Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə54/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   50   51   52   53   54   55   56   57   ...   89

 215 
«Dağ döşü» adlanan ikinci hissədə Dirsə xanın oğ-
lunun igidlik göstərməsi və ad almasından bəhs olunur. O, 
elin hüzurunda dəhşətindən hamının qorxduğu buğa ilə 
döyüşərək ona qalib gəlir. Dədə Qorqud ona Buğac adını 
verir: 
 
Ertəsi gün 
Dədə Qorqud 
Cəm elədi Oğuzu, 
Mizrab vurdu, 
Dilləndirdi qopuzu: 
 
- Buğac deyin 
Bu igidin adına, 
Dara düşsə,  
Tanrım yetsin dadına (105, 14). 
 
Poemanın «Ovda» adlanan hissəsində göstərilir ki, 
Dirsə xanın yanında qırx igid var idi. Şair onları «qırxlar» 
adlandırır. Qırxlar xanın çörəyini yeməklə  bərabər, onun 
taxtına göz dikmişdilər. Buğacın tez bir zamanda böyümə-
si, igidə çevrilməsi, xanın layiqli varisi olması onları na-
rahat edirdi. Onlar Buğaca böhtan atıb, xanı öz oğlunu ox-
lamağa vadar edirlər. Bu işi edən xan ağır psixoloji vəziy-
yətə düşür: 
 
Dirsə xanın 
Dərdi böyük, dağdan ağır. 
Elə bil ki, 
Üzərinə oxlar yağır. 
Qamçılayır 
Köpüklənən Boz atını. 
Eşidən yox 
İçindəki fəryadını (105, 21). 
 216
Əsərin «Qalx, gedək!» adlanan hissəsində Dirsə xan 
aldadıldığını başa düşür. Xain qırxlar Buğacı aradan götür-
dükdən sonra Dirsə xanı  əsir tutub, başıaçıq, ayaqyalın 
qonşu dövlətin zindanına aparırlar. Həqiqəti başa düşən 
Dirsə xan ağır peşimançılıq keçirir: 
 
Gecikdin, küs özündən: 
Taxta çıxdı xəyanət. 
Görəcək günlərin var
Qalmadı daha taqət (105, 22). 
  
T.Elçin uşaqlar üçün nəzərdə tutduğu əsərdə xəyanət 
motivini xüsusi mənalandırır. Gənc nəslə Dədə Qorqudun 
dili ilə  səbirli olmaq, deyilmiş  hər sözə inanmamaq, yüz 
ölçüb-bir biçmək, həqiqəti yalandan seçmək, bir sözlə, 
mənəvi dəyərlər, ağıllı davranışlar haqqında belə bir nəsi-
hət verir: 
Kim deyir ki, ozan sözü 
Doğru çıxmaz, yalan olar? 
Təbib gəlsə, dərman deyər, 
Əzrayıl can alar olar. 
 
Dəryalar keç üzə-üzə
Bıçaq batsın yaman gözə. 
Aldanma gəl hər xoş sözə 
İlan, əqrəb çalan olar. 
 
Bil qədrini sədaqətin, 
Aç gözünü həqiqətin, 
Əlini kəs xəyanətin, 
Uzansa, el talan olar. 
 
Dədə Qorqud haqqı deyər, 
Haqqı görən haqqı öyər, 


 217 
Kim itirsə, haqqı əyər, 
Özü darda qalan olar (105, 23). 
 
Buğacın anası Zibeydə  qızlarla oğlunun axtarışına 
çıxır: onun ölümünə inanmır. Ananın inamı düz çıxır: o, 
öz oğlunu yaralı halda tapır. Dağ çiçəyini südünə qatır, 
məlhəm qayırıb oğlunun yarasına qoyur. Şair ana südünü 
tərənnüm etməklə  uşaqlarda anaya, ana südünün müqəd-
dəsliyinə, möcüzə  və  şəfasına inam təlqin edir. Əslində, 
T.Elçinin ana südü haqqında böyük bir ilham və  vəcdlə 
yazdığı misralar, sözün həqiqi mənasında,  əsl sənət inci-
sidir: 
 
Ana südü! Səndən təmiz 
Nə var dünyada?! 
Səndən şirin, səndən əziz! 
Heç gəlmir yada! 
 
İliyimiz, sümüyümüz, 
Qanımız səndən. 
Hər ölümə can verməyən 
Canımız səndən. 
 
Müqəddəssən Günəş qədər, 
Ey ana südü! 
Səndən - ana məhəbbəti, 
Ana öyüdü... (105, 31). 
 
Əsərin «Dayanma, tələs oğlum!» hissəsində Buğac 
atasının aldadıldığını, ona və atasına qırxlar tərəfindən tələ 
qurulduğunu başa düşür. Ana südü ona şəfa verdiyi kimi, 
ana sözü də ona həqiqəti başa salır. Ağıllı ananın müha-
kimələri həqiqəti ortaya qoyur: 
 
 218
Sual verib, cavab gəzir, 
Soruşur ana. 
Dözə bilmir, inanmır öz  
Cavablarına. 
 
Qarışıbdır bir-birinə 
Xəyanət, qəzəb... 
Nə deyiblər Dirsə xana? 
Nə imiş səbəb? (105, 31-32). 
 
Ağıllı qadın başa düşür ki, işin içində nə isə bir xəya-
nət var. O, hadisələrin necə baş verdiyini bilməsə də, fəh-
mi, fitrəti ona xəyanətdən soraq verir: 
 
Tez gedək! Atandan 
Nigaranam mən. 
Açılmır ürəyim, 
Bağrı qanam mən. 
Tez gedək! Nəsə var 
Onun başında... (105, 32). 
 
Ana oğlunu atasını xilas edib, xəyanətkarları  cəza-
landırmağa çağırır. Buğac xəyanətkarlarla döyüşə girib, 
atasını xilas edir. Poemanın əsas süjeti ata ilə oğulun qo-
vuşmasının, Oğuz elinin birlik və bütövlüyünün təntənəsi 
ilə bitir. Baş vermiş bütün bu hadisələrin ibrətamiz nəticə-
lərini T.Elçin əsərin sonundakı «Karvan yolu» adlı hissədə 
Dədə Qorqudun dili ilə bəyan edir: 
 
Ucalardan uca tutun 
Bu öyüdü: 
İgidlərə halal olsun 
Ana südü. 


 219 
Yaxşı bilin özünüzün, 
Sözünüzün qiymətini. 
Özünüzdən uca tutun 
El-obanın qeyrətini (105, 37). 
 
Dədə Qorqudun dilindən söylənilən bu nəsihətlər 
əsərin  əsas ideya yükünü, ideya-məzmun mahiyyətini 
ifadə edir. Şair  əsərdə «Kitabi-Dədə Qorqud» eposunun 
maraqlı  məzmuna malik birinci boyunu uşaqların dili və 
düşüncəsinə uyğunlaşdırmaqla qalmır, onlarda vətənpər-
vərlik, humanizm kimi ali mənəvi keyfiyyətlər tərbiyə 
edir. Poemada Dədə Qorqudun dilindən söylənilən nəsi-
hətlər, nəğmələr və s. məhz bu məqsədə qulluq edir. Adə-
tən, uşaqlar üçün yazılmış  əsərlərdə ibrətamiz kəlamlar-
dan, nəsihətlərdən, atalar sözləri və  məsəllərdən istifadə 
olunur. T.Elçin bu ənənəyə sadiq qalaraq əsərin əsas ideya 
yükü daşıyan fikirləri Dədə Qorqudun dilindən verir. Fik-
rimizcə, sadə, yapışıqlı, uşaqların düşüncə dünyasına uy-
ğun yazılmış  əsərdə müəllif öz məqsədinə nail olmuş, 
«Dədə Qorqud» motivlərindən istifadə yolu ilə çox dəyər-
li, uşaq  ədəbiyyatının tarixində daimi qalacaq bir poema 
yaratmağa nail olmuşdur. 
«Dədə Qorqud» motivləri  əsasında yazılmış poema-
lardan biri də şair-tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə 
doktoru Rəşid Təhməzoğlunun hər çapı ilə diqqəti cəlb 
edən «Dədə Qorqut» adlı epos-poemasıdır (bax: 331; 332). 
Əsərin 1999-cu ildəki ilk çapının redaktoru və ön sözün 
müəllifi  İ.Öməroğlu (Vəliyev) R.Təhməzoğlunun «Dədəm 
Qorqut» poemasını bütövlükdə «mənəvi qaynağın poetik 
biçimi» kimi səciyyələndirərək (273, 3-5) yazır: «İlhamla 
yazılmış bu əsər tarixə müasir baxışın təzahürü kimi mey-
dana çıxıb. Epos-poema, əslində, nəsillərin dialoqu, nəvə ilə 
baba, bu günümüzlə ulu keçmişimiz arasında poetik mü-
kalimədir. Nəvənin babaya müraciəti nədən doğub, epos-
 220
dakı boylar məgər  şair üçün yetərli deyildimi? Hadisələr
tarixin və zamanın müəyyən məqamlarında ortaya çıxan 
milli-etnik nöqsanlar, bəşəri cinayətlər müasir dövr ilə  nə 
dərəcədə  səciyyəvidir? Epos-poemanı oxuduqca müəllifin 
narahatlığının səbəbləri aşkar olunur» (273, 4). 
İ.Öməroğlunun mühaşidələrinə görə, şair eposun mə-
lum boylarını sadəcə  nəzmə  çəkmək yolunu tutmamış, 
əsərdə özünün müasir dövrün bədii-estetik, milli-mənəvi 
normaları ilə səsləşən sənətkar konsepsiyasını da reallaşdı-
ra bilmişdir: «Əsər eposun məlum boylarının süjeti əsasın-
da formalaşsa da, şairin çağdaş lirik «mən»i, onun bu gü-
nün ucalığından keçmişə baxışı, bu baxışdakı öygü, öyün-
mə və qınamalar olduqca təsirlidir» (273, 4). 
Poemada özü bədii sözün (poetik deyimin) zirvəsi 
olan «Kitabi-Dədə Qorqud» boylarının şair tərəfindən ye-
nidən necə bədiiləşdirmə üsuluna, obrazlaşdırma texnika-
sına, bədiiləşdirmənin mexanizmlərinə gəlincə, «epos-poe-
mada etnoqrafik məqamlar ayrıca səliqə ilə  işlənmişdir. 
Bu baxımdan, ov səhnələri, döyüşlər, toy şənlikləri, məişət 
mərasimlərinin poetik təsviri diqqəti cəlb edir. Müəllif 
Dədəm Qorqut adı ilə bağlı əhvalat və hadisələrə müasirlik 
gözü ilə nəzər salır, obrazlar, dastan qəhrəmanları yenidən 
«dindirilir», çağdaş insanla üz-üzə gətirilir, qınamalar, qıs-
lamalar  şəxsiyyətin tarixdəki hərəkətini saf-çürük etmək 
üçün vasitəyə çevrilir. Etnoqrafik səciyyəli əsərdə tarixdən 
və dastandan alınan ibrət,  əxlaqi təəssüratlar vətəndaşın 
milli tərbiyəsi üçün önəmlik qazanır.  Şair tarixi dastana 
yalnız araşdırıcı gözü ilə baxmır. Həm də sözə, ifadəyə 
tarixi-dilçilik mövqeyindən yanaşır. Sözü ələkdən keçirir, 
onu yeni biçimdə oxucuya çatdırır» (273, 4-5). 
Poemanı geniş təhlil etmək burada imkansız olsa da, 
səciyyəvi məqamlara diqqət yetirək. İlk diqqəti cəlb edən 
odur ki, R.Təhməzoğlu  əsərdə «Kitabi-Dədə Qorqud» 
dastanlarının öz bədii deyim tərzini saxlamağa çalışmışdır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə