Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə87/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   83   84   85   86   87   88   89   90   ...   108

 
286
yuxarıda adı çəkilən halın mövcudluğuna əsaslanır. Bu alimlər 
tərəfindən konstruksiya edilmiş fluoressensiyalı proteiumetr 
3,0 – 5,0 dəq.  ərzində 0,1%-dək dəqiqliklə süddəki zülalların 
miqdarını təyin etməyə imkan verir.  
Son zamanlarda yerinə yetirilən tədqiqat işlərindən  əldə 
edilən nəticələr göstərir ki, lüminessensiya intensivliyinə (Lİ) 
zülalların konsentrasiyası ilə yanaşı, fluoressensiyanın (B
kv

“kvant çıxımı”nı dəyişən zülal molekullarının strukturu da təsir 
göstərir. Struktur faktoru aradan qaldırmaq və fluoressen-
siyanın (B
kv
) “kvant çıxımı”nı stabilləşdirmək (sabitləşdirmək) 
üçün S. V. Konev tərəfindən iki üsul təklif edilmişdir: 
a) zülalların 8 M sidik cövhəri ilə monomerləşdirilməsi; 
b) süd zülallarının formaldehid və ya kalsium xloridlə 
aqreqasiyası. 
Süddə yağların təyini, südün yağ fazasının fluorox-
romlaşması ilə yaranan ikinci fluoressensiayaya əsaslanır, belə 
ki, süd yağı xüsusi fluoressensiyaya malik olmur. Boyayıcı 
kimi, bir dəqiqə  ərzində qaynar su hamamında qızdırılarkən 
yağ damcılarını (qabarcıqlarını) seçimli və  həcmli fluoro-
xromlaşdıran fosfin – 3 – natrium oksidinin 0,05%-li məhlulu 
işlədilə bilər. Lüminessensiya intensivliyi 1 mm qalınlıqlı nazik 
qatda, işıq zolağında təyin edirlər.  
Bu üsul təzə, yağsızlaşdırılmış və bişirilmiş südün analizi 
üçün, eləcə də kefirdə və qatıqda yağın miqdarını təyin etmək 
üçün yararlı hesab olunur. 
Hələ 1973-cü ildən etibarən seriyalı  şəkildə istehsal 
edilməyə başlanan Fİ-1 markalı avtomatik işləyən fluoressentli 
yağölçən, Moskva şəhərində mövcud olan o dövrdəki Ümu-
mittifaq Elmi-Tədqiqat Elmi Cihazlar İnstitutunun əməkdaşları 
tərəfindən işlənib hazırlanmışdır ki, müasir zamanda da bu 
cihaz öz populyarlığı ilə xeyli fərqlənir.  
Bu cihaz südün tərkibindəki yağın miqdarını ölçmək üçün 
nəzərdə tutulmuşdur. Bu cihazın iş prinsipi boyayıcı ilə həcmi 
fluoxromlaşdırılan südün yağ fazasının lüminessensiya inten-
sivliyinin ölçülməsinə  əsaslanır. Süddə yağın miqdarının 


 
287
ölçülmə diapazonu 0,05-dən 6,5%-dəkdir. Tədqiqat nəti-
cələrinin Roza-Hotlib üsuluna görə təyin edilən yağlılıq göstə-
ricisindən orta kvadratik kənarlaşması 0,06%, analiz 
davamiyyəti isə 2 dəq. təşkil edir. 
 
4.3.2. Tiamin, riboflavin, fol turşuları  
kimi vitaminlərin təyini  
 
Lüminessensiyalı analiz üsulundan qida məhsullarının 
tərkibindəki B
1
, B
2
 vitaminlərini və fol turşuları qruplarını 
təyin etmək üçün geniş miqyasda istifadə edilir. 
 
4.3.2.1. B
1
 vitaminin (tiamin və ya anevrin) təyini 
 
B
1
 vitamini xüsusi fluoressensiyaya malik deyil, lakin 
onun qələvi məhlulları, sulu-qələvi məhlulları 460 – 470 nm 
dalğa uzunluğunda maksimum işıqlanma intensivliyinə malik 
göy rənglə fluoressensiya edən Tixrom əmələ  gətirərək asan-
lıqla oksidləşir. 
Bu vitamin aşağıdakı qaydada təyin olunur. Məhsulun 
çəki nümunəsi hidrolizə  məruz qoyulur. Əgər məhsulun tər-
kibində  sərbəst halda tiaminin miqdarı üstünlük təşkil edirsə, 
onda bu hidroliz turşu hidrolizi ilə məhdudlaşdırılır. Birləşmiş 
formalı vitamini təyin etmək üçün güclü diastatik aktivliyə 
malik olan fermentlə hidroliz prosesini həyata keçirilir. Tiamini 
məhluldan,  şüşədən hazırlanmış xromatoqrafiya kolonkasında 
adsorbsiya üsulu ilə ayırmaq daha məqsədəuyğun hesab olunur. 
Kolonkaya qabaqcadan silikahel doldurulur, adsorbsiyaolun-
muş vitamin adsorbentdən (silikaheldən) qaynar turş kalium-
xlorid (KCl) məhlulu ilə elyurə etməklə ayrılır. Sonra tiamin 
(K
3
Fe(CN)
6
) qələvi məhlul ilə oksidləşdirilir. 
Alınan tioxrom məhluldan izobutil, butil və ya izoamil 
spirti ilə  çıxarılaraq ayrılır. Tioxromun spirt məhlulu sudan 
ayrılır və EF-3 markalı fluorometrin köməyi ilə lüminessensiya 
intensivliyi ölçülür. Bu fluorometr 320-390 nm dalğa uzunluğu 


 
288
diapazonunda ultrabənövşəyi  şüaları özündən keçirən birinci 
işıq filtri və 400-580 nm dalğa uzunluqlu şüaları keçirə bilən 
zolağa malik ikinci işıq filtri ilə  təchiz edilir. Daha kiçik ke-
çiricilik diapazonuna malik, məsələn, giriş filtri üçün 365 nm 
dalğa uzunluğu çıxış filtri üçün 435 nm dalğa uzunluğu mak-
simumu ilə  işıq filtrlərindən istifadə edildikdə daha yaxşı 
nəticələr əldə olunur. 
Tiaminin miqdarını, tədqiq olunan oksidləşdirilmiş tio-
xrom məhlulu oksidləşdirilmiş standart məhlulla lümines-
sensiya intensivliyinə görə müqayisələndirilərək hesablama 
formuluna görə  təyin edilir. Fluorometrin yenidən işə yararlı-
lığını yoxlamaq üçün standart xinin disulfid məhlulundan isti-
fadə olunur. 
 
4.3.2.2. B
2
 vitamininin (riboflavin) təyini 
 
Qida məhsullarının tərkibində  B
2
 vitamini dörd formada 
mövcud olur:  
1. Sərbəst riboflavin; 
2. Riboflavin mononukleotid; 
3. Riboflavin flavinadenindinukleotid; 
4. Zülalla möhkəm birləşmiş nukleotid. 
Sərbəst riboflavinin və onun mononukleotidinin neytral 
su və ya spirt məhlulları sarımtıl-yaşıl rənglə fluoressensiya 
edilir; fluoressensiya zolağı 513-613 nm dalğa uzunluğu 
oblastında, maksimumla 565 nm-də yerləşir. Aktiv turşuluğun 
(pH) turşuluq və ya qələviliyə doğru dəyişməsi ilə fluoressen-
siyanın “sönməsi” baş verir. Riboflavin dinukleotidin lümines-
sensiya intensivliyi sərbəst vitamin və ya onun mononukleotidi 
ilə müqayisədə 6-10 dəfə zəifdir. Riboflavinin zülalla birləşmiş 
formaları fluoressensiyaya malik olmur. Buna görə də, B
2
 vita-
mininin ümumi miqdarını  təyin edərkən, riboflavinin zülalla 
birləşmiş  və nukleotid formalardan azad olması  həyata ke-
çirilir. 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə