Altruistik suisid- öz həyatını sosial motivlər naminə qurban verən və bununla
yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir. [3, səh.267]
Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə suisid, özünə
qsəd edərkən yaxınlarını da özü ilə aparmaq tendensiyalı şəxslərdə genişlənmiş suisid
(məsələn, suisiddən əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş
qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda
təsadüf edilən kollektiv suisid (belə hallar dini təriqət nümayəndələrində və
psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir.
İntiharlara siyasi situasiyalar, həmçinin müharibələr təsir göstərir. 1866-cı ildə
Avstriya və İtaliya arasında müharibə baş verən zaman hər iki ölkədə intiharların sayı
14% azalmışdır. Həmin tendensiya İkinci dünya müharibəsi dövründə də müşahidə
olunurdu. Əksinə, sülh, nisbi sakitlik dövrləri intiharlar üçün əlverişli sosial mühitdir.
Bütün Avropa ölkələri üçün müəyyən edilmişdir ki, intihara meyllilik hərbçilərdə
mülki şəxslərlə müqayisədə daha intensivdir.
Məlumdur ki, iqtisadi böhranlar intihar meylini gücləndirmək qabiliyyətinə
malikdir. Ölkənin iqtisadi vəziyyəti ilə intiharların faiz göstəriciləri arasındakı
münasibətdə ümumi qanunauyğunluq var. Məsələn, müflisləşmənin sayının qəfildən
artması adətən intiharların sayının artmasına səbəb olur. [7, səh.142]
Psixopatoloji yanaşma intihara kəskin və ya xroniki psixiki pozuntuların təzahürü
kimi baxır. A. E. Liçko yazır: "Yeniyetmələrdə suisidal davranış - əsasən sərhəd
psixiatriyasının problemidir, yəni xarakter aksentuasiyası fonunda psixopatiyaların və
reaktiv vəziyyətlərin öyrənilməsi sahəsidir". Müəllifin müşahidəsinə görə, intiharların
və cəhdlərin yalnız 5 %-i psixozlara, 20-30 %-i psixopatiyaya düşür, qalanlar isə
yeniyetmə böhranlarına aiddir.
Sosial-psixoloji yanaşma çərçivəsində həmçinin şəxsi xüsusiyyətlərlə suisidal
davranış arasındakı əlaqəni öyrənən tədqiqatlar geniş yer tutur. A. E. Liçko
yeniyetmənin xarakter aksentuasiyası tipi və suisidal davranış arasındakı əlaqəni qeyd
edir. Belə ki, suisidal nümayişlər hadisələrin 50 %-ində isteroid, davamsız, hipertim
Dostları ilə paylaş: |