225
Qorqud» dastanları isə həm ümumbəşəri, həm
də milli
mövzular baxımından dramaturqların bədii zövqünü qida-
landıran abidədir. Eposun poetik strukturunda gərgin dra-
matizm var. Dastandakı dialoqlar sanki müasir dram əsər-
lərindəki dialoqları xatırladır. Yəni bu dastana müraciət
etmək istəyən dramaturq onu necə dramlaşdırmaq çətinliyi
qarşısında qalmır: dastan özü müəllifə hazır dram forma-
ları,
dialoq qəlibləri, konflikt situasiyaları, dramatik gər-
ginlik məqamları verir. Bundan başqa, «Kitabi-Dədə Qor-
qud»un mətnində həm dramın, həm faciənin, həm də ko-
mediyanın kökləri var. Bu, təsadüfi deyil. «Dədə Qorqud»
eposu xalqımızın ayin-mərasim-ritual yaddaşı ilə bağlıdır.
«Kitabi-Dədə Qorqud»u milli teatr düşüncəmizin əski qay-
nağı hesab edən Məryəm xanım Əlizadənin yazdığı kimi,
«daha əski ənənəyə söykənən Dədə Qorqudlar (ozanlar,
sağıçılar, ağıçılar...) ritual-mərasim - ayinlərin ifadə və tə-
sir vasitələrini fərdi sənət növünün yaradıcı poetikasına
daxil edərək hər hansı etnik
psixologiya üçün olduqca va-
cib olan funksiyanı yerinə yetirməklə məşğul idilər» (141,
118). Dədə Qorqudun ayin və mərasimlərdə reallaşan bu
funksiyası birbaşa dramla bağlıdır. Dram janrı öz kökləri
etibarilə məhz ayin və mərasimlərdən doğmuşdur. V.Di-
yev yazır: «Dram öz inkişafının ilkin mərhələsində xor,
dialoq, rəqs, pantomima və s. əhatə edən mürəkkəb bədii-
mərasim aktının tərkib elementi idi» (379, 72). Bu cəhət-
dən «Kitabi-Dədə Qorqud» dastanlarını milli teatr düşün-
cəmizin əski qaynağı hesab etməkdə tamamilə haqlı möv-
qedə olan M.Əlizadə bütövlükdə müasir mədəniyyətdə,
ədəbi düşüncədə, o cümlədən dramutargiyada çox maraqlı
təmayülləri
müşahidə etmişdir ki, biz tədqiqatçının həmin
müşahidələrini çox maraqlı yanaşma hesab edirik. Belə ki,
M.Əlizadə ümumən mədəniyyətdə, ədəbiyyatda, o cüm-
lədən onun dram növündə «Dədə Qorqud» motivlərinə
marağı milli ədəbi düşüncənin öz köklərinə qayıdışı, milli
226
mədəniyyətin «Dədə Qorqud» nüvəsi tərəfindən cəzb
olunması kimi qiymətləndirərək yazır: «...Çağdaş mədə-
niyyətimizdə maraqlı bir proses müşahidə olunur: yazılı
ədəbiyyat canlı epik ənənə olan Dədə Qorqudun boylarına
meyl göstərməkdədir. Bu fakt ədəbiyyatın vaxtilə pozul-
muş canlı əlaqəni bərpa etmək niyyətindən xəbər verir.
Teatr prosesi əcaib bir dövrə vurub əski qaynaqlarına
qayıdır. Bu qarşılıqlı hərəkətdə üç əsas meyl sezilir:
1) KDQ-nın zahiri əlamətlərindən faydalanıb, onun
süjet xəttini, qəhrəmanlarını, hadisələri və s. modernləşdir-
məklə «aktual» məsələləri həll etmək;
2) KDQ-nın daxili mifo-epik strukturlarından fayda-
lanaraq yazılı ədəbiyyatın imkanlarını təzələmək
niyyəti
(çağdaş mifo-epik yaradıcılığı);
3) KDQ-nın strukturuna çağdaş ədəbi (formal) mən-
tiqlə müdaxilə edərək «qaranlıq» mənaları işıqlandırmaq,
çağdaş nöqteyi-nəzərdən boşluq olan hissələri doldurmaq
cəhdləri.
Hər üç meyli biz qənaətbəxş sayırıq, çünki nəzərə
çarpan cəhdlər milli düşüncəmizin əski xəzinəsindən fay-
dalanmaq deməkdir (141, 120-121).
Biz də öz növbəmizdə bu təmayülləri özündə bu və
başqa dərəcədə əks etdirən dram əsərlərini ümumiləşdir-
dikdə Azərbaycan dramaturgiyasında «Dədə Qorqud»
mövzusunun üç təzahür səviyyəsini müşahidə editrik:
Birincisi, «Dədə Qorqud» motivləri ilə birbaşa bağlı
olan əsərlər: bu əsərlərin mövzusu və qəhrəmanları epos-
dan götürülmüşdür. Müəlliflərin «Dədə Qorqud» motivlə-
rini dram növünün hansı janrında (dram, faciə, komediya),
hansı şəkil və üsullarla bədiiləşdirməyindən asılı olma-
yaraq, bu pyeslər mövzu cəhətdən bilavasitə «Kitabi-Dədə
Qorqud» eposu ilə bağlıdır.
İkincisi, «Dədə Qorqud» motivləri ilə dolayısı ilə bağ-
lı olan pyeslər. Bu əsərlərin mövzusu birbaşa «Kitabi-Dədə
227
Qorqud» eposundan götürülmür,
tamamilə fərqli möv-
zularda olur. Lakin onlarda eposun qəhrəmanlarına, motiv-
lərinə, deyimlərinə (atalar sözlərinə), bədii təsvir və ifadə
vasitələrinə və s. rast gəlmək olur. Məsələn, belə əsərlərə
bir səciyyəvi örnək görkəmli şair B.Vahabzadənin «Özü-
müzü kəsən qılınc» pyesidir (340, 453-506). Türk tarixinin
dərin milli məsələlərinə həsr olunmuş bu əsərin 1998-ci ildə
Azərbaycan Akademik Milli Dram Teatrındakı ilk tamaşası
böyük coşqu ilə qarşılandı və tamaşa uzun müddət reper-
tuardan düşmədi. Azərbaycan teatrlarının indi də mütəmadi
olaraq müraciət etdiyi bu əsər haqqında həmin dövrdə mət-
buatda çoxlu tamaşaçı, o cümlədən
mütəxəssis rəyləri çap
olundu (115; 193; 308; 83; 95). Əsərin mövzusuna gəlincə,
B,Vahabzadə pyesin əvvəlində yazmışdır: «Bu pyes eramı-
zın 630-cu ilində Çinin dağıtdığı birinci Göytürk xaqanlı-
ğının istiqlal uğrunda apardığı mübarizə tarixindən bəhs
edir. Əsər tarixi sənədlər əsasında yazılmışdır» (340, 453).
Göründüyü kimi, «Özümüzü kəsən qılınc» pyesinin ana
mövzusu milli istiqlal mübarizəsidir və müəllif bu əsərə
bütün qəhrəmanları el-oba, vətən, milli ideallar uğrunda
«uf» demədən canından keçən «Kitabi-Dədə Qorqud» epo-
sundan bir sıra ideyalarla yanaşı, Selcan (Gur Şadın arvadı),
Banuçiçək (Dulu xanın arvadı) kimi namus, qeyrət, igidlik
rəmzləri olan adları da daxil etmişdir.
Lakin bütün bunlara
baxmayaraq, B.Vahabzadənin «Özümüzü kəsən» qılıncı
pyesini «Kitabi-Dədə Qorqud» eposu ilə birbaşa bağlı olan
əsər saymaq olmaz.
Üçüncüsü, Azərbaycanın müxtəlif teatrlarında, yara-
dıcılıq studiyalarında bilavasitə «Kitabi-Dədə Qorqud»
eposunun mətni əsasında hazırlanmış tamaşalar. Bu tama-
şaların mətnləri onlarda rejissor-müəllif müdaxiləsinin
(yozumunun) nə dərəcədə olmasından asılı olmayaraq,
müstəqil əsərlər sayılmır. Çünki tamaşanın mətni bilava-
sitə eposun mətni əsasında hazırlanır.
228
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir drama-
turgiyaya təsiri baxımından əsas yeri «Dədə Qorqud» mo-
tivləri ilə birbaşa bağlı olan əsərlər tutur. Biz Ə.Dəmir-
çizadə, N.Xəzri, K.Abdulla və başqalarının yaradıcılığında
«Dədə Qorqud» motivlərindən yaradıcı istifadənin rən-
garəng nümunələri ilə qarşılaşırıq.
Ə.Dəmirçizadə yaradıcılığının «Azərbaycan ədəbiy-
yatında «Dədə Qorqud» motivləri» mövzusu baxımından
müstəsna mövqeyi vardır. Elmdə birmənalı şəkildə təsbit
olunduğu kimi, ədəbiyyatımızda «Kitabi-Dədə Qorqud»
mövzusunda ilk bədii əsər Ə.Dəmirçizadənin Ş.Şeyxovla
müştərək 1943-cü ildə qələmə aldığı librettodur» (118, 14).
Libretto tamaşa şəklində Azərbaycan Dövlət Filar-
moniyasında tamaşaya qoyulmuşdur. Resenziya müəllifi
Q.Qasımov tamaşa haqqında «Kommunist» qəzetinin 6
mart 1943-cü il tarixli nömrəsində yazır: «M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyası Qızıl Ordumuzun
şanlı 25 illiyini Azərbaycan xalqının qədim qəhrəmanlıq
eposu olan «Dədə Qorqud» dastanının bir qolunu səh-
nələşdirib rəqs və musiqi tərtibatı ilə tamaşaya
qoymaqla
qarşıladı... «Dədə Qorqud» tamaşası librettosunun avtor-
ları (Dəmirçizadə və Şeyxov yoldaşlar) öz əsərləri üçün
tema seçərkən xalqımızın qocaman keçmişinə və igidlik
tarixinə əl atmaqla çox gözəl hərəkət etmişlər. Qəhrəman
Azərbaycan xalqı öz ana vətəninin doğma yurdunu həmişə
sevmiş, onu öz dastanlarında, gözəlləmə və qoşmalarında
tərənnüm etmiş və yadelli işğalçıların basqınlarından göz
bəbəyi kimi qorumuşdur. Xalqımızın bu qəhrəmanlıq
sifətləri «Kitabi-Dədə Qorqud» dastanlarında da gözəl
ifadə edilmişdir. Libretto avtorları «Kitabi-Dədə Qorqud»-
da yazılmış 12 dastandan (qoldan) ancaq birinin - «Salur
Qazanın evinin yağmalanması» nağılının məzmununu əsas
götürmüş və bu məzmun
üzərində çox gözəl tamaşa
yaratmışlar» (218).