Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə38/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   34   35   36   37   38   39   40   41   ...   89

 151 
Qorqudu xatırladır. Alim belə hesab edir ki, Qorqud də-
dənin obrazı poemada Azər baba və müdrik Ozan obraz-
ları arasında «bölünmüşdür». O yazır ki, Azər babanın 
müdrikliyi ilə Ozanın sazı və sözü sanki bir-birini tamam-
layır və bizə elə gəlir ki, şair, ehtimal ki, bunları simvolik 
şəkildə mənalandıraraq, ağlı, idrakı, təcrübəni, müdrikliyi 
Azər babanın, mahnı, musiqi və incəsənəti isə Ozanın 
timsalında vermişdir. Lakin hər halda «Azər baba, üstə gəl 
Ozan, bərabərdir Dədə Qorqud» (Azər baba + Ozan = Də-
də Qorqud) düsturuna mənaca haqq qazandırmaq müm-
kündür (25, 131-132). 
Əlamətdardır ki, Azərbaycan  şairlərinin yaradıcılı-
ğında «Kitabi-Dədə Qorqud» motivlərindən istifadə bütün 
hallarda milli-mənəvi dəyərlərlə bağlıdır. Şairlər eposa bu 
dəyərlərin qaynağı kimi müraciət etmişlər. Bunun belə 
olması isə qanunauyğun idi. Çünki «Kitabi-Dədə Qorqud» 
boylarında, tədqiqatçı  İ.Rüstəmovun yazdığı kimi, «səxa-
vət, qeyrət, sədaqət, ədalət, humanizm, gözəlliyin tərənnü-
mü, musiqinin mahiyyəti, azadlıq problemi, sadə insan-
ların səciyyəsi, ana müqəddəsliyi, vətənpərvərlik, doğru-
çuluq, əxlaqi saflıq, etibar kimi bəşəri problemlərlə qarşı-
laşırıq» (288, 18). Eposdakı bu milli-mənəvi, milli-əxlaqi 
keyfiyyətlər onun Azərbaycan xalqının etnik-psixoloji xü-
susiyyətlərini inikas edən abidə olması ilə bağlıdır. Prof. 
Ə.Bayramov yazır ki, «Dədə Qorqud» dastanlarında öz 
əksini tapan etnik xarakter əlamətləri ümumən oğuz etno-
sunun «psixi sima»sının aynası kimi çıxış edir (67, 27).  
Əslində,  şairlərimizin, yazıçılarımızın eposa coşqun 
marağının  əsasında elə bu amil durur. Özünü bir milli 
şəxsiyyət və sima kimi axtaran, milli özünütəsdiq ideyaları 
üçün alışıb-yanan  yaradıcı subyektlər bütün bu ideya və 
idealları məhz «Kitabi-Dədə Qorqud» dastanlarında tapır-
dılar. Bu cəhətdən görkəmli şair B.Vahabzadənin dastanın 
 152
obraz və ideyalarından istifadəsinin kökündə  məhz milli 
ideyalar, milli özünütəsdiq idealları dururdu. 
«Azərbaycan oğluyam»  şeirində «anasının torpaq», 
«atasının od olduğunu» və «oddan yarandığını» milli özü-
nütəsdiqin ən ali və ülvi səviyyəsi kimi bəyan edən B.Va-
habzadə milli varlığımızın «hünər» keyfiyyətini vəsf edər-
kən «Kitabi-Dədə Qorqud»dan məşhur adalma motivinə 
istinad etmişdir: 
 
Hünər göstərməyincə 
Adsız yaşamışam mən. 
Dədəm Qorqud ad verdi 
Mənə öz hünərimdən (337, 197) 
 
Şair Qarabağ atını  tərənnüm edərkən onu elimizin 
igidlik simvolu səviyyəsinə qaldırır və bu zaman ulu Ba-
yadur xanı yada salır: 
 
Qarabağın kürən atı -  
Döyüşlərdə arxasıdır 
Koroğlunun, 
Bayandurun (336, 46) 
 
Başqa bir (adsız)  şeirində ulu Dədə Qorqud sənət-
karın onun ürəyini içəridən didən fikirləri, milli arzu və 
istəklərini bölüşdüyü həmsöhbət - həmdərddir: 
 
Tutuşmuşam, çaxmaq yoxdur alışmağa. 
Qaynayıram, təpərim yox, nə coşmağa, nə daşmağa. 
Ürəyimin sözlərini oba-oba danışmağa 
Dədə Qorqud timsalında ozan ola
Bir qəribə yuxu gördüm, istəyimcə yozan ola!  
 
     (336, 
46) 
  


 153 
Böyük  şairin poeziyasında dastana bütün hallarda 
milli dəyərlər aspektində müraciət etməsinin səbəbləri onun 
bir məqaləsində belə izah edilmişdir: «Hər bir xalq üçün öz 
kökünü, ilkini və qaynağını bilmək vacibdən vacibdir. Ona 
görə ki, hardan gəldiyini bilməyən hara gedəcəyini də bil-
məz. Bu gün böyük xarüqələr yaradan, qəhrəmanlıqlar gös-
tərən xalqımız bu qüdrəti və bu gücü haradan almış - deyə 
düşündüyümüz zaman keçmişə baxır, ilkimizi araşdırmalı 
oluruq. Bugünkü qəhrəmanlar kökləri  əsrlərin dərin qatla-
rına işləyən nəhəng bir ağacın əsrimizdəki budaqlarıdır. Bu 
ağacın adı «Qorqud» ağacıdır» (335). 
«Kitabi-Dədə Qorqud» istiqlal şairi Xəlil Rza Ulu-
türkün yaradıcılığında birbaşa milli ideallar abidəsi kimi 
geniş  şəkildə  tərənnüm olunmuşdur. Böyük sənətkar öz 
şeir və poemalarında dəfələrlə eposun obrazlar aləminə üz 
tumuş, onlardan öz milli düşüncə  və ideyalarının ifadə 
vasitəsi kimi istifadə etmişdir. Məsələn, bütün varlığı, o 
cümlədən varlığının ayrılmaz parçası olan poeziyası ilə 
xalqa, onun milli-mənəvi dəyərlərinə bağlı olan X.R.Ulu-
türk «Saz» şeirində əsrlər boyu xalqımızın dərdinə və se-
vincinə şərik çıxmış sazı da böyük bir şövqlə tərənnüm et-
mişdir. Şair sazı xalqımızın tarix yolunun yoldaşı, millətin 
sirdaşı kimi tərənnüm etmiş  və onun müqəddəsliyini ulu 
babamız Dədə Qorquda bağlamışdır: 
 
Sən durna boğazlı, bülbül avazlı, 
Ağır yollar gələn yoldaşım mənim! 
Xəzərli, Göyçəli, Kürlü, Arazlı, 
Uzaq Urmiyəli sirdaşım mənim! 
 
Dilə gəl... saçılsın atəşin, odun, 
Sən ki dərdlərimin tərcümanısan. 
Əsrlər dalından Dədəm Qorqudun 
Bizə göndərdiyi ərməğanısan... (300, 57-58) 
 154
Görkəmli Azərbaycan şairi M.Arazın yaradıcılığında 
da «Dədə Qorqud» motivlərinin mənalı şəkildə bədiiləşdi-
rilməsinə rast gəlirik. Məsələn,  şairin çox məşhur olan 
«Məndən ötdü, qardaşıma dəydi» adlı  şeirində biz bunun 
bir nümunəsini görürük. Bu şeir çox ciddi bir məsələyə - 
«məndən ötdü» kimi antimənəvi yaşam düsturunda ifadə 
olunmuş milli  biganəlik probleminə həsr olunmuşdur. Bu 
şeir onun yaradıcılığının zirvə məqamlarından birini təşkil 
edir.  Şeirdə Azərbaycan xalqının ulu qəhrəmanları  sıra-
sında Qaraca Çobanın və  Dəli Domrulun da adları çəkilir: 
 
Səninləyəm, ulu babam? 
Bu məsəli kimdi yazan? 
Hansı soysuz ata idi, 
Ataların imzasını 
Çəkib ona mövhür basan?! 
Adınızı dastanlardan oğrayaram, 
Ruhunuzu qıyma-qıyma doğrayaram, 
Qara Çoban, 
Ulu Babək, 
Dəli Domrul, 
Ey Xan Eyvaz, 
Gizir oğlu Mustafabəy. 
Əgər ki siz 
Bu məsələ qol çəkdiniz! (54, 220)  
 
Burada igidlik və sədaqət simvolu Qaraca Çoban və 
yenə  də coşqun, qarşısıalınmaz qəhrəmanlıq rəmzi Dəli 
Domrul Azərbaycan tarixi və epik düşüncəsinin qəhrə-
manlıq simvoluna çevrilmiş isimlərlə bir sırada hallandı-
rılmış  və onlara milli güvənc yeri kimi müraciət olun-
muşdur. 
Müasir Azərbaycan poeziyasında elə  məqamlar var 
ki, birbaşa «Dədə Qorqud» poetik ruhunun varlığına bağ-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə