Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə25/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   21   22   23   24   25   26   27   28   ...   89

 99 
bir tərəfdə kişilərdən ibarət  ərəb ordusu, o biri tərəfdə 
«dişi aslanlardan» - qadınlardan ibarət ordu. Ə.Muğanlı bu 
səhnə ilə amazonkaların Azərbaycanla - Muğan eli ilə bağ-
lığını da bədii cəhətdən təsdiq edir. Heç təsadüfi deyil ki, 
yazıçı povestin əvvəlində S.Vurğunun bu şeirini epiqraf 
kimi verir: 
 
«Amazonka dediyimiz bu qəhrəman qadın nəsli, 
Qədim Muğan çöllərində çadır qurub bahar fəsli...» 
(249, 60). 
 
Gözəl düşmən sərkərdəsi ilə vuruşub onu məğlub 
edir. Lakin bu, təkcə  sərkərdələrin yox, eyni zamanda 
ideologiyaların vuruşu idi. Ə.Muğanlı  əsərdə müxtəlif 
ideologiyaları, dini-fəlsəfi görüşləri qarşı-qarşıya gətirib 
onların bədii vəhdətini tapmağa çalışır. Elə bir vəhdət ki
elin, vətənin, ölkənin, dövlətin birliyini təmin etsin: «Gö-
zəl iki səsin, iki mərasimin arasında dayanmışdı. Bir yanda 
uşaqlıqda adət elədiyi kahinlərin duası, rəqsi, o biri tərəfdə 
isə ilk dəfə eşitdiyi «Allahu əkbər» sədaları. Bu vaxt keçən 
bahar onların toyuna gəlmiş  Bəbir yadına düşdü, onun 
dediklərini xatırladı: «Babəkin xürrəmiləri heç bir dinə 
boyun əymirlər. Onlar yalnız adamların qardaşlığına, dost-
luğuna, bərabərliyinə, sədaqətinə inanırlar»... Qədirin söz-
ləri səsləndi qulaqlarında: «Təsəllin qılıncın olsun, uca tut 
qılıncımızın şərəfini, şöhrətini» (249, 86). 
Əsərin bütün ideoloji ruhu, milli-mənəvi qayəsi
«mənəvi istiqaməti» ideoloji görüşlərin qarşılaşdırıldığı bu 
səhnədədir. Burada: 
kahinlərin duası - atəşpərəstlik ideologiyası; 
«Allahu əkbər» sədaları - islam ideologiyası; 
«Babəkin xürrəmilərinin heç bir dinə boyun əymə-
məsi - xürrəmilik təriqətinin ideologiyası; 
 100
Qədirin: «Təsəllin qılıncın olsun» sözləri - milli 
vəhdət ideologiyası haqqında yazıçı konsepsiyasıdır.  
Bu «konsepsiya» ilə Ə.Muğanlının «Təsəllin qılıncın 
olsun, uca tut qılıncımızın  şərəfini,  şöhrətini» milli birlik 
formulu həm də M.Rzaquluzadənin «El gücü» povestində-
ki «Cana - can, qana - qan» milli birlik formulu ilə birləşib 
Azərbaycan milli mənəviyyatında Qorqud ruhunun varlı-
ğının təntənəsini  əks etdirir. Heç təsadüfi deyildir ki, po-
vestdə  ərəb ordusu Muğan ordusunu - Şəhriyar qalasını 
fəth edə bilmir. Yazıçı bunu təbiətin hökmü kimi bədiiləş-
dirir. Sel gəlib Muğan elini - Şəhriyar qalasını su altına 
alır. Lakin Muğan eli məhv olmur. Əsərin sonunda əvvəl-
də olduğu kimi müasir dövrümüz təsvir olunur. Müəllif 
əlində bir vaxtlar Muğan igidlərinin döyüşdüyü paslı  qı-
lıncı tiyəsi fikrə dalmışdır.  
Burada fikrimizcə, mətnaltı  səviyyədə ciddi müəllif 
konsepsiyası var. Ə.Muğanlı bu paslı  qılıncı Azərbaycan 
xalqının qanında yaşayan müstəqillik, mübarizlik, qəhrə-
manlıq ruhunun simvolu kimi əsərə daxil etmişdir. Paslı 
qılınc obrazının  şifrəsini yazıçı  Qədirin sözlərində ifadə 
etmişdir: «Təsəllin qılıncın olsun, uca tut qılıncımızın şə-
rəfini,  şöhrətini». Bu, Qədirin təkcə öz sevgilisi Gözələ 
vəsiyyət və  nəsihəti yox, eləcə  də yazıçının oxucuya ün-
vanladığı poetik manifestasiyadır. 
Beləliklə, M.Rzaquluzadə  və  Ə.Muğanlı  nəsrinin 
nəzərdən keçirilməsi göstərdi ki, «Kitabi-Dədə Qorqud» 
motivlərinin müasir Azərbaycan ədəbiyyatında bədiiləşmə 
səviyyəsi ilk əvvəl «mənəvi istiqamətlə» bağlı olmuşdur. 
Ədiblərimiz eposun milli ideyalarını antimilli sovet cəmiy-
yətinə mənəvi ideyalar adı altında gətirməklə, əslində, mil-
li düşüncəni diri saxlamağa, ölməyə qoymamağa çalışırdı-
lar. Bunun belə olmasını «Kitabi-Dədə Qorqud» motivləri-
nin xüsusən Anarın nəsrində ifadəsi olan «milli özünütəs-
diq istiqaməti» aydın şəkildə təsdiq edir. 


 101 
Keçən  əsrin 70-ci illərindən Azərbaycan nəsrində 
«Dədə Qorqud» motivləri əsasında yeni bir tendensiya da 
özünü göstərməyə başlayır. Bu, eposun obraz və ideyala-
rından milli özünütəsdiq vasitəsi kimi istifadə edilməsi idi. 
Həmin istiqamətin  əsası görkəmli Azərbaycan yazıçısı 
Anarın yaradıcılığında qoyulur. Onun 1969-1972-ci illərdə 
yazdığı «Dədə Qorqud» povesti ilə «Kitabi-Dədə Qorqud» 
milli  ədəbi düşüncədə milli özünütəsdiq, milli oyanış  və 
dirçəliş qaynağı kimi tərənnüm olunur.  
Milli ədəbiyyatda (nəsrdə) «Dədə Qorqud» motivləri 
əsasında yaranan bu milli özünütəsdiq istiqaməti M.Rza-
quluzadə ilə başlanan, Ə.Muğanlı ilə davam etdirilən «mə-
nəvi istiqamətin» həm davamı, həm də ondan fərqlənən 
müstəqil düşüncə axarı idi. Onun yazıçı Anarla başlanması 
təsadüfi deyildir. Belə ki, Anarın «Dədə Qorqud» istiqa-
mətindəki yaradıcılığı bütöv Azərbaycan  ədəbiyyatında, 
sözün gerçək anlamında, diqqətəlayiq hadisədir. Onun 
yaradıcılığının əhəmiyyəti və roluna, tamamilə qanunauy-
ğundur ki, ulu öndər, cənab Heydər  Əliyev çox böyük 
qiymət vermişdir: «Kitabi-Dədə Qorqud» Azərbaycan icti-
maiyyəti, kütlə, xalq üçün tanınmalıdır. Mən bu baxımdan 
Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mənə 
belə gəlir ki, biz bu gün müəyyən zaman keçəndən sonra 
Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə daha da 
yüksək qiymət verməliyik» (125). 
Anarın yaradıcılığı milli ədəbiyyatımızın xüsusi 
səhifəsi olduğu kimi, «Kitabi-Dədə Qorqud» eposu da 
Anar yaradıcılığının xüsusi səhifəsidir. Eposu «Azər-
baycan xalqının  şah  əsəri, Ana kitabı» adlandıran yazıçı 
(45, 11) üçün «Qorqud» dastanı,  əslində, sirli-sehrli bir 
dünyadır: «Kitabi-Dədə Qorqud» Azərbaycan  ədəbiyyatı-
nın, xalqımızın yaradıcı dühasının  ən böyük və ilkin ifa-
dəsidir. «Kitabi-Dədə Qorqud» xalq həyatının  ən erkən 
dövrlərini saysız-hesabsız təfərrüatı, ayrıntıları, çalarları 
 102
ilə  əks etdirən bilgilər toplusudur, bütöv bir dövrün hey-
ranedici zənginliyə malik ensiklopediyasıdır. Ən çılğın eh-
tirasların və incə hisslərin, ən xəfif duyğuların, ziddiyyətli 
insan münasibətlərinin və  zərif təbiət təsvirlərinin, igidli-
yin və comərdliyin, xəyanətin və satqınlığın, məhəbbətin 
və ölümün, qəzəbin və gülüşün, şadlığın və ələmin qayna-
yıb-qarışdığı bir dünyadır Dədə Qorqud dünyası» (48, 5). 
 Artıq ömrünün müdriklik dövrünə  qədəm qoymuş 
Anarın «Dədə Qorqud» yaradıcılığı,  əslində, onun «Dədə 
Qorqud» düşüncələrindən başlanır. Bu düşüncələr isə bir 
möhtəşəm «an»la bağlıdır. Həmin «an» yazıçı Anarın 
«Kitabi-Dədə Qorqud» eposu ilə ilk tanışlıq anıdır: «Xa-
nım hey. Bu ilk sözləri oxuyan gündən Dədə Qorqud dün-
yasına daxil oldum. O uzaq illərdən bəri Dədə Qorqud mə-
ni ovsunlayıb və heç vaxt bu əfsundan, sehrdən, tilsimdən 
çıxa bilməyəcəm. Hər beş-altı ildən bir dastanın Azərbay-
can, türk nəşrlərini oxuyuram və hər dəfə o mənimlə mə-
nim yaşımda olan adam kimi danışır, hər dəfə ondan indi-
yənəcən eşitmədiyim sözləri eşidirəm, hər dəfə «Kitab»da 
bunacan görmədiyim, duymadığım gözəlliklər, dərinliklər, 
dəyərlər tapıram.» (43, 127). 
Dünya  ədəbiyyatı ilə yaxından tanış olan Anarın 
eposla bağlı bir müşahidəsi onun müasir Azərbaycan ədə-
biyyatındakı yerinin müəyyənləşdirilməsi baxımından əla-
mətdardır. O, müsahibələrindən birində deyir: «Mənə  ən 
çox təsir eləyən, təbii ki, dünya ədəbiyyatında Tolstoydu, 
Dostoyevskidi, Zoşşinkodu, Trustdu. Amma onu yüz faiz 
deyə bilərəm ki, ən böyük təsir bizim ədəbiyyatda «Dədə 
Qorqud» dastanı və Mirzə Cəlilin əsərləridir» (172). 
Müasir ədəbiyyatda «Dədə Qorqud» motivləri məsə-
ləsinə münasibətdə Anar yaradıcılığını M.Rzaquluzadə və 
Ə.Muğanlıdan fərqləndirən bir keyfiyyət də var. Bu, «Ki-
tabi-Dədə Qorqud» eposunun onun təkcə bədii yaradıcılı-
ğında deyil, eyni zamanda elmi yaradıcılığında mühüm yer 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə