Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   17   18   19   20   21   22   23   24   ...   89

 83 
Səhərə yaxın Beyrək həmin can səslərini yenidən eşi-
dir. Lakin o, bu dəfə yuxu görmürdü. can səsləri yaxınlıq-
dan eşidilirdi. Beyrək qışqıra-qışqıra həmin səs gələn tərəfə 
yüyürür. Yoldaşları zorla onu tutub saxlayırlar. Beyrək 
əhvalatı yoldaşlarına danışır. Onlar birlikdə Şöklü Məliyin 
qalasına hücum edirlər. Beyrək atlıları ilə qalaya yaxın-
laşanda,  Şöklü Məliyin müqəddəslik maskası altında illər 
boyu aldatdığı adamlar - «nəzir-niyaz vermək üçün darvaza 
önünə yığışmış qocalı-cavanlı, arvadlı-kişili bütün zəvvarlar 
arasına çaxnaşma düşdü. Zəvvarlar elə düşünürdülər ki, «bu 
müqəddəs» məkana  əl qaldıranın  əli quruyar və  işdir, ora 
bir xətər toxununca, dünya alt-üst olar» (292, 73). 
Şöklü Məliklə qarşılaşan Beyrəyin ona söylədiyi 
sözlər hekayənin müəllif tərəfindən gerçəkləşdirilən  əsas 
ideyasını parlaq şəkildə ifadə edir: «Mən ac-yalavac 
yetimlərin, nakam ölən cavanların, gözləri yollarda qalan 
anaların fəryad səsi, intiqam pəncəsiyəm! Bəli, bizim 
ellərdə  təmiz və  əziz qonaq adına vurulan ləkəni qanla 
yuyarlar!» (292, 73). 
Şöklü Məlik qaçmağa çalışsa da, Beyrək onu öldü-
rür. Beyrək və yoldaşları illərcə zindanda işgəncələrə mə-
ruz qalan insanları həyətə çıxarırlar. Onların apardığı mü-
barizə xalqımızın minillik mənəvi-əxlaqi dəyərləri ilə 
təsdiq olunduğu kimi, XX əsrin birinci yarısı Azərbaycan 
sovet cəmiyyətindəki inqilabi romantikanı, sosial ədalət 
haqqında görüşləri də özündə  əks etdirir. Yazıçı eposun 
süjet və epizodlarına öz istedadı ilə çox maraqlı əlavələr, 
bəzən isə tamamilə orijinal süjetlər artırmaqla «Dədə Qor-
qud» dastanını müasirləşdirir, onun həmişəyaşarlığını, müa-
sir gəncliyin, ümumən, sovet insanının ideoloji tərbiyəsi 
üçün pozitiv mənəvi dəyərlər qaynağı olmasını təsdiq edir. 
Povestin süjeti sonuncu (7-ci) hekayə - «Dənizdə 
toy» hekayəsi ilə tamamlanır. Beyrək bu hekayədə 
Banıçiçəyə qovuşur. Lakin yazıçı eposdan fərqli olaraq bu 
 84
qovuşmanı tamamilə orijinal şəkildə həll edir. Beyrək toy 
etmək üçün kürəkçi yoldaşları olan gəmini kiralayır və hə-
min gəmidə Quzğun (Xəzər dənizinin qədim mənbələrdəki 
adı - Y.İ.) dənizində toy etmək istədiyini söyləyir. Beyrək 
Banıçiçək və yoldaşları ilə gəmiyə minib yola düşürlər. O, 
nəzarətçilərin kürəkçiləri qamçılamağını görəndə özünə 
edilən işgəncələri xatırlayır. Beyrək və yoldaşları nəzarət-
çiləri dor ağacına sarıyır, kürəkçilərin zəncirini qırıb azad 
edirlər.  Əsl toy şənliyi başlanır. Səhərə yaxın Beyrək və 
yoldaşları ehtiyat qayıqlara minib, gəmini yandırırlar: 
«Onlar azadlıq və  səadət ümidi ilə sahilə yaxınlaşdıqca, 
uzaqda, dənizin ortasında qalan səyyar zindan nəhəng bir 
məşəl kimi yanır, od püskürən bir əcdaha kimi sularda 
boğulurdu» (292, 76). 
Beləliklə, M.Rzaquluzadə eposdan götürdüyü «Bam-
sı Beyrək» boyunu yenidən işləməklə Beyrəyin apardığı 
mübarizəni zülm, ədalətsizlik  əleyhinə, azadlıq və  səadət 
uğunda savaş kimi təsvir etməklə «Kitabi-Dədə Qorqud» 
dastanını yüksək mənəvi ideallar qaynağı kimi təsdiq edir. 
Yazıçı qədim süjet üzərində işləyərkən öz dövrünün este-
tik meyarlarından çıxış edir. Dastanda Beyrək ölür. Onun 
ölümü qədim dastançılıq poetikasının tələblərinə uyğun 
olub, öz dövrünün mifoloji-mistik görüşlərindən doğurdu. 
Povestdə isə Beyrəyin ölməməsi, sağ qalması, onu sima-
sında sosial ədalət və mübarizə ideyalarının qələbə çal-
ması M.Rzaquluzadənin yaşadığı dövrün estetik tələblərini 
əks etdirirdi. Çağdaş estetika inqilabi romantikanı, həyat-
yaradıcı mübarizəni, xeyir idealının qələbəsini tələb edirdi. 
M.Rzaquluzadənin yazıçı kimi istedadının gücü və  bədii 
qüdrəti onda idi ki, o, qədim epik poetika ilə çağdaş döv-
rün estetik ideallarını biri-birinə qovuşdurmağı, onların 
vəhdət nöqtəsini tapmağı bacarmış  və müasir ədəbiyyatı-
mızda «Dədə Qorqud» ənənələrinin çox uğurlu başlan-
ğıcını qoya bilmişdi. 


 85 
M.Rzaquluzadənin 1948-ci ildə çap olunmuş «El 
gücü» povesti də «Kitabi-Dədə Qorqud» motivləri əsasın-
da yazılmış əsərdir. Yazıçı burada eposdan istifadə edərək 
«Dirsə xan oğlu Buğac boy»unu 7 hekayədən ibarət silsilə 
şəklində işləmişdir (293). 
İlk hekayə  «İgidin adı» adlanır. Hekayədə Buğacın 
necə, hansı qəhrəmanlığı göstərərək ad almasından söhbət 
gedir.  Əsərin  əvvəlində yaz səhərinin təsviri verilmişdir. 
Bu təsvir yazıçının bədii bacarığını göstərməklə yanaşı, 
onun eposda təcəssüm olunmuş  oğuz təbiət duyumunu 
müasir bədii düşüncə estetikasına uyğun necə böyük usta-
lıqla yenidən yarada bilmək istedadını da nümayiş etdirir. 
Hekayədə deyilir: «Uca dağların almaz kimi parıldayan 
qarlı-buzlu təpələrindən sis-duman çəkilir, göylərin gözəl 
qızı nazlı-nazlı gülümsəyir, üfüqləri seyr edirdi. Təbiət qış 
yuxusundan oyanır, göylər də, yerlər də əlvan rəngə boya-
nırdı. Yamaclarda boynubükük bənövşələrin, ala-bəzək 
dağ çiçəklərinin ətri saçılır, ağaclarda rəngbərəng çiçəklər 
açılır, məxmər otların arasından büllur sular süzülür, qön-
çələrə, düyməcələrə parlaq incilər düzülürdü» (294, 15). 
Yaz səhərinin bütün füsunkar gözəlliyini ortaya qo-
yan bu canlı təsvir öz estetik ruhunu eposda səhərin açıl-
masını təsvir edən bu şeirin estetikasından almışdır: 
 
Salqum-salqum tan yelləri əsdigində, 
Saqalu boz ac turğay sayradıqda, 
Saqalı uzun tat əri banladıqda, 
Bədəvi atlar issini görüb oğradıqda, 
Aqlı, qaralı seçən çağda, 
Köksi gözəl qaya dağlara gün dəgəndə... (202, 34). 
 
Yazıçı Buğacın boyda ad alması motivini hekayədə 
dastanın epik düşüncə estetikasını müasir təsvirin ruhuna 
gətirməklə böyük ustalıqla təsvir etmişdir. M.Rzaquluzadə 
 86
eposdan gələn süjet konfliktini povestin ikinci hekayəsin-
də («Çuğul») «işə salır». Dirsə xanın yasavul başçısı Qara-
gün Buğacın ad-san qazanmasını istəmir, ona paxıllıq edir-
di. O, əvvəl düşünürdü ki, «Dirsə xanın övladı yoxdur. Sa-
bah ölər, özü xan olar. Xanın övladı olanda da ümidini itir-
məmişdi. Öz-özünə demişdi: «Kim bilir, böyüyənə  qədər 
başına nələr gələcək... Gəlməsə də gətirərik» (294, 19). 
Qeyd edək ki, yazıçı Qaragün obrazını «Kitabi-Dədə 
Qorqud»dakı prototipindən fərqli yaratmışdır. Hekayədə 
Qaragün gözü ac, ürəyi qurdlu adam kimi təsvir edilir. 
Eposda isə onun adı Qaragünədir, Bəylərbəyi Salur qazı-
nın qardaşıdır və müsbət personajdır. Oğuz elinin dar gü-
nündə özünü tez yetirənlərdən biri də məhz Qaragünədir. 
Lakin M.Rzaquluzadə eposdakı Qazanın qardaşı 
«Qaragünə»ni Dirsə xanın yasavul başçısı «Qaragün»ə çe-
virmişdir. Fikrimizcə, buna səbəb adın zahiri semantika-
sının onun düşüncəsində qurduğu müəllif konsepsiyasına 
uyğunluğu olmuşdur. M.Rzaquluzadə Qaragünə adının 
arxaik semantikasına enməmiş, müasir səslənməni  əsas 
götürmüş, lakin bununla bərabər  əski adqoyma ənənəsini 
də bədii konsept kimi əsərə daxil etmişdir. Hekayə deyilir 
ki, Qaragün «anadan olanda gün tutulduğu üçün adını belə 
qoymuşdular» (294, 18).  
Prof.  Ə.Tanrıverdinin Qaragünə adı ilə bağlı  tədqi-
qatlarından məlum olur ki, «Qaragünə» antroponimindəki 
«qara» apelyativi böyük, qüdrətli, «günə» isə ismin yönlük 
halında işlənən  ən böyük planet anlamlı «gün» (günəş) 
mənasındadır. Qədim türk təsəvvürlərində günəş işıq, uca-
lıq, yüksəklik, həyat anlamındadır (324, 61; 325, 114-115; 
326, 108-109).  
Yazıçının Qaragün adını günün tutulması ilə  əlaqə-
ləndirməsi də «Dədə Qorqud» epik ənənəsindən gəlir. 
Epos üzərində aparılmış  tədqiqatlar təsdiq edir ki, oğuz-
larda advermə onların arxaik-mifoloji dünyagörüşü ilə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə