229
Q.Qasımovun «Dədə Qorqud» tamaşasının librettosu
haqqında işlətdiyi bu təqdiredici sözlər təsadüfi deyildi.
Librettonun müəlliflərindən
biri - Əzəl Dəmirçizadə gör-
kəmli dilçi alim, eyni zamanda «Kitabi-Dədə Qorqud»
dastanları üzrə tanınmış mütəxəssis idi. Bu cəhətdən yenə
də təsadüfi deyildir ki, sənətşünas alim İ.Kərimov da ilk
dəfə 1943-cü ildə oynanılmış tamaşa haqqında çox son-
ralar (2000-ci ildə) yazdığı, «Kitabi-Dədə Qorqud» das-
tanlarının səhnə və ekran təcəssümünə həsr olunmuş mə-
qaləsində müəllifin - Ə.Dəmirçizadənin «Kitabi-Dədə
Qorqud» dastanı ilə yaxından aşina olan görkəmli dilçi
alim» olmasını xüsusi vurğulamışdır (195). Əsər 2000-ci
ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
Alimin «Kitabi-Dədə Qorqud»
eposuna olan bədii
marağının əsasında onun elmi marağı dururdu. Ə.Dəmir-
çizadə hələ 1947-ci ildə «Azərbaycan dilinin tarixi» adlı
əsər yazmışdır. Alimin bu əsərində «müəllif ilk dəfə ola-
raq dilimizin tarixini ən qədim dövrdən başlamağa təşəb-
büs göstərmişdir. Bunun üçün o, qədim yazılı abidələrin,
xüsusilə Midiya və Elam adları ilə tanınmış mixi yazıların
dili üzərində tədqiqat aparmış, qədim qəbilə dillərinin bir
sıra izlərini müasir dilimizdə aşkara çıxarmağa nail olmuş
və bununla da çox maraqlı elmi nəticələr əldə etmişdir»
(110, 16)
Ə.Dəmirçizadənin «Kitabi-Dədə Qorqud» abidəsinin
dili ilə bağlı çoxsalyı tədqiqatları vardır. Bunların içərisində
əsas yeri alimin 1959-cu ildə çap olunmuş «Kitabi-Dədə
Qorqud» dastanlarının dili» adlı kitabı tutur. Alimin «Dədə
Qorqud» librettosunda və ondan bir qədər sonra yazdığı «Qa-
raca Çoban» pyesində təcəssüm etdirmək istədiyi bədii ide-
yaların altında duran tarixi həqiqətlər
bu kitabda öz əksini
tapmışdır. Ə.Dəmirçizadə yazır ki, «Dədə Qorqud» dastan-
larını IX-XII əsrlər arasında Azərbaycanda ümumxalq Azər-
baycan dilində azərbaycanlı dədələr, ozanlar yaratmış və
230
yaymışlar; çox güman ki, təqribən, bu dövrdə də həmin
dastanlar toplanılıb, yazıya köçürülüb «Kitabi-Dədə Qorqud»
düzəldilmişdir» (99, 11). Alimin abidəyə verdiyi əsas dəyər,
fikrimizcə, onun əsərə yazdığı «Son söz»dəki bu cümlələrdə
ifadə olunmuşdur: «Kitabi-Dədə Qorqud» dastanlarında çox
şey var və bunların hamısı kitabımızda əhatə olunmamışdır;
lakin bu kitabda olanların hamısı «Kitabi-Dədə Qorqud»da
mövcuddur» (99, 138).
Göründüyü kimi, alim-yazıçı Ə.Dəmirçizadə «Ki-
tabi-Dədə Qorqud» dastanında bütün elmi və bədii yara-
dıcılığında göstərə bildiyindən daha artıq - «çox şey» gör-
müşdür. Bu baxımdan, onun «Dədə Qorqud» librettosunda
və «Qaraca Çoban» pyesində təcəssüm
etdirdikləri də gö-
rüb (sovet rejimi şəraitində) deməyə imkan tapdıqlarının
ifadəsi idi.
«Dədə Qorqud» librettosunun «əsas ideya xətti yur-
dun düşməndən müdafiəsi ilə bağlıdır. Uruz xanın ova get-
məsindən istifadə edən düşmən Oğuz yurduna soxulur, la-
kin Dədə Qorqud tərəfindən ruhlandırılan Qaraca Coban və
onun köməyinə gələn Uruz xan tərəfindən məğlub edilərək
geri qovulur. Uruz xanın gözəllərin ən gözəli Gülçinə
məhəbbəti əsərin aparıcı xətlərindən biridir» (118, 14).
«Dədə Qorqud» librettosunun qısa məzmunu belədir:
«Elin bilicisi, icra, düşüncə və mühakimə timsalı, xalqın
məsləhətçisi olan,
onun şad günlərində, toy günlərində
şadlıq edən, yaman günündə ona dost olan, yardım edən
qoca Dədə Qorqud əlində qopuz, yəni üçtelli saz ilə nağıla
başlayaraq deyir:
Dədə Qorqud demiş ellər adıma,
Çox çatmışam mən ellərin dadına,
Hamı bilir, mindən artıq yaşım var,
Çox görmüşəm, çox şey gəlir yadıma.
231
Elin gözəl qızları, cavan oğulları, istəkli gəlinləri
bulaq başında, yaşıl çəmənlikdə oynayıb, oxuyub, sevişib
şadlıq edirlər. Xalqın qəhrəmanlarından biri, hörmətli igid
Uruzxan, qızlar içərisində öz
gözəlliyi ilə fərqlənən, qızıl
gülə bənzəyən Gülçini sevir, onunla həyat yoldaşı olmaq
arzusunu bildirir. Gülçin və eldəki qızlar, gəlinlər bu xeyir
işə bir şərtlə razı olduqlarını bildirirlər:
Oğlan, bir ox atsan əgər,
Oxla maral tutsan əgər,
Bil ki, məni də ovlamısan,
Ürəyimi də tovlamısan.
Uruzxan sevgilisinin arzusunu yerinə yetirmək məq-
sədilə igid oğlanlarla birlikdə ova gedir. Qızlar və gəlinlər
isə nəğmə oxuya-oxuya ev işlərilə məşğul olurlar, cəhrə
işlədib, ip əyirirlər.
Bu zaman yadellilər, xalqın qəddar
düşmənləri dinc əhali üzərinə basqın edib qamçı və qılınc
oynadır, evləri oda tutub, qız və gəlinlərə təcavüzkarlıq
edirlər. Məhz belə ağır bir momentdə, xalqın zülm altında
inlədiyi zamanda Dədə Qorqud yardıma gəlib Qaraca ço-
banı elin namusunu qorumaq üçün ruhlandırır. Qaraca ço-
ban çomağı ilə soyğunçularla vuruşa girir. Bu halda Uruz-
xan öz yoldaşları ilə ovdan qayıdır, işğalçılarla döyüşə
girir və onları qırıb məğlub edir» (218).
Libretto göründüyü kimi sadə qəhrəmanlıq süjeti
üzərində qurulmuşdur. Burada iki ideya xətti aydın mü-
şahidə olunur:
Birincisi, xalqın yadelli işğalçılara qarşı mübarizə
ruhunun təsviri;
İkincisi, el-obanın dar günündə xalqın,
zəhmətkeş
kütlənin öz içərisindən çıxan qəhrəmanın əsas rol oyna-
ması.
232
Hər iki xətt dövrlə, zamanla, əsərin yazıldığı vaxtın
siyasi-ideoloji ovqatı ilə müəyyənləşirdi. Ə.Dəmirçizadə
(və Şeyxovun) müəllifi olduğu libretto, təqribən, 1941-ci
lidə yazılmış və 1943-cü ildə tamaşaya qoyulmuşdu. Eləcə
də Ə.Dəmirçizadənin 1942-ci ildə yazdığı və «Dədə Qor-
qud» librettosunun ideya xətlərini daha geniş planda da-
vam etdirən «Qaraca çoban» pyesində də eyni ideya-
məzmun ovqatını müşahidə edirik. Bunlar təsadüfi deyildi.
Ölkədə müharibə gedirdi. N.Ələkbərlinin göstərdiyi kimi,
«hər iki əsərin yaranma dövrü Böyük Vətən müharibəsinin
(1941-1945-ci illər - Y.İ.) qanlı illərinə təsadüf edir, əsər-
lərin qəhrəmanlıq pafosu
və vətənpərvərlik motivi də
bununla müəyyənləşir» (118, 14).
«Dədə Qorqud» librettosunun əsas obrazları bun-
lardır: Qazan xan - Gəncə mahalının xanı, Uruz - onun oğ-
lu, Burla xatun - Qazanın arvadı, Aybəniz - onların qızı,
Qaraca - çoban, Qurd basar - satqın bir adam, Toğrul -
Səlcuq tayfasının başçısı, Qara tikan - onun igidlərindən,
Gürcü şahı, igidlər, qadınlar qızlar.
Maraqlıdır ki, libretto müəllifləri eposdan məlum
olan hadisələri Azərbaycanın gerçək tarixi ilə birləşdirmə-
yə səy etmişlər. Bunu əsasında Ə.Dəmirçizadənin «Kitabi-
Dədə Qorqud»u bilavasitə Azərbaycanla bağlı abidə hesab
etməsi dururdu. Birinci pərdənin remarkasına diqqət edək:
«Gəncə... Kür qırağı... Al-əlvan geyinmiş oğlan və qızlar
səlcuq talançılarına qarşı əlbir vuruşmaq üçün Gürcü şa-
hıyla danışmağa gedən Qazan xanı yola salmağa hazır-
laşırlır. Yaşıl meydanda igidlər məşq edirlər...» (97, 1)
Göründüyü kimi, librettoda
Azərbaycan və gürcü
xalqlarının nümunəsində Qafqaz xalqlarının dostluğu ide-
yası da qoyulmuşdur ki, bu da sovet ideologiyasının ye-
ritdiyi xalqlar dostluğu, sovet xalqlarının birliyi və ümumi
düşmənə qarşı birgə mübarizə aparması haqqında ideolo-
giyanı əks etdirirdi. Lakin burada ciddi bir məsələ - səl-