Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə86/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   82   83   84   85   86   87   88   89   ...   108

 
283
terikdir.  Ət korlandıqda, sulu ekstraktların lüminessensiya 
intensivliyi artır və lüminessensiya spektrlərinin maksimumları 
qısa dalğalar tərəfdə bir qədər qarışır. Təzəliyi şübhəli olan ət 
ekstraktları 512-516 nm spektr maksimumunda 20-30 mksb lü-
minessensiya intensivliyinə malik olur. Tamamilə köhnə ətdən 
alınan ekstraktlar 498-502 nm spektr maksimumu ilə lümi-
nessensiya edilir, lüminessensiya intensivliyi 40-50 mksb-dək 
artır. Bu üsul bir neçə  dəqiqə  ərzində  ətin təzəlik dərəcəsini 
müəyyənləşdirməyə imkan verir. 
Balığın təzəliyinin lüminessensiyalı analizinin 360 – 365 
nm dalğa uzunluğu oblastında həyəcanlanma zamanı yerinə 
yetirilməsi məsləhət görülür, bu zaman şirin su və dəniz balıq-
larının sulu ekstraktlarının və  əzələ  kəsiklərinin işıqlanması 
420 – 640 nm dalğa uzunluğu oblastında müşahidə olunur. Ba-
lığın korlanması prosesində lüminessensiya intensivliyi 440 – 
460 nm dalğa uzunluğu oblastında yüksəlir, spektrin bu ob-
lastında balığın aktiv turşuluğu (pH) onun lüminessensiya in-
tensivliyinə  təsir göstərmir. Güman edilir ki, balığın korlan-
ması zamanı lüminessensiya intensivliyinin artması, məhsulun 
mikrobioloji yoluxması ilə  əlaqədardır, belə ki, çürümə mik-
roorqanizmlərinin təmiz kulturaları 360-365 nm dalğa uzun-
luğu oblastında həyəcanlanma zamanı 400 – 600 nm dalğa 
uzunluğu oblastında 460 nm spektr maksimumu ilə lümines-
sensiya edilir, bununla belə mikrofloranın konsentrasiyası art-
dıqca sulu məhlullarda lüminessensiya intensivliyi yüksəlir. 
Soyudulmuş suf balığı əzələlərindəki mikroorqanizmlərin miq-
darı ilə lüminessensiya intensivliyi arasındakı korrelyasiya, 
yəni düzəliş əmsalı maksimum 0,84-dür. 
Lüminessensiya intensivliyinə görə 360 – 365 nm dalğa 
uzunluğunda həyəcanlanma zamanı, fotometrlə  təyin olunan 
maksimumda lüminessensiya intensivliyinə  əsasən balığın 
təzəliyini  əks etdirən parametrlər təklif edilmişdir. Bu para-
metrlərə uyğun olaraq balığı iki tipə bölünür. Birinci tipə zəif 
lüminessensiya xüsusiyyətli balıqları, yəni karp, suf, dur-
nabalığı, treska, xanıbalığı növlərini, ikinci tipə isə kəskin ifadə 


 
284
olunan lüminessensiya xüsusiyyətli balıq növlərini, məsələn, 
paltus balığı aid edilir (cədvəl 16). 
                                                                        Cədvəl 16 
Lüminessensiya intensivliyinin balığın  
təzəlik dərəcəsindən asılılığı 
 
Balığın təzəlik dərəcəsi 
Lüminessensiya intensivliyi, mka 
I tip 
II tip 
Təzə balıq  
25 – 50  
50 – 70  
Təzəliyi şübhəli olan balıq  
60 – 80  
120 – 140  
Tam köhnə balıq 
100 – 180  
160 – 200  
 
Balığın təzəliyini təyin etmək üçün nəzərdə tutulan tək-
milləşdirilmiş lüminessentli fotometr, bilavasitə balığın səthin-
də ekspress-analiz aparmağa imkan verir və keyfiyyətinə görə 
balıqları növləşdirərkən istifadə oluna bilər. 
 
4. 3. Qida məhsullarının kimyəvi tərkibinin təyini 
 
Miqdarca lüminessensiyalı analiz üsulu məhlulda lümi-
nessensiya intensivliyinə  əsasən tədqiq olunan maddənin kon-
sentrasiyasını müəyyən etməyə imkan verir.  
Miqdarca analiz texnikası ona əsaslanır ki, məhluldakı 
fluoressensiyalanan maddənin kiçik miqdarında, işıqlanma ay-
dınlığı və sınaq nümunəsindəki maddələrin konsentrasiyası ara-
sında proporsional asılılıq mövcud olur. Lüminessensiya in-
tensivliyinə görə qeyri-müəyyən konsentrasiyalı məhlulun eta-
lon məhlulla müqayisələndirilmənin aparılması daha əlverişli 
hesab edilir. Sınaq nümunələrindəki maddələrin miqdarı stan-
dart məhlullardakı maddələrin konsentrasiyasına  əsasən he-
sablanır. 
Əvvəlcədən qurulmuş kalibrləmə qrafikindən istifadə 
etmək də mümkündür, lakin bu üsul daha az etibarlıdır, belə ki, 
bu halda lüminessensiyaya bir çox amillər (məsələn, kənar 


 
285
qatışıqların miqdarı, temperaturun yüksəlməsi, tədqiq edilən 
komponentin məhluldakı mövcud miqdarı  və s.) təsir göstərir 
və lüminessentli analiz aparılarkən tədqiq olunan və standart 
məhlullar üçün eyni identik şəraitlərin yaradılması olduqca 
vacib hesab edilir.  
Tədqiq edilən maddələrdə özlərinin xüsusi lüminessen-
siyası olmadıqda, fluoressensiya etməyən maddələrin fluoro-
xromlarla reaksiya məhsullarının ikinci fluoressensiyasından 
istifadə edirlər. 
Miqdarca lüminessentli analizdə, daha tez-tez fluorimetr-
lər və ya fluorometrlər kimi adlandırılan lüminessent foto-
metrləri tətbiq edilir. 
Qida məhsullarındakı vitaminləri təyin etmək və yağlarda 
oksidləşmə proseslərini tədqiq etmək üçün, adətən EF – 3 mar-
kalı fluorometrdən istifadə olunur. Südün tərkibindəki zü-
lalların və yağların miqdarını təyin etmək üçün nəzərdə tutulan 
müxtəlif markalı yeni cihazlar işlənib hazırlanmışdır.  
Əgər tədqiq olunan sınaq nümunəsinin tərkibinə fluores-
sensiyalanan bir neçə maddə daxildirsə, onda xüsusi spektral 
cihazların köməyi ilə  şüalanma enerjisi spektrə ayırılır (par-
çalanır), bu zaman şüalanma intensivliyi fotoelektrik və ya 
fotoqrafik üsulla qeydiyyata alırlar, yəni registrasiya edilir. 
Lüminessensiya intensivliyini fotoelektrik registrasiyası 
üçün fluorometrlər mövcud olmayan halda, bəzən, mono-
xromatorlar, spektrofotometrlər və ya xüsusi nasadkalı spek-
troskoplardan istifadə edilir. 
 
4.3.1. Süddə zülalların və yağların təyin edilməsi 
 
Süd zülalları, spektrin ultrabənövşəyi oblastında xüsusi 
(ilkin) fluoressensiya ilə üstünlük təşkil edir. 340 – 350 nm 
dalğa uzunluğu maksimumunda lüminessensiya intensivliyi 
süddəki zülalların konsentrasiyasına proporsional olur. 
S.V.Konev və  İ.İ.Kozunin tərəfindən işlənib hazırlanmış süd-
dəki zülalların təyin edilməsinin fluoressentli ekspes üsulu 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə