159
nan şair» adlandıraraq yazır: «Qədim
Oğuz elində - Şəkidə
doğulub, boya-başa çatmağındandır ki, Vaqif Aslan şeirlə-
rinə qordan istilik və işıq, qutdan isə qutlu sübh şəfəqləri
hopmuşdur»; ...«Vaqif Aslanın misralarına oğuz ruhunun
təmizliyi hopmuşdur. Bu ruh həmişə onu izləyir, bəd nə-
zərlərdən qoruyur...» (271, 5,6).
V.Aslanın Dədə Qorqud «havasına» yazdığı şeirlər,
əsasən, onun «Oğuz elinə salam» adlı kitabında bir yerə
toplanmışdır. Kitab iki hissədən ibarətdir. «Salaməleyk
say bəylər» və «Banu Çiçək eşqinə».
Birinci hissədəki
şeirlər oğuz dastanının motivlərini özündə əks etdirir. Bir
çox şeirlər birbaşa oğuz eposu personaclarının adını özün-
də daşıyır: «Qanlı Qoca», «Dəli Domrul», «Qazan xanın
yuxusu», «Dəli Ozan», «Təpəgöz», «Aruz Qoca», Dirsə
xan» və s.
Birinci hissənin və ümumən kitabın ilk əsəri olan
«Oğuz bəyləri və xatunlarına Vaqif Aslan salamı» şeirin-
də, əslində, kitabdakı «Dədə Qorqud» motivləri əsasında
yazılmış şeirlərin ümumi ruhu ifadə olunmuşdur. Hər bən-
di 7 misradan ibarət olmaqla12 bənddən ibarət olan bu
şeirin hər bir bəndi (7-ci misra) «Ruhunuz qarşısında baş
əyir Vaqif Aslan» rədif-misrası ilə tamamlanır. Bu şeirlə
sənətkar Oğuz elinə salam verir,
ona hörmət və məhəb-
bətini izhar edib müqəddəs oğuz ruhları dünyasına girmə-
yə, onları müasir düşüncəmizə gətirməyə, tərənnüm etmə-
yə icazə istəyir:
Salam, ağ ban evləri qızılı tağlı bəylər!
Qızıl dirəkli bəylər, qızıl otaqlı bəylər!
Toyu ortaqlı bəylər, yası ortaqlı bəylər!
Çoxu ortaqlı bəylər, azı ortaqlı bəylər!
Qışı ortaqlı bəylər, yazı ortaqlı bəylər!
Keçərək neçə qışdan, keçərək neçə yazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan (57, 10).
160
Göründüyü kimi, şeir bütün poetik varlığı ilə «Dədə
Qorqud» şeirinin «havasına»
- poetik deyiminə köklənmiş-
dir. Poetik ritm vahidlərinin misralar arasında və misralar
daxilində təkrarlanması V.Aslanın oğuz şeirinin ruhunu
duyduğunu bariz şəkildə göstərir. Şeirin «oğuz» melodi-
kası insanı elə sehrləyir ki, bəzən müasir şairin şeirini oxu-
duğunu unudursan: sanki bunlar V.Aslanın yox, naməlum
bir oğuz ozanının şeiridir.
Şeirdə oğuz dünyası bir bütöv olaraq görünür. Sənət-
kar pillə-pillə baxış nöqtələrini dəyişir:
gözümüzün önün-
də oğuz dünyasının əlvan mənzərələri canlanır. Mənzərə
nə qədər zəngin olursa-olsun, oğuz dünyasının şeirdəki ni-
zamı pozulmur: poetik elementlərin düzümü oğuz dünya-
sının ilahi sahmanını özündə əks etdirir. V.Aslan «deyimi»
şeirin əvvəlindən sonuna qədər oğuz «deyiminin» poetika-
sına köklənir. Şeir «oğuznamə» poetikasına uyğun olaraq
müqəddəs dəyərlərin daşıyıcısının - Dədə Qorqudun tərən-
nümü ilə bitir:
Bəxti açılan saatda, ruhun gələn günündə,
Adı görklü ərlərin toyunda, düyünündə,
Dədəm Qorqud nidası, Dədəm Qorqud ünündə,
Məhəmməd Mustafanın üzü suyu yönündə
Amin! Səcdəyə gəldim ağ alnınız önündə!
Göy-qara bağlayanlar çıxsınlar daha yasdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan (57, 13).
Maraqlıdır ki, şeirin
sonuncu bəndində Dədə Qorqu-
da müraciət edilməsi ilə «Kitabi-Dədə Qorqud» boylarının
sonunda Dədə Qorqudun gəlib yum verməsi arasındakı
əlaqə formal səciyyə daşımır. Burada ilk baxışdan görün-
məyən dərin forma-məzmun bağlılığı var. Eposun boyla-
rının sonunda Dədə Qorqud gəlib «oğuznamə» qoşur.
V.Aslan da «Oğuz elinə salam» kitabının ilk şeiri ilə oğuz
161
bəyləri və xatunlarına salam verdikdən sonra oğuz igidləri
və xanımlarının şərəfinə şeir-oğuznamələr qoşmuş, onları
öz mənəvi «ustadı» Dədə Qorqud kimi tərənnüm etmişdir.
Qeyd edək ki, Azərbaycan poeziyasında «Dədə Qor-
qud» motivləri rəngarəng məzmun və formada inikas
olunmuşdur. Eposda ulu Tanrıdan dilək diləmək üçün ona
əl qaldırır, alqış-dua edirlər. Dilsuzun «Beşik nəğməsi»
şeirində bu motivin müasir mənəviyyatımıza ünvanlanmış
canlı bədii ifadəsini görürük:
Ərcə balam,
Bircə balam,
Ərcəm, lay-lay,
Bircəm, lay-lay!
Dədəm Qorqud
Bir ad versin.
Qoç Koroğlu
Qırat versin...
Körpəm lay-lay,
Öfkəm lay-lay.
Gecələri buğda boyda böyüyəsən,
Sən böyüyüncə atın böyüsün,
Atın böyüyüncə qılıncın böyüsün,
Qılıncın böyüyüncə igidliyin böyüsün,
İgidliyin böyüyüncə torpağın böyüsün,
Torpağın böyüsün sözün böyüsün,
Sözün böyüyüncə ululuğun böyüsün,
Ululuğun böyüyüncə ozan dilinə düşəsən;
Qopuzdan-qopuza,
Yayladan-yaylaya sevgin böyüsün...
Ağca-ağca oğuz qızları
Göycə-göycə yaylalardan gül dərsin,
162
Oğuz ellərindən arxan gəlsin,
Yağıların yaman yerdə axşamlasın,
Gündoğandan Günbatana
Bayraqların küləkləsin...
Qumral quzu
Yalar duzu;
Quzum lay-lay,
Duzum lay-lay... (102, 365)
Bu şeir milli yaddaşın dərinliklərindən axıb gələn
milli enerji selinin ifadəsidir. Bu sel öz başlanğıcını tarixin
dərinliklərindən, ən qədim və ən ulu qatlarından götürür.
Onun adı «Qorqud nəhridir». O, bizim milli yaddaşımızda
axaraq, bizi də öz qoynuna alıb gələcəyə aparır. Bu
baxımdan, A.Vəfalının «Nəfəsim gəldikcə» şeiri milli yad-
daşla bağlıdır. Bu yaddaşın əsas yükü isə «Dədə Qorqud»-
un çiyinləri üzərindədir:
Səndə köhlənini Babək çapıbdır,
Qıratın nalından çınqıl qopubdur;
Banuçiçək üçün dərman tapıbdır
Mənim Qorqud adlı dədəm, a dağlar (242, 31-32)
Eyni motivlə - milli yaddaşla bağlılıq şair M.Ələk-
bərlinin «Hanı bu xalqın yaddaşı?!» adlı şeirinin də əsas
xüsusiyyətidir. Milli yaddaş - Qorqud yaddaşı deməkdir.
Bu halda həmin şeirdə Dədə Qorqud obrazının olması zə-
ruridir. Çünki milli yaddaşı Dədə Qorqudsuz
düşünmək,
yaxud təsəvvür etmək mümkün deyildir. Doğrudan da,
şeirdə milli yaddaş Dədə Qorqudla və onun yaddaş funk-
siyası - boy boylamaqla bağlıdır:
Tarix demə, hər addımı
Ağ ləkədi, qara ləkə.