Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə29/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   25   26   27   28   29   30   31   32   ...   89

 115 
Beyrəyi Alp Aruzun fitvası ilə Parasarın Bayburd 
hasarının xaqanı Qara Arslan qaçırtdırıb öz qalasında 
dustaq edir.  Qara Aslan ona Oğuza qarşı  çıxmağı  təklif 
edir. Beyrək: «Mərd oğul öz yurduna yad olmaz» - deyib 
(41, 41) bu təklifdən imtina edir. Anar burada bir çox ya-
radıcı kontaminasiyalar - obraz-süjet çarpazlaşmaları apar-
mışdır. Eposda Salur Qazan dustaq olarkən Təkurun arva-
dı ilə onun arasındakı dialoqu yazıçı  əsərdə Beyrəyə aid 
edir. Bundan başqa, eposdan məlum olan Qanturalı-Selcan 
xatun xəttini də Beyrək obrazına yönəltmişdir. Beyrək 
eposdakı Qanturalı kimi xaqanın vəhşi heyvanlarını məğ-
lub edir. Bu zaman Selcan xatun ona aşiq olur. Beyrək 
vəhşi heyvanlarla vuruşmada qələbə qazanıb Selcan xatu-
na evlənmək imkanı  əldə etsə  də, o: «Mənim öz elimdə 
göz açıb gördüyüm, könül verib sevdiyim adaxlım var» - 
deyərək (41, 48) Selcandan imtina edir. Onu yenidən zin-
dana salırlar. Selcan onu şəhvani nəfslə  sınağa çıkir. Hər 
gecə yanına gəlib soyunaraq özünü Beyrəyə  təklif edir. 
Beyrək isə aralarına qılınc qoyub öz sevgisinə sadiq qalır. 
Nəhayət, bir gün ağır, üzücü, sonu görünməyən  əzab öz 
işini görür: Beyrək Selcanın təklifini qəbul edir. Selcan 
başa düşür ki, o, oğuz igidini daxilən sındırıb, indi Beyrək 
heç yana qaçıb getməyəcək. Odur ki, Beyrəyi zindandan 
azad elətdirir. Beyrək nə  qədər istəyirsə, qaçıb gedə bil-
mir, çünki o, sevgilisi Banıçiçəyə xəyanət etmişdi. Bir gün 
atası  Bəyburanın göndərdiyi tacirlər onun olduğu qalaya 
gəlib çıxırlar. O, özünü tacirlərə tanıtmayıb onlara deyir 
ki, Beyrək ölüb. O, bunu deməklə, əslində özünü mənəvi 
cəhətdən, doğrudan da, ölmüş sayırdı.  
Tacirlər ona Beyrəyin qəbrinə tökməyə vətən torpağı 
verib gedirlər: «Beyrək uzun-uzun karvanın dalınca baxdı, 
sonra torpaq bükülü dəsmalı açdı. Üzünü ovcundakı torpa-
ğa qoyub iynədi, bayıldı, yavaşcadan: 
 116
 - Yovşan iyi, - dedi və birdən anladı ki, daha burada 
qala bilməyəcək. Yerindən sıçradı, dəli kimi qaçmağa baş-
ladı. Yamaclardan, qayalardan, yarğanlardan atıldı. Hasa-
rın üstündə, Ağca bürcdən Selcan xatun Beyrəyin qaçdı-
ğını gördü, yaralı quş kimi çırpındı, hasardan pırlayıb uç-
maq istədi. Keşikçiləri səsləyib əmr etmək istədi ki, Bey-
rəyi qovub tutsunlar, qaytarsınlar. Amma birdən-birə o da 
başa düşdü ki, hər  şey  əbəsdir, Beyrəyi daha qaytarmaq 
olmayacaq» (41, 73). 
Göründüyü kimi, yovşan obrazı çox qüvvətli məna 
yükünə malikdir. Yovşan ilk öncə Beyrək və Banıçiçəyin 
arasındakı məhəbbətin saflığını, müqəddəsliyini simvolizə 
edir. Hər ikisi biri-birinin iyini yovşandan alır. Yovşan bu 
halda vətən övladlarının biri-birinə can bağlığını, qan bağ-
lılığını, ruh bağlılığını rəmzləndirir. Lakin onun funksiyası 
daha böyükdür. Zindanın  əzabları  və Selcanın  şəhvani 
gözəlliyi qarşısında duruş  gətirə bilməyən Beyrək öz na-
musunu - kişilik bəkarətini  qurban verir. Bu, onu mənəvi 
cəhətdən öldürür, atasının göndərdiyi tacirlərə «Beyrək 
yoxdu, Beyrək ölüb» xəbərini buna görə deyir. Çünki o, 
özünü Oğuz eli üçün ölmüş sayırdı. Onu həyata, mənəvi 
diriliyinə yovşan qaytarır. Yovşanı iyləyən Beyrəyin bey-
ninə yurdun, sevgilisinin ətri çatınca o, mənəvi ölümdən 
qurtulur, qüruru, diriliyi özünə qayıdır: yovşan Oğuz eli 
üçün ölmüş Beyrəyi məhv olmağa qoymur, onu vətənə
yurda, el-obaya qaytarır. Fikrimizcə, Anarın toy gecəsi öz 
çadırlarında Beyrəyə və Banıçiçəyə «yovşan iylətdirməsi-
nin» və bu təsvirləri bədii dilin milli incisi səviyyəsinə 
qaldırmasının səbəbi budur. 
Povestin mərkəzi surətlərindən biri Salur Qazan və 
onun oğlu Turaldır. Qazan oğluna igidlik öyrətmək üçün 
onunla ikilikdə ova çıxır. Yenə də Alp Aruzun xəyanəti ilə 
Qıpçaq Məlik onları tutub əsir aparır. Qazanın obasına 
basqın edib qız-gəlinini, evini, mal-dövlətini də 


 117 
yağmalayırlar. Anar eposdan Uruzla anası arasındakı məş-
hur epizod-dialoqu povestə mühüm element kimi daxil 
edir. Bu hissələrin təsvirləri emosional baxımdan çox güc-
lüdür. Çünki milli Azərbaycan-oğuz insanının mənəviyyat 
tarixinin  ən parlaq səhifələrindən biridir. Qıpçaq Məlik 
Salur Qazandan heyif almaq üçün onun arvadının namusu-
na sataşmaq istəyir. Lakin qırx qızın içərisində Burla Xa-
tunu tanıya bilmirlər. Turalın (Uruzun) ətini kabab çəkib 
qızlara yedirtmək istəyirlər ki, ananı tapa bilsinlər. Çünki 
heç bir ana öz övldaının  ətindən yeməyə razı olmazdı. 
Anar  əsərdə Turalın dili ilə Azərbaycan milli varlığının 
tarixlər boyu sarsılmayan həqiqətini olduğu kimi səsləndi-
rir və burada Uruzun eposdakı sözlərinin povestdə Turalın 
dilindən dəyişmədən bəyan edilməsi Azərbaycan milli mə-
nəviyyatının, milil özünütəsdiq dəyərlərinin əbədilik mani-
festi kimi səslənir: «Tural...:  - Ağlama, ana, - dedi... - Qoy 
mənim ətimi qovurma eləsinlər. Hamı bir yesə, sən iki ye, 
təki səni bilməsinlər, duymasınlar. Ta ki, atam Qazanın 
namusunu sındırmayasan» (41, 63). 
Oğuz eli köməyə  gəlir. Qazanı, onun oğlunu xilas 
edirlər. Yazıçı Anar bu səhnədə Oğuz milli dövlətinin baş-
çısı Salur Qazanın dili ilə milli tariximizin ən ulu və əbədi 
həqiqətini səsləndirir: «Oğul Tural,... gördünmü, bu dün-
yada baş  kəsmədən, qan tökmədən keçinmək olmur. İndi 
bildinmi mənim sözlərimin haqq olduğunu?» (41, 69). 
Bu sözlər öz ruhu etibarilə «Kitabi-Dədə Qorqud» 
dastanından gəlsə  də, dastanda bilavasitə yoxdur. Anar 
burada üstüörtülü məna «oyunu» qurur: ata ilə  oğulun - 
milli dövlətin hökmdarı ilə onun varisinin arasındakı dia-
loqda Tural atasının «baş kəsmək-qan tökmək» fəlsəfəsinə 
etiraz edir: «Yox, əziz ata,... indi onu bildim ki, dünyada 
baş  kəsməkdən, qan tökməkdən, zalımlıqdan pis şey yox 
imiş» (41, 69). 
 118
Ata ilə oğulun bu dialoqunda atanın sözləri Azərbay-
can xalqının milli özünütəsdiq həqiqəti, oğulun sözləri isə 
yazıçının (Anarın) rejimə nökərçilik edən saxta tənqidçilər 
tərəfindən qan tökmək fəlsəfəsini təbliğ etməkdə  tənqid 
olunmamaq (daha dəqiqi isə - senzura) üçün işlətdiyi bədii 
söz priyomudur. 
Qazanın evini qurtarırlar, Beyrək yurduna dönür, na-
mərdlər, yağılar öz cəzasına çatır. Onları gözləyən dəhşətli 
bəladan xəbərsiz Oğuz xalqı sevinir. Məzarının üstündə 
oturaraq ölümünü gözləyən Dədə Qorqud hadisələrin ardı-
nı belə nəql edir: «Beyrək əsirlikdən qayıdıb gəldi, toyun 
etdi. Banıçiçəyi gərdəyinə gətirdi, oğulları oldu. Beyrəyin 
bacısı Güneli Qazanın oğlu Turala nişanladılar. Şadlıq elə-
dik, çaldıq, oxuduq. Elə bildik ki, Oğuz elinin qadalı-bəlalı 
günləri qurtardı getdi. Nə biləydik ki, müsibətli günlərimiz 
qabaqdaymış, nə biləydik ki, hələ başımıza necə  qəzalar 
gələcək, yurdumuz nə bəlalar görəcəkmiş» (41, 83). 
Alp Aruzun xəyanəti üzə  çıxır, o, öz qan qohumla-
rını başına toplayıb Salur Qazana düşmən olur. Beyrəyi öz 
tərəfinə  çəkmək istəyir. Barış adı ilə evinə çağırtdırıb 
ölümcül yaralayır. Yaralı Beyrək evinə qayıdır və arva-
dını, bacısını, qoca atasını, anasını Qazana, oğlunu da igid 
kimi böyütməyi can dostu Qaraca Çobana tapşırmağı  və-
siyyət eləyib gözlərini yumur. Oğuz elinə qardaş  qırğını 
düşür.  İgidlər öldükcə daş topalarına dönürlər.  İçoğuzlu-
Daşoğuzlu bütün igidlərin, demək olar ki, hamısı  həlak 
olur. Tək-tük insanlar salamat qalır.  
Məzarı başında oturaraq bu qəmli «dastanı» söyləyib 
başa çatdıran Dədə Qorqud artıq yaşamaqda bir məna 
görmür: «Dədə Qorqud sözünü deyib qurtardı, qopuzunu 
götürüb köynəyinə taxdı, bir kənara qoydu, sakitcə məza-
rına baxdı, üsulluca ora girdi, uzandı, fısıllıqdan ala ilan 
çıxıb fışıldaya-fışıldaya məzara tərəf süründü. Dədə Qorqud 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə