179
sənət əsərində möhtəşəm İNSAN obrazını yaradır. Bu
obraz
vasitəsilə o, dünyaya, gerçəkliyə, keçmişə və
gələcəyə öz bədii-estetik münasibətini ifadə etmiş olur»
(276, 4). «Qədim və müasir Azərbaycan ədəbiyyatının ən
gözəl nümunələrində - bir bayatıda, yaxud böyük bir das-
tanda olsun, fərqi yoxdur - İnsana məhəbbət var. Bu hu-
manist konsepsiya əsrlər boyu davam etmiş və əslində,
Azərbaycan ədəbiyyatının başlıca məziyyətinə çevrilmiş-
dir» (277, 209). «Bütün mövcudluğu ərzində İnsan öz tə-
biəti etibarilə gözəlliyə, zərifliyə, ahəngdarlığa
meyl et-
miş, onda dünyaya qarşı hissi-emosional münasibətlər in-
kişaf etmişdir» (276, 9).
«Kitabi-Dədə Qorqud» elə bir eposdur ki, onun «in-
san və tarix» konsepsiyası kiçik janrlarla tükənə bilməz.
Yaxud kiçik janrlar onun nəhəng ideallarının qlobal və
monumental inikası üçün yetərli deyildir. Qlobal mövzular
- qlobal janrlar tələb edir. Bu cəhətdən roman və poema
janrları, əslində, qədim dastan-epos janrının müasir döv-
rümüzdəki ekvivalentləridir. Hətta bir qədər də irəli gedib
söyləyə bilərik ki, «Kitabi-Dədə Qorqud» «dünən» yox,
«bu gün» yaransaydı o,
dastan-epos kimi yox, məhz ro-
man-epopeya, poema-epos kimi yaranardı.
Fikrimizin sübutu üçün qısaca da olsa, bu janrların
monumentallığını şərtləndirən və onları eposa bağlayan
poetik nöqtələrə diqqət verək. «Roman - yeni dövr ədəbiy-
yatında epik janrın böyük formasıdır. Onun ən əmumi ciz-
giləri insanın həyatın gedişatının mürəkkəb formalarında
təsvir edilməsi, hadisələrdə iştirak edən bir sıra personaj-
ların taleyini əhatə edən süjet çoxxətlilik, çoxsəslilik (poli-
foniya - Y.İ.) və bundan irəli
gəlməklə başqa janrlara nis-
bətən böyük həcmdir (387, 328). Rus ədəbiyyatşünaslı-
ğında romanın müxtəlif tipləri müəyyənləşdirilmişdir:
V.Kocinovda - hadisə romanı və psixoloji roman tipləri
(386, 91), L.Çelkovada - tarixi, elmi-fantastik, hərbi, pub-
180
lisistik, macəra, detektiv və s. roman tipləri (397, 4),
N.Leytesdə - birbaşa və dolayı təsvir üsulu ilə yaranan
roman tipləri (388, 70), D.Zatonskidə - mərkəzdənqaçma
və mərkəzəqaçma roman tipləri (382, 39) və s. Maraqlıdır
ki, müasir ədəbiyyatda ən iri janr göstəricisi olan «roman»
poetik tipologiyasına görə folklorla, eposla, yəni dastan
janrı ilə əlaqədardır. Prof. M.Cəlal yazır ki, orta əsrlərdə,
ümumiyyətlə, roman dillərində yazılan əsərlərə belə ad
verirdilər. Sonralar bu ad ancaq
bədii əsərlərin böyük for-
masına verildi. Orta əsrlərdə şöhrət tapan romanlar əsasən
cəngavərlərə həsr olunurdu (Rıtsar romanları). Bu roman-
larda igid, müstəsna cəngavərin sərgüzəşti və şöhrəti təsvir
olunurdu» (89, 148).
Demək, roman janrı öz mənşəyi etibarilə orta əsrlər
cəngavərlərindən bəhs edən dastandır. Bu cəhət onu tipo-
loji baxımdan «Kitabi-Dədə Qorqud»la yanaşı qoyur: orta
əsrlər roman xalqlarının qəhrəmanlarından bəhs edən das-
tanlar «Roman» adlanmışdır. Həmçinin qədim və orta əsr-
lər oğuz xalqlarının qəhrəmanlarından
bəhs edən dastanlar
«Oğuznamə» adlanmışdır: «roman» janrı - roman xalqla-
rının milli eposu, «oğuznamə» janrı - oğuz xalqlarının mil-
li eposudur. Bu cəhətdən «roman» və «oğuznamə» tipoloji
baxımdan eynidir. Yəni qədim romanlar üçün «roman» nə
rolubsa, qədim oğuzlar üçün də «oğuznamə» elə o demək
olub. Bu nöqtə müasir Azərbaycan ədəbiyyatında «Dədə
Qorqud» motivlərinin janr baxımından «böyüməsini»,
özünün dolğun ifadə formasını «roman» janrında tapma-
sını izah edir. «Kitabi-Dədə Qorqud» dastan-eposdur.
Onun ideyalarının ədəbiyyatdakı dolğun təcəssümü özünə
uyğun janr tələb edir. Bu janr romandır. Çünki roman
janrının ruhunda, janr yaddaşında dastan-epos yaşayır. Bu
cəhətdən Azərbaycan ədəbiyyatında «Dədə Qorqud» mo-
tivlərinin roman janrına qədər inkişaf etməsini «Kitabi-
Dədə Qorqud» eposunun müasir ədəbiyyatımızda öz uy-
181
ğun janrını «tapması», yaxud öz doğma janrına «qovuş-
ması» kimi izah etmək olar. Eyni cəhət «Dədə Qorqud»
motivlərinin müasir Azərbaycan poeziyasında poema jan-
rına doğru inkişafını da izah edir. «Kitabi-Dədə Qorqud»-
un janr poetikası ilə poema janrının poetikası arasında da
tipoloji «qohumluq», «doğmalıq» var. L.Timofeyev yazır
ki, «poema» - liro-epik janrın böyük forması,
süjet-təhkiyə
quruluşuna malik şeir əsəri, şeirlə yazılmış povest, yaxud
romandır (394, 286). Qədim yunan ədəbiyyatı ilə bağlı
olan poema janrı da, əslində, öz kökləri etibarilə qəhrə-
manlıq dastanı ilə bağlıdır. Prof. M.Cəlal yazır: «Poema,
əslində, qəhrəmannamədir. Nadir şəxsiyyətin və ya nadir
bir hadisənin yüksək pafos ilə tərənnümünə həsr olunan
poemanın ədəbiyyat tarixi boyunca müxtəlif nümunələri
olmuşdur» (89, 135). Beləliklə, poema janrı poetikası eti-
barilə qəhrəmannamə, yəni qəhrəmanın tərənnümüdür. Bu
isə qəhrəmanlıq dastanının əsas keyfiyyətidir. Təsadüfi
deyildir ki, «Kitabi-Dədə Qorqud»un
janr göstəricisi olan
«dastan» L.İ.Timofeyev və S.V.Turayev kimi məşhur ədə-
biyyatşünasların tərtib etdikləri «Ədəbiyyatşünaslıq ter-
minləri lüğəti»ndə öz tipologiyası baxımından «türk xalq-
larının ədəbiyyatlarında mövcud olan təhkiyəli şeir, poe-
ma» kimi səciyyələndirilmişdir (393, 62). Bu cəhətdən
«Dədə Qorqud» motivlərinin müasir poeziyada poema jan-
rına doğru inkişafı təbii görünür. «Kitabi-Dədə Qorqud»
eposu möhtəşəm milli ideyaların daşıyıcısı olan oğuz
qəhrəmanlarını tərənnüm edir. Belə ideya və qəhrəmanlıq
ruhunun müasir ədəbi düşüncəyə gətirilməsi özünə uyğun
estetik forma - poema janrını tələb etmişdir.
Azərbaycan poeziyasında «Kitabi-Dədə Qorqud» mo-
tivləri ilə bağlı poemaları iki qismə ayırmaq mümkündür:
Birincisi, eposla qismən (müəyyən elementlərlə) bağlı
olan poemalar.
182
İkincisi, «Dədə Qorqud» motivləri üstündə yazılmış
poemalar.
Birinci qismə aid poemalara çoxlu nümunələr gətir-
mək mümkündür. Bu əsərlər birbaşa «Dədə Qorqud» mo-
tivləri ilə əlaqədar deyildir. Həmin poemaların əksəriy-
yətində Dədə Qorqud obrazına, eposun digər qəhrəman-
larına, «Dədə Qorqud» deyimlərinə,
bədii təsvir və ifadə
vasitələrinə fraqmentar şəkildə (yəni yeri gəldikcə) rast
gəlinir. Ümumiyyətlə, şairlərimiz xüsusilə öz lirik qəhrə-
manlarını tərənnüm edərkən igidlik simvolu kimi Salur
Qazan, Beyrək, Qaraca Çoban kimi qəhrəmanların adla-
rına, eləcə də müdriklik simvolu kimi Dədə Qorqud adına
tez-tez müraciət etmişlər. Lakin belə məqamlara əsaslanıb,
həmin poemaları «Dədə Qorqud» mövzusunda yazılmış
əsərlər hesab etmək olmaz.
Məsələn, tədqiqatçı G.Babaxanova A.Şaiqin «Qoç-
polad» poemasından danışarkən yazır ki, əsərin poetik
strukturunu nəzərdən keçirdikdə burada ilk növbədə qəh-
rəmanlıq dastanlarımızın forma xüsusiyyətlərindən gen-
bol istifadə ilə qarşılaşırıq. Maraqlıdır ki, poemada «Ko-
roğlu» dastanı ilə yanaşı, «Dədə Qorqud» dastanının da
həm məzmun, həm də poetik forma xüsusiyyətlərindən ge-
niş istifadə edilmişdir (60, 109-110). Müəllif «Dədə Qor-
qud» dastanında «At işləməsə - ər öyünməz», Salur Qaza-
nın söylədiyi «Su haqq didarın görmüşdür»
kimi deyim-
lərlə bağlı motivlərin izlərini aşkarlayaraq, onları müqa-
yisəli təhlilə cəlb etmişdir (60, 110-113).
Yaxud B.Vahabzadənin müəllim-tələbə münasibət-
lərinin mənəvi meyarlarından bəhs edən «Qiymət» poe-
masında (1970) müəllim adının məsuliyyətindən danışı-
larkən göstərilir:
Mənə tapşırdılar şərəfli, çətin
Qiymət vermək kimi bir vəzifəni.