Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə46/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   42   43   44   45   46   47   48   49   ...   89

 183 
Özümdən soruram, bəs sən neylədin? 
Gör necə aldılar özündən səni! 
Niyə tapılmadı o qüdrət məndə
Verim qiymətini, verim hər kəsin? 
Saxsını almazla bir eyləyəndə, 
Günahkar sərrafdır, almaz neyləsin? 
Qorqud adamlara ad qoyanda da 
Əməli düşündü, 
Dəyəri gördü... 
Güvənib Dədədən aldığı ada 
Hər kəs o ad ilə ömrünü sürdü. 
Mən verə bilmədim, ay Qorqud Dədə
Doğru qiymətini burda hər kəsin (338, 524). 
 
Göründüyü kimi, şair poemanın baş qəhrəmanı olan 
müəllimin mənəvi ağrılarının təsviri zamanı Dədə Qorqu-
dun ad verməsi motivindən insana qiymət verməyin ideal 
nümunəsi kimi istifadə etmişdir. Halbuki poema mövzusu 
etibarilə heç bir halda «Kitabi-Dədə Qorqud» eposu ilə 
bağlı deyildir. 
B.Vahabzadənin stalinizm repressiyalarının milli 
mənəviyyatda doğurduğu eybəcərliklərdən bəhs edən «İki 
qorxu» adlı poemasında (1988) da bir məqamda oxuyuruq: 
 
De, hara sığışar, hara ey zaman, 
Bu boyda təhqirə xalqın dözməsi -  
Dədə Qorqud kimi dədəsi olan 
Millətin özünə dədə gəzməsi (339, 568). 
 
«Dədə Qorqud» motivlərindən bədii fiqurlar (təsvir 
və ifadə vasitəsi) kimi istifadəyə istiqlal şairi X.R.Ulu-
turkün «Adımız, soyadımız» poemasında da rast gəlirik. 
Ad və soyadlarımızda yaşayan doğmalıq və yadlıq məsə-
 184
lələrindən bəhs edən poemada bir yerdə  sənətkar Qorqud 
adını milli ruhun simvolları sırasında tərənnüm etmişdir: 
 
Siz ey adı kimi, soyadı kimi 
Bu doğma torpağa ögeyləşənlər! 
Babək qılıncından, Qorqud sözündən 
Üzeyir ruhundan uzaq düşənlər! 
Dərdimiz təkcə bir soyad olsaydı, 
Mən, bəlkə, yazmazdım bu qəmli şeiri(291, 242).  
 
Poemanın başqa bir yerində eposdakı adlar qəhrə-
manlıq ruhunun ifadəsi kimi bəyan olunur: 
 
Bayqurd, Bamsı Beyrək, Bahadur, Buraz... 
Bunlar ər adları, ərən adları (291, 244).  
 
Yaxud: 
Gəlsin Dəli Domrul, Dəmirçioğlu 
Hər bir hüceyrəsi tufanla dolu (291, 244-245). 
 
Şair bu fonda Dədə Qorqudun advermə  fəaliyyətini 
çox «zərif» şəkildə obrazlaşdırmışdır: 
 
242 ad deyərəm mən, 
Başına tac qoyub vətən gülündən. 
Görünür, ad verən o Qorqud dədə 
Ən zərif duyğular dərmək istəmiş (291, 248).  
  
«Kitabi-Dədə Qorqud» mövzusunda yazılmış poe-
malar N.Xəzri, B.Səhənd, A.Abdullazadə, Z.Yaqub, N.Kə-
səmənli, T.Elçin, R.Təhməzoğlu və  s.  kimi  sənətkarların 
yaradıcılığını əhatə edir. Bu sənətkarların yazdığı poema-
larda «Dədə Qorqud» eposunun obraz və ideyalarının 


 185 
müxtəlif bədii məzmun və formalarda təsviri ilə qarşıla-
şırıq.  
«Kitabi-Dədə Qorqud» eposu, ümumiyyətlə, gör-
kəmli  şair, dramaturq N.Xəzrinin yaradıcılığında mərkəzi 
yerlərdən birini tutur. O, müxtəlif zamanlarda eposa müra-
ciət edərək çox maraqlı əsərlər yaratmışdır. N.Xəzri yara-
dıcılığı üçün «Dədə Qorqud» motivlərinin bədii növlərin 
monumental janrlarında işlənməsi səciyyəvidir:  şair-dra-
maturq bu mövzuda «Əfsanəli yuxular» adlı poema və iki 
dram  əsəri («Torpağa sancılan qılınc» və «Burla Xatun» 
pyesləri) yazmışdır. 
Sənətkar «Əfsanəli yuxular» poeması üzərində bir neçə 
dəfə  işləmiş  və onu iki hissədən ibarət olmaqla «Azərbay-
can» jurnalının 1971 və 1973-cü il nömrələrində çap etdir-
mişdir (bax: 177; 178). Müəllif  əsərin  əvvəlində poemanın 
necə yaranması haqqında oxuculara belə məlumat vermişdir: 
«Ana» poeması üzərində  işləyirdim. Məndə belə bir fikir 
doğdu: Bu gün, 20-ci əsrin qoynunda qürurla yaşayıb ömrü-
nü başa vurmuş anamın mənəvi bacıları kimlər olmuşdur? 
Xəyalım uzaq əsrlərə getdi... Xatirimə Burla Xatın gəldi. Nü-
şabə göz önümdən keçdi. Məhsətini düşündüm. Həcərin qəh-
rəmanlığını xatırladım. Mənə elə  gəldi ki, anam öz bacı-
larının saf analıq duyğularını, qadın müdrikliyini, qadın 
şairanəliyini və qadın mərdliyini özündə  cəmləşdirmiş  və 
mənim  əsrimə  qədər gətirib çatdırmışdır. Onunçun da mən 
«Anamın bacıları» adı altında silsilə poemalar yazmaq 
fikrinə düşdüm. Azərbaycan mədəniyyətinin qədim və ədəbi 
abidəsi «Kitabi-Dədə Qorqud»a müraciət etdim. Burla Xatın 
göz önümdə canlandı. Onun təkcə oğlu Uruzun yolunda ke-
çirdiyi ağlasığmaz kədər və iztirabların ağrısı elə bil bir əks-
səda kimi mənim ürəyimdə səsləndi... Və «Əfsanəli yuxular» 
poeması yazıldı» (177, 55). 
Poema çox maraqlı quruluşa malikdir. İki hissəli əsə-
rin hər bir hissəsi üç yuxudan ibarətdir. N.Xəzri əsərdə yu-
 186
xu elementindən bədii vasitə kimi istifadə edərək onunla 
minillərin arxasında qalmış oğuz dünyasına daxil olur: 
 
Düşdü uzaqlara 
                    Arzumun yolu, 
Dinən uca dağlar, 
                    Gur sular oldu. 
Bir gecə yaşadım  
                    Yuxular dolu. 
Uzaq bir sahilə 
                    Çatdı yelkənim. 
Əsrlər ümmanı 
                    Ləpələndikcə... 
Qaldı nəğmə kimi 
                    Ömrümdə mənim. 
Yuxular gecəsi... 
                    Nağıllar gecəsi... (179, 51-52) 
 
Yuxular  şairi müqəddəs inamlar və inanclar dünya-
sına - sənətkarın  şəxsiyyət və yaradıcılığında özünü qa-
barıq xətt, aparıcı keyfiyyət kimi büruzə verən «inamlı  
insan» obrazının mənbəyinə doğru pərvazlandırır. Təsa-
düfi deyil ki, N.Xəzri öz poeziyası ilə oxucularına daim 
nikbinlik - sabaha inam aşılayan sənətkar olmuşdur. Şairin 
həmkarı C.Novruz yazır ki, «əgər məndən Nəbi Xəzri ba-
rədə soruşsaydılar, deyərdim ki, onun poeziyası inam poe-
ziyasıdır... Mənə elə  gəlir ki, əlinə  qələm alıb yazmağa 
başlayanda ürəyində ilhamdan əvvəl, od-alovdan qabaq 
inam olub» (270, 4). Bu inam onun qəlbində - yaddaş dün-
yasında,  əslində, sənətkar hələ dünyaya gəlməzdən  əvvəl 
olub; oğuz babalarının qan-gen yaddaşı  nəsillərdən-nəsil-
lərə ötürülərək  şairə miras qalıb, bütün poeziyasına nik-
binlik - xoş  sabaha, qələbə dolu gələcəyə inam aşılayıb və 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə