107
obrazlar + Müəllif obraz Dədə Qorqud» kimi ikiqatlı
prinsiplə qurulmuşdursa, povestin obrazlar sistemi üçqatlı
quruluşa malikdir: «Bütün obrazlar +
Müəllif obraz Dədə
Qorqud + Müəllif obraz Anar». Burada (povestdə) «hər
kəsin» öz süjet yükü var. «Bütün obrazlar» öz süjet funk-
siyaları ilə süjetin funksional sistemini hərəkətə gətirirlər.
Anar «müəllif-obraz» Dədə Qorqudun eposdakı funksio-
nal strukturunu povestdə olduğu kimi saxlamışdır. Dədə
Qorqud həm süjetin içində, həm də fövqündədir. Anar özü
də povestin mətnində iştirak edir. Lakin onun iştirakı mət-
nin quruluşunun süjet qatında deyil, ümumi mətn səviyyə-
sindədir: Dədə Qorqud həm süjetin içində, həm də föv-
qündə olduğu kimi, Anar da həm mətnin içində, həm də
fövqündədir. Onun mətnin
quruluşunu təşkil edən ele-
mentlərin hamısı kimi öz «məna yükü» var. Başqa sözlə,
yazıçı Anarın ilk baxışda «Kitabi-Dədə Qorqud» eposunun
sadəcə bədiiləşdirilməsi təsirini bağışlayan povestinin ən
əsas və başlıca özəlliyi ondan ibarətdir ki, burada «mətnin
müəllifi» Anar eyni zamanda mətnin poetik qurumunun
struktur elementi - obrazıdır.
Anarın bir müəllif kimi mətnin çölündən mətnə «mü-
daxiləsi» təkcə əsəri beynində bədii konstruksiya kimi qu-
rub kağıza köçürməklə bitmir. «Mətn müəllifi» öz «məna
yükü» ilə mətnin içərisinə daxil olaraq «mətniçi elemen-
tə», başqa sözlə, mətnin yaradıcısından həm
də onun işti-
rakçısına çevrilir. «Kitabi-Dədə Qorqud» eposunun Anar
yaradıcılığında qazandığı yeni cazibədarlığın sirri də elə
bunda - müəllif-obraz Anarın mətndəki xüsusi «məna
yükündədir». Bu «yük» nədən ibarətdir?
Bu - milli tarixi tale yüküdür. Anar milli mədəniyyə-
tin «ana kitabını» povestdə milli tarixin ana sütununa, mil-
li taleyin məhvərinə çevirmişdir. Həmin milli tale yükü
əsərdə qatbaqat quruluşa malik mürəkkəb müəllif kon-
septini təşkil edir. Burada milli tale epoxal-tarixi layların
108
üzvi sistemidir. Bizim təhlilimizdə Anarın mətnə daxil
etdiyi «milli tale yükünün» hələlik üç qatı aşkarlana bilir:
1. «Kitabi-Dədə Qorqud» eposundan gələn oğuz
milli tarixi;
2. Oğuz tarixinin də onun
içərisinə bütövlükdə daxil
olduğu ümumtürk milli tarixi;
3. Oğuz-Türk taleyinin içində olan Azərbaycan milli
tarixi.
Bu üç qat biri-birinin içində olub, vahid orqanizmi
təşkil etməklə «ümummilli taleyi» yaradır. Həmin ümum-
milli tale «Kitabi-Dədə Qorqud» dastanlarında «oğuzların
tarixi» kimi təcəssüm olunmuşdur. Anar isə öz povestində
hər üç layı - oğuz tarixi, ümumtürk tarixi və Azərbaycan
tarixini həm ayrılıqda, həm
də bütöv bir orqanizm kimi
əsərə daxil etmişdir. Əslində, Anarın povestinin «Kitabi-
Dədə Qorqud» dastanlarından «yaradıcı fərqi», başqa söz-
lə, müəllif «payı» məhz bu rolla müəyyənləşir. Povestdə
biz ümumtürk tarixi, yaxud Azərbaycan tarixi məişəti ilə
bağlı çoxlu bədii detallara təsadüf edirik. Bunu tədqiqatçı-
lar yazıçının tarixi-etnoqrafik detallardan istifadə bacarığı
kimi, yaxud əsərə tarixi kolorit qatmaq istedadı kimi də
qiymətləndirirlər. Əslində, bu, yazıçı Anarın povestin mət-
nində bir müəllif-obraz kimi iştirak «yüküdür». O, daim
povestdəki hadisələrin «yanındadır». Öz «məna yükü» ilə
qədim eposdan gələn süjet və motivləri «ümummilli tale-
yin» enercisi ilə süsləndirir. Onları oğuz tarixinin sxemlə-
rindən ümumtürk, ümumazərbaycan tarixinin sxemləri-
nədək inkişaf etdirir.
Povestdə bir ciddi
məqam da ümumnəzəri aspekt
kimi diqqəti cəlb edir. Anar eposun obrazları üzərində san-
ki «cərrahi korreksiya» aparır. Müəyyən obrazları bir ob-
razda birləşdirir, birinin funksiyasını digərinə «verir» və s.
Bütün bunlar zahiri görüm planında yazıçının yaradıcılıq
sərbəstliyidir. Və hər bir yaradıcı subyekt kimi Anarın da
109
belə «əməliyyatlardan» istifadə etmək hüququ vardır.
Lakin məsələnin kökləri bir qədər də dərindədir. Anar bu
yaradıcı əməliyyatları apararkən eposun poetik quruluşunu
pozmur. Hər bir eposda olduğu kimi, «Kitabi-Dədə Qor-
qud» dastanlarında da təsadüfi obrazlar ola bilməz. Mətn-
dəki obrazlar epik dünya modelinin quruluşunu əks etdirir.
Bu cəhətdən dünya modelində nə qədər həyati funksiya
varsa, o sayda da həmin funksiyaların daşıyıcı obrazı ol-
malıdır. «Kitabi-Dədə Qorqud» eposu ilə bütün yaradıcı
ömrü boyu bədii-intellektual ünsiyyətdə olan Anar eposun
poetikasını bütün ruhu ilə duyur. Ona görə də onun obraz-
lar üzərində apardığı əməliyyatlar, əslində, epos poetika-
sının
quruluşunu, funksiyaların sistemini pozub-dağıtmır.
Anarın povestdə gördüyü iş məhz funksiyaların təbiətinə
uyğun obrazyaratmadır. Onu da vurğulamaq lazımdır ki,
məhz bu cəhəti Anarın «Kitabi-Dədə Qorqud» dastanı əsa-
sında yazdığı «Dədə Qorqud» povestini yeni bir eposa -
«povest-dastana», yaxud kino dilində özünün düşündüyü
kimi «kinodastana» çevirmişdir.
Bütün bu deyilənləri əyaniləşdirmək üçün povestə
müraciət edək. Əsər oğuzların öz aralarında qanlı döyüşü-
nün təsviri ilə başlanır: «O gün Oğuz ellərinin ağır günüy-
dü. Oğuz oğulları biri-birinə qarşı qalxmışdı. Dost-dostla,
qohum-qohumla cəng edirdi, qardaş qardaşdan, ata oğul-
dan ayrılmışdı» (41, 4).
Anar yaradıcı kombinasiya edərək «Kitabi-Dədə
Qorqud» eposunun sonunda İç Oğuzla Daş oğuz arasında-
kı qardaş qırğınını povestin əvvəlinə gətirir: son
ilə əvvə-
lin (sonluqla başlığın) yerini dəyişir. Bədii mətn konsturk-
siyasında yerdəyişmə heç vaxt riyaziyyatdakı «iki ədədin
yerini dəyişdikdə cəmin dəyişməməsi» kimi mexaniki
əməliyyat deyildir. Mətndə yerdəyişmə poetik məkanların
və zamanların yerdəyişməsidir. Bununla mətnin bütün
xronotopu - məkan-zaman sistemi dəyişir. Bu isə
110
müəllifdən dəyişdirdiyi sistemin yeni kombinasiyada dü-
züm formulunu tapmağı tələb edir. Süjetdən məlum olur
ki, bu, Anar tərəfindən düşünülmüş müəllif bədii konsep-
siyasına uyğun bütöv kompozisiya sistemidir. Bu döyüşün
qəribə sonluğu da həmin sistemin içindədir. Belə ki, dö-
yüşdə öldürülənlər daşa çevrilirlər: «Döyüş meydanının
qəribə mənzərəsi vardı. İgidlər, atlar bir-bir həlak olduqca
donub qalırdılar, daşa dönürdülər...
Döyüş sona yetdi; indi
bu meydan daş heykəllər düzülmüş bir çöl idi, insan və at
heykəlləri müxtəlif vəziyyətlərdə, müxtəlif biçimlərdə do-
nub qalmışdı..» (41, 4-5).
Bu daş mənzərəsi müəllifin düşüncəsində konstruksi-
yalaşdırılmış tarix konsepsiyasının bədii təzahürüdür. Hə-
min daş heykəllər Azərbaycan-oğuz-türk tarixinin «daşla
yazılmış kitabı» - «daşa yazılmış tarixidir». Əsərdəki Qo-
bustan obrazı məhz bu daşla yazılmış tarixin obrazıdır. Bu
tarix əsərdə quru, çılpaq hadisələrin düzümü kimi verilmir.
Biz burada milli tarixin təməl fəlsəfəsini - həyat-ölüm mo-
delini də görürük. Anar əsərin əvvəlində Dədə Qorqudun
mifoloji əfsanələrdən bizə məlum olan «ölümdənqaçma»
motivini məhz milli tarixin fəlsəfi-bədii əsası kimi mətnə
daxil etmiş və povestin bütün süjetini, obrazların bütün
hərəkət dinamikasını bu həyat fəlsəfəsinin məntiqinə tabe
etmişdir.
«Kitabi-Dədə Qorqud» dastanlarının
süjet-kompozi-
siya quruluşunu əks etdirən elementləri əsərə üzvi ünsürlər
kimi daxil edən Anar povestin əsas süjetini eposun ilk bo-
yu olan «Dirsə xan oğlu Buğac» boyunda olduğu kimi Ba-
yandır xanın məclisi ilə başlayır. Üç çadır qurulub: ağ, qır-
mızı və qara. Ağ -oğlu olanlar, qırmızı qızı olanlar, qara -
övladsızlar üçündür. Biz burada müəllif düşüncəsində mo-
delləşdirilmiş ilk yaradıcı əməliyyatla qarşılaşırıq: epos-
dan fərqli olaraq Bayandır xanın vəziri var və bu, bizim
eposda Daş Oğuzun başçısı kimi tanıdığımız Alp Aruzdur.