255
Turşu ya Byüxner qıfında, ya da diametri 5 – 10 sm olan,
şüşədən hazırlanmış xromatoqrafik borucuqda,
neytral reak-
siyayadək yuyulur. Suyu kənarlaşdırmaq üçün kapronun
üzərinə üç-dörd dəfə 96%-li etil spirti tökülür, sonra isə otaq
temperaturunda, azacıq nəm vəziyyətədək qurudulur. Əgər
püşrükləşmiş hissəciklər olarsa, belə halda onlar
“U n i v e r s
a l” markalı dəyirmanda 1 – 2 saniyə ərzində xırdalanır.
Xırdalanmış toz son dəfə olaraq
otaq temperaturunda
qurudulurr və dəliklərinin diametri 1 mm olan ələkdən keçirilir.
3.8.2. Adsorbsiyalı xromatoqrafiya üsulunun tətbiqi
Adsorbsion xromatoqrafiya üsulunun tətbiqi sahələrini
haqqında şərh verməyi təsəvvür etmək belə mümkün deyil.
Kolonkalarda adsorbsion xromatoqrafiya üsulunu həlledicilərin
(heksan, tsikloheksan və s.) təmizlənməsi üçün, ultrabənövşəyi
spektroskopiya üçün tətbiq edilir. Lakin qida məhsullarının
analizi zamanı müxtəlif maddələrin vəsfi və preparativ ayrıl-
ması, təmizlənməsi üçün kolonkalarda
xromatoqrafiya üsu-
lunun istifadə edilməsi xüsusilə qiymətlidir. Karotinoidlərin,
antosianların, katexinlərin, sterinlərin, vitaminlərin təyini za-
manı, lipidlərin və fosfolipidlərin ayrı-ayrı qruplara fraksiya-
landırılması üçün bu üsuldan istifadə edilir.
3.8.2.1. Poliamiddə fraksiyalandırmaqla katexinlərin
və leykoantosianların təyini
Bu üsul tətbiq edilən obyektdən katexinlərin və leyko-
antosianların ekstraksiyasına, onların 50-70%-li və 96%-li etil
spirtində 0.01 n. KOH məhlulu ilə poliamiddə ardıcıllıqla mo-
nomer və kondensləşmiş formalara ayrılmasına əsaslanır.
T ə y i n a t m e t o d i k a s ı.
Fenol
birləşmələrinin
ekstraksiya üsulu “Meyvə və tərəvəzlərdə di- və trikarbon
turşularının təyini” bölməsində şərh edilmişdir. 20 q alma ləti
256
və ya 10 q alma qabığından çıxarılmış ekstrakt vakuum altında
buxarlandırılır və qalığı 20 ml 96%-li etil spirtində həll edilir.
0,3 q poliamidi (2,0 q lət və ya 1,0 q qabığa he-
sablanmaqla) çini kasaya yerləşdirir və üzərinə 2,0 q alma
lətindən (və ya 1,0 q alma qabığından) alınan 2 ml ekstrakt
əlavə edilir. Çini kasada olan kütlə 10 ml distilləolunmuş su ilə
durulaşdırır və vakuum çıxıntısı olan dərəcəli sınaq şüşəsinə
qoyulan 2 №-li Şot qıfına keçirilir.
Əvvəlcə poliamiddən 10 ml porsiyalı distilləolunmuş su
ilə şəkərlər və üzvi turşular iki dəfə yuyulur. Bundan sonra 20
ml ümumi həcmədək hər dəfə 2,0 ml olmaqla 50%-li
etil spirti
ilə 10 dəfə yumaqla sərbəst katexinlər və leykoantosianlar
elyurə edilir. Katexinlərin və leykoantosianların
kondensləşmiş
formalarının elyurə edilməsi 96%-li etil spirtində 0,01 n. KOH
məhlulu 0,1 n. xlorid turşusu məhlulu ilə neytrallaşdırma za-
manı eyni vaxtda aparılır. Bunun üçün çıxıntısı olan sınaq
şüşəsinə 1,0 ml 0,1 n. xlorid turşusu məhlulu əlavə edilir və
bundan sonra kondensləşmiş katexinlər və leykoantosianlar
ümumi həcm 10 ml-ə çatanadək, hər dəfə 2,0
ml olmaqla beş
dəfə 0,01 n. KOH məhlulu ilə yuyulur.
Birinci fraksiyada vanilin reaktivi ilə sərbəst katexinlərin
miqdarı təyin edilir. Bunun üçün elyurəedilmiş 1,0 ml məhlul
5,0 ml vanilin məhlul ilə qarışdırılır (Vanilin məhlulunu hazır-
lamaq üçün 1,0 q vanilin 100 ml qatı xlorid turşusunda həll
edirlər). Alınan boyanmış məhlulun intensivliyini 2-3 dəq-dən
sonra fotoelektrokolorimetrdə, 0,5 sm-lik küvetlərdə 2№-li
yaşıl işıq filtrində ölçülür.
Müqayisələndirmək məqsədilə
kontrol kimi, elyurəedilmiş məhluldan 1,0 ml və qatı xlorid
turşusundan 5,0 ml götürülür. Sərbəst katexinlərin konsentrasi-
yasını katexinə görə, Q.B.Samorodova – Biankinin təklif et-
diyi kimi hesablanır.
İkinci fraksiyada kondensləşmiş katexinlərin və leyko-
antosianların cəm miqdarı vanilin reaktivi ilə təyin edilir.
Onların təyinat metodikası, sərbəst katexinlər üçün olan təyinat
257
metodikası kimidir. Yenidən hesablama (–) – epikatexin və
leykosianidin dimerinə görə qurulmuş kalibrləmə xəttinə
əsasən aparılır. Leykoantosianların konsentrasiyasını təyin
etmək üçün elyurəedilmiş 1,0 ml məhlula 3:1
nisbətində
qatışdırılmış
n – butil spirti və xlorid turşusu qarışığı əlavə edir
və 30 dəq. ərzində 96 – 98
0
C istilikli qaynar su hamamında
saxlanılır. Sonra 0,3 sm qalınlığa malik küvetlərdə 536 nm
dalğa uzunluğunda optik sıxlığı ölçülür. Müqayisə məqsədilə
kontrol kimi elyurəedilmiş məhluldan 1,0 ml, n – butil spirti və
xlorid turşusu qarışığından (3:1) isə 4 ml götürür, sonra isə
optik sıxlığı ölçülür.
Leykoantosianların miqdarını n - butil spirti və qatı xlorid
turşusunun 3:1 nisbətli qarışığı ilə 30 dəq. ərzində qaynar su
hamamında işlənmiş (–) – epikatexin və leykosianidin dimerinə
görə qurulmuş kalibrləmə xəttinə əsasən hesablanır.
Kondensləşmiş katexinlərin və leykoantosianların cəmi,
leykoantosianların miqdarı arasındakı fərq kondensləşmiş
formalı katexinlərin cəminə bərabər olacaqdır.
3.9. İon-mübadilə xromatoqrafiyası
3.9.1. İon-mübadilə xromatoqrafiyası
üsulunun əsasları
İon-mübadilə xromatoqrafiyasında adi adsorbsiya əvəzinə
ionların adsorbsiyası baş verir. Bu üsul qarışıqların ayrılması
üçün öz ionlarını elektrolitlərin məhluldakı ionları ilə dəyiş-
məyə qabil olan elektrolit ionitlərin və ya ion dəyişdiricilərin
istifadəsinə əsaslanır. Ayrılma, müxtəlif ionların belə mü-
badiləyə qarşı müxtəlif reaksiya qabiliyyəti nəticəsində baş
verir. İonitlərlə elektrolitlər arasında ionların mübadilə prosesi,
ionların məhluldan ionitə və ionitdən məhlula diffuziyası ilə
şərtlənir. Bu zaman ekvivalent
ion mübadiləsi baş verir, yəni