286
yuxarıda adı çəkilən halın mövcudluğuna əsaslanır.
Bu alimlər
tərəfindən konstruksiya edilmiş fluoressensiyalı proteiumetr
3,0 – 5,0 dəq. ərzində 0,1%-dək dəqiqliklə süddəki zülalların
miqdarını təyin etməyə imkan verir.
Son zamanlarda yerinə yetirilən tədqiqat işlərindən əldə
edilən nəticələr göstərir ki, lüminessensiya intensivliyinə (Lİ)
zülalların konsentrasiyası ilə yanaşı, fluoressensiyanın (B
kv
)
“kvant çıxımı”nı dəyişən zülal molekullarının strukturu da təsir
göstərir. Struktur faktoru aradan qaldırmaq və fluoressen-
siyanın (B
kv
) “kvant çıxımı”nı stabilləşdirmək (sabitləşdirmək)
üçün S. V. Konev tərəfindən iki üsul təklif edilmişdir:
a) zülalların 8 M sidik cövhəri ilə monomerləşdirilməsi;
b) süd zülallarının formaldehid
və ya kalsium xloridlə
aqreqasiyası.
Süddə yağların təyini, südün yağ fazasının fluorox-
romlaşması ilə yaranan ikinci fluoressensiayaya əsaslanır, belə
ki, süd yağı xüsusi fluoressensiyaya malik olmur. Boyayıcı
kimi, bir dəqiqə ərzində qaynar su hamamında qızdırılarkən
yağ damcılarını (qabarcıqlarını) seçimli və həcmli fluoro-
xromlaşdıran fosfin – 3 – natrium oksidinin 0,05%-li məhlulu
işlədilə bilər. Lüminessensiya intensivliyi 1 mm qalınlıqlı nazik
qatda, işıq zolağında təyin edirlər.
Bu üsul təzə, yağsızlaşdırılmış və bişirilmiş südün analizi
üçün, eləcə də kefirdə və qatıqda yağın miqdarını təyin etmək
üçün yararlı hesab olunur.
Hələ 1973-cü ildən etibarən seriyalı şəkildə istehsal
edilməyə başlanan Fİ-1 markalı avtomatik
işləyən fluoressentli
yağölçən, Moskva şəhərində mövcud olan o dövrdəki Ümu-
mittifaq Elmi-Tədqiqat Elmi Cihazlar İnstitutunun əməkdaşları
tərəfindən işlənib hazırlanmışdır ki, müasir zamanda da bu
cihaz öz populyarlığı ilə xeyli fərqlənir.
Bu cihaz südün tərkibindəki yağın miqdarını ölçmək üçün
nəzərdə tutulmuşdur. Bu cihazın iş prinsipi boyayıcı ilə həcmi
fluoxromlaşdırılan südün yağ fazasının lüminessensiya inten-
sivliyinin ölçülməsinə əsaslanır. Süddə yağın miqdarının
287
ölçülmə diapazonu 0,05-dən 6,5%-dəkdir. Tədqiqat nəti-
cələrinin Roza-Hotlib üsuluna görə təyin edilən yağlılıq göstə-
ricisindən orta kvadratik kənarlaşması 0,06%, analiz
davamiyyəti isə 2 dəq. təşkil edir.
4.3.2. Tiamin, riboflavin, fol turşuları
kimi vitaminlərin təyini
Lüminessensiyalı analiz üsulundan qida məhsullarının
tərkibindəki B
1
, B
2
vitaminlərini və fol turşuları qruplarını
təyin etmək üçün geniş miqyasda istifadə edilir.
4.3.2.1. B
1
vitaminin (tiamin və ya anevrin) təyini
B
1
vitamini xüsusi fluoressensiyaya malik deyil, lakin
onun qələvi məhlulları, sulu-qələvi məhlulları 460 – 470 nm
dalğa uzunluğunda maksimum işıqlanma intensivliyinə malik
göy rənglə fluoressensiya edən Tixrom əmələ gətirərək asan-
lıqla oksidləşir.
Bu vitamin aşağıdakı qaydada təyin olunur. Məhsulun
çəki nümunəsi hidrolizə məruz qoyulur. Əgər məhsulun tər-
kibində sərbəst halda tiaminin miqdarı üstünlük təşkil edirsə,
onda bu hidroliz turşu hidrolizi ilə məhdudlaşdırılır.
Birləşmiş
formalı vitamini təyin etmək üçün güclü diastatik aktivliyə
malik olan fermentlə hidroliz prosesini həyata keçirilir. Tiamini
məhluldan, şüşədən hazırlanmış xromatoqrafiya kolonkasında
adsorbsiya üsulu ilə ayırmaq daha məqsədəuyğun hesab olunur.
Kolonkaya qabaqcadan silikahel doldurulur, adsorbsiyaolun-
muş vitamin adsorbentdən (silikaheldən) qaynar turş kalium-
xlorid (KCl) məhlulu ilə elyurə etməklə ayrılır.
Sonra tiamin
(K
3
Fe(CN)
6
) qələvi məhlul ilə oksidləşdirilir.
Alınan tioxrom məhluldan izobutil, butil və ya izoamil
spirti ilə çıxarılaraq ayrılır. Tioxromun spirt məhlulu sudan
ayrılır və EF-3 markalı fluorometrin köməyi ilə lüminessensiya
intensivliyi ölçülür. Bu fluorometr 320-390 nm dalğa uzunluğu
288
diapazonunda ultrabənövşəyi şüaları özündən
keçirən birinci
işıq filtri və 400-580 nm dalğa uzunluqlu şüaları keçirə bilən
zolağa malik ikinci işıq filtri ilə təchiz edilir. Daha kiçik ke-
çiricilik diapazonuna malik, məsələn, giriş filtri üçün 365 nm
dalğa uzunluğu çıxış filtri üçün 435 nm dalğa uzunluğu mak-
simumu ilə işıq filtrlərindən istifadə edildikdə daha yaxşı
nəticələr əldə olunur.
Tiaminin miqdarını, tədqiq olunan oksidləşdirilmiş tio-
xrom məhlulu oksidləşdirilmiş standart məhlulla lümines-
sensiya intensivliyinə görə müqayisələndirilərək
hesablama
formuluna görə təyin edilir. Fluorometrin yenidən işə yararlı-
lığını yoxlamaq üçün standart xinin disulfid məhlulundan isti-
fadə olunur.
4.3.2.2. B
2
vitamininin (riboflavin) təyini
Qida məhsullarının tərkibində B
2
vitamini dörd formada
mövcud olur:
1. Sərbəst riboflavin;
2. Riboflavin mononukleotid;
3. Riboflavin flavinadenindinukleotid;
4. Zülalla möhkəm birləşmiş nukleotid.
Sərbəst riboflavinin və onun
mononukleotidinin neytral
su və ya spirt məhlulları sarımtıl-yaşıl rənglə fluoressensiya
edilir; fluoressensiya zolağı 513-613 nm dalğa uzunluğu
oblastında, maksimumla 565 nm-də yerləşir. Aktiv turşuluğun
(pH) turşuluq və ya qələviliyə doğru dəyişməsi ilə fluoressen-
siyanın “sönməsi” baş verir. Riboflavin dinukleotidin lümines-
sensiya intensivliyi sərbəst vitamin
və ya onun mononukleotidi
ilə müqayisədə 6-10 dəfə zəifdir. Riboflavinin zülalla birləşmiş
formaları fluoressensiyaya malik olmur. Buna görə də, B
2
vita-
mininin ümumi miqdarını təyin edərkən, riboflavinin zülalla
birləşmiş və nukleotid formalardan azad olması həyata ke-
çirilir.