289
Riboflavinin zülalla möhkəm birləşməsini parçalamaq
üçün məhsulun əvvəlcədən hazırlanmış çəki nümunəsini fer-
ment və ya turşu hidrolizinə məruz qoyulur. Ferment hidro-
lizinə məruz qoyulma halında kripsin, pankreatin və ya peni-
sillium mitsellərindən alınan ferment preparatlarından istifadə
edilir. Riboflavini nukleotid birləşmələrdən, filtrlənmiş hid-
rolizatı trixlorsirkə turşusu məhlulu ilə işləməklə azad etmək
olar. Bu məqsədlə bəzən fosfataza preparatlardan da istifadə
edilir. Sonra K
2
HPO
4
məhlulu ilə aktiv turşuluğu 6-ya çatdırır
və sonradan reduksiyaya məruz qoymaqla sınaq məhlulu
kalium permanqanat məhlulu ilə oksidləşdirirlər. Sınaq məhlu-
lunu oksidləşdirməklə fluoressensiyalanan qatışıqların vita-
minin təyinat nəticələrinə göstərə biləcəyi təsir aradan qal-
dırılmağa çalışılır.
İşçi və standart məhlulların lüminessensiya intensivliyi
350-480 nm keçiricilik zolağına malik ilkin işıq filtrli və 510-
650 nm spektr oblastında şüaları buraxan ikinci filtrli EF-3
markalı cihazın köməyi ilə ölçülür.
İşçi və standart məhlulların natrium hidrosulfitlə işlən-
məsi yolu ilə fluoressensiya “söndürüldükdən” sonra ölçülən
qalıq fluoressensiyasını da hesabat formulunda nəzərə alınır.
Standart riboflavin məhlulunun fluoressensiyası işləndikdən
sonra, adətən sıfıradək “sönür”. Sınaq məhlulunun özündə bir
qismi ekstraktın mükəmməl təmizlənməsinə baxmayaraq qalan
fluoressensiyaedən qatışıqların mövcudluğu ilə şərtlənən
azacıq fluoressensiya qalır.
Riboflavinin lüminessentli analizi bir neçə modifika-
siyalarda yerinə yetirilir.
Qida məhsullarının tərkibində mövcud olan B
2
vitami-
ninin təyini üzrə bir neçə yeni fluorometrik ekspres-metod
işlənib hazırlanmışdır.
290
4.3.2.3. Fol turşusu qrupu vitaminlərinin təyini
Bu qrup vitaminlər xüsusi fluoressensiyaya malik olur.
Onlar oksidləşən zaman 470 nm dalğa uzunluğunda maksi-
mumla mavi rəngli fluoressensiyaya malik törəmələr əmələ
gəlir.
Fol turşularının fluorometrik təyini üsulu aşağıda gös-
tərilən qaydada yerinə yetirilir. Məhsulun çəki nümunəsini, bir-
ləşmiş formalı vitamini ayırmaq (çıxarmaq) üçün fermentativ
hidrolizə məruz qoyulur. Fol turşusunu hidrolizatdan aktiv-
ləşdirilmiş kömürün və ya digər adsorbentin köməyi ilə ayırır
(adsorbsiya edir), sonra vitaminləri zəif ammonyak məhlulu
vasitəsilə elyurə edirlər. Ammonyak distillə edilir, vitaminlər
olan mayen isə kalium permanqanat (KMnO
4
) və hidrogen
peroksid (H
2
O
2
) ilə oksidləşdirilir.
Məhlulun lüminessensiya intensivliyini aktiv turşuluğun
(pH) 4,0-4,5 qiymətində, 365 nm dalğa uzunluğuna malik mak-
simum keçiricilikli ilkin işıq filtrli və 470 nm dalğa uzunluğuna
malik maksimum keçiricilikli ikinci filtrli EF-3 markalı
cihazda ölçür. Fluorometrin göstəricisindən kontrol məhlulun
lüminessensiya intensivliyini çıxır, bu da sınaq nümunəsinə
analoji olaraq, lakin sınaq nümunəsi olmadan hazırlanır.
Hesablama formulunda standart məhlulun lüminessensiya
intensivliyi, məhluldakı fol turşusunun konsentrasiyası və işin
gedişi zamanı yerinə yetirilən durulaşdırılma da nəzərə alınır.
4.3.3. Qida məhsullarının zərərsizliyinə nəzarət
4.3.3.1. Polisiklik aromatik karbohidrogenlərin
(PAK) təyini
Polisiklik aromatik karbohidrogenlər bitki mənşəli, hisə
verilmiş qida məhsullarının tərkibində mövcuddur. Tərəvəz-
lərdə və dənli bitkilərdə, əsas etibarilə onların tərkibinə torpaq-
dan keçən 13-dək polisiklik aromatik karbohidrogen aşkar
olunmuşdur. Polisiklik aromatik karbohidrogenlərin qida
291
məhsullarına düşmə mənbəyi kimi su, hava və hisləyici tüstü
də rol oynayır.
Böyük sənaye şəhərlərinin və eləcə də əhalisi sıxlıq təşkil
edən böyük şəhərlərin havasında, məsələn 15-dək polisiklik
aromatik karbohidrogen, o cümlədən 3,4 – benzpiren (müasir
terminalogiyaya əsasən bu birləşmə “benz(a)piren” adlan-
dırılır) – güclü konserogen təsirə malik maddə mövcud olur.
Benz(a)piren (BP) və digər polisiklik aromatik karbohidro-
genlər zeytun, qarğıdalı, günəbaxan, pambıq və digər qida və
texniki yağların tərkibində də aşkarlanmışdır. Bitki yağlarının
istehsalat nümunələrinin tərkibində benz(a)prenin konsentra-
siyası 0,2-dən 10 mqk/kq-dək civarında dəyişir.
Bu maddə yağlarda yaxşı həll olur və yağlı bitkilərin
meyvə və toxumlarından istehsal prosesi zamanı çıxarılması
mümkün olur.
Benz(a)prenin daha yüksək miqdarı, yağlı bitkilərin to-
xumlarının meyvə qabıqlarında mövcud olan lipidlərin tər-
kibində aşkar olunmuşdur. Günəbaxan toxumalarını qurudan
zaman benz(a)prenin onlardakı miqdarı kameralarda yanacağın
tam yanmaması nəticəsində yüksələ bilər.
Ənənəvi tüstü üsulu ilə hazırlanan qaynar hisə verilmiş
balığın, eləcə də hisə verilmiş və yarım hisə verilmiş kolbasa
məmulatlarının tərkibində benz(a)prenin miqdarı, 1 kq məh-
sulda 1,0 mkq-dan onlarla mkq-dək həddə dəyişir. Soyuq halda
hisə verilmiş balıqda və bişirilmiş kolbasa məmulatlarında
benz(a)prenin miqdarı 0,2-0,3-dən 1,0 mkq/kq-dək konsen-
trasiyalarda mövcud olur.
Tütün tüstüsündə benz(a)prenin daha yüksək miqdarı
aşkar edilmişdir.
Benz(a)prenin və digər konserogen polisiklik aromatik
karbohidrogenlərin təyin olunması, aşağı temperaturda fluoros-
sensiya spektrinin incə strukturuna görə aparılır. Qida məh-
sullarını tənqid etmək üçün P.P.Dikun tərəfindən işlənib hazır-
lanan konserogen polisiklik aromatik karbohidrogenlərin,
Dostları ilə paylaş: |