147
başlayaraq
getdikcə genişlənir, çoxlu şeir və poemalar ya-
ranır. B.Vahabzadənin, N.Xəzrinin, İ.Səfərlinin, H.Arifin,
A.Abdullazadənin, Hidayətin, V.Cəbrayılzadənin, N.Kəsə-
mənlinin, R.Z.Xəndanın və b. şairlərin yaradıcılığında
«Kitabi-Dədə Qorqud» motivlərinə çox rast gəlirik. El
şairi Səməd Beyləqanlının «Oğuznamə», «Elim Dədə Qor-
qud yurdu», «Beyləqan» və s. şeirləri «Kitabi-Dədə Qor-
qud» mövzusundadır. Ümumən bu qəbilli şeir və poema-
ların əsas ruhunu soykökə qayıdış, tarixə və folklora yara-
dıcı münasibətin poetik təzahürləri kimi də qiymətlən-
dirmək mümkündür (118, 16).
Tədqiqatçının müşahidələrinə görə, 80-90-cı illərin
ayrıcında poeziyada «Kitabi-Dədə Qorqud» mövzusu daha
da qüvvətləndi. Xüsusən gənc şairlərin yaradıcılığında
«Kitabi-Dədə Qorqud»
motivləri, obrazları və ideyaları
əhəmiyyətli yer tutmağa başladı. Tofiq Qaraqayanın «Mə-
rə kafir», Səməd Qaraçöpün «Yalıncıq» və «Oğuz», Tel-
man Hüseynin «Ozan» və s. şeirləri ədəbi gəncliyin bu
sahədə axtarışlarını əks etdirirdi (118, 16).
N.Ələkbərli eposun ədəbiyyata təsirinin çoxplanlı,
mürəkkəb və geniş tədqiqat tələb edən iş olmasına işarə
edərək göstərir ki, ədəbiyyatımızda «Kitabi-Dədə Qorqud»
təsiri təkcə birbaşa deyil, həm də dolayısı ilədir. «Kitabi-
Dədə Qorqud» poeziyasının, nəsrinin, bədii-fəlsəfi hikmə-
tinin, orijinal poetikasının təsiri bir çox sənətkarların yara-
dıcılığında öz izlərini qoymuşdur. Bu təsirin izlərini on-
larca şeirdə, hekayədə, miniatür
və epik əsərlərdə müşahi-
də etmək mümkündür (118, 16).
Maraqlıdır ki, Azərbaycan poeziyasında xüsusilə
görkəmli şairlərin yaradıcılığında «Dədə Qorqud» motiv-
lərindən istifadə kiçik janrlardan (şeirlərdən) monumetal
janrlara (poemalara) doğru istiqamət götürmüşdür. Bu cə-
hətdən B.Vahabzadə, N.Xəzri, B.Səhənd, A.Abdullazadə,
Z.Yaqub, N.Kəsəmənli, V.Aslan və b. şairlər Dədə Qor-
148
qud ruhunda təkcə kiçik həcmli şeirlər yazmamış, eləcə də
iri poemalar yaratmışlar (bu barədə növbəti yarımfəsildə
deyiləcək). Ədəbiyyatdakı bu prosesi bir dalğa hesab edən
tədqiqatçı H.Həşimli göstərir ki, «Kitabi-Dədə Qorqud»
motivlərinin yazılı ədəbiyyatda yeni bir dalğa ilə qüvvət-
lənməsi... (XX əsrin - Y.İ.) 70-ci illərindən başlanır. Bu-
nun müəyyən obyektiv və subyektiv səbəbləri də vardır. O
doğrudur ki, dastan Azərbaycanda ilk dəfə altmış il bun-
dan əvvəl
çap edilmiş, lakin stalinizm dövründə yayılma-
mış, qərəzli münasibətə hədəf olduğundan ədəbi prosesə
təsirsiz qalmış, yalnız 60-cı illərdən sonra dastan yenidən
ədəbi həyatda öz qanuni yerini bərpa etməyə başlamışdır.
Şair-ədəbiyyatşünas S.Rüstəmxanlının 70-80-ci illər Azər-
baycan poeziyasında «Kitabi-Dədə Qorqud» boylarına
sevginin yenidən çiçəklənməsi» barədəki dəqiq müşahi-
dəsi də bunu təsdiqləyir. Doğrudan da, 1970-90-cı illərdə
M.Arazın, R.Behrudinin, Dilsuzun, S.Qaraçöpüun, son
vaxtlar qələmini poeziyada da sınayan M.Süleymanlının
və başqalarının bir sıra şeirlərində «Kitabi-Dədə Qorqud»
ruhu, dastandan gələn bədii təsvir və ifadə vasitələri,
təsvir
üsulu ön planda dayanır. Xüsusən milli oyanışın, etnik
yaddaşa qayıdışın poetik məramnaməyə çevrildiyi mə-
qamlarda «Kitabi-Dədə Qorqud» motivləri tutarlı bədii va-
sitəyə dönür (164, 57).
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azər-
baycan poeziyasına təsirinin səciyyəvi cəhətlərinin öyrə-
nilməsi baxımından görkəmli Azərbaycan şairi S.Vur-
ğunun yaradıcılığı diqqəti çəkir. Burada tədqiqatımızın
əvvəlində toxunduğumuz bir nəzəri məsələ önə çıxır. Bu,
«folklor və ədəbiyyat» məsələsidir. Ümumiyyətlə, «Ki-
tabi-Dədə Qorqud»un hər hansı şairin, yazıçının yaradıcı-
lığına təsiri məsələsi, folklor və ədəbiyyatın qarşılıqlı əla-
qələri, prof.A.Hacılının yanaşmasından göründüyü kimi,
tarixi poetikanın inkişafının folklor və ədəbiyyat mərhə-
149
lələrinin qarşılıqlı münasibətləri ilə əlaqədardır (377, 12).
Bu üzdən «Kitabi-Dədə Qorqud» eposunun S.Vurğunun
yaradıcılığına təsiri daha
böyük təsirin - ümumən milli
folklorumuzun şairin yaradıcılığına təsirinin içindədir. So-
nuncu təsir isə tədqiqatçıların göstərdiyi kimi şairin yara-
dıcılığında güclü şəkildə müşahidə olunur. Belə ki, «S.Vur-
ğun bütün yaradıcılığı boyu xalq yaradıcılığının rəngarəng
nümunələrindən məharətlə istifadə etmişdir. Şifahi xalq
ədəbiyyatı, onun ideya və bədii xüsusiyyətləri, ondan
istifadə yolları haqqında qiymətli fikirlər söyləmişdir»
(108, 5). «Səməd Vurğun xalqın tarixinə, folkloruna...
olduqca böyük diqqətlə, hörmətlə yanaşan bir insan olub»
(234, 235). Görkəmli şair-ədib özünün ədəbi-tənqidi yara-
dıcılığında da milli-mənəvi irsə,
folklora xüsusi yer ver-
mişdir: «S.Vurğun ayrı-ayrı sənətkarların poetik fikir alə-
mindən, yaradıcılıq xüsusiyyətlərindən bəhs etməklə bəra-
bər, ədəbi abidələrimizdən də söz açmış, onların mahiyyə-
tini, ideya və spesifikasını açıqlamağa çalışmışdır. «Aves-
ta», «Dədə Qorqud» kimi misilsiz abidələrin, mənəvi təc-
rübəmizin, milli təfəkkürümüzün təşəkkülündə, estetik dü-
şüncənin formalaşmasında oynadıqları rolu şərh etmişdir»
(64, 245). «Səməd Vurğun ədəbiyyata xalq yaradıcılığın-
dan, aşıq şeirindən gəldi. O, ilk yaradıcılığında belə, aşıq
şeirində olduğu kimi, qeyri
adi və böyük fikirləri adi, sadə
və səmimi şəkildə deməyi bacardı... Onun şeirlərindəki sa-
dəlik və səmimiyyət, əlbəttə, söykəndiyi xalq ədəbiyyatın-
dan gəlir. Buna görə də S.Vurğun xalq şeirinin yalnız for-
masından deyil, məzmunundan da sənətkarcasına istifadə
etməyi bacardı» (341, 177). «S.Vurğun folklorla, xüsusilə
aşıq yaradıcılığı ilə yaxın təmasda olmuş sənətkar idi. O,
dünyaya gözlərini açandan saz səsi, aşıq oxuması eşitmiş,
qucağında boy atdığı dünyanın yazılmamış qanunların,
minillərlə funksional olmuş əxlaqi davranış modellərini
aşıq məclislərində eşitmiş, dastan gecələrində mənəviyyat
150
dərslərini almışdı» (161, 78). Sənətkarın folklora bağlılığı
onun yaradıcılığında iki istiqamətdə inikas olunmuşdur:
«1.Səməd Vurğunun poeziyasında
ümümtürk mifoloji tə-
səvvürlərinin əksi; 2. Şairin soykökündən, əcdadların qan
yaddaşından gəlmə türklük ruhunun ifadəsi olan ənənələrə
münasibəti» (124, 182). S.Vurğunun yaradıcılığında əfsanə -
folklor ilə həqiqətin çarpazlaşması onun əsərlərinin bədii
dəyərlərini daha da artırmaqla yanaşı, onun yaradıcılığına
«zamanla səsləşə bilən yeni məzmun gətirir» (256, 206).
S.Vurğunun bədii və elmi yaradıcılığında folklor
motivləri məsələsinə məqalələr həsr etmiş prof. C.Ab-
dullayev (bax: 22; 23) sənətkarın Dədə Qorqud» eposuna
münasibətini də ayrıca məqalədə təhlil etmişdir. Alimə
görə, «möcüzəli və qədim sənət abidəsi» olan «Kitabi-
Dədə Qorqud» «şairi ömrü boyu düşündürmüş və vaxtaşırı
olsa da, istər bədii, istərsə də elmi-nəzəri əsərlərində on-
dan söhbət açmış, yaradıcılığında ondan bol-bol faydalan-
mışdır (25, 126).
S.Vurğunun «Gələcəyin toy-bayramı» şeirində Azər-
baycan ölkəsi və insanının gələcəyi Dədə Qorqudla birgə
təsəvvür olunur:
Alqış bizim getdiyimiz bu dediyim gələcəyə!..
Bizim Odlar ölkəsi də mahnısını deyə-deyə
Öz şeirinin nəfəsilə yaşayacaq o zaman da;
Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da.
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır,
Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır
(25,
127).
Şair öz obrazlarını yaradarkən «Kitabi-Dədə Qor-
qud» dastanının obrazlar sistemindən metaforik vasitə ki-
mi istifadə etmişdir. Prof. C.Abdullayevə görə sənətkarın
«Fərhad və Şirin» poemasındakı Azər baba obrazı Dədə